BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə51/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   47   48   49   50   51   52   53   54   ...   58
azari-book-25246

Hökmlər: 
 
Məsələ  496.  Qadın  naməhrəm  kişilərin  yanında  harama  düşmək  qorxusu 
olmadığı  halda,  həmçinin  onları  haram  (ehtiraslandıran,  günaha  sürükləyən) 
baxışlara  sövq  etmədiyi,  yaxud  bu  və  ya  digər  şəkildə  əxlaqi  fəsadlara  səbəb 
olmadığı  halda  üzünü  və  əllərini  örtməyə  bilər.  Əks  təqdirdə  isə  hətta 
məhrəmlərinin belə yanında sözügedən üzvlərini də örtməlidir. 
 
Məsələ 497. Qadın naməhrəm kişilərin yanında ayaqlarının üstünü açıq qoya 
bilməz. Lakin namazda ayaqlarının həm üst, həm də alt tərəflərini örtməyə bilər. 
 
Məsələ  498.  Kişiləri  ehtiraslandırmaq  niyyəti  olmadan  və  harama 
düşməyəcəyinə əmin olması şərtilə qadın gözünə sürmə çəkə, barmaqlarına üzük 
taxa bilər. Əks təqdirdə isə hətta sözügedən bəzəklərini və zinət əşyalarını hətta öz 
məhrəmlərindən belə gizlətməlidirlər. 
 
Məsələ  499.  Naməhrəm  kişilərin  məftun  olaraq  günaha  sürüklənməsinə 
səbəb olmadığı və məhz onları təhrik etmək niyyəti daşımadığı halda qadının bu və 
ya digər səbəblə evdən ətirlənib çıxmasına şəriət tərəfindən izin verilir. 
 
Məsələ 500. Qadın harama (günaha, şərə) düşməyəcəyinə əmin olduğu halda 
naməhrəm kişinin idarə etdiyi avtomobilə (o cümlədən taksiyə) əyləşə bilər. 
 
Məsələ  501.  Qadın  orqazm  olmaqvə  boşalmaq  (eyakulyasiya)  niyyəti  ilə 
cinsiyyət  orqanı  ilə  oynaya  bilməz.  Masturbasiya  nəticəsində  orqazma  çataraq 
boşaldığı (mayenin çölə axdığı) halda isə qüsl almalıdır və bu qüsl dəstəmaz üçün 
də kifayət edir. 
 
Məsələ 502. Sonsuzluq (repreduktiv fəaliyyətin zəifliyi) problemi ilə üzləşən 
qadın  müalicə  məqsədilə  zərurət  yarandığı  halda  həkim-ginekoloqun  qarşısında 
cinsiyyət  orqanını  aça  bilər.  Eləcə  də  sonsuzluğun  ona  bu  hökmü  (cinsiyyət 
orqanını  həyat  yoldaşından  başqasına  göstərməyin  haramlığını)  qüvvədən 
düşürəcək  ciddi  problemlərlə  qarşı-qarşıya  qoyduğu  hallarda  (məsələn  ailə 
həyatının alt-üst olması təhlükəsi 
tərc.
) buna izin verilir. 
 
Məsələ  503.  Südəmər  körpəlrin  ana  südü  ilə  qidalandırılması  dinimizdə 
təqdirəlayiq  bir  hal  hesab  edilir.  Hədislərdən  birində  oxuyuruq:  “Körpə  üçün  ana 
südündən daha faydalı bir qida yoxdur”. 


 
178 
 
Daha yaxşı olar ki, körpə 21 ay müddətində yalnız ana südü ilə qidalansın. 
21  ayı  tamam  olmazdan  öncə  süddən  kəsilməsi  məsləhət  görülmür.  Həmçinin, 
südəmərlik  dövrünün  iki  ildən  (24  aydan)  artıq  uzadılması  da  məsləhət  görülmür 
və  daha  yaxşı  olar  ki,  valideynlər  2  yaşdan  gec  olmayaraq  onu  süddən  ayırmaq 
xüsusunda razılığa gəlsinlər.
1
 
 
Məsələ  504.  İntim  həyatla  bağlı  olmayan  ev  işlərini  görmək,  o  cümlədən 
yemək hazırlamaq, libasları yumaq və s. qadın üçün müstəhəb (təqdirəlayiq) hesab 
edilir və vacib sayılmır (əri bunu ondan tələb edə bilməz). 
 
Məsələ  505.  Şəhvani  həzz  və  harama  düşmək  qorxusu  olmadan  naməhrəm 
qadının söhbətinə qulaq asa bilər və eləcə də qadının bu şərtlər çərçivəsində səsini 
naməhrəmlərin eşidəcəyi qədər ucadan danışa bilər. Qadının həmsöhbəti olan əks 
cinsin nümayəndələrində ehtiras hisslərini oyada biləcək şəkildə işvə və incə səslə 
danışmasına isə hətta öz məhrəmlərinin yanında belə icazə verilmir.
2
 
 
Məsələ 506. Qadın səhhəti ilə bağlı bu və ya digər bir problemlə qarşılaşarsa 
və  həmin  xəstəliyi  müalicə  edə  biləcək  ən  peşəkar  həkim  kişi  mütəxəssis  olarsa, 
həkim müalicə prosedurunun tələb etdiyi çərçivədə onun bədəninə baxa və toxuna 
bilər. Lakin bunlardan biri (baxmaq və ya toxunmaq) kifayət edərsə, digərinə şəriət 
tərəfindən icazə verilmir.
3
 
 
Məsələ 507. Bəzi İslamşünas alimlərə görə İslam dini məhz həm qadın, həm 
kişi,  həm  də  bütövlükdə  ailənin  mənafeyini  təmin  etmək  üçün  bütün  növ  cinsi 
həzzalmaları  ailə  həyatı  çərçivəsində  qurulan  cinsi  partnyorluq  münasibətləri  ilə 
məhdudlaşdırmaq  məqsədilə qadının naməhrəm kişilərin yanında hicablı olmasını 
vacib etmişdir.
4
 
 
Məsələ  508.  Dünya  şöhrətli  kino  rejissoru  və  prodüseri  Alfred  Hiçkok 
deyirdi:  “Şərq  (burada:  müsəlman)  qadını  zatən  olduqca  cazibədardır  və  bu 
                                                           
1
 Minhac əs-salihin, əl-Muamilat, 2-ci cild, səh.120. 
2
 Öncəki mənbə, səh.15. 
3
 Öncəki mənbə, səh.13. 
4
 Bax: Şeyx Mürtəza Mütəhhəri,

Məsəle-ye hecab




 
179 
cazibədarlıq  onu  daha  da  güclü  qılır.  Lakin  onun  qərbli  həmcinslərinə  bənzəmək 
üçün göstərdiyi əzimli səylər nəticəsində hicabdan get-gedə uzaqlaşmış və nəticədə 
hicabını itirdikcə də cinsi cazibədarlığı, möhtəşəmliyi də azalmışdır”.
1
 
 
Məsələ  509.  Məşhur  araşdırmaçı  Vil  Durant  qadının  cinsi  davranışları  ilə 
bağlı  görüşlərini  qələmə  alarkən  yazır:  “Qadın  əvvəldən  bilirdi  ki,  onun  özünü 
ucuz  tutması  alçaldılmasına  və  xor  görülməsinə  (əks  cinsin  nümayəndələri 
tərəfindən),  yəni  dəyərsizləşməsinə  gətirib  çıxaracaqdır.  O,  bunu  öz  qızlarına  da 
öyrədirdi. Beləliklə, o öz daxili meyli ilə iffət, həya və örtünmək vasitəsilə kişilərin 
nəzərində dəyərini qaldırdı və mövqeyini gücləndirdi”.
2
 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə