BağIŞlayan və mehriban allahin adi iLƏ


“Həqiqətən,  möminlər  nicat



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə13/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   9   10   11   12   13   14   15   16   ...   58
azari-book-25246

“Həqiqətən,  möminlər  nicat 
tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!) 
O  kəslər  ki,  namazlarında  (hər  şeyi  unudaraq  ruhən  və  cismən  yalnız  Allaha) 
müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)”
2
 
 
İmam Səccad (ə) namaz qılarkən küləyin təsiri nəticəsində yalnız yarpaqları 
əsən  ağac  budağı kimi  hərəkətsiz dayanardı.
3
 İmam  Baqir  (ə)  və  İmam  Sadiq  (ə) 
isə namaza dayanarkən bəzən üzləri qızarar, bəzən də saralardı, sanki qarşılarında 
gördükləri bir həmsöhbətlə pıçıldaşırdılar.
4
 
 
Namazla  bağlı  şəriətdə  çoxsaylı  hökmlər  mövcuddur.  Burada  onlardan  bir 
qismini xatırlamağı məqsədəuyğun hesab edirik: 
 
Məsələ  66.  Fəqihlər  deyirlər:  “Namaz  heç  zaman  insanın  öhdəsindən 
götürülmür.  Bu  isə  o  deməkdir  ki,  istər  səfərdə,  istərsə  də  vətəndə  namaz 
qılmaqdan  imtina  etmək  hansı  vəchlə  olursa-olsun  yolverilməzdir.  Məsələn, 
namazın  vaxtı  daralarsa,  müsəlman  müsafir  təyyarədə,  gəmidə,  avtomobildə, 
yaxud  qatarda  (istər  dayanarkən,  istərsə  hərəkət  əsnasında),  həmçinin  gözləmə 
salonlarında,  parklarda,  yollarda,  iş  yerlərində  və  s.  olmasından  asılı  olmayaraq 
namazını qılmalıdır. 
                                                           
1
 Vəsail əş-şiə, c.4, səh.32. 
2
 Muminun surəsi, 1-2-ci ayələr. 
3
 Məhəmmədhadi Milani, Qadətuna kəyfə nərifuhum, c.6, səh.164; bax: adıçəkilən mənbə, “İmam Zeynəlabidinin 
(ə) ibadəti” fəsli, səh.163-172. 
4
 Ayətullah əl-uzma Sistani, Minhac əs-salihin, c.1, səh.193. 


 
47 
 
Məsələ  67.  Müsafir  təyyarədə,  qatarda,  avtomobildə,  yaxud  başqa  bir 
nəqliyyat vasitəsində namazını ayaq üstə qıla bilməzsə, oturduğu halda qılmalıdır. 
Qibləni  təyin  edə  bilmədiyi  halda  üzünü  qiblə  istiqaməti  olduğunu  güman  etdiyi 
tərəfə tutmalıdır. Ümumiyyətlə, qiblənin hansı istiqamətdə olduğuna dair təsəvvürü 
olmadığı halda isə istənilən istiqamətə üzünü tuta bilər. Hərəkət nəticəsində yalnız 
“təkbirət  əl-ihram”  deyə  biləcək  qədər  üzü  qibləyə  dayana  bilmək  fürsəti  olduğu 
halda, bununla (namazın digər rükn və hərəkətlərini üzü qibləyə icra etməsə belə) 
kifayətlənə bilər. 
 
Məsələ  68.  Qiblə  istiqamətini  stüardessa  vasitəsilə  pilotlardan  (yaxud 
gəmidə kapitandan və s.) öyrənmək olar və arxayınlıq hasil etdiyi halda hətta kafir 
olsalar  belə  onların  verdiyi  məlumatı  doğru  hesab  etmək  olar.  Həmçinin,  düzgün 
işlədiyinə arxayın olduğu halda müsəlman kompas kimi cəhəti təyin edən cihazlara 
əsaslana bilər. 
 
Məsələ  69.  Müsəlman  namaz  qılmaq  üçün  dəstamaz  almaq  imkanına  sahib 
olmadıqda dəstamaz əvəzinə təyəmmüm almalıdır. 
 
Məsələ  70.  Gecə  və  gündüzün  uzunluğu  yer  kürəsinin  ayrı-ayrı 
məntəqələrində  fərqli  vaxt  ölçüləri  kimi  təzahür  edir.  Müsəlmanın  yaşadığı 
məntəqədə  günün  çıxma  və  qürub  vaxtları  dəqiq  məlum  olarsa,  o  namaz  və  oruc 
kimi  ibadətlərini  həmin  vaxt  ölçüsünə  əsasən  icra  etməlidir,  hərçənd  günün  qısa 
olması səbəbilə bəzi namazları çox az zaman fasiləsi ilə qılmalı olsa belə, yaxud 
gecənin qısa olması ilə əlaqədar olaraq iftar üçün olduqca az vaxtı qalsa belə. 
 
Məsələ 71. Bəzən bir sıra ölkələrdə ilin müəyyən fəsillərində günəş günlərlə, 
hətta  aylarla  görünmür,  yaxud  qürub  etmir.  Həmin  ölkələrdə  yaşayan  müsəlman 
ehtiyata  əsasən,  gündəlik  namazlarını  sutka  ərzində  gecə  ilə  gündüzün  bəlli 
saatlarda  başlayıb  qurtardığı  ən  yaxın  qonşu  ölkənin  namaz  vaxtlarına  müvafiq 
qaydada ümumi qürbət (Allaha yaxınlaşmaq) niyyəti ilə qılmalıdır. 
 
Məsələ  72.  Müsəlman  namaz  və  oruclarını  icra  etmək  üçün  fəcrin  (sübh 
namazının)  başlanğıcını,  günorta  və  qürub  saatlarını  dəqiq  bilməzsə, 
rəsədxanaların  verdiyi  məlumatlar  onda  arxayınlıq  (düzgünlüyünə  inam)  hasil 


 
48 
etdiyi  halda,  həmin  rəsədxanalarda  çalışanlar  müsəlman  olmasalar  belə,  onların 
vaxt cədvəllərinə əsasən namaz qıla, oruc tuta bilər. 
 
Məsələ 
73. 
Müsəlman 
məskunlaşdığı 
yerdən  ənənəvi  yaşayış 
məntəqələrində
1
 sonuncu  evdən  hesablanmaqla  44  km-dən  az  olmayan  məsafəyə 
səfər etdikdə namazlarını qısa qılmalı, yəni zöhr, əsr və işa namazlarını dörd deyil, 
iki rəkət qılmalıdır. Səfərdə namazların bütöv və ya qısa qılınması ilə bağlı şəriətdə 
burada  hamısını  qeyd  edə  bilmədiyimiz,  lakin  əməliyyə  risalələrində  müfəssəl 
surətdə öz əksini tapan özünəməxsus hökmlər vardır. 
 
Məsələ 74. İcrası üçün gərəkli şərtlərin ödəndiyi halda qılınan cümə namazı 
zöhr namazından daha üstündür, onu əvəz edir və mükəlləf cümə namazını qıldığı 
halda zöhr namazını qılmasına ehtiyac yoxdur. 
 
Məsələ  75. Camaat  namazı  fərdi  qaydada  qılınan  namazdan  daha  üstündür. 
Sübh,  məğrib  və  işa  namazlarının  camaatla  birgə  qılınması  təkidlə  tövsiyə 
olunmuşdur.  Hədisi-şəriflərdə  oxuyuruq  ki,  bir  alimin  arxasında  qılınan  namazın 
savabı  min,  bir  qüreyşlinin  arxasında  qılınan  namazın  mükafatı  isə  yüz  dəfə 
artıqdır və camaat namazında  məmumların (imamın arxasında dayananların) sayı 
artdıqca namazın dəyəri və savabı da artır. 
 
İndi isə gəlin namazla bağlı Həzrət Ayətullah əl-üzma Sistaniyə ünvanlanan 
bir sıra suallar və onlara verilən cavablarla tanış olaq: 
 
Məsələ  76.  Bəzi  insanlar  dəstəmaz  və  qüslü  doğru  qaydada  almadıqlarını 
illərlə namaz  qılıb, oruc tutub, həcc ayinini icra etdikdən  sonra  başa düşürlər. Nə 
etməli  olduqlarını  soruşduqda  isə  onlara  namaz  və  həcc  ziyarətlərini  təkrarlamalı 
olduqları deyilir. Bütün bu ibadətləri yenidən icra etməyin kifayət qədər çətin bir iş 
olduğu  nəzərə  alındıqda,  doğru  bildiyi  qaydada  qüsl  və  dəstamaz  alan  həmin 
şəxslərin  namaz  və  həcc  ayinlərinin  doğru  və  kafi  hesab  edilməsi  və  eləcə  də 
ibadətlərdən (bezərək, yaxud naümidliyə qapılaraq 
tərc.
) tamamilə uzaqlaşmasının 
qarşısını almaq üçün bir çıxış yolu varmı? 
                                                           
1
 Başqa sözlə, bir rayonundan başqa bir rayonuna yollanmağın səfər hesab edildiyi (yəni səfər məsafəsinin evdən 
hesablanmağa başladığı 
tərc.
) kifayət qədər iri meqapolislər istisna olmaqla. 


 
49 
 
Cavab:  Əgər  mükəlləf  cahil  qasir
1
 olub  həmin  şəraitdə  dəstamaz  və  qüslün 
doğruluğuna  xələl  gətirməyən  bəzi  şərtlərini  pozarsa,  məsələn,  qüsldə  baş  və 
bədənin  digər  hissələri  arasında  yuyulma  ardıcıllığına  riayət  etməzsə,  yaxud 
dəstamazda  məsh  üzvlərinə  əlində  (yuyulmalı  üzvləri  yuduqdan  sonra)  qalan 
rütubətlə deyil, yenidən isladaraq məsh edərsə, dəstamaz və qüslü, nəticə etibarilə 
də  namaz  və  həcc  ziyarəti  doğru  hesab  edilir.  Lakin  müqəssir  cahil  olub  şəriət 
hökmlərini öyrənməkdə səhlənkarlıq göstərərsə, yaxud ümumiyyətlə, dəstamaz və 
qüslün doğruluna xələl gətirən bəzi şərtləri pozarsa, məsələn, yuyulmalı olan bədən 
üzvlərini  yumazsa,  onun  namaz  və  həcc  ayini  heç  bir  vəchlə  doğru  hesab  edilə 
bilməz.  Lakin  tamamilə  uzaqlaşması  qorxusu  mövcud  olarsa,  onu  ibadətlərinin 
qəzasını yerinə yetirməyə sövq etmək lazım deyil. Bəlkə Allah (c.c.) özü bir çıxış 
yolu göstərəcəkdir. 
 
Məsələ  77.  Bəzi  insanlar  illərlə  namaz  qıldıqları  və  hətta  həcc  ayinini  də 
yerinə  yetirdikləri  halda  həmin  illər  ərzində  xüms  rüsumunu  ödəməmişlər.  Onlar 
həmin namazlarını və həcc ayinini yenidən icra etməlidirlərmi? 
 
Cavab:  Əgər  mükəlləf  namazlarını,  təvaf  və  təvaf  namazı  ayinlərini  xüms 
şamil  olunan  libasla  icra  edərsə,  vacib  ehtiyata  əsasən,  namazlarını  və  həcc 
ziyarətini  yenidən  icra  etməlidir.  Lakin  xüms  şamil  olunan  libas  yalnız  təvaf 
namazında  onun  üzərində  olarsa  və  o  hökmü,  yaxud  onun  tətbiq  olunduğu 
məqamları bilməzsə, hətta müqəssir cahil durumunda olsa belə, həcci doğru hesab 
edilir  və  hökmü  bilməməsi  üzrürlü  hal  hesab  edilmədiyi  halda  yalnız  təvaf 
namazını  yenidən  qılmalıdır.  Bunun  üçün  vacib  ehtiyata  əsasən,  ciddi  sıxıntı 
törətmədiyi halda Məkkəyə qayıtmalıdır, əks təqdirdə isə istənilən yerdə qıla bilər. 
Həmçinin  qurbanlıq  heyvana  xüms  şamil  olunarsa,  məsələn  xümsü  ayrılmamış 
gəlirlə  alınmış  olarsa,  həcc  ziyarətini  yenidən  gerçəkləşdirməsi  vacibdir.  Lakin 
xüms verməli olan hacı qurbanı məhz xüms verməli olduğu gəlirdən deyil, ümumi 
əmlakı hesabına almış olarsa (bu daha çox rast gəlinən haldır), ziyarəti doğru hesab 
olunur. Əlbəttə ki, bu halda xüms verməli olan hacı həmin qurbanlığın puluna görə 
                                                           
1
 “Cahil qasir” və “müqəssir qasir” terminlərinin anlamı ilə tanış olmaq üçün “Müxtəsər fiqh terminləri lüğəti” 
bölməsinə müraciət edin. 


 
50 
də zəmanət məsuliyyəti daşıyır. Bütün bu hökmlər xümsün vacib olduğunu, xümsü 
verilməmiş  əmlakdan  istifadənin  haram  olduğunu  bilənlərə,  yaxud  müqəssir 
cahillərə şamil olunur. Qasir cahillərə gəlincə, onların namaz və həcci bu hallarda 
doğru hesab olunur. 
 
Məsələ  78.  Müsafir  bir  şəhərdə  günorta  azanını  öz  qulaqları  ilə  eşitdikdən 
sonra  namaz  qılmadan  yola  çıxarsa  və  mənzilbaşına  məğrib  azanından  sonra 
çatarsa,  günah  etmiş  sayılırmı  və  günorta  namazlarının  qəzasını  qılması 
vacibdirmi? 
 
Cavab:  Bəli,  vacib  bir  ibadəti  onun  üçün  müəyyən  edilən  vaxt  ərzində 
qılmadığına görə günahkar sayılır və həmin namazın qəzasını qılmalıdır. 
 
Məsələ  79.  Quru  mürəkkəb  dəstamaza  və  qüslə  (suyun  dəriyə  təmas 
etməsinə) əngəl hesab edilirmi? 
 
Cavab: Əgər suyun dəriyə toxunmasına mane ola biləcək özəllikdə deyilsə, 
dəstamaz  və  qüsl  doğru  hesab  edilir.  Bu  xüsusda  şəkk  edildiyi  halda  isə  aradan 
qaldırılmalıdır (dərinin üzərindən təmizlənməlidir). 
 
Məsələ  80.  Müsəlman  maraqlı  bir  filmə  tamaşa  edərkən  namaz  vaxtı 
başlayarsa,  onun  filmə  sonunadək  baxmağa  davam  edərək  namazını  vaxtının 
bitməsinə az bir müddət qalanadək təxirə salması doğrudurmu? 
 
Cavab:  Müsəlmana  namazını  üzrlü  bir  səbəb  olmadan  fəzilət  vaxtında 
qılmayaraq təxirə salmaq yaraşmaz. Sözügedən hal isə üzürlü hallardan sayılmır. 
 
Məsələ 81. Krem suyun dəriyə çatmasına əngəl hesab edilirmi və dəstamaz 
və qüsl əsnasında dərinin üzərindən silinməsi vacibdirmi? 
 
Cavab:  Bilindiyi  kimi  krem  dəriyə  sürtüldükdən  sonra  onun  dəri  üzərində 
yalnız yağlılıq təsiri buraxır və bu da suyun dəriyə təmas etməsinə mane olmur. 
 
Məsələ 82. Bəzi xanımlar bəzək məqsədilə dırnaqlarını normal həddən daha 
artıq  uzadır  və  bəzən  həmin  dırnaqlar  qırıldığından  müraciət  etdikləri  həkim-
kosmetoloqlar  onlara  bir  gündən  az  olmayaraq  dırnaqda  qalmalı  olan  boyaların 
istifadəsini  tövsiyə  edirlər.  Dəstamaz  və  qüsl  əsnasında  həmin  boyaların  suyun 
dırnaqlara  toxunmasına  mane  olduğu  nəzərə  alındıqda,  deyilən  məqsədlə  (gözəl 


 
51 
görünmək üçün) onlardan istifadə edə bilərlərmi? İstifadə etdikləri halda dəstamaz 
və qüsl almaq üçün nə etməlidirlər? 
 
Cavab:  Suyun  dəriyə  toxunmasına  əngəl  olduğu  halda  onlarla  alınan 
dəstamaz  və  qüsl  doğru  sayılmır  və  həmin  boyalar  dəstamaz  və  qüsl  üçün 
dırnaqlardan silinməlidir. Sözügedən məqsəd də bu hökmü dəyişdirmir. 
 
Məsələ 83. Namazlarımızı nə zaman bütöv, nə zaman müxtəsər qılmalıyıq? 
İnsanların  bir  nəfəri  hansısa  bir  yaşayış  məntəqəsinin  sakini  hesab  etməsi  onun 
həmin yaşayış məskənində namazını bütöv qılması üçün kifayətdirmi? 
 
Cavab: Namazın hansı hallarda qısa qılınmalı olduğu əməliyyə risalələrində 
müfəssəl  surətdə  öz  əksini  tapmalıdır.  İnsan  bir  yeri  özünə  uzun  bir  müddətdə 
məskunlaşmaq məqsədilə yaşayış yeri seçərsə və əhali də onu müsafir deyil, həmin 
yerin  sakini  hesab  edərsə,  məsələn  həmin  məntəqədə  iki  il  yaşamaq  niyyətində 
olarsa, bu müddətlə orada iki ay yaşadıqdan sonra həmin yaşayış yeri şəriətdə onun 
vətəni  hesab  edilir.  Lakin  məskunlaşma  müddəti  qısa  olarsa  və  o,  həmin  yerdə 
müsafir hesab edilərsə, namazını müxtəsər qılmalıdır. 
 
Məsələ  84.  Məğrib  və  işa  namazlarının  vaxtının  başa  çatdığı  gecə  yarısını 
necə  hesablamalıyıq?  Xalq  arasında  yayıldığı  kimi  saat  24:00  (00:00)  gecə  yarısı 
hesab edilə bilərmi? 
 
Cavab:  Gecə  yarısı  (məğrib  və  işa  namazlarının  vaxtının  başa  çatdığı  an) 
deyərkən  günəşin  batması  ilə  çıxması  arasındakı  zaman  diliminin  (iki  bərabər 
hissəyə  ayrıldıqda)  birinci  yarısının  başa  çatması  nəzərdə  tutulur.  Məsələn,  günəş 
axşam saat 19:00-da bataraq, sabah saat 04:00-da çıxarsa, gecə yarısı 23:00 hesab 
olunur. Beləliklə, gecə yarısının hesablanması üçün meyar ilin ayrı-ayrı fəsillərində 
və eləcə də yer kürəsinin fərqli nöqtələrində bir-birindən fərqlənən günəşin batması 
və çıxma saatlarıdır. 
 
Məsələ  85.  Mükəlləf  yatacağı  halda  sübh  namazına  ayılmayacağını  bilərsə, 
sübh namazını vaxtında qılmaq üçün oyaq qalması vacibdirmi? Bəs bunu bilə-bilə 
yatdığı və namaz üçün oyana bilmədiyi halda günahkar sayılırmı? 


 
52 
 
Cavab: Hansısa bir şəxsin, yaxud zəngli saatın köməyi ilə də oyana bilər. Bu 
da mümkün olmadıqda yatıb qalması namaza qarşı səhlənkarlıq və laqeydlik hesab 
olunduğu hallar istisna olmaqla yatmaqla günah etmiş sayılmır. 
 
Məsələ  86.  Qiblə  istiqamətini  təyin  edə  və  bədənimizi  hərəkətsiz  saxlaya 
bilmədiyimiz hallarda təyyarədə vacib namazlarımızı necə qılmalıyıq? 
 
Cavab: Qiblə istiqamətini bir qayda olaraq verdikləri məlumatlar arxayınlıq, 
yaxud güman hasil edən pilot, yaxud stüardessalardan soruşmaqla təyin etmək olar 
və  qiblə  məsələsində  həmin  məlumatlara  əsaslanmaq  lazımdır.  Bədənin 
hərəkətsizliyinə gəlincə, mümkün olmadığı təqdirdə bu şərt qüvvədən düşür. Lakin 
namazın  digər  şərtlərinə  mümkün  olduğu  qədər  riayət  etmək  lazımdır.  Namazı 
onun  üçün  müəyyən  olunmuş  vaxt  ərzində  qılmayaraq  təxirə  salmaq  isə  heç  bir 
vəchlə doğru deyil. 
 
Məsələ  87.  Qatarlarda  və  avtomobillərdə  namazlarımızı  necə  qılmalıyıq? 
Belə hallarda səcdə etməliyikmi, yoxsa sadəcə əyilmək kifayətdir? 
 
Cavab:  Sözügedən  nəqliyyat  vasitələrində  namazı  mümkün  olduğunca  adi 
qaydada qılmağa çalışmaq lazımdır. O cümlədən, namazın bütün hərəkətlərini üzü 
qibləyə  icra  etmək  lazımdır.  Mümkün  olmadığı  halda  yalnız  təkbirət  əl-ihram 
əsnasında  üzü  qibləyə  olmaq  kifayətdir.  Bu  da  mümkün  olmadığı  təqdirdə  isə 
qibləyə  yönəlmək  şərti  qüvvədən  düşür.  Habelə,  mümkün  olduqca  rüku  və 
səcdələri normal qaydada yerinə yetirmək lazımdır. Məsələn, əlverişli şərait olduğu 
halda qatarın dəhlizində, yaxud avtobus salonunun keçid hissəsində namaz qılmaq 
lazımdır. Normal qaydada rüku və səcdə etmək mümkün olmadığı halda isə rüku 
və  səcdə  hesab  ediləcək  qədər  əyilmək  lazımdır.  Belə  ki,  səcdədə  alnı  üzərinə 
qoymağın  doğru  hesab  edildiyi  bir  şeyə  (hətta  yerdə,  döşəmədə  olmasa  belə) 
toxundurmaq  lazımdır.  Deyilən  qədər  əyilmək  də  mümkün  olmadığı  təqdirdə  isə 
rüku və səcdəni əvəz edən işarə hərəkətlərini icra etmək kifayətdir. 
 
Məsələ 88. Bəzən namazın vaxtı tələbələr universitetə yollanarkən başlayır. 
Tələbə universitet kampusuna çatdıqda isə namazın vaxtı başa çatır. Belə hallarda 
o,  namazını  nəqliyyat  vasitəsində  qılmalıdırmı?  Nəzərə  almaq  lazımdır  ki,  o, 


 
53 
nəqliyyat  vasitəsindən  düşərək  bir  yerdə  namazını  qıla  bilər,  lakin  bu  halda 
universitetə gecikəcəkdir. 
 
Cavab:  Nəqliyyat  vasitəsindən  enərək  hərəkətsiz  bir  yerdə  bütün  şərtlərinə 
riayət  etməklə  namaz  qılmaq  imkanı  olduğu  halda  universitetə  gecikmək 
(davamiyyətsizlik) öz-özlüyündə nəqliyyat vasitəsində bəzi şərtlərinin pozulmasına 
rəğmən  namaz  qılmağa  əsas  vermir.  Lakin  gecikmə  və  davamiyyətsizlik  normal 
hallarda  müşahidə  olunmayan  ciddi  sıxıntıların  yaranmasına  səbəb  olarsa,  bütün 
şərtlərinə  riayət  etməklə  namaz  qılmaq  mümkün  olmasına  rəğmən,  nəqliyyat 
vasitəsində bəzi şərtləri pozulsa belə, namaz qılmaq olar. 
 
Məsələ 89. Namaz vaxtı işçinin iş saatlarına təsadüf edir və onun işi olduqca 
mühüm  və  təxirəsalınmaz  bir  işdir.  Namaz  qılmaq  üçün  işdən  ayrılacağı  təqdirdə 
ciddi  probləmlərlə  qarşılaşa  bilərsə,  hətta  bu  onun  işdən  qovulması  ilə  nəticələnə 
bilərsə,  namazını  qəzaya  verə  bilərmi?  Yoxsa  ehtiyac  duyduğu  işini  itirməsinə 
səbəb olsa belə, namazını vatında qılmalıdır? 
 
Cavab: Əgər həmin işə ehtiyacı zərurətdən irəli gələrsə, namaz vaxtı ərzində 
mümkün  olan  istənilən  surətdə,  hətta  rüku  və  səcdələri  işarə  hərəkətləri  ilə  icra 
etməklə olsa belə, namazlarını qılmalıdır. Lakin bu nadir hallarda rast gəlinən bir 
ehtimaldır.  Yaxşı  olar  ki,  həmin  işçi  təqvanı  tərcih edərək dininin  sütunu  sayılan 
bir ibadətin icrasına xələ  gətirən bir  işlə məşğul  olmasın və  uca  Allahın kəlamını 
unutmasın: 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə