BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə15/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   11   12   13   14   15   16   17   18   ...   58
azari-book-25246

BEŞİNCİ FƏSİL 
ORUC 
 
Sevimli Peyğəmbərimiz (s) ramazan ayı ərəfəsində söylədiyi bir xütbəsində 
insanlara belə müraciət etmişdi: 
 
“Ey  insanlar!  Allahın  ayı  öz  bərəkət,  rəhmət  və  əfv  özəllikləri  ilə  sizin 
sorağınıza  gəlir.  Bu,  Allah  dərgahında  başqa  aylardan,  günləri  başqa  günlərdən, 
gecələri digər gecələrdən, saatları da digər saatlardan daha üstün və dəyərli olan bir 
aydır.  Bu  elə  bir  aydır  ki,  onun  gəlişi  ilə  siz  ilahi  ziyafətə  dəvət  olunmuş,  ilahi 
kəramət və dəyərə layiq görülmüşsünüz. Bu ayda aldığınız hər nəfəs zikr, yuxunuz 
ibadət hesab olunur, əməlləriniz qəbul olunmuş, duanız eşidilmiş sayılır. 
 
Beləliklə, Rəbbinizdən sidq-ürəklə, səmimi qəlblə sizi bu ayda oruc tutmağa 
və öz kitabını oxumağa (anlamağa) müvəffəq etməsini diləyin. Həqiqətən, bədbəxt 
o şəxsdir ki, bu dəyərli ayda ilahi əfvdən məhrum olan insandır. 


 
56 
 
Ey  insanlar!  Bu  ay  ərzində  cənnətin  qapıları  üzünüzə  açıqdır.  Rəbbinizdən 
diləyin ki, onu üzünüzə bağlamasın. Cəhənnəmin qapıları isə bağlıdır. Rəbbinizdən 
onu  sizin  üzünüzə  açmamasını  istəyin.  Bu  ayda  şeytanlar  da  zəncirlənmiş  olur. 
Rəbbinizdən  onların  sizə  (qəlblərinizə)  hakim  olmasına  imkan  verməməsini  də 
diləyin. 
 
Ey  insanlar!  Aranızdan  kim  bu  ayda  əxlaqını  (xasiyyətini,  davranışlarını) 
gözəlləşdirərsə,  bu  addımı  sirat  körpüsündə  ayaqların  əsdiyi  gün  onun  sərbəst 
keçməsini  təmin  edər.  Kim  bu  ayda  tabeçiliyində  olanlara  (ailə  üzvləri, 
qulluqçuları  və  s.  ilə)  güzəşt  edərsə,  Allah  (c.c.)  da  sınaq  əsnasında  ona  güzəşt 
edər.  Kim  bu  ayda  insanları  incitməkdən  çəkinərsə,  Allah  (c.c.)  da  hüzuruna 
çıxdığı gün ona qarşı qəzəbli davranmaqdan çəkinər. Kim bu ayda yetimlərə qayğı 
və nəvazişlə davranarsa, ilahi görüşün gerçəkləşəcəyi gün Allah (c.c.) da onu əziz 
tutar.  Kim  bu  ayda  qohumları  ilə  əlaqəni  kəsərsə,  Allah  (c.c.)  da  onun  qarşısına 
çıxacağı  gün  mərhəmətini  ondan  əsirgəyər.  Kim  bu  ayda  Qurandan  bir  ayə 
oxuyarsa,  onu  başqa  aylarda  Quranı  başdan  sona  oxuyan  şəxsin  mükafatı 
gözləyir”. 
 
İmam  Əli  (ə)  buyurur:  “Nə  çoxdur  elə  oruc  tutanlar  ki,  orucları  onlara 
susuzluqdan  başqa  bir  şey  qazandırmır.  Nə  çoxdur  elə  namaz  qılanlar  ki, 
ibadətlərindən yorğunluqdan başqa bir şey əldə etmirlər”. 
 
İmam  Sadiq  (ə)  isə  buyurur:  “Oruc  tutarkən  qulağını,  gözünü,  tüklərini, 
dərini və bütün digər əzalarını da qoru!” Ondan nəql olunan başqa bir hədisdə də 
belə oxuyuruq: “Oruc yalnız yemək və içməkdən imtina etmək demək deyil. Oruc 
tutarkən  dilinizi  yalandan,  gözünüzü  Allahın  baxmağı  haram  etdiklərindən 
qoruyun.  Bir-birinizə  düşmən  kəsilməyin,  bir-birinizin  paxıllığını  çəkməyin, 
qeybət  etməyin,  bir-birinizə  xoşagəlməz  sözlərlə  müraciət  etməyin,  haqsızlıq 
etməyin. Hərbə-zorbalıqdan, yalandan, düşmənçilikdən, bədgümandan, qeybətdən, 
söz  gəzdiricilikdən  (ara  vurmaqdan)  çəkinin.  Axirət  həyatınızın  qayğısını  çəkin, 
Allahın  sizə  vəd  etdiklərinin  intizarını  çəkin,  ilahi  görüşə  özünüzü  hazırlayın. 


 
57 
Mətin, vüqarlı, təvazökar  olun, özünüzü  sahibindən  (üzünə  ağ olmaqdan) qorxan, 
eyni zamanda onun əfvinə ümid bəsləyən qullar kimi aparın”.
1
 
 
Burada orucla bağlı öz əksini tapacaq bir sıra sual-cavablardan öncə İslamın 
bu  önəmli  göstərişi  ilə  bağlı  bəzi  şəriət  hökmlərini  xatırlatmağı  məqsədəuyğun 
hesab edirik: 
 
Məsələ  98.  Orucu  batil  edən  hərəkətlərdən  biri  də  qəsdən  (şüurlu  surətdə) 
yemək  və  içməkdir.  Beləliklə,  oruc  tutan  qəsdən  deyil,  oruc  olduğunu  unudaraq 
qida qəbul edərsə, orucu doğru sayılır və buna görə heç bir cəza almır. 
 
Məsələ 99. Ramazan ayında orucu pozan hallardan biri də sübh azanınadək 
cənabətli  halda  qalmaqdır.  Buna  əsasən,  cənabətli  şəxs  ramazan  ayında  gecəni 
cənabətli halda başa vuraraq qəsdən sübh azanınadək qüsl almazsa, ma fiz-zimmə 
(şəriətin  üzərinə  qoyduğu  vəzifə)  niyyəti  ilə  həmin  günü  oruc  olaraq  başa 
vurmalıdır.  Lakin  əhvət  (ən  ehtiyatlı) nəzərə  əsasən, həmin günü  oruc  niyyəti  ilə 
orucu  pozan  hallardan  çəkinərək  başa  vurmaqla  yanaşı  başqa  bir  gün  də  həmin 
günün  orucunun  qəzası  və  cəzası  niyyəti  ilə  oruc  tutmalıdır.  Xəstəliyi  səbəbi  ilə 
qüsl  ala  bilməyən  xəstə  isə  sübh  azanınadək  təyəmmüm  alarsa,  paklanmış  sayılır 
və orucunu tutmalıdır. 
 
Məsələ  100.  Ramazan  ayında  orucu  batil  edən  hallardan  daha  biri  isə  heyz 
və ya nifas günləri bitən (qanaxması kəsilən) qadının sübh azanınadək heyzli və ya 
nifaslı halda qalaraq qüsl almaq imkanı olduğu halda qüsl almamasıdır. Beləliklə, 
sübh  azanınadək  fürsəti  olduğu  halda  gecəni  qüsllü  halda  başa  vurarsa,  öncəki 
məsələdə cənabətlə bağlı açıqlanan hökm ona da şamil olunur. Qüsl almaq imkanı 
olmadığı halda isə təyəmmüm etməlidir. 
 
Məsələ  101.  Daha  yaxşı  olar  ki,  oruc  tutan  şəxs  ağız  boşluğuna  gələn 
bəlğəmi  udmasın.  Hərçənd,  ağız  boşluğuna  toplanan  tüpürcək  (həcmindən  asılı 
olmayaraq) kimi bəlğəmi də udmaq orucu pozmaz. 
                                                           
1
 Bu və digər hədislərlə tanış olmaq üçün müfəssəl hədis mənbələrinə, o cümlədən Şeyx Abbas Quminin “Məfatih 
əl-cinan” əsərinə (səh. 235-238) müraciət edin. 


 
58 
 
Məsələ  102.  Oruc  əsnasında  gün  ərzində  baş  verən  ehtilam  (pollyusiya, 
şeytanı olmaq) halı orucu pozmur. Möhtəlim olan şəxs namaz qılmaq üçün cənabət 
qüslü almalıdır, orucuna isə bu hal təsir etmir. 
 
Məsələ  103.  Oruc  tutan  fırçalama  əsnasında  ağız  suyuna  qarışan  məcun 
maddəsini  udmadıqca  diş  fırçası  və  məcunu  ilə  dişləri  təmizləmək  də  orucu  batil 
edən hallardan deyil. Ağız suyunda əriyib həll olan cüzi miqdardakı məcun qalığı 
isə oruca təsir etmir. 
 
Məsələ  104.  Əgər  müsəlman  gecə  və  gündüzün  hər  birinin  altı  ay  davam 
etdiyi bir ölkədə yaşayarsa, ona vacibdir ki, istər ramazan ayında, istərsə ramazan 
orucunun qəzasını tutmaq üçün başqa bir ayda oruc tuta biləcəyi bir ölkəyə köçsün. 
Köçmək imkanına sahib olmadığı halda isə oruc əvəzinə fidyə verməlidir. Bu fidyə 
hər gün müqabilində bir yoxsula bir müdd (750 q.) təamdan ibarətdir. 
 
Məsələ 105. Əgər müsəlman ilin bəzi günlərində gündüzün 23 saat, gecənin 
isə 1 saat sürdüyü, yaxud əksinə gecənin 23 saat, gündüzün isə 1 saat davam etdiyi 
bir  ölkədə  yaşayarsa,  ramazan  ayında  oruc  tutmaq  iqtidarında  olduğu  halda  oruc 
tutması  vacibdir,  əks  təqdirdə  isə  vacib  deyildir.  Gələcəkdə  (yaxud  ilin  digər 
günlərində) başqa bir ölkəyə köçməklə olsa belə, oruc tutmaq imkaına sahib olarsa, 
həmin orucların qəzasını tutması vacib, bu (orucların qəzasını tutmaq) da mümkün 
olmadığı təqdirdə isə oruc qarşılığında (öncəki məsələdə göstərilən qaydada) fidyə 
verməlidir. 
 
İndi  isə  gəlin  orucla bağlı  Həzrət  Ayətullah  əl-uzmaya  ünvanlanan  bir  sıra 
suallara cavab olaraq verilən fətvalarla tanış olaq: 
 
Məsələ  106.  Bəzi  insanlar  öz  vətənlərindən  imtina  etmədən  müəyyən  bir 
məqsədi  gerçəkləşdirmək  üçün  bir  neçə  il  qalmaq  niyyətilə  başqa  bir  ölkəyə 
köçürlər.  Həmin  məqsədi  gerçəkləşdirdikdən  sonra  isə  istədikləri  yeri  özlərinə 
vətən  seçmək  (məskunlaşmaq)  üçün  o  ölkəni  tərk  edirlər.  Həmin  insanlar 
namazlarını necə qılmalıdırlar? Oruc tutmalıdırlarmı? 
 
Cavab: Orada namazlarını bütöv qılmalı, oruclarını isə öz vətənlərində oluğu 
kimi məskunlaşdıqdan bir ay keçdiyi vaxtdan etibarən tutmalıdırlar. 


 
59 
 
Məsələ 107. Avropa ölkələrində fəaliyyət göstərən rəsədxanaların il ərzində, 
eləcə də ramazan ayında fəcr (sübh azanı), günün çıxması, zöhr, qürub kimi ibadət 
saatlarının  təyin  edilməsi  ilə  bağlı  hesablamalarına  əsaslana  bilərikmi?  Nəzərə 
almaq lazımdır ki, həmin hesablamalar elmi əsaslara söykənir və saniyələrə qədər 
dəqiq vaxt ölçüləri əsasında aparılır. 
 
Cavab: Həmin hesablamaların doğruluğuna arxayınlıq hasil olduğu təqdirdə 
onlara  müvafiq  şəkildə  hərəkət  etmək  olar.  Fəcr  zamanının  təyin  olunması 
xüsusunda orada, xüsusilə də bəzi Avropa ölkələrində fərqli hesablamalar mövcud 
olduğundan doğru rəyə əməl etməyə çalışmaq lazımdır. 
 
Məsələ  108.  Bəzi  ölkələrdə  günəş  günlərlə  çıxmır,  yaxud  batmır.  Həmin 
ölkələrdə namaz və oruclarımız necə olacaq? 
 
Cavab:  Namaz  xüsusunda, vacib  ehtiyata  əsasən, hər  sutka  ərzində  günəşin 
çıxıb batdığı  ən yaxın  məntəqəni nəzərə almalı, gündəlik beş vaxt namazı həmin 
məntəqənin  namaz  vaxtlarına  müvafiq  qaydada  qılmalısınız.  Oruca  gəlincə  isə 
ramazan  ayında  bu  dəyərli  ayın  orucunu,  yaxud  daha  sonra  onun  qəzasını  tuta 
biləcəyiniz başqa bir ölkəyə köçməyiniz vacibdir. 
 
Məsələ  109.  Qeyri-müsəlman  ölkəsində  yaşayan  bir  müsəlman  ramazan 
ayında  (gündüz  saatlarında)  müsəlman  olmayan  bir  şəxsi  yeməyə  qonaq  edə 
bilərmi? 
 
Cavab: Öz-özlüyündə eybi yoxdur. 
 
Məsələ  110.  Tənəffüsü  asanlaşdıran  süni  tənəffüs  spreylərinin  istifadəsi 
orucu pozurmu? 
 
Cavab: Spreyin sıxdığı qaz halındakı maddə qida borusu ilə deyil, tənəffüs 
yolu ilə bədənə daxil olarsa, orucu pozmur. 
 
Məsələ  111.  Xəstənin  zəruri  ehtiyacı  olub-olmamasından  asılı  olmayaraq 
damara inyeksiya olunan (iynə ilə vurulan) serum orucu pozurmu? 
 
Cavab: Hər iki halda (zəruri ehtiyac olsa da, olmasa da) orucu pozmur. 
 
Məsələ  112.  Mübarək  ramazan  ayında  gündüz  saatlarında  istimna 
(masturbasiya,  yaxud  onanizm)  ilə  məşğul  olmaq  orucu  pozurmu?  Məninin 
(spermanın)  ifraz  olunduğu  və  olunmadığı  hallarla  bağlı  hökmü  açıqlamağınızı 


 
60 
xahiş edirik. Bu xoşagəlməz işlə məşğul olanlara hansı kəffarə tətbiq olunur? Bəs 
mübarək  ramazan  ayında  oruc  əsnasında  masturbasiya  ilə  məşğul  olan  qadınlarla 
bağlı hökm (məni ifraz olunduğu və olunmadığı halda) nədən ibarətdir? 
 
Cavab:  Əgər  məni  ifraz  etmək  məqsədilə  istimna  edərsə  və  məni  də  ifraz 
olarsa, orucu batil olur və həmin orucun qəzası ilə yanaşı kəffarəsini də (iki ardıcıl 
ay oruc tutmaq və altmış yoxsulu yedirtmək) icra etməlidir. 
Məni ifraz etmək məqsədilə istimna edərsə, lakin məni ifraz olmazsa, mütləq 
qürbət  qəsdi  (istənilən  halda  Allaha  yaxınlaşmaq  niyyəti)  ilə  orucunu  başa 
çatdırmalı, ramazan ayından sonra isə həmin günün orucunun qəzasını tutmalıdır. 
Lakin  məni  ifraz  etmək  niyyəti  olmadan  istimna  edərsə  və  adətən də  etdiyi 
hərəkət  nəticəsində  məni  ifraz  olmazsa,  ancaq  bununla  belə  məninin  ifraz  ola 
biləcəyini  ehtimal  edərsə  və  təsadüfdən  həmin  hərəkət  nəticəsində  məni  ifraz 
olarsa, ona yalnız həmin günün orucunun qəzasını tutmaq vacibdir. 
Etdiyi  hərəkət  nəticəsində  orqanızmındən  məni  ifraz  olunmayacağına  əmin 
olmasına  rəğmən,  məni  ifraz  olduğu  halda  isə  həmin  orucun  qəzasını  da  tutması 
vacib deyil. 
Bütün  bu  hallarla  bağlı  hökmlərdə  kişi  ilə  qadın  arasında  heç  bir  fərq 
yoxdur. 
Məsələ  113.  Bir  mömin  sübh  azanınadək  cənabətli  halda  qalmağın  orucu 
pozduğunu bilmədən həmin vəziyətdə oruc tutarsa, nə etməlidir? 
Cavab:  Cənabətli  halda  qalmağın  orucu  pozmadığına  əmin  olduğu,  yaxud 
ümumiyyətlə,  bu  məsələyə  diqqət  yetirmədiyi  halda  yalnız  qəza  orucu  tutmalıdır, 
kəffarə isə ona vacib deyil. 
Məsələ 114. Yer kürəsinin şərqində hilal (burada: yeni ayın başlaması) təsbit 
edilərsə,  qərbdə  də  ay  daxil  olmuş  sayılırmı?  Həmçinin,  Amerikada  yeni  ay 
görüldüyü halda, Avropada da yeni ay başlamış sayılırmı? 
Cavab:  Əgər  şərqdə  ayın  başlaması  sübuta  yetərsə,  nəzərdə  tutulan  iki 
məntəqə arasında coğrafi enlik fərqi kifayət qədər böyük olmadığı halda qərbdə də 
ay  başlamış  sayılır.  Qərbdə  ayın  görünməsi  ilə  isə  yalnız  nəzərdə  tutulan  iki 
məntəqənin  coğrafi  enlik  etibarilə  kifayət  qədər  yaxın  olub  coğrafi  uzunluq 


 
61 
etibarilə  də  aralarındakı  məsafənin  880  km-dən  artıq  olmadığı  hallarda  şərqdə  də 
ay başlamış sayılır. 
Məsələ  115.  Günah  sayılan  işlərlə  orucu  qəsdən  pozmağın  kəffarəsini  bəzi 
fəqihlər  hər  üç  kəffarənin  icrasından  ibarət  olduğunu  göstərirlər.  Quldarlıq 
münasibətlərinin  mövcud  olmadığı  və  nəticədə  qul  azad  etməyin  mümkün 
olmadığı bu dövrdə nə etmək lazımdır? 
Cavab:  Qul  azad  etmək  kəffarəsi  mümkünsüz  olduğu  şəraitdə  qüvvədən 
düşmüş  sayılır.  Bundan  əlavə  qeyd  etmək  lazımdır  ki,  bizim  nəzərimizə  görə 
ramazan  ayında  oruc  haram  sayılan  işlərlə  pozulduğu  halda  da  hər  üç  kəffarənin 
deyil, onlardan birinin icrası vacibdir. 
“Minhac əs-salihin” risaləsində göstərilir ki, yeni ayın daxil olması ya hilalın 
(ayparanın) görünməsi, yaxud insanlar arasında etimad olunacaq bir xəbər olaraq 
yayılması nəticəsində sübuta yetmiş sayılır. Həmçinin, sözügedən risalənin 1044-
cü  məsləsində  oxuyuruq  ki,  eyni  üfüqə  malik  olan  iki  şəhərdən  birində  ayın 
görünməsi  ikincisində  də  yeni  ayın  başlamasının  təsbiti  üçün  kifayətdir.  Belə  ki, 
həmin  şəhərlərdən  birində  ay  görünmüşsə,  bu  o  deməkdir  ki,  ikinci  şəhərdə  də 
bulud,  duman,  dağ,  yaxud  başqa  bir  əngəl  olmasaydı,  ay  görünməli  idi.  Bununla 
bağlı bir sıra sualları cavablandırmağı da məqsədəuyğun hesab edirik: 
Məsələ 116. İran, Əhsa, Qətif (sonuncu ikisi Səudiyyə Ərəbistanı Krallığının 
şərq əyalətlərindəndir), digər Fars körfəzi ölkələri, habelə İraq, Suriya və Livanda 
hilalın görünməsi bulud və çən olmadığı halda Britaniya, Fransa və Almanya kimi 
ölkələrdə də görünə bilməsi anlamına gəlirmi? 
Cavab:  Bəli,  coğrafi  enlikləri  arasında  fərq  kifayət  qədər  böyük  olmadığı 
təqdirdə bir məntəqədə ayın görünməsi ondan qərbdə yerləşən məntəqələrdə də bir 
əngəl  olmadığı  halda  ayın  görünməli  olduğu  (başqa  sözlə  yeni  ayın  başlaması) 
deməkdir. 
Məsələ 117. Şərqdə ayın görünməsi ilə qərbdə də ayın görünmüş (başlamış) 
sayılması  fərziyyəsini  nəzərə  alaraq,  şərq  ölkələrində  yaşayan  bəzi  alimlərin 
nəzərincə ayın başlaması qərbdə yaşayan və havanın aydın olmaması kimi əngəllər 


 
62 
səbəbi  ilə  hilalı  öz  gözü  ilə  görə  bilməyən  bir  müsəlman  üçün  sübut  hesab  edilə 
bilərmi? 
Cavab: Bu hal (bəzi şərqli alimlərə görə ayın başlaması) onun üçün və eləcə 
də  digər  qərbli  müsəlmanlar  üçün  ayın  başlamasını  sübut  edən  dəlil  hesab  edilə 
bilməz.  Lakin  onların  rəyincə  ayın  başlaması  onda  ayın  başqa  yerlərdə  də 
görünməsinə  dair  arxayınlıq  yaradarsa,  yaxud  əksinin  iddia  olunmadığı  (hətta 
ehtimal  belə  edilmədiyi)  bir  dəlil  ortaya  qoyularsa,  əmin  olduğuna  istinadən 
hərəkət edə bilər. 
Məsələ 118. Bəzi şərq ölkələrində bir sıra alimlərin ayı müşahidə edənlərin 
təsbitinə istinadən hilalın göründüyü xəbəri elan edilir. Beləliklə: 
1  –  sayı  bəzən  30  nəfərdən  artıq  olan  həmin  şahidlərin  müxtəlif  şəhərlərdə 
(məsələn, 2-si  İsfahanda, 3-ü  Qumda, 2-si  Yəzddə, 4-ü  Küveytdə, 5-i Bəhreyndə, 
2-si Əhsada, 6-sı Suriyada və s.) müşahidələr apardıqlarını; 
2  –  bəzi  qərb  ölkələrində  də  üfüqün  aydın  olduğunu  və  orada  yaşayan 
möminlərin də əngəl olmadan ayı görmək imkanına sahib olduqlarını; 
3  –  Britaniya  rəsədxanasının  isə  həmin  gecə  hilalı  açıq  gözlə  (teleskopsuz) 
görməyin  mümkünsüz  olduğunu,  bunun  yalnız  növbəti  gecə  mümkün  ola 
biləcəyini  elan  etməsini  nəzərə  alaraq  belə  bir  vəziyyətlə  bağlı  hökmü 
açıqlamağınızı xahiş edirik. 
Cavab:  Bu  xüsusda  mötəbər  sayılan  təsbit  insanın  özünün  hilalı  görməsi, 
yaxud  ayın  görünməsinin  onun  üçün  əksinin  iddia  olunmadığı  bir  dəlillə  sübuta 
yetməsidir. Lakin sözügedən halda və eləcə də bənzər durumlarda ayın üfüqdə açıq 
gözlə  görünə  biləcək  şəkildə  müşahidə  edilməsinə  dair  arxayınlıq  hasil  olmur, 
bəzən isə hətta tamamilə əksinə, şahidlərin müşahidəsinin göz xətası olmasına dair 
arxayınlıq hasil olur. 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə