BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə46/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   42   43   44   45   46   47   48   49   ...   58
azari-book-25246

Tərcüməçinin qeydi.
 


 
152 
 
Məsələ  392.  Evlənən  cütlük  şifahi  evlilik  anlaşmasını  bilavasitə  və  ya 
vəkalət yolu ilə həyata keçirə bilərlər. Bu anlaşmaya kiminsə şahidlik etməsi vacib 
deyil. Həmçinin, ruhani və ya ilahiyyatçı alimin də iştirakı anlaşmanın doğruluğu 
üçün şərt hesab edilmir. 
 
Məsələ  393.  Şifahi  anlaşmanı  ərəb dilində  ifadə  edə  bilməyənlər  hətta  ərəb 
dilini  bilən  vəkil  tutmaq  imkanı  olduğu  halda  belə  anlaşmanın  mətnini  tərəflərin 
hər ikisinin başa düşdüyü bir dildə ifadə edə bilərlər. 
 
Məsələ  394.  Müsəlman  kişilərə  yəhudi  və  ya  xristian  qadınla  müvəqqəti 
evliliyə  icazə  verilir.  Lakin  vacib  ehtiyata  əsasən,  müsəlman  kişilər  qeyri-
müsəlman  qadınlarla  daimi  nikaha  daxil  olmamalıdırlar.  Kitab  əhli  olmayan  (heç 
bir səmavi kitaba inanmayan) kafir qadınla evliliyə isə heç bir vəchlə (nə daimi, nə 
də  müvəqqəti)  evliliyə  icazə  verilmir.  Həmçinin,  vacib  ehtiyata  əsasən,  məcusi 
qadınla da hətta müvəqqəti evlilikdən də imtina etmək lazımdır. 
 
Müsəlman  qadınların  isə  qeyri-müsəlman  kişilərlə  evlənməsi  qətiyyən 
yolverilməzdir. 
 
Məsələ 395. Şəriətimizə görə müsəlman olub-olmamasından asılı olmayaraq 
müstəqil  həyata  addım  atmayan,  şəxsi  həyatı  ilə  bağlı  qərarları  müstəqil  surətdə 
qəbul  və  icra  edə  bilməyən  bakirə  qızların  nikaha  daxil  olması  üçün  atalarının, 
yaxud ata tərəfdən babalarının razılığı şərtdir. Vacib ehtiyata əsasən, hətta onların 
himayəsində  yaşamayan,  müstəqil  qərarlar  qəbul  edə  bilən  qadınlar  da  onlardan 
(ata  və  babasından)  birinin  razılığını  əldə  etməlidir.  Qardaş,  ana,  bacı  kimi  digər 
qan qohumlarının razılığı isə şərt hesab edilmir. 
 
Məsələ 396. Həddi-buluğa çatan, yetişkin, lakin bakirəliyini itirməyən qızın 
evlənməsi  üçün  onu  şəriət  və  ictimai  baxış  etibarilə  özünə  tay  (uyğun  hayat 
yoldaşı) ola biləcək bir şəxslə evlənməsinə mane olduqları, yaxud onun evliliyinə 
ümumiyyətlə  qarışmaq  niyyətində  olmadıqları  və  ya  itkin  düşmə  kimi  hallarla 
əlaqədar olaraq icazələrini, razılıqlarını əldə etməyin mümkün olmadığı halda ata 
və ya ata tərəfdən olan babanın razılığı şərt hesab edilmir. 
 
Məsələ  397.  Bakirə  olmayan,  daha  öncə  şəriətin  məqbul  hesab  etdiyi  bir 
evlilik  həyatı  yaşayan  və  həmin  evlilik  əsnasında  cinsi  əlaqə  nəticəsində 


 
153 
bakirəliyini itirən qadınla evlənmək üçün isə onun atasının və ya ata tərəfdən olan 
babasının razılığını almağa gərək yoxdur. Bakirəliyini zina, yaxud başqa bir yolla 
itirən  qadınlar  üçün  isə  bakirələrin  evliliyi  ilə  bağlı  hökm  (ata  və  ya  ata  tərəfdən 
olan babanın razılığı şərti) qüvvədədir. 
 
Məsələ  398.  Əhalisinin  əksəriyyətini  ateistlərin  və  kitab  əhli  olan  digər 
dinlərin  ardıcıllarının  təşkil  etdiyi  ölkələrdə  müsəlmanlara  vacibdir  ki,  evlənmək 
istədikləri  qızlardan,  qadınlardan  onların  etiqadı  haqqında  məlumat  alsınlar  və 
onlarla evlənməyin doğru olub-olmadığını aydınlaşdırmaq üçün Tanrının varlığına 
inanıb-inanmadıqlarını öyrənsinlər. Bu xüsusda onların etiqadları il bağlı verdikləri 
şəxsi məlumatlar əsas götürülür. 
 
Məsələ 399. Müsəlman qadınla evli olan müsəlman kişiyə həyat yoldaşının 
razılığı olmadan kitab əhli sayılan yəhudi və xristian bir qadınla ikinci ailə həyatını 
qurmasına  icazə  verilmir.  Vacib  ehtiyata  əsasən,  müsəlman  kişi  kitab  əhli  olan 
qadınlarla hətta müsəlman həyat yoldaşının razılığı olsa belə, müvəqqəti evlilikdən 
də  çəkinməlidir.  Bu  hökm  həyat  yoldaşının  onunla  birgə  (yanında)  yaşayıb-
yaşamamasından asılı olaraq dəyişmir. 
 
Məsələ 400. Müsəlman kişilərə hətta müsəlmanlarla müharibə vəziyyətində 
olan  dövlətlərin  vətəndaşı  olan  kitab  əhli  olan  yəhudi  və  xristian  qadınlarla  belə 
nikahdankənar cinsi əlaqədə olmağa icazə verilmir. 
 
Məsələ  401.  Vacib  ehtiyata  əsasən,  zinakarlıqla  məşhur  olan  qadınla  tövbə 
etməyincə evlənməkdən çəkinmək lazımdır. Həmçinin, vacib ehtiyata əsasən, zina 
edən kişi zina etdiyi qadınla da yalnız onun tövbə etməsindən sonra evlənə bilər. 
 
Məsələ  402.  Müsəlman  olmayan  cütlüyün  izdivacı  onların  öz  din  və 
ənənələrinə əsasən doğru sayılarsa, sözügedən nikah bizim şəriətimiz tərəfindən də 
məqbul hesab edilir. Bu məsələdə onların hər ikisinin xristian və yəhudi kimi kitab 
əhli, yaxud kitab əhli olmayan fərqli etiqadın mənsubları olmasının və ya cütlüyün 
bir üzvünün kitab əhli olmasının, digərinin isə kitab əhli olmamasının heç bir fərqi 
yoxdur.  Hətta  onların  hər  ikisi  eyni  anda  İslamı  qəbul  etsələr,  nikahları  qüvvədə 
qalır və  nikah  anlaşmasını  dinimizə,  şəriətimizə  müvafiq  qaydada  yeniləməyə  də 
ehtiyac yoxdur. 


 
154 
 
Məsələ 403. Avropa, Amerika və eləcə də bir sıra digər ölkələrdə müşahidə 
etdiyimiz ənənəyə uyğun olaraq ata 18 yaşına çatdıqda qəyyumluq haqqını qızının 
üzərindən  götürərək  ona  həyatı  ilə  bağlı  müstəqil  surətdə  qərarlar  qəbul  etməyə, 
eləcə  də  bu  qərarları  icra  etməyə  icazə  verərsə,  qəyyumluq  qüvvədən  düşmüş 
sayılır və həmin qız onun izni və razılığı olmadan da nikaha daxil ola bilər. 
 
Məsələ 404.  Ər  və arvad  bir-birinin bütün  daxili  və  xarici bədən  üzvlərinə, 
hətta  cinsiyyət  orqanlarına  belə  istər  şəhvət  hissi  ilə,  istərsə  ehtirassız  baxa  və 
toxuna bilər. 
 
Məsələ  405.  Daimi  evlilikdə  arvadın  yaşayış  ehtiyaclarının  (nəfəqəsinin) 
təmin  edilməsi  kişinin  vəzifəsidir.  Belə  ki,  şəriət  tərəfindən  ərinə  itaət  etməsi 
(burada: onunla razılaşması) vacib edilən məqamlarda ona qarşı çıxmazsa, ər də öz 
növbəsində  maddi  durumunun  (rifah  səviyyəsinin)  həyat  yoldaşını  qida,  geyim, 
habelə  kondisioner,  xalça  və  mebellə  təchiz  edilmiş  ev  kimi  zəruri  yaşayış 
ehtiyacları  ilə  təmin  etməyə  imkan  verdiyi  çərçivədə  onu  sadalananlarla  təmin 
etməyə  borcludur.  Qeyd  emək  lazımdır  ki,  şəriətdə  nəzərdə  tutulan  nəfəqə 
təminatının məzmunu zaman, ictimai mühit və mövcu iqtisadi-sosial münasibətlər 
kimi amillərdən asılı olaraq dəyişə bilər. 
 
Məsələ 406. Ər onunla birgə səfərə çıxan həyat yoldaşının da səfər xərclərini 
ödəməlidir.  Həmçinin,  arvadın  təkbaşına  gerçəkləşdirdiyi  zəruri  və  yaşayış 
ehtiyaclarının  tərkib  hissəsi  olan  səfərlərin,  məsələn  müalicə  məqsədilə 
gerçəkləşdirdiyi  zəruri  səfərin,  habelə  müalicə  prosedurunun  da  bütün  xərclərini 
ödəmək kişiyə vacibdir. 
 
Məsələ  407.  Gənc  həyat  yoldaşı  ilə  dörd  aydan  artıq  müddət  ərzində  cinsi 
əlaqədən imtina etmək üzürlü səbəblər, o cümlədən cinsi əlaqənin onlardan biri və 
ya  hər  ikisi  üçün  zərərli  olması,  yaxud  həyat  yoldaşının  cinsi  əlaqənin  baş 
verməməsinə razı olması və ya bunun nikah anlaşmasının şərtlərindən biri olması 
kimi hallar istisna olmaqla, yolverilməzdir. Ehtiyata əsasən, bu hökm yalnız daimi 
evliliyə şamil olunmayaraq müvəqqəti evliliyi də əhatə edir. 
 
Həmçinin,  ehtiyata  əsasən,  bu  hökm  yalnız  öz  vətənində  olanları  əhatə 
etməyərək  səfərdə  olanlara  da  şamil  olunur.  Beləliklə,  ər  şəriətin  üzürlü  hesab 


 
155 
etdiyi  hallar  istisna  olmaqla,  həyat  yoldaşının  hüquqlarının  pozulması  ilə 
nəticələnəcəyi  halda  xüsusilə  də  ürfün  nəzərincə  zərurətdən  irəli  gəlməyən  uzun 
müddətli səfərlərdən, o cümlədən əyləncə və gəzinti məqsədlərilə gerçəkləşdirilən 
turist səfərlərindən imtina etməlidir.
1
 
 
Məsələ  408.  Müsəlman  qadının  kafir  kişi  ilə  nə  daimi,  nə  də  müvəqqəti 
nikaha daxil olmasına icazə verilmir.
2
 
 
Məsələ  409.  Ər  arvadına  şəriət  tərəfindən  dözülməz  hesab  edilən  şəkildə 
əziyyət edərsə, zorakılığa məruz qoyarsa, o, ərinə onunla xoş davranmalı olduğunu 
xatırlatması  üçün  şəriət  hakiminə  müraciət  edə  bilər.  Şəriət  hakiminin  tənbehləri 
təsir etmədiyi halda o, əri cəzalandıra bilər. Cəza tədbiri də nəticə vermədiyi halda 
isə  qadın  boşanma  tələbi ilə  çıxış  edə bilər.  Nəhayət,  əri onu boşamaq  istəmədiyi 
və bütün tədbirlərin də nəticəsiz qaldığı halda şəriət hakimi qadını ərindən boşaya 
bilər.
3
 
 
Məsələ  410.  Süni  mayalanma  əməliyyatlarında  haram  hesab  olunan  hallara 
yol  verilməzsə,  o  cümlədən  qadınların  baxılması  haram  olan  bədən  üzvlərinə 
baxılmazsa,  qadının  yumurtahüceyrələrinin  öz  ərinin  sperması  ilə  süni  yolla 
mayalandırılmasına icazə verilir. 
 
Məsələ  411.  Ərinin  razılığının  olub-olmamasından  asılı  olmayaraq  qadına 
onun  sağlamlığı  üçün  ciddi  təhlükə  törətməməsi  şərtilə hamiləliyin  qarşısını  alan 
dərman preparatlarını qəbul etməyə icazə verilir. 
 
Məsələ  412.  Qadın  sağlamlığına  qarşı  ciddi  təhlükə  riski  daşımadığı  halda 
uşaqlıqdaxili vasitə  (UDA)  və  eləcə də digər kontrasepsiya  (hamiləliyin qarşısını 
alma)  vasitələrindən  istifadə  edə  bilər.  Lakin  spiralın  yerləşdirilməsi  prosesində 
kişi  həkimin  qadının  onun  tərəfindən  görülməsi  haram  olan  bədən  üzvlərinə 
baxması və toxunması, eləcə də qadın həkim pasientin cinsiyyət orqanına birbaşa 
baxması və əlcəksiz toxunması haram hesab olunur. Həmçinin, spiral döllənmədən 
                                                           
1
 Minhac əs-salihin, əl-Muamilat, 2-ci cild, səh.10-11. 
2
 Öncəki mənbə, səh.67. 
3
 Öncəki mənbə, səh.109. 


 
156 
sonra  embrionun  məhvinə  (özbaşına  abort,  düşmə  və  s.  nəticəsində)  səbəb 
olmamalıdır. 
 
Məsələ  413.  Qadın  bətnindəki  körpəni  ruh  onun  bədəninə  daxil  olduqdan 
sonra  heç  bir  vəchlə  abort  yolu  ilə  saldıra  bilməz.  Lakin  hamiləliyin  davam 
etdirilməsinin  qadının  sağlamlığı  üçün  ciddi  təhlükə  və  ya  dözülməz  çətinliklər 
törədə biləcəyi hallarda ruhun daxil olmasından öncə abort etdirmək olar. 
 
Məsələ 414. Uşaqsalma qadının özü tərəfindən həyata keçirilərsə, onun diyə 
ödəməsi vacibdir. Həmçinin, abort gələcək körpənin atası və ya üçüncü bir şəxs (o 
cümlədən  həkim)  tərəfindən  həyata  keçirildiyi  halda  da  onlar  diyə  ödəməlidirlər. 
Bu  mövzu  ilə  bağlı  əməliyyə  risalələrində  və  eləcə  də  digər  fiqh  ədəbiyyatında 
müfəssəl surətdə öz əksini tapan bir sıra hökmlər vardır.
1
 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə