BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə11/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   7   8   9   10   11   12   13   14   ...   58
azari-book-25246

ÜÇÜNCÜ FƏSİL 


 
39 
TƏHARƏT VƏ NƏCASƏT 
 
Hər  bir  müsəlman  hər  zaman  bədəninin,  paltarlarının  və  digər  əşyalarının 
təmiz  olmasına  və  onları  çirkləndirə  biləcək  nəcasətdən  uzaq  tutmağa  çalışır. 
Qeyri-müsəlman  ölkələrində  yaşamaq  bəzi  müsəlmanlar  üçün  nəcasətdən 
qorunmaq  xüsusunda  ciddi  sıxıntılar  yaradır.  Belə  ki,  onlar  həmin  ölkələrin 
müsəlman  olmayan  əhalisi  ilə  eyni  restoran  və  kafelərin,  bərbərxanaların, 
paltaryuma  servislərinin  xidmətlərindən  istifadə  edir,  sidik  kimi  nəcasətlərlə 
çirklənən döşəmələrin üzərində hərəkət etməli, ümumi ayaqyolundan və s. istifadə 
etməli olurlar. 
 
Bütün  bunları  nəzərə  alaraq  öncə  əziz  oxucuları  təharət  və  nəcasətlə  bağlı 
aşağıdakı hökmlərlə tanış etməyi məqsədəuyğun hesab edirik: 
 
Məsələ  34.  Artıq  qeyd  edilən  şəriət  hökmünə  əsasən,  bütün  əşyalar  nəcis 
olduğu təsbit edilənədək pakdır. 
 
Məsələ  35.  Kitab  əhli,  o  cümlədən  yəhudilər,  xristianlar  və  məcusilər  pak 
hesab  edilirlər  və  müsəlman  onların  bədənlərinin  nəcisə  bulaşdığına  əmin 
olmayınca onlarla ünsiyyətdə bu qaydanı əsas tuta bilər. 
 
Məsələ 36.  Nəcasət  rütubətin  sirayət  etməsinə səbəb olan  nəmlik sayəsində 
keçir. Quru halda, yaxud rütubət sirayətedici olmadıqda isə nəcasət keçici sayılmır. 
Beləliklə, quru əllə quru nəcisə toxunduqda əl nəcisə bulaşmış sayılmır. 
 
Məsələ 37. Müsəlman qarşılaşdığı, əl sıxaraq görüşdüyü hər bir şəxsin dini 
etiqadından  xəbərdar  olmadığı  halda  onun  müsəlman  və  ya  kitab  əhli  olduğunu 
ehtimal  edərsə,  əli  rütubətli  olsa  belə  onu  pak  hesab  edə  bilər.  Bu  zaman  ondan 
dini etiqadını öyrənmək - hətta bu sual sizə və ya ona heç bir problem yaratmasa 
belə - vacib deyil. 
 
Məsələ  38.  Bədən  və  ya  paltara  tökülən  mayelər  nəcis  olduğu  sübuta 
yetməyincə pak hesab edilir. 
 
Məsələ  39.  Odun
1
 və  ya  başqa  bir  nəsnədən  alınmasından  asılı  olmayaraq 
spirt  pakdır.  Beləliklə,  tərkibində  spirt  olan  bütün  dərman,  ətriyyat  və  yeyinti 
                                                           
1
 İlk dəfə 1661-ci ildə quru odunun yüksək hərarətdə qızdırılması nəticəsində alınan metanol, metil, yaxud karbinol 
ən bəsit tərkibli spirt hesab olunur və sənayedə karbonmonooksid ilə hidrogenin reaksiyasından alınır. 


 
40 
məhsulları da pak hesab edilir və onlardan istifadə edə, hətta miqdarı olduqca az, 
məsələn 2% həcmində olduğu hallarda hətta həmin qida məhsulları ilə qidalana da 
bilərsiniz. 
 
Məsələ  40.  Daha  öncə  istifadə  edilən  əşyalardan  nəcasətə  bulaşdıqlarına 
əmin olmadıqca paklamağa ehtiyac duymadan yenidən istifadə etmək olar. 
 
Məsələ  41.  Xalçalar  və  digər  döşəmə  örtükləri  üzərində  bir  qismi,  yaxud 
təsiri  qalmayan  müxtəlif  nəcasətlərə  bulaşarsa,  qəlil  (kür  miqdarından  az)  suyu 
onların üzərinə bir dəfə axıtmaqla yuyula bilər. Bu məqsədlə nəcisə bulaşan hissəni 
tamamilə isladacaq (yuyacaq) şəkildə həmin hissənin üzərinə su tökmək, sonra əllə 
sıxmaqla, yaxud quruducu cihazla, yaxud da üzərinə suyu özünə çəkəcək bir parça 
qoymaqla  qüsalə  suyundan  təmizləmək  lazımdır.  Beləliklə,  xalça  və  ya  döşəmə 
örtüyü pak olur, qüsalə suyu isə vacib ehtiyata əsasən nəcis hökmünü daşıyır. Bu 
hökm  sidikdən  başqa  nəcasətlərə  bulaşan  bütün  libaslara  da  şamil  olunur.  Sidiyə 
bulaşan  paltarlara,  eləcə  də  südəmər  oğlan  və  qızların  sidiyinə  tətbiq  olunan 
özünəməxsus hökmlərə isə qarşıdakı məsələlərdə aydınlıq gətiriləcəkdir. 
 
Məsələ 42. Öncəki məsələdə sözügedən əşyaları kürr miqdarından artıq olan 
su  mənbəyinə  qoşulmuş  krant  suyu  ilə  paklamaq  istədikdə  isə  onları  əllə  sıxmaq, 
quruducu cihazla qurutmaq, yaxud baqa bir yolla qüsalə suyunu çıxarmağa ehtiyac 
yoxdur. Kürr suyun həmin əşyaların üzərinə axıdılması ilə onlar pak olur. 
 
Məsələ  43.  Libas,  xalça  və  s.  qan  və  məni  (sperma)  kimi  üzərində  təsir 
(rəngini,  dadını  yaxud  qoxusunu)  buraxan  hər  hansı  bir  nəcislə  bulaşarsa,  onları 
41-ci  məsələdə  öz  əksini  tapan  qaydada  yumaq  olar.  Bu  şərtlə  ki,  nəcasətin  özü 
(təsiri)  bu  yumadan  öncə  suya  çəkilərək,  yaxud  başqa  bir  vasitə  ilə  aradan 
qaldırılmalıdır. Həmçinin, bu halda 41-ci məsələdən fərqli olaraq nəcasətin özünü 
yuyub aparan su vacib ehtiyata əsasən deyil, birbaşa fətvaya əsasən nəcis sayılır. 
 
Məsələ 44. Müstəsna halları çıxmaqla əsasən südlə qidalanan südəmər oğlan 
və  qız  uşaqlarının  sidiyi  ilə  nəcis  olan  xalçaları,  paltarları  və  s.  paklamaq  üçün 
həmin əşyanın sidiyə bulaşan hissəsini tamamilə əhatə edəcək qaydada üzərinə bir 
dəfə su tökmək kifayətdir və həmin suyu sıxaraq (qurudaraq) çıxarmağa da ehtiyac 
yoxdur. 


 
41 
 
Məsələ 45. Böyüklərin sidiyi ilə nəcis olan libasları da su ilə pak etmək olar. 
Bu  məqsədlə  kür  həcmindən  az  su  ilə  yuduqda  həmin  paltarların  üzərinə  nəcisə 
bulaşan hissəni tamamilə əhatə edəcək şəkildə su axıtmaq, sonra həmin suyu əllə 
sıxaraq,  yaxud  başqa  bir  yolla  çıxarmaq,  ardınca  bunu  bir  dəfə  də  təkrarlamaq 
lazımdır. Sidiyin özü ilə qarışmamış olduğu halda hər iki yumada sıxılan su vacib 
ehtiyata  əsasən,  nəcis  sayılır.  Sidiyin  özünün  də  sıxılan  suya  qarışdığı  halda  isə 
birinci yumadan sonra sıxılan su birbaşa fətvaya əsasən nəcis sayılır. 
 
Məsələ  46.  Böyüklərin  sidiyi  ilə  nəcis  olan  libasları  kürr  həcmində  olan  su 
mənbəyinə  bağlı  krantın  suyu  ilə  yumaq  üçün  də  onları  iki  dəfə  suya  çəkmək 
lazımdır,  yalnız  bu  fərqlə  ki,  bu  halda  yuduqdan  sonra  sıxaraq,  yaxud  başqa  bir 
yolla  suyunu  çıxarmağa  ehtiyac  yoxdur.  Eləcə  də  bədən  sidiyə  bulaşdıqda  onu 
(sidiyə bulaşan hissəsini) istər kürr həcmində, istərsə daha az miqdarda olan su ilə 
iki dəfə yumaq lazımdır. 
 
Məsələ 47. Şərabla nəcis olan əl və libaslar bir dəfə yumaqla pak olur. Lakin 
libasları qəlil su ilə yuduqda yumadan sonra həmin suyu sıxmaq lazımdır. 
 
Məsələ 48. Şərab, yaxud hər hansı başqa bir nəcasətlə bulaşan qabları qəlil 
su  ilə  paklamaq  üçün  onları  üç  dəfə  yumaq  lazımdır.  Həmçinin,  kürr  həcmində 
mənbəyə bağlı krant suyu ilə paklayarkən də vacib ehtiyata əsasən, üç dəfə yumaq 
lazımdır. 
 
Məsələ  49.  İtin  ağzının  suyu  (seliyi,  yaxud  tüpürcəyi)  ilə  nəcis  olan  əl  və 
paltarlar bir dəfə yumaqla pak olur. Lakin qəlil su ilə yuyarkən paltarları yuduqdan 
sonra sıxmaq lazımdır. 
 
Məsələ  50.  İtin  ağzı  ilə  toxunması,  yaxud  su  içməsi  nəticəsində  nəcis  olan 
qabları paklaşdırmaq üçün onları birinci dəfə torpağa sürtdükdən sonra olmaqla üç 
dəfə yumaq lazımdır. 
 
İndi isə gəlin təharət və nəcasət mövzusu ilə bağlı tez-tez soruşulan bir sıra 
suallar və onların cavabları ilə tanış olaq: 
 
Məsələ  51.  Pakedicilərdən  biri  də  yerdir.  Bəs  yer  örtüyü  ayaqqabıların  altı 
kimi onun üzrənidə hərəkət edən avtomobillərin təkərlərini də pak edirmi? 
 
Cavab: Xeyr, pak etmir. 


 
42 
 
Məsələ 52. Nəcasətə bulaşan əşyalar maye halında olmadığı halda nə qədər 
bulaşdırıcı hesab olunur? 
 
Cavab: Nəcasətə bulaşan ilk əşya toxunduğu əşyanı (öncəki məsələlərdə də 
öz  əksini  tapdığı  kimi  təmasda  olan  əşyalardan  ən  azı  biri  keçirici  dərəcədə 
rutubətli  olduğu  halda 
tərc.
)  nəcis  edir.  İkinci  əşya  da  eyni  qayda  ilə  üçüncünü 
nəcasətə  bulaşdırmış  hesab  edilir.  Lakin  üçüncü  əşya  maye  olub-olmamasından 
asılı olmayaraq təmasda olduğu əşyaları nəcasətə bulaşdırmış sayılmır. 
 
Məsələ 53. İtin ağzı bədənimizə, yaxud libaslarımıza toxunduğu halda necə 
paklanmalıyıq? 
 
Cavab: Bir dəfə su ilə yumaq kifayətdir. Qəlil su ilə yuduqda isə qüsalə suyu 
ayrılmalıdır  ki,  bunun  üçün  də  yuyulan  paltarları  yumadan  sonra  möhkəmcə 
sıxmaq lazımdır. 
 
Məsələ  54.  Sihlər  (siqhizm  dininin  ardıcılları)  də  yəhudilər  və  xristianlar 
kimi səmavi dinlərin nümayəndələri sayılırmı? 
 
Cavab: Sihlər kitab əhli sayılmır. 
 
Məsələ 55. Buddistlər kitab əhli sayılırmı? 
 
Cavab: Onlar kitab əhli deyil. 
 
Məsələ 56. Bir müsəlman qərb ölkələrindən birində mebel və avadanlıqlarla 
təmin  edilmiş  ev  kirayələyərsə,  hər  hansı  bir  nəcasət  izinə  rast  gəlmədiyi  halda 
evdəki  bütün  əşyaları  pak  hesab  edə  bilərmi?  Bəs  ondan  öncə  həmin  evdə 
məskunlaşan kitab əhli – yəhudi və ya xristian, yaxud hətta buddist və ya  Allahı, 
onun elçilərini inkar edən bir şəxs olsa necə? 
 
Cavab: Bəli, nəcasətə bulaşmış olduğunu bilmədikcə, buna əmin olmadıqca 
evdəki  bütün  əşyaları  pak  hesab  edə  bilər.  Bu  xüsusda  şəkk-şübhəyə  isə  məhəl 
qoyulmamalıdır. 
 
Məsələ  57.  Qərb  ölkələrində  kirayəyə  verilən  evlərin  əksəriyyəti  otaqların 
döşəməsinə  bitişdirilən  və  qaldırılaraq  altına  bir  qab  qoyulması  belə  mümkün 
olmayan  döşəmə  örtüyü  ilə  örtülmüşdür.  Sidik,  yaxud  qan  kimi  nəcasətlərə 
bulaşdığı halda onları kürr həddindən az və çox su ilə necə yumaq lazımdır? 


 
43 
 
Cavab: Əgər yumadan sonra parça, yaxud hansısa bir alətlə həmin suyu sıxıb 
çıxarmaq (yuyulan hissəni qurutmaq) mümkün olarsa, bu qaydada kürr həcmindən 
az su ilə də yumaq olar. Əks təqdirdə isə yalnız kürr normasından artıq su ilə pak 
edilə bilər. 
 
Məsələ  58.  Qərb  ölkələrində  paltaryuma  xidməti  göstərən  servislər  geniş 
yayılmışdır və həmin paltaryuyan maşınlarda müsəlmanlarla qeyri-müsəlmanların 
libasları  pak  və  ya  nəcis  olmasından  asılı  olmayaraq  birlikdə  yuyulur.  Həmin 
maşınlarda yuyulan geyimlərimizlə namaz qıla bilərikmi?  Nəzərə  almaq lazımdır 
ki,  biz  həmin  paltaryuyan  maşınların  yuma  əsnasında  lazımı  qaydada  kürr  suya 
qoşulmuş  olub-olmadığını,  eləcə  də  libasları  təmizlədiyi  kimi  nəcasətdən  də  pak 
edib-etmədiyini bilmirik. 
 
Cavab:  Yuyulmadan  öncə  pak  olan  və  sonradan  nəcasətə  bulaşdığına  əmin 
olmadığınız paltarla namaz qıla bilərsiniz. Həmçinin, üzərindəki nəcasətin - varsa - 
aradan  qaldırıldığına  əmin  olduğunuz  libaslar  sidiklə  nəcis  olduğu  halda  pak  və 
mütləq  suyun  bütün  nəcasətə  bulaşan  (toxunan)  hissələrini  əhatə  edəcəyi  şəkildə 
iki  dəfə  (vacib  ehtiyata  əsasən,  hətta  kürr  su  ilə  yuyulduqda  belə),  başqa 
nəcasətlərə bulaşdığı (toxunduğu) halda isə bir dəfə yuduqdan və eləcə də qəlil su 
ilə  yuyulduğu  halda  ardınca  qüsalə  suyunu  sıxmaq,  yaxud  başqa  bir  yolla 
ayırdıqdan  sonra  pak  hesab  olunur.  Lakin  şəriətdə  nəzərdə  tutulan  qaydada 
paklandığına  şəkk  etdiyiniz  libasların  isə  nəcis  olaraq  qaldığına  hökm  olunur  və 
onlarla namaz qılmaq düzgün deyil. 
 
Məsələ  59.  Qeyri-müsəlmanlar  tərəfindən  işlədilən,  müsəlmanlarla  yanaşı 
qeyri-müsəlmanların  da  libaslarını  yudurtduğu  servislərdəki  paltaryuyan 
maşınlarda yuyucu mayelər qatılaraq yuyulan geyimlər pak hesab olunurmu? 
 
Cavab: Həmin paltarların nəcasətlə təmas nəticəsində nəcasətə bulaşdıqlarını 
bildiyiniz hal istisna olmaqla, onlar pak hökmündədir. 
 
Məsələ  60.  Bəzi  sabunların  üzərində  onların  hazırlanmasında  donuz 
piyindən, yaxud İslam şəriətinin normalarına müvafiq qaydada kəsilməyən heyvan 
mənşəli  maddələrdən  istifadə  olunduğu  yazılır  və  biz  həmin  maddələrin  istihalə 


 
44 
yolu  ilə  başqa  bir  maddəyə  çevrilib-çevrilmədiyini bilmirik. Həmin  sabunları  pak 
saya bilərikmi? 
 
Cavab:  Tərkibində  sözügedən  maddələr  mövcuddursa,  onların  istihaləsi 
gerçəkləşdiyi  hallar  istisna  olmaqla,  həmin  sabunlar  nəcis  sayılır.  Qeyd  etmək 
lazımdır ki, sabun istehsalı prosesində sözügedən istihalə halınının gerçəkləşməsi 
təsbit (müşahidə) edilməmişdir. 
 
Məsələ  61.  Donuz  tukundən  hazırlanan  diş  fırçalarının  alqı-satqısı  və 
istifadəsi doğrudurmu və istifadə edildiyi halda ağız nəcasətə bulaşmış sayılırmı? 
 
Cavab:  Alqı-satqısı  və  istifadəsi  haram  deyil.  Lakin  istifadə  edildiyi  halda 
ağız  nəcasətə  bulaşmış  hesab  olunur.  Fırçanı  ağızdan  çıxardıqdan  sonra  ağız 
boşluğunda qalan diş məcununun təmizlənməsi ilə isə pak olur. 
 
Məsələ  62.  Yumurtanın  sarısında,  yaxud  ağında  müşahidə  olunan  qan  onu 
nəcis  etmiş  sayılırmı?  Belə  yumurtaları  yeyə  bilmərikmi?  Bu  məsələnin  bir  həlli 
yolu varmı? 
 
Cavab: Yumurtanın ağında müşahidə edilən qan pak sayılır, lakin yeyilməsi 
haramdır. Bununla belə həmin qanı təmizləyərək yumurtanı yemək olar. Qan ləkəsi 
yumurtadan  ayrılmayacaq  dərəcədə  cüzi  miqdarda  olduğu  halda  isə  yumurta  pak 
və yeyilməsi halal hesab edilir. 
 
Məsələ 63. Şərab və pivə pak sayılırmı? 
 
Cavab:  Şərabın  nəcis  olduğu  şübhəsizdir.  Pivəyə  (qaynadılmış,  məstedici 
arpa  suyuna)  gəlincə,  içilməsi  qəti  şəkildə  haram  olsa  da,  nəcis  hesab  olunması 
hökmü vacib ehtiyata əsaslanır. 
 
Məsələ  64.  Avropada  fərqli  dinlərin,  irqlərin  və  millətlərin  nümayəndələri 
bir  arada  yaşayırlar.  Belə  bir  cəmiyyətdə  hansı  dinin  mənsubu  olduğunu 
bilmədiyimiz bir satıcıdan aldığımız və onun çılpaq əli ilə toxunduğu rütubətli (ələ 
rütubət keçirə biləcək dərəcədə) qida məhsullarını pak saya bilərikmi? 
 
Cavab: Toxunan əlin nəcis olduğunu bilmədiyiniz (əmin olmadığınız) halda 
qida məhsulları pak hesab olunur. 
 
Məsələ  65.  Avropa  ölkələrində  harada  istehsal  olunduğunu  bilmədiyimiz 
süni dəri məhsulları satılır. Deyilənlərə əsasən, bir sıra Avropa ölkələri müsəlman 


 
45 
dövlətlərindən  ucuz  qiymətə  dəri  xammalı  alaraq  süni  dəri  məhsulları  istehsal 
edirlər.  Həmin  məhsulları  pak  hesab  edə  bilərikmi?  Belə  dəri  geyimlərlə  namaz 
qıla bilərikmi? Ümumiyyətlə, belə zəif bir ehtimala əsaslanmaq olarmı? 
 
Cavab:  Həmin  dərilərin  şəriət  normalarına  müvafiq  surətdə  kəsilən 
heyvanlardan  alınması  ehtimalı  sağlam  ağıl  sahiblərinin  etimad  göstərməyəcəyi 
qədər  az,  məsələn  2%  olarsa,  sözügedən  məhsullar  nəcis  hökmünü  daşıyır  və 
namaz  qılarkən  onları  geyinmək  olmaz.  Əks  təqdirdə  isə  həmin  məhsullar  pak 
sayılır və onlarla namaz qılmaq olar. 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə