BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə17/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   13   14   15   16   17   18   19   20   ...   58
azari-book-25246

 
YEDDİNCİ FƏSİL 


 
68 
CƏNAZƏ VƏ DƏFN 
 
Allah  (c.c.)  Qurani-Məciddə  buyurur: 
“Hər  bir  kəs  (canlı)  ölümü 
dadacaqdır.  Şübhəsiz  ki,  mükafatlarınız  qiyamət  günü  tamamilə  veriləcəkdir. 
Oddan  (Cəhənnəmdən)  uzaqlaşdırılıb,  Cənnətə  daxil  edilən  kimsə  muradına 
çatacaqdır.  Dünya  həyatı  isə  aldadıcı  həzzdən  (əyləncədən)  başqa  bir  şey 
deyildir”.
1
 Müqəddəs  kitabın  başqa  bir  ayəsində  isə  belə  buyurulur: 
“...  Heç  kəs 
səhər  nə  kəsb  edəcəyini  (savab,  yaxud  günah  qazanacağını),  heç  kəs  harada 
öləcəyini  bilməz.  Allah  isə,  şübhəsiz  ki,  (hər  şeyi)  biləndir,  (hər  şeydən) 
xəbərdardır!”
2
 
 
Gəlin,  İslam  şəriətində  can  vermə,  cənazənin  qüslü,  hənutlanması, 
kəfənlənməsi və dəfni ilə bağlı qaydalarla qısaca tanış olaq:
3
 
 
Məsələ  132.  Vacib  ehtiyata  əsasən,  can  verməkdə  olan  şəxsi  arxası  üstə, 
ayaqları qibləyə doğru elə uzatmaq lazımdır ki, ayağa qalxsa, üzü qibləyə oturmuş 
olsun.  Müstəhəbdir  ki,  ömrünün  son  ləhzələrində  ətrafında  olanlar  ona  kəlimeyi-
şəhadəti diktə etsinlər, Allahın birliyinə, Həzrət Məhəmmədin (s) peyğəmbərliyinə 
və Əhli-beyt imamlarının (ə) imamətinə inancını təsdiqləməsini təlqin etsinlər. 
 
Məsələ133.  Dünyasını  dəyişən  müsəlmanın  gözlərini  və  ağzını  bağlamaq, 
əllərini yanına salmaq, ayaqlarını uzatmaq, cəsədini bir parça ilə örtmək, yanında 
Quran  oxumaq  və  cənazənin  saxlanıldığı  otağın  işıqlı  olması  müstəhəbdir. 
Cənazənin təkbaşına buraxılması isə məkruhdur. 
 
Məsələ  134.  Cənazənin  üzərindəki  nəcasət  (qan,  sidik,  sperma  və  s.) 
təmizləndikdən sonra ona üç qüsl verilir: 
1) az miqdarda sidr
4
 əlavə olunmuş su ilə; 
2) az miqdarda kafur
1
 əlavə olunmuş su ilə; 
                                                           
1
 Ali-İmran surəsi, 185-ci ayə. 
2
 Loğman surəsi, 34-ci ayə. 
3
 Ətraflı məlumat üçün bax: “Minhac əs-salihin”, c.1, səh.95 və “əl-Məsail əl-muntəxəbə”, səh.50. 
4
 Ucaboylu, iynəyarpaqlı, həmişəyaşıl ağac. Şam ağacından fərqli olaraq sidr ağacının iynələri dəstələrlə yerləşir və 
bozumtul rəngli olur. 


 
69 
3) xalis su ilə. 
Əgər sidr məhlulu ilə qüsl vermək mümkün olmazsa (sidr tozu tapılmazsa), 
onun  əvəzinə  xalis  su  ilə  qüsl  vemək  lazımdır.  Kafur  məhlulu  ilə  qüsl  vermək 
mümkün olmadığı halda onun yerinə də xalis su ilə qüsl vermək, ardınca xalis su 
ilə  üçüncü  qüslü  verdikdən  sonra  isə  cənazənin  üzərində  bir  dəfə  təyəmmüm  də 
etmək lazımdır. 
Məsələ 135. Cənazə qüslü tərtibi qaydada verilməlidir: öncə cəsədin başı ilə 
boynu, ardınca bədəninin sağ yarısı, daha sonra isə sol yarısı yuyulmalıdır. 
Məsələ 136. Cənazəyə qüsl verən şəxs onun həmcinsi olmalıdır, başqa sözlə 
kişinin cənazəsini kişi, qadının cənazəsini isə qadın yumalıdır. Ər-arvad bir-birinin 
cənazəsinə qüsl verə bilər. Daha yaxşı olar ki, cənazəyə paltarın (yaxud parçanın) 
üzərindən qüsl verilsin. Həmçinin, vacib ehtiyata əsasən, yalnız dünyasını dəyişən 
şəxsə qüsl vermək üçün onun həmcinsi tapılmadığı halda, evlənilməsi qəti surətdə 
haram  olan  (qan  qohumluğu,  südvermə,  yaxud  nikah  münasibətləri  ilə  əlaqədar 
olaraq)  məhrəmlər  (eyni  cinsdən  olmayanlar),  o  cümlədən  bacı  və  qardaş  da  bir-
birinə  qüsl  verə  bilər.  Bu  halda  da  daha  yaxşı  olar  ki,  qüsl  paltarın  üzərindən 
gerçəkləşdirilsin.  Müməyyiz  (ağlıkəsən)  olmayan  azyaşlılara  əks  cinsdən  olanlar 
da (yəni körpə qız uşaqlarına kişilər, oğlan uşaqlarına isə qadınlar) qüsl verə bilər. 
Məsələ  137.  Vacib  ehtiyata  əsasən,  cənazə  qüslünü  verən  şəxs  inanclı 
müsəlman  olmalıdır. Vəfat  edən şəxsə  qüsl  verə biləcək, həmcinsi olan isna  əşəri 
müsəlman və eləcə də məhrəmlərindən hər hansı biri tapılmazsa, onun cənazəsinə 
həmcinsi  olan  başqa  məzhəbdən  bir  müsəlman  da  qüsl  verə  bilər.  Cənazəyə  qüsl 
verə  biləcək  bir  müsəlman  tapılmadığı  halda  isə  həmcins  kitab  əhli  –  mərhumla 
eyni cinsdən olan hər hansı yəhudi və xristian öncə özü qüsl almaq şərtilə cənazə 
qüslünü  icra  edə  bilər.  Hətta  kitab  əhli  arasında  belə  cənazə  qüslünü  icra  edə 
biləcək  həmcins  bir  şəxs  tapılmadığı  təqdirdə  isə  cənazə  qüslünün  vacibliyi 
qüvvədən düşür və müsəlmanın cənazəsi qüslsüz dəfn edilməlidir. 
                                                                                                                                                                                           
1
 Həmin adda ağacın kitrəsindən alınan, təbabətdə və texnikada işlədilən kəskin və spesifik qoxulu maddə. Kafur 
ağacı Çin, Yaponiya və Hindistan kimi ölkələrdə bitən, dəfnəyə bənzər həmişəyaşıl ağacdır. Kamfora məhlulu kafur 
yağından alınır. 


 
70 
Məsələ 138. Qüsldən sonra cənazəni hənutlamaq, yəni səcdə əsnasında yerə 
toxunan yeddi bədən üzvünə - alnına, əllərinin içinə, diz qapaqlarına və ayaqlarının 
baş barmaqlarına qoxusunu itirməmiş kafur pudrası sürtülməlidir. Daha yaxşı olar 
ki, hənutlama əllə icra olunsun və cənazənin alnından başlanılsın. 
Məsələ  139.  Cənazə  hənutlanmadan  sonra  üç  parçadan  ibarət  kəfənə 
bürünməlidir: 
1-ci  parça,  vacib  ehtiyata  əsasən,  bədənin  göbəkdən  dizlərədək  hissəsini 
örtməlidir; 
2-ci  parça,  vacib  ehtiyata  əsasən,  bədənin  çiyindən  baldırların  orta 
hissəsinədək olan nahiyələrini örtməlidir; 
3-cü  parça  isə  bədəni  tamamilə  örtməlidir  və  vacib  ehtiyata  əsasən,  eni  və 
uzunluğu uclarının bir-birinin üzərinə düşərək bağlana biləcəyi ölçüdə olmalıdır. 
Məsələ  140.  Yaşı  altıdan  az  olmayan  müsəlman  üçün  cənazə  namazı 
qılınmalıdır.  Vacib  ehtiyata  əsasən,  namazın  nə  demək  olduğunu  başa  düşən 
azyaşlıların  cənazəsinə  də,  hətta  altı  yaşını  doldurmadığı  halda  belə  namaz 
qılınmalıdır. 
Məsələ  141.  Cənazə  namazında  namazqılan  beş  təkbir  deyir.  Ən  fəzilətli 
qılınma  qaydasına  əsasən,  birinci  təkbirdən  sonra  şəhadəteyn,  ikinci  təkbirdən 
sonra  salavat,  üçüncüdən  sonra  mömin  kişi  və  qadınlar  üçün, dördüncü  təkbirdən 
sonra  isə  cənazəsinə  namaz  qılınan  mərhum  üçün  dua  oxunur,  ardınca  beşinci 
təkbir deyilir və bununla da namaz başa çatdırılır. 
Məsələ  142.  Müsəlmana  cənazə  namazı  qıldıqdan  sonra  cəsədi  dəfn 
edilməli, yəni  yırtıcı heyvanlardan qoruna biləcək və qoxusu ilə insanlara əziyyət 
verməyəcək  şəkildə,  sağ  çiyni  üstündə  üzü  (bədəninin  ön  hissəsi)  qibləyə  doğru 
uzadılaraq torpağa basdırılmalıdır. 
Məsələ  143. Müsəlmanın  cənazəsini  qeyri-müsəlman  qəbiristanlığında  dəfn 
etmək  olmaz.  Lakin  belə  (ümumi)  qəbiristanlıqların  bir  hissəsinin  müsəlmanlar 
üçün  ayrıldığı  hallar  istisna  təşkil  edir.  Həmçinin,  müsəlman  olmayanları  da 
müsəlman qəbiristanlığında dəfn etmək olmaz. 


 
71 
Məsələ  144.  Əgər  müsəlmanı  eyri-müsəlman  qəbiristanlığından  başqa  bir 
yerdə  dəfn  etmək  və  eləcə  də  cənazəsini  müsəlman  ölkələrindən  birinə  aparaq 
orada  dünyasını  dəyişən  müsəlmanların  qəbirlərinin  kənarında  dəfn  etmək 
mümkün olmazsa, qeyri-müsəlman qəbiristanlığında dəfn etməyə icazə verilir. 
Məsələ  145.  Həzrət  Məhəmmədin  (s)  belə  buyurduğu  nəql  olunur: 
“Dünyasını dəyişən üçün ən böyük çətinlik qəbirə qoyulduğu ilk gecə üləşəcəkləri 
olacaqdır.  Dünyasını  dəyişənlərinizə  sədəqələrinizlə  mərhəmət  göstərin.  Sədəqə 
vermək  imkanınız  olmadığı  halda  isə  onlar  üçün  iki  rəkət  namaz  qılın,  birinci 
rəkətdə  Həmd  surəsindən  sonra  Ayətəl-kürsini,  ikinci  rəkətdə  isə  on  dəfə  Qədr 
surəsini  oxuyun.  Salamdan  sonra  isə,  “Allahummə  səlli  əla  Muhəmmədin  və  Ali 
Muhəmməd vəbəs səvabəha ila qəbri filan” (filan sözünün yerinə mərhumun adın 
çəkin).
1
 
İndi isə gəlin, cənazə və dəfn məsələləri ilə bağlı Həzrət Ayətullah əl-üzma 
Sistaniyə ünvanlanan bir sıra aktual suallar və onlara verilən cavablarla tanış olaq: 
Məsələ  146.  Bəzi  qeyri-müsəlman  ölkələrində  cənazələri  taxta  tabutların 
içində dəfn edirlər. Belə hallarla qarşılaşdıqd nə etməliyik? 
Cavab: Cənazəni taxta tabutun içərisində dəfn etmək olar, lakin dəfnlə bağlı 
şəriət  qaydalarına  riayət  edilməli,  o  cümlədən  cəsəd  sağ  tərəfi  üstə  üzü  qibləyə 
doğru uzadılmalıdır. 
Məsələ  147.  Müsəlman  qəbiristanlığının  mövcud  olmadığı  bir  qeyri-
müsəlman  ölkəsində  dünyasını  dəyişən  müsəlmanın  cənazəsini  dəfn  etmək  üçün 
müsəlman  ölkəsinə  aparmaq  mümkün  olarsa, lakin  kifayət  qədər  ciddi  zəhmət  və 
xərc 
hesabına  başa  gələrsə,  bu  vəziyyət  cənazənin  qeyri-müsəlman 
qəbiristanlığında dəfn edilməsinə əsas verirmi? 
Cavab: Xeyr, əsas vermir. 
Məsələ  148.  Müsəlman  qəbiristanlığının  mövcud  olmadığı  bir  ölkədə 
dünyasını  dəyişən  müsəlmanın  ailəsinin  onun  cənazəsini  müsəlman  ölkələrindən 
birinə  apararaq  orada  dəfn  etmək  üçün  nəqliyyat  xərclərini  ödəməyə  imkanı 
                                                           
1
 əl-Məsail əl-muntəxəbə, səh.63. 


 
72 
çatmazsa,  müsəlmanların  problemlərinin  həlli  ilə  məşğul  olan  ictimai  təşkilatlara, 
yaxud  orada  yaşayan  müsəlmanlara  bu  xərclərin  ödənməsinə  yardım  etmək 
vacibdirmi? 
Cavab:  Müsəlmanın  cənazəsinin  həmin  ölkədə  kafir  qəbiristanlığından 
kənarda,  yaxud  başqa  hər  hansı  müsəlmana  layiq  olan  bir  yerdə  dəfn  edilməsi 
müəyyən  məbləğdə  xərc  tələb  edərsə  və  ondan  bu  xərcləri  ödəyəcək  qədər  miras 
qalmazsa,  vəlisinin  (cənazənin  sahibi  sayılan  şəxsin)  də  bu  xərcləri  ödəməyə 
imkanı  çatmazsa,  sözügedən  xərcin  ödənilməsi  kifai  vacib  olaraq  digər 
müsəlmanların  öhdəsinə  düşür  və  bu  xərci  ödəyən  onu  verməli  olduğu  şəri 
rüsumlarından, yaxud sadəcə ehsan (xeyriyyə işi) hesab edə bilər. 
Məsələ  149.  Qürbət  ölkədə  dünyasını  dəyişən  müsəlmanın  vəlisi  orada 
yaşamadığı halda onun dəfn məsuliyyəti kimin üzərinə düşür? 
Cavab:  Vəlisi  ilə  əlaqə  saxlayaraq  ondan  dəfn  işlərinin  icrası  üçün  icazə 
almaq mümkün olmadığı halda icazəyə gərək qalmadan bu məsuliyyət kifai vacib 
olaraq mükəlləf müsəlmanların öhdəsinə düşür. 
Məsələ 150. Müsəlman qəbiristanlığı olmadığından vəfat etdiyi ölkədə dəfn 
edilə bilməyən müsəlmanın nəşini müsəlman ölkəsinə aparmaq üçün tələb olunan 
maliyyə  vəsaiti  haradan  təmin  edilməlidir?  Sözügedən  xərclər  onun  hələ  varisləri 
arasında bölüşdürülməmiş mirasından, mirasın onun vəsiyyəti üzrə ayrılan üçdə bir 
hissəsindən, yoxsa başqa bir vəsaitdən ödənilməlidir? 
Cavab:  Müsəlman  özünün  münasib  bir  yerdə  dəfn  edilməsi  üçün  gərəkli 
xərclərin  onun  mirasının  (hansı  istiqamətdə  xərclənməsini  vəsiyyət  etməyə  haqqı 
çatan 
tərc.
)  üçdə  bir  hissəsi  hesabına  ödənilməsini  vəsiyyət  edərsə,  dəfn  xərcləri 
həmin  vəsait  hesabına,  əks  təqdirdə  (belə  bir  vəsiyyəti  olmadığı  halda)  isə  onun 
mirası hesabına (varislər arasında bölüşdürülməmişdən öncə) ödənilməlidir. 
Məsələ  151.  Qeyri-müsəlman  ölkələrinə  mühacirət  halları  get-gedə 
artmaqdadır.  Bütün  müsəlmanların  öz  yaxınlarının  cənazəsini  dəfn  etmək  üçün 
müsəlman  ölkələrinə  aparmaq  imkanı  olmadığından,  yaxud  bəzilərinin  bu 
məsələdə 
səhlənkarlıq 
göstərməsi  ucbatından  gələcəkdə  müsəlmanların 
cənazələrini qeyri-müsəlman qəbiristanlığında dəfn etmək məcburiyyəti qarşısında 


 
73 
qalacağını  nəzərə  alaraq  maddi  durumu  yaxşı  olan  müsəlmanların  öz  hesablarına 
müsəlman qəbiristanlığı üçün bir yer satın alması kifai vacib hesab olunurmu? 
Cavab: Müsəlmanın cənazəsini kafir qəbiristanlığından kənarda, münasib bir 
yerdə dəfn etmək vəzifəsi bütün digər dəfn işləri kimi onun vəlisinin üzərinə düşür. 
Lakin  mərhumun  vəlisi  olmazsa,  yaxud  vəlisi  bu  vəzifələrin  icrasından  imtina 
edərsə  və  ya  icra  etməyə  qadir  olmazsa,  bu  vəzifə  digər  müsəlmanlara  kifai 
qaydada  vacib  olur  və  bu  kifai  vacib  əməlin  icrası  dəfn  üçün  öncədən  satınalma, 
yaxud  başqa  bir  yolla  müəyyən  torpaq  sahəsinin  əldə  edilməsini  labüd  edirsə, 
onlara vacibdir ki, bu istiqamətdə səylərini əsirgəməsinlər. 
Məsələ  152.  Müsəlmanın  cənazəsini  vəfat  etdiyi  qeyri-müsəlman  ölkəsində 
mövcud olan müsəlman qəbiristanlığında dəfn etmək daha doğrudur, yoxsa böyük 
məbləğdə xərc hesabına onu müsəlman ölkəsinə apararaq orada dəfn etmək? 
Cavab:  Əgər  varisləri,  yaxud  başqa  bir  şəxs  nəqliyyat  xərclərini  öz  üzərinə 
götürərsə,  yaxud  mərhumun  mirasının  xeyriyyə  işlərində  sərf  edilməsinə  dair 
vəsiyyət  etdiyi  üçdə  bir  hissəsi  bu  xərcləri  ödəməyə  kifayət  edərsə,  ən  yaxşısı 
budur  ki,  onun  cənazəsini  müqəddəs  məqbərələrdən,  ziyarətgahlardan  birinin, 
yaxud  başqa  bir  müqəddəs  məkanın  ərazisində  dəfn  etsinlər.  Allah  (hər  şeyin 
doğrusunu) biləndir. 
Məsələ  153.  Müsəlmanın  cənazəsini  dəfn  etmək  üçün  müsəlman 
ölkələrindən birinə aparmaq külli miqdarda maliyyə vəsaiti tələb edərsə, onu digər 
səmavi dinlərin nümayəndələrinin qəbiristanlığında dəfn etmək olarmı? 
Cavab: 
Müsəlmanı 
qeyri-müsəlman  qəbiristanlığında  dəfn  etmək 
yolverilməzdir,  yalnız  dəfn  üçün  başqa  bir  yer  tapılmadığı,  yaxud  bu  şəriətin  bu 
tələbinin  qüvvədən  düşməsinə  əsas  verə  biləcək  bir  zərurətin  yarandığı  hallar 
istisna olmaqla. 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə