BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə12/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   8   9   10   11   12   13   14   15   ...   58
azari-book-25246

DÖRDÜNCÜ FƏSİL 
NAMAZ 
 
Bir hədisdə oxuyuruq: “Namaz dinin sütunudur”.
1
 
Həzrət  Əli  (ə)  Əbdürrəhman  ibn  Mülcəm  tərəfindən  sui-qəsdə  məruz 
qaldıqdan sonra İmam Həsən (ə) və İmam Hüseynə (ə) vəsiyyətində deyirdi: “Sizi 
and  verirəm  Allaha!  Sizi  and  verirəm  Allaha!  Namazlarınıza  qarşı  diqqətli  olun! 
Sizi  and  verirəm  Allaha!  Sizi  and  verirəm  Allaha!  Ömrünüzün  sonunadək 
Rəbbinizin evini unutmayın!”
2
 
 
Sükuni  adlı  ravi  İmam  Sadiqə  (ə)  istinadən  Allahın  elçisinin  (s)  belə 
buyurduğunu  nəql  edir:  “Mömin  gündəlik  beş  namazını  öz  vaxtında  qıldıqca 
şeytan  ona  yaxınlaşmaqdan  qorxar.  O,  namazlarına  qarşı  etinasızlıq  göstərməyə 
başladığı andan isə cürət taparaq onu böyük günahlara sövq etməyə başlayar”.
3
 
 
Başqa bir müasiri, Yezid ibn Xəlifə isə İmam Sadiqin (ə) belə buyurduğunu 
nəql  edir:  “Namazqılan  namaza  başladıqda  səmadan  (ilahi  dərgahdan)  yer  üzünə 
rəhmət enməyə başlayar, mələklər onu əhatəsinə alar, aralarından biri car çəkərək 
                                                           
1
 Vəsail əş-şiə, c.4, səh.35. 
2
 Nəhc əl-bəlağə, Subhi Salehin redaktəsi ilə, səh.422. 
3
 Vəsail əş-şiə, c.4, səh.28. 


 
46 
deyər:  “Əgər  bu  namazqılan  namazda  hansı  dəyərlərin  gizli  olduğunu  bilsəydi, 
namazdan ayrılmazdı!”
1
 
 
Bütün  bu  dəyərli  kəlamlar  bizə  İslamın  namaza  verdiyi  aydın,  birmənalı 
dəyəri  göstərir.  Namaz  bir  növ  Allahın  hüzuruna  şərəfyab  olmaq  hesab 
edildiyindən,  hədisi-şərifdə  də  öz  əksini  tapdığı  kimi  namazqılan  Rəbbinin 
qarşısında  dayandığından  namaz  halında  qəlbini  Rəbbinə  doğru  yönəltməlidir  və 
heç bir dünyəvi problem və ötəri maddi qayğısı onu məşğul etməməlidir. 
 
Uca  Allah  (c.c.)  özü  də  kitabında  buyurur: 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə