BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə20/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   16   17   18   19   20   21   22   23   ...   58
azari-book-25246

 
İKİNCİ FƏSİL 
GEYİMLƏR 
 
Təbii  dəridən  hazırlanan  geyimlər  qeyri-müsəlman  ölkələrində  hər  bir 
müsəlmanın  qarşılaşa  biləcəyi  real  bir  problemdir.  Belə  ki,  onlar  doğma 
ölkələrində  (müsəlman  dövlətlərində)  həmin  məhsulların  şəriət  normalarına 
müvafiq  qaydada  kəsilən  heyvanların  dərisindən  istehsal  edildiyini  bildiklərindən 
belə  geyimləri  arxayınlıqla  alaraq  çəkinmədən  geyinir,  onlarla  namaz  qılır  və 
rütubətli  əlləri  ilə  həmin  libaslara  toxunurlar.  Qeyri-müsəlman  ölkələrində  isə 
vəziyyət  köklü  surətdə  fərqlənir.  Beləliklə,  sözügedən  mövzu  ilə  bağlı  ən  önəmli 
şəriət hökmlərinə qısaca nəzər salmağı məqsədəuyğun hesab edirik: 
 
Məsələ  195.  İslam  şəriəti  normalarına  müvafiq  qaydada  kəsilməyən 
heyvanın  dərisindən  istehsal  edildiyi  məlum  olduğu  halda  dəri  geyimlər  nəcis 
hesab  olunur  və  onlarla  namaz  qılmaq  olmaz.  İslam  şəriətində  tətbiq  olunan 
qaydalara  uyğun  şəkildə  kəsilən  və  yeyilməsi  halal  olan  heyvanın  dərisindən 


 
88 
istehsal  edildiyi  ehtimal  olunduğu  halda  isə  dəri  geyimlər  pak  hesab  olunur  və 
onlarla namaz qılmaq olar. 
 
Məsələ  196.  Şir,  bəbir,  pələng,  tülkü  və  çaqqal  kimi  yırtıcı  heyvanların 
dərisindən  istehsal  olunan  geyimlərlə  namaz  qılmaq  olmaz.  Həmçinin,  vacib 
ehtiyata əsasən, meymun və fil kimi yırtıcı olmasa da ətinin yeyilməsi haram olan 
heyvanların  dərisindən  istehsal  edilən  geyimlərlə  də  -  hətta  sözgedən  dərilərin 
təzkiyə  nəticəsində  pak  hesab  olunduğu,  yaxud  təzkiyəsinin  ehtimal  olunduğu 
hallarda belə - namaz qılmaq olmaz. Lakin belə dərilərdən (təzkiyə nəticəsində pak 
olan,  yaxud  təzkiyə  olunduğu  ehtimal  edilən,  əti  haram  olsa  da  yırtıcı  olmayan 
meymun və fil kimi heyvanların dərisindən 
tərc.
) hazırlanan və övrəti (eyib yerləri) 
örtməyən kəmər kimi geyim və aksessuarlardan istifadə etmək olar. 
 
Dəri  geyim  məhsullarının  təzkiyə  olunmamış  heyvanın  dərisindən  istehsal 
edildiyinə  əmin  olduğumuz  halda,  eləcə  də  həmin  heyvanların  təzkiyə  olunması 
ehtimalının sağlam ağıl sahiblərinin etimad göstərmədiyi zəif bir ehtimal, məsələn 
2%  olduğu  halda  isə  həmin  geyimlər,  hətta  kəmər  kimi  övrəti  örtməyən  geyim 
növü və aksessuarlar da nəcis hesab olunur və onlarla namaz qılmaq olmaz. 
 
Məsələ 197. Qeyri-müsəlman  ölkələrində ilan və  timsah  dərisindən istehsal 
edilən  və  satılan  dəri  məhsulları  pakdır  və  onların  alqı-satqısı  da,  paklığın  şərt 
olduğu (namaz kimi) məqamlarda istifadəsi də sərbəstdir. 
 
Məsələ  198.  Müsəlman  ölkələrində  istehsal  olunan  və  qeyri-müsəlman 
ölkələrində  satılan  bütün  növ  dəri  məhsulları  pak  hesab  olunur  və  onlarla  namaz 
qılmaq olar. 
 
Məsələ 199. Qeyri-müsəlman ölkələrində istehsal edilən və təbii, yoxsa süni 
dəridən hazırlandığı məlum olmayan dəri  məhsulları pak sayılır və onlarla namaz 
qılmaq olar. 
 
Məsələ  200.  Şəriətin  kəsim  qaydalarına  riayət  olunmadan  kəsilən 
heyvanların dərisindən istehsal olunan ayaqqabı onu geyinən şəxsin ayağını yalnız 
nəcasəti keçirən rütubətlə nəcis edə bilər. Beləliklə, əgər ayaq tərləyərsə və corab 
da  tərləmə  nəticəsində  yaş  olarsa,  lakin  rütubət  nəcis  dəridən  olan  ayaqqabıya 
sirayət etməzsə, ayaq və corab nəcis hesab olunmur. 


 
89 
 
Məsələ  201.  Qeyri-müsəlman  ölkələrində  istehsal  edilən  dəri  kapşon 
(gödəkçə və jaketlərə əlavə edilən başlıq), papaq və ya kəmərlə namaz qılmaq olar. 
Eləcə  də  sahibi,  yaxud  müştəriləri  qeyri-müsəlmanlar  olan  ticarət  mərkəzlərindən 
aldığımız dəri məhsullarının şəriət normalarına müvafiq qaydada kəsilmiş əti halal 
heyvanların dərisindən istehsal olunduğunu ehtimal edərsək, onlarla namaz qılmaq 
olar. 
 
Məsələ  202. Kişilərə  istər  namazda, istərsə  də  digər  vaxtlarda qızıl  üzük,  o 
cümlədən  nişan  üzüyü,  qol  saatı  və  s.  qızıl  zinət  əşyaları  və  aksessuarlarından 
istifadə  etmək  olmaz.  Lakin  qızıl  suyuna  çəkilən  və  qızıl  zinət  əşyası  hesab 
edilməyən aksessuarlardan istifadə etmək olar. 
 
Məsələ 203. Kişilərə ağ qızıl adlandırılan qiymətli metaldan hazırlanan zinət 
əşyalarından istifadə etmək olmaz. 
 
Məsələ  204.  Qadınlara  bütün  hallarda,  eləcə  də  namazda  qızıl  zinət 
əşyalarından və aksessuarlardan istifadə etmək olar. 
 
Məsələ  205.  Fiqh  ədəbiyyatında  öz  əksini  tapan  müstəsna  hallar  istisna 
olmaqla kişilərə təbii ipəkdən hazırlanan libasları geyinmək olmaz, istər namazda, 
istərsə də digər vaxtlarda. 
 
Məsələ  206.  Qadınlar  bütün  hallarda,  habelə  namaz  əsnasında  ipək  parçalı 
libaslar geyinə bilərlər. 
 
Məsələ  207.  Kişilər  təbii,  yoxsa  süni  dəridən  olduğunu  dəqiq  bilmədikləri 
libasları geyinə və onlarla namaz qıla bilərlər. 
 
Həmçinin,  kişilərə  xalis  ipək  hesab  olunmayacaq  dərəcədə  qarışığı  olan, 
tərkibində  təbii  ipəklə  yanaşı  yüksək  miqdarda  pambıq,  yun,  neylon  və  s.  olan 
parçalardan  hazırlanan  libasları,  eləcə  də  belə  qarışıq  parçadan  olduğu  güman 
edilən libasları geyinmək və onlarla namaz qılmaq olar. 
 
Məsələ  208.  Vacib  ehtiyata  əsasən,  kişi  qadın  kimi  (qadına  bənzəyəcək 
görkəmdə) geyinməməlidir. 
 
Məsələ  209.  Vacib  ehtiyata  əsasən,  müsəlmanlar  kafirlərin  geyim  tərzini 
təqlid etməməlidirlər. 


 
90 
 
İndi  isə  gəlin,  geyim  mövzusu  ilə  bağlı  Ayətullah  əl-uzma  Sistaniyə 
ünvanlanan ən aktual suallar və onlara verilən cavablarla tanış olaq: 
 
Məsələ  210.  Biz,  Avropa  ölkələrində  yaşayan  müsəlmanlar  təzkiyə 
olunmamış  heyvanların  dərisindən  istehsal  edildiyini  güman  etdiyimiz  ayaqqabı, 
bel kəmərləri və s. dəri geyim məhsullarını alırıq. Həmin dərilər bəzən müsəlman 
ölkələrindən  də  idxal  olunur,  yaxud  burada  müsəlman  qəssabların  işlətdiyi 
sallaqxanalardan alınır. Nümunə üçün qeyd etmək olar ki, Britaniyada az sayda da 
olsa  belə  sallaqxanalar  fəaliyyət  göstərir.  Beləliklə,  həmin  dəri  məhsullarının 
müsəlman ölkələrindən idxal edildiyi, yaxud heyvanların İslami kəsim qaydasında 
kəsildiyi  hər  hansı  bir  yerdən  alındığı  ehtimalına  -  hətta  ehtimal  zəif  olsa  belə  - 
əsaslanaraq onları pak hesab edə bilərikmi? 
 
Cavab:  Əgər  2%-lik  ehtimal  kimi  əksinin  daha  çox  həqiqətə  uyğun 
göründüyü  zəif  bir  ehtimal  olarsa,  ona  etimad  etmək  (əsaslanmaq)  olmaz.  Əks 
təqdirdə  (etimad  edilə  biləcək  yüksək  ehtimalın  mövcud  olduğu  halda)  isə  onları 
pak hesab etmək olar. Doğruları bilən Allahdır. 
 
Məsələ  211.  Fəqihlər  xalis  təbii  ipəkdən  hazırlanan  geyimlərin  kişilərə 
haram olmasına dair fətva verirlər. Bəs kişilər qalstuk kimi xalis olmayan ipəkdən 
hazırlanan  geyim  və  aksessuarlardan  istifadə  edə  bilərmi?  Qalstuk  xalis  təbii 
ipəkdən hazırlandığı halda necə, kişilər üçün bağlanılması haram hesab edilirmi? 
 
Cavab: Hətta xalis ipəkdən olsa belə qalstuk bağlamaq haram hesab edilmir. 
Çünki  qalstuk  övrəti  örtə  bilən  geyimlərdən  deyil.  Xalis  ipək  hesab  olunmayan 
qarışıq tərkibli parçadan hazırlanan məhsullara gəlincə, hətta övrəti örtən geyimlər 
olsa belə, onları geyinmək olar. 
 
Məsələ  212.  Bəzi  istehsalçı  şirkətlərin  öz  məhsullarının  üzərinə  həmin 
geyimlərin  xalis  ipəkdən  hazırlandığını  yazmasına  baxmayaraq,  qiymətlərinin 
ucuzluğu səbəbilə biz bunun doğruluğuna tərəddüd edirik. Bu halda həmin libasları 
geyinə və onlarla namaz qıla bilərikmi? 
 
Cavab: Şəkk halında həmin libasları geyinmək və onlarla namaz qılmaq olar. 
 
Məsələ  213.  Üzərində  spirtli  içkiləri  reklam  edən  təsvirlərin  əks  olunduğu 
paltarların geyinilməsinə və alqı-satqısına icazə verilirmi? 


 
91 
 
Cavab: Onların geyinilməsi də, alqı-satqısı da haramdır. 
 
Məsələ  214.  Kişilər  bəzi  daxili  hissələri  (məsələn  əqrəbi),  yaxud  qayışı 
qızıldan olan qol saatı bağlaya və onunla namaz qıla bilərmi? 
 
Cavab:  Birinci  halda  həmin  saatı  qola  bağlamaq  və  onunla  namaz  qılmaq 
olar, ikinci halda (qayışı qızıldan olduğu halda) isə olmaz. 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə