BağIŞlayan və mehriban allahin adi iLƏ


“...  Bu  (Quran,  vəhylər)  Rəbbiniz  tərəfindən  (göndərilmiş)  aşkar



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə4/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   2   3   4   5   6   7   8   9   ...   58
azari-book-25246

“...  Bu  (Quran,  vəhylər)  Rəbbiniz  tərəfindən  (göndərilmiş)  aşkar 
dəlillərdir, həm də iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir”.
4
 
“Quran  oxunan  zaman  onu  dinləyin  və  susun  ki,  (onun  sayəsində)  sizə 
rəhm olunsun!”
5
 
                                                           
1
 Dəlil əl-muslim fi bilad əl-ğurbə, səh.27-37.
 
2
 Təhrim surəsi, 6-cı ayə. 
3
 Tövbə surəsi, 71-ci ayə. 
4
 Əraf surəsi, 203-cü ayə. 
5
 Əraf surəsi, 204-cü ayə. 


 
11 
Qurani-Məcidlə  yaxından  ünsiyyətdə  olan  insanın  həyatında  bu  ünsiyyət 
nəticəsində nələrinsə artması və azalması labüddür, o cümlədən, hidayət nurunun, 
haqq yolda sabitqədəmliyin artması və mənəvi korluğun və azğınlığın azalması.
1
 
Əmin  olun  ki,  Qurani-Kərimin  dəyərlərinə  sahib  olanlar  əsla  mənəvi 
yoxsulluq  və  acizliklə  üzləşməz,  sahib  çıxmayanlar  isə  heç  bir  vəchlə  mənəvi 
zənginliyə nail ola bilməzlər. Ondan xəstəliklərinizə şəfa tapmaq üçün yardım alın 
və çətinliklərlə üzləşdikdə ondan mədəd umun. Qurani-Kərimdə ən böyük mənəvi 
xəstəlik olan küfr (allahsızlıq), azğınlıq, mənəviyyatsızlıq probleminin həlli yolları 
öz  əksini  tapmışdır. Diləklərinizi  Allahdan  Onun  kitabının  vasitəçiliyi  ilə  diləyin, 
onun  sevgisi  ilə  Rəbbinizə  üz  tutun  və  onu  insanlardan  istədiklərinizi  əldə  etmək 
üçün alətə çevirməyin. Bəndələrin Allaha qovuşmaq yolunda ona bərabər başqa bir 
vasitəçisi  yoxdur.  Bilin  ki,  bu  ilahi  kitab,  şübhəsiz,  vəsatəti  qəbul  olunan  bir 
şəfaətçi,  təlimləri  təsdiqlənmiş  bir  kəlamdır.  Qurani-Kərim  qiyamət  günü  kimə 
şəfaətçilik etsə, onun şəfaəti mütləq qəbul ediləcəkdir.
2
 
Kim  gəncliyindən  Qurani-Məcidlə  ünsiyyətə  nail  olarsa,  bu  ali  ilahi  kəlam 
onun ruhuna nüfuz edər, Allah (c.c.) da onu müqərrəb mələklərinə yoldaş edər və 
qiyamət günü Quran onu cəhənnəm əzabından qoruyar.
3
 
Daha  yaxşı  olar  ki,  müsəlman  səfərlərində  faydalı  və  daşınması  asan  olan 
qısahəcmli təfsir əsərlərini də özü ilə götürsün.  
2)  Vacib  namazlarını  vaxtlı-vaxtında  qılmalı,  imkan  daxilində  nafilə 
(müstəhəb)  namazları  da  qılmağa  çalışmalıdır.  Sevimli  Peyğəmbərimiz  (s)  Mutə 
döyüşünə  yollanan  Abdullah  ibn  Rəvahəyə  Mədinəni  tərk  edərkən  tapşırıqlarını 
verdikdə  buyurmuşdu:  “Sən  elə  bir  diyara  yollanırsan  ki,  oranın  sakinləri  Allaha 
(c.c.)  olduqca  az  səcdə  edirlər.  Buna  görə  də,  sən  orada  Allaha  bacardığın  qədər 
çox səcdə et!”
4
 
                                                           
1
 Bax: Nəhc əl-bəlağə (Sübhi Salehin redaktəsi ilə), səh.252. 
2
 Bax: öncəki mənbə. 
3
 Usul əl-kafi, c.2, səh.603. 
4
 Vəsail əş-şiə, c.4, səh.87-105. 


 
12 
Zeyd  Şəhham  İmam  Sadiqə  (ə)  istinadən  Allahın  elçisinin  (s)  belə 
buyurduğunu  nəql  edir:  “Allah  yanında  ən  sevimli  əməl  namazdır.  Namaz 
peyğəmbərlərin vəsiyyətlərində öz əksini tapan son tapşırıqdır”.
1
 
Möminlərin  əmiri  (ə)  də  namazla  bağlı  tövsiyələrini  açıqlayaraq 
buyurmuşdur:  “Namaza  qarşı  intizamlı,  diqqətli  olun,  bacardığınız  qədər  çox 
namaz  qılın  və  namaz  vasitəsilə  Allaha  yaxınlaşmağa  çalışın.  Namaz  möminlər 
üçün  müəyyən  vaxtlarda  vacib  edilmiş  ibadətdir.  Məgər  cəhənnəm  sakinlərindən, 
“sizi cəhənnəmə gətirən nə oldu?” – deyə soruşulduqda onların verəcəkləri cavabı 
eşitməmisinizmi? Onlar: “Biz namaz qılanlardan deyildik”, – deyəcəklər. 
Həqiqətən,  namaz  günahları  ağac  yarpaqları  tək  insan  ruhundan  qopararaq 
üzərindən tökür, itaətsizlik zəncirlərini çürümüş ip kimi doğrayır. Allahın elçisi (s) 
namazı  insanın  qapısının  önündəki  xəyali  bir  hamama  və  onun  isti  suyuna 
bənzədərək soruşardı ki, məgər bir insan gündə beş dəfə həmin hamamda çimərsə, 
bu təmizlikdən sonra onda hansı çirkdən, çirkinlikdən əsər-əlamət qala bilər?!”
2
 
3)  İmkan  daxilində  bir  sıra  duaları,  münacatları  və  zikrləri  də  oxumalıdır. 
Dua  və  zikr  insana  günahlarını,  nöqsanlarını  xatırladır,  onu  tövbəyə  sövq  edir, 
xoşagəlməz  işlərdən  uzaq  durmağa  çağırır  və  onun  üçün  yaxşı  əməllərtək  axirət 
azuqəsinə çevrilir. İmam Səccada mənsub olan “Səhifeyi-Səccadiyyə”dəki dualar, 
Kumeyl  ibn  Ziyadın  duası,  Ramazan  ayının  duaları,  o  cümlədən  Əbu  Həmzə 
Somalinin  duası,  səhər  duası,  həftənin  günlərinin  özünəməxsus  duaları  və  digər 
dua  və  zikrlər  məhz  bu  keyfiyyətlərə  malikdir.  Hər  bir  müsəlmanın  özünüislah 
yolunda  belə  dua  və  zikrlərə  ehtiyacı  vardır,  xüsusilə  də,  qeyri-müsəlman 
ölkələrində məskunlaşdıqda. 
4)  Yaşadığı  ölkədə  fəaliyyət  göstərən  müsəlman  ictimai  təşkilatları  ilə  sıx 
əlaqələr qurmalı, onların fəaliyyətində yaxından iştirak etməlidir. Adətən, mübarək 
Ramazan  ayında,  dini  bayram  və  əlamətdar  günlərdə  həmin  təşkilatlar  tərəfindən 
dini  maarifləndirmə  xarakteri  daşıyan  yığıncaqlar  təşkil  olunur.  Digər  tərəfdən 
                                                           
1
 Öncəki mənbə, səh.38. 
2
 Nəhc əl-bəlağə, səh.317. 


 
13 
müsəlmanlar  belə  əlamətdar  günləri  öz  evlərində  də  qeyd  etməli,  yaşatmalıdırlar, 
xüsusilə  də,  müsəlman  ictimai  təşkilat,  müəssisə  və  mərkəzlərinin  mövcud 
olmadığı cəmiyyətlərdə. 
5)  Qərb  ölkələrində  İslam  araşdırmaları  mövzusunda  keçirilən  tədbirlərdə, 
konfranslarda, simpoziumlarda iştirak etməlidir. 
6) İslami biliklərin öz əksini tapdığı əsərləri, dövri nəşrləri müntəzəm olaraq 
əldə  edərək  oxumalı  və  mənimsədiyi  biliklərdən  başqalarını  da  faydalandırmağa 
çalışmalıdır. 
7) İlahiyyatçı alimlərin, ruhanilərin min bir zəhmətlə, bəzən yuxusuz qalaraq 
hazırladığı, onların dəyərli və önəmli nəsihətlərini özündə ehtiva edən çıxışlarının 
audio və video lentlərini (habelə, günümüzdə CD, VCD, DVD və digər resursları 
tərc.
) diqqətlə dinləməli, izləməlidir. 
8) Mənəviyyatsızlığın hökm sürdüyü yasaq əyləncə məkanlarına getməkdən, 
mənfi təsirləri olan televiziya proqramlarına baxmaqdan, xüsusilə də, proqramları 
İslam  mədəniyyəti  və  dəyərləri  ilə  uzlaşmayan  televiziya  kanallarını  izləməkdən 
imtina etməlidir. 
9) Allah yolunda qarşılıqlı hidayətə nail ola biləcəyi dostlar qazanmalıdır. O, 
dostlarını,  dostları  da  onu  haqq  yoldan  sapmaqdan  qorumalıdır.  Boş  vaxtlarını 
həmin  dostları  ilə  faydalı  şəkildə  dəyərləndirməlidir  ki,  bununla  həm  nalayiq 
dostluqların, həm də təcrid və izolyasiyanın mənfi nəticələrindən qorunmuş olsun. 
İmam  Sadiq  (ə)  ata-babalarına  istinadən  İslam  Peyğəmbərinin  (s)  belə 
buyurduğunu nəql edir: “Müsəlman üçün İslamdan sonra ilahi dəyərlərə əsaslanan 
dostluq  münasibətləri  qurduğu  din  qardaşına  bərabər  ikinci  bir  nailiyyət 
tanımıram”. 
Müyəssər  adlı  bir  ravi  nəql  edir  ki,  İmam  Sadiqlə  (ə)  görüşlərimizdən 
birində  məndən  soruşdu:  “Dostlarınızla  xəlvətə  çəkilərək  müxtəlif  məsələləri 
müzakirə edirsinizmi?” “Bəli, biz tez-tez bir araya gələrək söhbətləşir və müzakirə 
olunası mövzuları müzakirə edirik” – deyə cavab verdim.  İmam (ə) isə buyurdu: 
“And olsun Allaha ki, mən də sizin bəzi söhbətlərinizdə, müzakirələrinizdə iştirak 
etmək istəyirəm. Allaha and olsun ki, mən sizi, ruhunuzu sevirəm. Siz Allahın və 


 
14 
Onun  mələklərinin  dinindəsiniz.  Beləliklə,  təqva  və  səylərinizlə  bizə  yardımçı 
olun!”
1
 
10) Hər gün özünü sorğuya çəkməli, hər həftə gördüyü işləri xatırlamalıdır. 
Yaxşı işlər gördüyü halda Allaha şükr etməli və yaxşı əməllərinin sayını artırmağa 
çalışmalı,  gördüyü  işlər,  xoşagəlməz  əməllərə  rast  gəldiyi  halda  isə  Allahdan 
bağışlanma  diləyərək  tövbə  etməli  və  həmin  hərəkətlərin  bir  daha 
təkrarlanmayacağına dair özünə söz verməlidir. 
Əziz  Peyğəmbərimiz  (s)  Əbuzərə  tövsiyələrindən  birində  buyururdu: 
“Əbuzər,  sorğuya  çəkilməzdən  öncə  özün  özünü  sorğuya  cəlb  et.  Bu,  sabahın 
(qiyamətin) sorğu-sualı üçün yaxşı bir hazırlıqdır. Əməllərini tərəziyə qoyulmamış 
özün ölç və uca Allahdan heç nəyin gizli qalmayacağı günün təqdimatına hazır ol. 
Əbuzər,  kimsə  özünü  şərikin  öz  şəriki  ilə  mühasibəsi  kimi  sorğuya  çəkərək 
əməllərini  incələmədikcə  təqvalı  ola  bilməz.  İnsan  qidasının,  geyiminin  haradan 
gəldiyini, halal, yoxsa haram olduğunu bilməlidir”.
2
 
İmam Kazim (ə) bu məsələnin önəminə toxunaraq buyurmuşdur: “Hər gün 
nəfsini  sorğuya  çəkərək  əməllərinin  hesabını  tutmayan,  yaxşı  işlər  gördüyü  halda 
uca  Allahdan  belə  əməllərinin  artırmasını  istəməyən,  pis  işlər  gördükdə  isə 
Allahdan (c.c.) bağışlanmaq diləməyən, tövbə etməyən şəxs bizdən deyil”.
3
 
11) Qurani-Kərimin və eləcə də İslam şəriətinin əksər orijinal mənbələrinin 
dili olan ərəb dilini öyrənməyə çalışmalıdır. Bununla yanaşı, ərəb dili milyonlarla 
müsəlmanın  və  eləcə  də  bir  çox  böyük  din  xadimlərinin  ana  dilidir.  Qeyri-
müsəlman ölkələrində təhsil alan tələbələr öyrəndikləri başqa əcnəbi dillərlə yanaşı 
öz  dinlərini,  dini  dəyərlərini,  tarixlərini  və  mədəniyyətlərini  yaxından  tanımaq 
üçün ərəb dilini də mənimsəməyə çalışmalıdır. 
12)  Gənc  nəslin  təlim-tərbiyəsinə  həssas  yanaşmalıdır.  Müsəlmanlar  öz 
övladlarını,  həm  oğlanlarını,  həm  də  qızlarını  Quran  sevgisi  ilə  böyüdərək  qiraət 
                                                           
1
 Usul əl-kafi, c.2, səh.187. 
2
 Şeyx Tusi, Əmali, c.2, səh.19. 
3
 Cami əs-səadat, c.3, səh.94. 


 
15 
müsabiqələrin təşkili və müxtəlif istiqamətli mədəni fəaliyətlərlə bu məqsədə nail 
ola bilərlər. 
Mühacirətdə  yaşayan  müsəlmanlar  öz  övladlarını  kiçik  yaşlarından  ibadətə 
adət  etdirməklə,  yüksək  əxlaqi  keyfiyyətlərə  (dürüstlük,  şücaət,  əhdə  vəfa, 
humanizm  və  s.)  yiyələndirməklə  həyata  hazırlamalı  və  onları  özləri  ilə  dini 
tədbirlərə  və  dini-araşdırma  mərkəzlərinə  aparmalıdırlar.  İslamın,  müsəlmanların 
düşmənlərini  onlara  tanıtdırmalı,  azyaşlı  və  gənc  müsəlman  övladları  arasında 
dostluq  və  qardaşlıq  münasibətlərinin  güclənməsinə  çalışmalı  və  dini-ictimai 
tədbirlərin təşkilində maddi və mənəvi yardımlarını onlardan əsirgəməmlidirlər. 
Əmək  və  çalışqanlığını  onlara  sevdirməlidirlər  ki,  onlar  da  öz  növbəsində 
İslamı  daha  yaxından  tanıyaraq  gələcəkdə  müstəqil  həyatlarını  dini  dəyərlər 
üzərində qura bilsinlər. 
Bu  yerdə  düşüncələrimə  bir  az  ara  verərək  pəncərədən  səmaya  boylandım. 
Hər  tərəfdən  bir-birinə  yaxınlaşaraq  yaşıl  məxmərin  üzərinə  hörülmüş  təmiz,  lifi 
didilmiş  panbığa  bənzəyən  ağ  buludlar  görürdüm.  Olduqca  gözoxşayan  bir 
mənzərə  idi. Gözlərim  doyanadək tamaşa  etdim.  Bulud  parçaları  hərəkətdə  idilər, 
bir-birinə  yaxınlaşır,  qarışır,  sonra  ayrılaraq  bir-birlərinə  yol  verir,  daha  sonra 
uzaqlaşaraq gözdən itirdilər. 
Sonra  yenidən  “Qərb  ölkələrində  necə  yaşamalıyam?”  sualı  zehnimdə 
canlanmağa  başladı.  Dini-etiqadi  mənsubiyyətimi  qoruyaraq  əcnəbi  mədəniyyətə 
assimilyasiya  olunmamaq  üçün,  digər  tərəfdən  isə  sosial  həyatımda  çıxılmaz 
vəziyyətlərə  düşməmək  üçün  nə  etməliyəm?  Sonra  özümə  başqa  bir  sualla 
müraciət  etdim:  Aralarına  yeni  qoşulduğum  cəmiyyətin  üzvləri  mənim  haqqımda 
nəyə əsaslanaraq mühakimə yürüdəcəklər? 
Mən  daima  müxtəlif  millətlərdən  olan  turistlərin  baş  çəkdiyi  öz  doğma 
vətənimdə,  şəhərimdə  bir  qayda  olaraq  turistlərin  davranışlarına  əsaslanaraq 
onların  milli  mədəniyyəti  haqqında  özümdə  təsəvvür  formalaşdırırdım.  Bir  turist 
xoş  əxlaq  nümayiş  etdirərdisə,  onun  həmvətənlərinin  yaxşı  insanlar  olduğunu, 
xoşagəlməz hərəkətlərini gördüyüm  müsafir və turistlərin soydaşlarının  da onlara 
bənzədiklərini  düşünürdüm.  Beləliklə,  bu  yanaşma  prinsipinə  əsasən,  qərblilər  də 


 
16 
mənim  davranışlarım  əsasında  müsəlman  və  İslam  mədəniyyəti  haqqında 
mühakimə  yürüdəcək  və  həmin  davranışları  bütün  müsəlmanlara  aid  edəcəklər. 
Mən sözündə və əməlində dürüst, əhdinə sadiq, əmanətə xəyanət etməyən bir insan 
olsam,  nümunəvi  əxlaq  nümayiş  etdirsəm  və  qanunvericiliyə,  ictimai  əxlaq 
qaydalarına  riayət  etsəm,  ehtiyac  sahiblərinə  yardım  etsəm,  qonşularla  xoş 
davransam və bir sözlə öz davranışlarımda Həzrət Məhəmmədi (s) örnək götürərək 
onun  təlim  və  göstərişlərini  həyata  keçirsəm  (onun  əxlaq  təliminə  əsasən,  dinin 
özəyi  xoş  əxlaqdır),  müsəlman  olmayan  insanlarla  münasibətlərimi  məhz  bu 
qaydada tənzimləsəm, onların mühakiməsi belə olacaqdır: İslam əxlaqi kamilliklər 
dinidir. 
Lakin  onlara  yalan  danışsam,  sözümün  üstündə  durmasam,  xoşagəlməz 
davranışlarımla  ətrafımdakı  insanları  qorxuya  düşürsəm,  cəmiyyətdə  sabitliyi 
pozsam,  qonşulara  pislik  etsəm,  ticarətdə  qarşı  tərəfi  aldatsam,  əmanətə  xəyanət 
etsəm,  bu  münasibətlə  üzləşən  insanlar  deyəcəklər  ki,  İslam  ardıcıllarına  gözəl 
xislətlər öyrədə bilməyən bir dindir. 
Elə  bu  məqamda  pilotun  elanı  məni  dərin  fikirdən  ayırdı:  “Hal-hazırda 
Almaniya  hava  məkanındayıq  və  Londona  doğru  hərəkət  etməkdəyik”.  Elanı 
dinlədikdən sonra çantamı açdım, yarımçıq qalan fikirlərimi tamamlamaq, cavabını 
gözləyən  suallarıma  cavab  tapmaq  üçün  əlimə  keçən  bir  kitabdan  yardım  almaq 
qərarına gəldim. Həmin kitabda  İmam Sadiqin (ə) buyurduğu beş hədis diqqətimi 
cəlb etdi: 
1) İmam (ə) öz ardıcıllarına buyururdu: “Bizim (Əhli-beyt) üçün zinət olun 
(insanlar içində üzümü ağardın), üzqarası olmayın (adımıza ləkə gətirməyin)! Bizi 
insanlara sevdirin, onları (xoşagəlməz əməllərinizlə) bizə düşmən etməyin!” 
2)  Başqa  bir  dəyərli  kəlamında  isə  buyururdu:  “Xeyirli,  faydalı  işlərdə  bir-
biri  ilə  yarışanlardan  olun.  Tikansız  budaq  kimi  olun.  Sələfləriniz  iman  ağacının 
tikansız  budaqları, yarpaqları olmuşdur. Mən  budaqsız, yarpaqsız  tikan  olmaqdan 
qorxuram.  Rəbbinizə  doğru  səsləyin,  insanları  İslama  gətirin,  İslamdan 
uzaqlaşdırmayın.  Sələfləriniz  insanları  İslama  rəğbətləndirir,  müsəlman  edirdilər, 
onları İslamdan bezdirərək uzaqlaşdırmırdılar”. 


 
17 
3)  Bir  hədisində  isə  sözünü  dinləyən,  əməl  edən  ardıcıllarına  salam 
göndədikdən  sonra  buyururdu:  “Sizə  Allah  qarşısında  təqvalı  olmağı,  dininiz 
xüsusunda  xətalardan,  günahlardan  çəkinməyi,  Allah  yolunda  çalışmağı,  sözündə 
dürüst,  əmanətə  sadiq  olmağı,  səcdələrinizi  artırmağı,  uzatmağı,  yaxşı  qonşu 
olmağı tövsiyə edirəm. Məhəmməd (s) məhz belə bir ayin gətirmişdir. Sizə əmanət 
edənin  əmanətinə,  əməlisaleh  və  ya  əxlaqsız  olmasından  asılı  olmayaraq  xəyanət 
etməyin.  Allahın  elçisi  (s):  “hətta  əmanət  iynə  və  sap  belə  olsa,  onu  qoruyaraq 
sahibinə  qaytarın”  –  deyə  əmr  edərdi.  Qohumlarınızla  əlaqə  saxlayın,  onların 
dəfnindən iştirak edin, xəstələrinə baş çəkin və onların qarşısındakı vəzifələrinizə 
əməl  edin.  Aranızdan  biri  dinində təqvalı,  sözündə dürüst,  əmanətə  vəfalı olarsa, 
insanlara xoş davranarsa, insanlar da “bu cəfəridir (Cəfər Sadiqin (ə) ardıcılıdır)” 
deyərsə, bu məni sevindirər. İnsanların onun xoş əxlaqını “bu Cəfərin tərbiyəsidir” 
– deyə qiymətləndirməsi məni məmnun edər. Əks təqdirdə isə hər hansı birinizin 
hər  bir  xoşagəlməz  hərəkəti  mənim  adıma  xələl  gətirəcək  və  insanlar  deyəcəklər: 
“budur  Cəfərin  tərbiyəsi!”  Atam  danışardı  ki,  hətta  bəzi  qəbilələrdə  Əlinin  (ə) 
ardıcılları qəbilənin gözbəbəyi sayılaraq aralarında əmanətə ən vəfalı, hüquqlara ən 
düzgün qaydada riayət edən, sözündə ən dürüst insanlar kimi tanınmışlar. İnsanlar 
ona vəsiyyət edərək, əmanətlərini ona tapşırardılar. Qəbilə üzvlərindən həmin şəxs 
barəsində  soruşulduqda  deyərdilər:  “Onun  tayı-bərabəri  yoxdur,  o  əmanətə  ən 
sadiq, sözündə ən dürüst insandır”. 
4)  Başqa  bir  hədisdə  isə  İmam  Sadiq  (ə)  belə  buyurur:  “Namazlarınızı 
məsciddə  qılmalı,  qonşularınızla  xoş  davranmalı,  düzgün  şahidlik  etməli,  dəfn 
mərasimlərində  iştirak  etməlisiniz.  İnsanlarla  ünsiyyətdə  olmaq  labüddür.  Bəşər 
cəmiyyətinin heç bir üzvü təcrid həyatı yaşaya bilməz və Adəm oğullarının həyatı 
bir-birindən asılıdır”. 
5)  Müaviyə  ibn  Vəhəbin,  “öz  yaxınlarımızla,  eləcə  də  yadlarla  necə 
davransaq,  təqdirəlayiq  hesab  olunardı?”  –  sualına  cavab  olaraq  İmam  Sadiq  (ə) 
buyurmuşdu:  “Ardıcılı  olduğunuz  imamların  davranışlarına  baxın.  Onlar  xəstə 
insanlara baş çəkər, dünyasını dəyişənlərin dəfnində iştirak edər, ehtiyac olduqda 


 
18 
onların  lehinə  və  əleyhinə  doğru  şahidlik  edər,  özlərinə  əmanət  edilənləri 
qoruyaraq sahiblərinə qaytarardılar”.
1
 
Bu beş hədisi  diqqətlə  oxuduqdan sonra özümü  bir  qədər  rahat  hiss  etdim. 
İmam Cəfər Sadiqin (ə) ardıcıllarına vəsiyyət və tövsiyə məzmunu ehtiva edən bu 
hədisləri yükümü bir qədər yüngülləşdirmiş, real bir sosial həyat proqramı təqdim 
etmiş və ictimai davranışın təməl prinsip və qaydalarını müəyyənləşdirmişdi. O an 
qərara  aldım  ki,  qürbət  ölkədə  qarşıma  çıxan  önəmli  hadisələri,  aktual  məsələləri 
qeydlər  dəftərimdə  qeyd  edərək  ilk  fürsətdə  fiqh  ədəbiyyatının  və  mövcud 
mənbələrin  yardımı  ilə  həmin  problemləri  həll  edim.  Cavab  və  çıxış  yolu  tapa 
bilmədiyim  sual  və  problemlərlə  bağlı  isə  təqlid  etdiyim  müctəhidə  müraciət 
edərək onun fətvasını öyrənim. Beləliklə, Allahın (c.c.) yardımı ilə bu və ya digər 
bir  qərb  ölkəsində  nə  əxlaq,  nə  də  fiqh  (şəriət)  sahəsində  mənim  üçün  həll 
olunmamış heç bir problem qalmayacaqdı. 
Bu  minvalla  qarşıma  çıxan  məsələlərlə  bağlı  şəriət  hökmlərini  bir-bir  qeyd 
edir,  mövcud  yazılı  mənbələrdə,  o  cümlədən  əməliyyə  risaləsində  cavabını  tapa 
bilmədiyim sualları isə müctəhidə ünvanlayırdım. 
Qeydlərin  əsasında  hazırladığım  kitab  iki  hissədən  ibarətdir:  ibadətlər  və 
müamilələr.  “İbadətlər”  hissəsində  qərb  ölkələrində  məskunlaşan  müsəlmanlar 
üçün  daha  aktual  olan  məsələləri  özündə  ehtiva  edən  şəriət  hökmləri  və  sual-
cavablar yeddi fəsildə öz əksini tapmışdır: 
1) Qeyri-müsəlman ölkələrinə mühacirət və həmin ölkələrdə məskunlaşmaq; 
2) Təqlid; 
3) Təharət və nəcasət; 
4) Namaz; 
5) Oruc; 
6) Həcc; 
7) Cənazə və dəfn. 
                                                           
1
 Vəsail əş-şiə, c.12, səh.6; Usul əl-kafi, c.2, səh.636. 


 
19 
Hər  fəsil  əhatə  etdiyi  mövzu  ilə  bağlı  qısa  bir  giriş,  qürbət  ölkədə  yaşayan 
müsəlmanların ən çox ehtiyac duyduğu şəriət hökmləri və ən aktual sual-cavabları 
özündə ehtiva edir. 
“Müamilələr” adlanan ikinci hissə aşağıdakı fəsillərdən ibarətdir: 
1) Qidalar 
2) Geyimlər 
3) Müsəlman immiqrant və yaşadiği ölkənin qanunverciliyi 
4) Biznes və sərmayə 
5) İctimai əlaqələr və sosial münasibətlər 
6) Səhiyyə və tibb 
7) Ailə həyati və nikah 
8) Gəncləri maraqlandiran məsələlər 
9) Qadinlari maraqlandiran məsələlər 
10) Musiqi, müğənnilik və rəqs 
11) Müxtəlif mövzular. 
İkinci hissədə də hər fəsil qısa bir giriş, həmin fəslin əhatə etdiyi mövzu ilə 
əlaqədar ən önəmli şəriət hökmləri və ən aktual suallara Həzrət Ayətullah əl-uzma 
Sistaninin fətvaları əsasında verilən cavabları əhatə edir. 
Əsərin sonunda isə iki əlavəyə
1
 yer verilmişdir: 
1) Yeyinti sənayesində istifadə olunan başlica haram qida maddələri 
2) Yeyilməsi halal olan bəzi pulcuqlu balıqlar. 
Kitab istifadə olunan mənbələrin siyahısı və mündəricat ilə başa çatır. 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə