BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə25/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   21   22   23   24   25   26   27   28   ...   58
azari-book-25246

BEŞİNCİ FƏSİL 
İCTİMAİ ƏLAQƏLƏR VƏ SOSİAL MÜNASİBƏTLƏR 
 
Hər  bir  cəmiyyətin  özünəməxsus  bir  ictimai  mühiti,  adət-ənənələri  və 
dəyərləri vardır. Bu baxımdan müsəlmanların mühacirət etdiyi ölkələrdəki ictimai 
mühitin,  adət-ənənələrin  və  dəyərlərin  müsəlman  cəmiyyətlərində  mövcud  olan 
ictimai  mühit  və  dəyərlərdən  fərqlənməsi  təbii  bir  haldır  və  mühacirət  həyatı 
yaşayan müsəlmanları davamlı olaraq orada nələrin şəriət tərəfindən məqbul hesab 
edilib,  nələrin  edilmədiyi  sualı  ilə  qarşı-qarşıya  qoyur.  Çünki  o  yeni  qatıldığı, 
doğulub  boya-başa  çatdığı  doğma  cəmiyyətindəki  ictimai  dəyərlərdən  fərqlənən 
dəyərlərin hökm sördüyü bir cəmiyyətdə yaşamalı olacağını anlayır. Digər tərəfdən 
isə  belə  fərqli  mühitlərdə  yaşam  müsəlman  cəmiyyətindən  oraya  mühacirət 
edənləri  özlərinin,  ailələrinin  və  gələcək  nəsillərinin  assimilyasiyaya  məruz 
qalmasına  qarşı  müqavimət  zərurəti  ilə  üz-üzə  qoyur  ki,  bu  da  öz  növbəsində 
onlardan  özlərini  və  övladlarını  həmin  mühitlərin  mənfi  təsirlərindən  qorumaq 
üçün səylərini artırmalarını tələb edir. 


 
110 
 
Bütün  bunları  nəzərə  alaraq  mövzü  ilə  əlaqədar  bir  sıra  şəriət  hökmlərini 
xatırlatmağı məqsədəuyğun hesab edirik: 
 
Məsələ  294.  Qohumlarla  sıx  əlaqə  saxlamaq  müsəlmana  vacib,  qohumluq 
əlaqələrini kəsmək isə böyük günahdır. Beləliklə, sözügedən əlaqələrin qurulması 
və qorunub-saxlanılmasının vacib, bu əlaqələrə son verilməsinin isə Allahın (c.c.) 
cəhənnəm  odu  ilə  cəzalandıracağını  vəd  etdiyi  böyük  günahlardan  olduğu  nəzərə 
alındıqda  bu  münasibətlərin  önəminin  qürbətdə  daha  da  artdığı,  qardaşların 
(dindaşların)  daha  az  yaşadığı,  ailələrin  bir-birindən  ayrı  düşdüyü,  mənəvi 
dəyərlərin  arxa  plana  keçdiyi  və  maddi  dəyərlərin  (dünyəvi  qayğıların)  ön  plana 
çıxdığı ölkələrdə sosial məsələlərdə prioritet kəsb etməli olduğu aydınlaşır. 
 
Uca  Allah  da  qohumlarla  əlaqələrin  kəsilməsini  qadağan  edərək  dəyərli 
kitabında buyurur: 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə