BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə16/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   12   13   14   15   16   17   18   19   ...   58
azari-book-25246

ALTINCI FƏSİL 
HƏCC 
 
Həcc İslam şəriətində vacib bilinən ibadət ayinlərindəndir və Qurani-Kərim 
də  onun  vacib  olduğunu  aydın  bir  dillə  ifadə  edir.  Belə  ki,  Allah  (c.c.)  dəyərli 


 
63 
kitabında  buyurur: 
“(Yemək,  azuqə,  sağlamlıq,  minik  baxımından)  yoluna 
qüvvəsi çatan hər bir kəsin həccə gedib o evi (Kəbəni) ziyarət etməsi insanların 
Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş 
olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!”
1
 
 
Uca  Allah  bu  ayədə  önəmini  vurğulamaq  üçün  həcc  ayininin  icrasından 
imtinanı  inkara  (küfrə)  bənzətmişdir.  Həcc  İslam  dininin  beş  təməl  sütunundan 
biridir.  Eynilə  İmam  Baqirdən  (ə)  nəql  olunan  bir  hədisdə  buyurulduğu  kimi: 
“İslam beş təməl üzərində qurulmuşdur: namaz, zəkat, həcc, oruc və vilayət (Əhli-
beytə (ə) bağlılıq)”.
2
 
 
Əmirəl-möminin Əli (ə) də bu önəmli ibadətin önəmini təkidlə vurğulayaraq 
buyurmuşdur:  “Rəbbinizin  evini  ziyarət  etməkdən  imtina  etməyin,  yoxsa  həlak 
olarsınız”.
3
 İmam Sadiq (ə) isə buyurur: “Bilin və agah olun! Əgər insanlar bu evi 
ziyarət  etməkdən  (həcdən)  imtina  etsələr,  onlara  bəla  göndəriləcək  və  qurtuluş 
üçün əsla möhlət verilməyəcəkdir”.
4
 
 
Beləliklə,  vacib  olması  üçün  nəzərdə  tutulan  bütün  şərtlərin  doğrulduğu 
halda  laqeydliklə  həcc  ziyarətini  icra  etməmək  böyük  günahdır.  Hədislərdə 
oxuyuruq  ki,  bir  insan  həcc  ayininin  icrasına  qadir  olduğu  halda  bundan  imtina 
edərsə, şübhəsiz, İslam şəriətinin önəmli göstərişlərindən birinin icrasından imtina 
etmiş sayılır.
5
 Başqa bir hədisə isə buyurulur ki, kim həcc ziyarətini səbəbsiz yerə 
təxirə salaraq onu icra etmədən dünyadan köçərsə, Allah (c.c.) qiyamət günü onu 
yəhudi, yaxud xristianlar kimi qəbrindən qaldırar.
6
 
 
Gəlin, həclə bağlı bir sıra şəriət hökmlərini xatırlayaq: 
                                                           
1
 Ali-İmran surəsi, 97-ci ayə. 
2
 Vəsail əş-şiə, c11, səh.20. 
3
 Vəsail əş-şiə, c11, səh.23. 
4
 Vəsail əş-şiə, c11, səh.22. 
5
 Vəsail əş-şiə, c11, səh.28. 
6
 Mən la yəhzəruhu-l-fəqih, c.4, səh.266. 


 
64 
Məsələ 119. Həcc icrasına imkanı olduğu halda hər bir müsəlmana vacibdir. 
İmkan deyərkən isə aşağıdakılar nəzərdə tutulur: 
a)  həcc  çərçivəsində  ziyarət  edilməli  olan  müqəddəs  məkanlara  getmək  və 
orada vacib olan əməlləri icra etmək üçün kifayət qədər vaxtın olması; 
b)  bədənin  sözügedən  müqəddəs  məkanlara  qədər  məsafəni  qət  etmək  və 
orada  qalaraq  icra  etməli  olduğu  əməlləri  gerçəkləşdirmək  üçün  kifayət  qədər 
sağlam və qüvvətli olması; 
c)  həcc  ayinini  icra  etmək  üçün  çıxdığı  səfərdə  yolların  təhlükəsiz  olması, 
hacının canı, əmlakı və namusu üçün hər hansı təhlükənin mövcud olmaması; 
ç) mükəlləfin mövcud rifah durumuna (həyat təminatına) müvafiq olar səfər 
əsnasında  qida,  geyim,  nəqliyyat  vasitəsi  ehtiyaclarını təmin  edəcək qədər  maddi 
vəsaitin olmasını; 
d)  həcc  səfəri,  ona  çəkilən  xərc  səbəbi  ilə  mükəlləfin  özünün,  ailəsinin 
yoxsulluqla üzləşmək qorxusunun olmamasını. 
Məsələ 120. Təməttö həcci bizə, yəni Məkkədən uzaqda yaşayan vacib olan 
həcc  ayinidir  və  iki ibadətdən ibarətdir. Onlardan birincisi ömrə, ikincisi isə  həcc 
adlanır. 
Məsələ 121. Təməttö ömrəsində beş əməlin icrası vacibdir: 
1) miqatlardan, yəni müqəddəs şəriətin mührim olmaq üçün müəyyən etdiyi 
yerlərdən birində ihram libasını geyinmək; 
2) Kəbənin ətrafına yeddi dəfə təvaf etmək (dövrə vurmaq); 
3) təvaf namazını qılmaq; 
4) Səfa və Mərvə təpələri arasında yeddi dəfə yürümək
5) saç qırxmaq. 
Məsələ 122. Həcc ayininin (təməttö həccinin) vacib əməllərinin sayı isə 13-
dür: 
1) Məkkədə ihram bağlamaq; 
2) zül-hiccə ayının doqquzuncu günü Ərəfatda dayanmaq; 
3) bayram gecəsinin bir hissəsini sübh açılanadək Müzdələfədə keçirmək
4) bayram günü Minada cəmərət əl-əqəbəni (böyük şeytanı) daşlamaq; 


 
65 
5) bayram günü, yaxud təşriq günlərindən (zül-hiccə ayının 11, 12 və 13-cü 
günlərindən) birində Minada qurban kəsmək
6) Minada başı qırxmaq, yaxud saçı qısaltmaq (kişilər üçün). 
Bu  altı  əməlin  icrasından  sonra  mührimlərə  cinsi  əlaqə,  ətirdən  istifadə 
etmək  və  həmçinin,  vacib  ehtiyata  əsasən,  ov  istisna  olmaqla  ihramdan  etibarən 
haram olan bütün işlər halal olur. 
7) Minadan Məkkəyə döndükdən sonra yeddi dövrə ziyarət təvafı; 
8) təvaf namazı; 
9) Səfa və Mərvə arasında yeddi dəfə yürümək; (bu əməlin icrasından sonra 
isə ətirdən istifadə etmək də halal olur) 
10) yeddi dövrə nisa təvafı; 
11) nisa təvafının namazı; (bununla kişiyə öz həyat yoldaşı ilə cinsi əlaqədə 
olmaq da halal olur) 
12)  zülhiccə  ayının  on  birinci,  on  ikinci,  bəzən  də  on  üçüncü  gecələrini 
Minada keçirmək; 
13)  on  birinci  və  on  ikinci,  eləcə  də  bəzən  on  üçüncü  günlərində  hər  üç 
Cəmərəni daşlamaq. 
İndi  isə  gəlin,  həcc  ayini  ilə  bağlı  Həzrət  Ayətullah  əl-uzma  Sistaniyə 
ünvanlanan bəzi aktual suallar və onların cavabları ilə tanış olaq: 
Məsələ  123.  Həcc  ayininin  icrasına  başlamaq  üçün  Ciddə  şəhərində  ihram 
geyinmək olarmı? Buna icazə verilmədiyi halda nə etmək lazımdır? Nəzərə almaq 
lazımdır ki, hacıları daşıyan təyyarələr Ciddə hava limanına enirlər. 
Cavab: Ciddə miqatlardan biri, yaxud onlara paralel ərazi hesab olunmur və 
beləliklə,  həcc  və  ömrə  ayinlərinin  icrası  üçün  orada  ihram  libasına  bürünmək 
doğru  deyil.  Lakin  hacı  Ciddə  ilə  Hərəm  arasında  miqatlardan  birinə  paralel  bir 
yerdən keçdiyini bilərsə (örnək olaraq, Cöhfə miqatına paralel bir yerdən keçmək 
ehtimalı inkar olunmur), nəzir əsasında həmin yerdən ihram bağlaya bilər. 
Məsələ 124. Saçını qırxarkən hacının başının dərisi zədələnərək qan gələrsə, 
nə etməlidir? 
Cavab: Qəsdən baş vermədiyi halda həcc ayininə heç bir təsir göstərmir. 


 
66 
Məsələ  125.  Hər  il  təkrarən  həcc  ziyarətinə  yollanmaq  müstəhəb 
əməllərdəndir.  Digər  tərəfdən  isə  bir  sıra  müsəlman  ölkələrində  qida  və  geyim 
təminatına  ehtiyac  duyan  yoxsul  müsəlmanlar  yaşayır.  Əgər  sərvətimizi  hər  il 
təkrarən  həcc  ziyarətinə,  yaxud  məsumlardan  birinin  ziyarətinə  yollanmaq  və  ya 
həmin  yoxsulların  həyat  şəraitini  yaxşılaşdırmaq  üçün  xeyriyyəçilik  fəaliyyətinə 
sərf etmək arasında seçim qarşısında qalsaq, hansını tərcih etməliyik? 
Cavab: Əlbəttə, həmin möhtac müsəlmanlara yardım etmək  müstəhəb həcc 
və  müqəddəs  ziyarətgahların  ziyarətindən  daha  dəyərlidir.  Lakin  həcc,  yaxud 
müqəddəs məkanların ziyarəti bəzən müəyyən amillərlə əlaqədar olaraq bu dəyərli 
xeyriyyəçilik fəaliyyətinə bərabər, yaxud ondan daha üstün ola bilər. 
Məsələ  126.  Səudiyyə  Ərəbistanı  Krallığı  hacıların  Ərəfatda  və  Minada 
qalması üçün yer ayırır. Biz həmin ərazinin şəriət tərəfindən məqbul hesab edilən 
hüdudların  daxilində  olub-olmamasını  bilmirik.  Bunu  şəxsən  araşdırmağımız 
vacibdirmi? 
Cavab:  Əgər  elan  olunan  və  yazılı  işarələrlə  göstərilən  hüdudlar  nəsildən 
nəsilə ötürülən şifahi  məlumatlara uyğun olarsa, araşdırmağa və soruşmağa gərək 
yoxdur. 
Məsələ 127. Eşitdiyimizə görə, qurbangah olaraq ayrılan yerlərdən bir qismi, 
hətta  deyilənlərə  görə  hamısı  Mina  ərazisinin  hüdudları  xaricindədir. 
Qurbanlarımızı  kəsməzdən  öncə  bunu  aydınlaşdırmağımız  vacibdirmi?  Nəzərə 
almaq lazımdır ki, Qurban bayramı günü bu məsələni araşdırmaq, ehtiyac olduğu 
təqdirdə  başqa  bir  qurbangah  tapmaq,  daha  sonra  həmin  yer  (qurban  kəsiminə 
icazə  verilən  ərazinin  hüdudlarına  daxil  olub-olmadığı)  haqqında  araşdırma 
aparmaq  olduqca  çətin  bir  işdir  və  bildiyiniz  kimi  vaxt  da  kifayət  qədər 
məhduddur. Bu problemin bir həlli yolu varmı? 
Cavab:  Qurbanı  öyrənərək  məhz  Minanı  hüdudları  daxilində  kəsmək 
vacibdir.  Lakin  Mina  ərazisi  bütün  hacıların  burada  qurban  kəsməsinə  imkan 
verməzsə,  Mühəssər  vadisində  də  qurban  kəsmək  olar.  Qurban  kəsiminin  vaxtına 
gəlincə,  yalnız  bayram  günü  (zülhiccə  ayının  10-u)  ilə  məhdudlaşmır  və  bu  ayini 
təşriq günlərinin sonunadək icra etmək olar. 


 
67 
Məsələ 128. Hacılar qurbankəsmə ilə bağlı bir sıra problemlərlə üzləşirlər. O 
cümlədən,  onları  narahat  edən  məsələlərdən  biri  də  budur  ki,  həmin  qurbanlar 
kəsildikdən  sonra  israf  olunur.  Halbuki  müsəlman  ölkələrində  milyonlarla 
yoxsulluqdan  əziyyət  çəkən  və  aylarla  ət  üzü  görməyən  müsəlman  yaşayır.  Bunu 
nəzərə  alaraq  hacılar  qurbanlarını  öz  ölkələrində  kəsə  bilərmi?  Yaxud  bu 
problemin həlli üçün təklif edə biləcəyiniz başqa bir çıxış yolu varmı? 
Cavab:  Şəriətin  hacıların  qarşısına  qoyduğu  vəzifəni  icra  edərək  qurbanı 
Minada  kəsməlisiniz.  Kəsilən  qurbanların  əti  israf  olunduğu  halda  isə  bu  sizin 
deyil, məsul şəxslərin günahı sayılacaqdır. 
Məsələ 129. Həcc mövsümü imtahan sessiyası ilə üst-üstə düşərsə və həmin 
imtahan  (imtahanlar)  tələbə  üçün  önəmli  olarsa  (buraxılış  imtahanı  kimi 
tərc.
),  o 
həcc ziyarətini növbəti ilə təxirə sala bilərmi? 
Cavab:  Növbəti  il  həcc  ziyarətinə  gedə  biləcəyinə  əmin  olarsa,  təxirə  sala 
bilər. Əks təqdirdə isə şəriət buna icazə vermir. Digər tərəfdən, əgər imtahanların 
təxirə  salınması  onun  üçün  mümkünsüz  olarsa  və  imtahanda  iştirak  etməkdən 
imtina edəcəyi halda dözülməz hesab edilən ciddi problemlə üzləşəcəksə, həmin il 
həcc ziyarəti ona vacib sayılmır. 
Məsələ  130.  Vacib  həcc  ayinini  icra  etməyən  bir  şəxs  rəcəb  ayında  ümrə 
ziyarətinə gedə bilərmi? Bəs ramazan ayında necə? 
Cavab:  Müfrədə  ümrə  ziyarəti  doğru  hesab  olunur.  Lakin  ümrə  səfəri  onun 
qarşıdan  gələn  həcc  mövsümündə  vacib  həcc  ayinini  icra  edə  bilməməsi  ilə 
nəticələnərsə  (maddi,  sağlamlıq  və  s.  problemlərlə  əlaqədar  olaraq),  ümrə 
ziyarətinə yollanmasına şəriət icazə vermir. 
Məsələ  131.  Yaxın  zamanlarda  təminatla  bağlı  problemlərini  qaydasına 
salaraq  evlənməyə  hazırlaşan  bir  gənc  həcc  ziyarətinə  yollanacağı  halda  evlilik 
planını təxirə salmalı olacaq. Bu halda hansını tərcih etməlidir? 
Cavab:  Dözülməz  problemlərlə  üzləşməyəcəyi  halda  evlilik  planını  təxirə 
salaraq həcc ayinini icra etməlidir. Allah (doğrulardan) agahdır. 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə