BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə52/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   48   49   50   51   52   53   54   55   ...   58
azari-book-25246

Sual-cavablar: 
 
Məsələ 510.  Qadının  şəhvət  hissi  ilə, cinsi  həzz  almaq  məqsədilə başqa  bir 
qadını qucaqlaması, öpməsi və onunla oynaşması (mazaqlaşması) ilə bağlı şəriətin 
hökmü  nədir?  Bəs  bir  qədər  də  irəli  gedərək  daha  anormal  davranışlara  yol 
verilməsinə necə? 
 
Cavab:  Deyilən  hərəkətlərin  hamısı  haramlıq  dərəcəsinə  (intim  əxlaqa  zidd 
olma  səviyyəsindən  asılı  olaraq  günahının  böyüklüyünə)  görə  fərqlənsələr  də, 
şəriət tərəfindən yasaq edilmişdir. 
 
Məsələ  511.  Çox  zaman  qadınlar  onları  maraqlandıran  şəriət  hökmləri  ilə 
bağlı dinşünas alimlərə bəzi suallar ünvanlamalı olurlar. Bəzi şəriət məsələlərinin 
intim  həyat  kimi  haqqında  danışılması  tabu  (qeyri-etik)  hesab  edilən  mövzuları 
əhatə  etdiyi  nəzərə  alınmaqla  onların suallarını  həmin  alimlərə  bilavasitə  və açıq 
şəkildə ünvanlamasına icazə verilirmi? Bəs müraciət edilən şəxslər həmin suallara 
eynilə açıq şəkildə cavab verə bilərlərmi? 
 
Cavab:  Bəli,  hər  iki  tərəfə  şəriət  hökmlərini  öyrənmək  və  öyrətmək 
məqsədilə  açıq  şəkildə  danışmağa  izin  verilir.  Lakin  onların  hər  ikisi  də  öz 
növbəsində düzgün niyyətdə olmalı, əxlaq qaydalarına riayət etməli və açıq şəkildə 
                                                           
1
 Bax: öncəki mənbə. 
2
 Bax: öncəki mənbə. 


 
180 
müzakirə  olunması  qəbahətli  hesab  edilən  xüsusları  gərəksiz  yerə  qabartmaqdan 
çəkinməlidirlər. 
 
Məsələ  512.  Qadın  cinsiyyət  orqanı  ilə  oynadıqda  (masturbasiya  və  ya 
mazaqlaşma nəticəsində) vaginadan yapışqan halında olan maye ifraz olunur.  Bu 
işə davam etdikdə isə qadın “orqazm” adlanan cinsi həzzin zirvəsinə çata və boşala 
bilər.  Beləliklə,  qüsl  (cənabət  qüslü)  mayenin  ifraz  olduğu  ilk  ehtiraslanmadan 
sonra  vacib  olur,  yoxsa  yalnız  orqazma  çataraq  boşaldıqdan  (eyakulyasiyadan) 
sonra? Bəs bu qüsl dəstəmaz üçün də kifayət edirmi? 
 
Cavab:  Qadın  orqazma  çatmayınca  qüsl  alması  vacib  hesab  olunmur. 
Orqazma  çataraq  boşaldıqdan  sonra  isə  cənabətdən  paklanmalı  olduğu  hallarda 
qüsl alması vacib olur və bu qüsl dəstəmaz üçün də kifayət edir. 
 
Məsələ  513.  Həcc  mərasiminin  icrası  əsnasında  bəzi  qadınlar  aybaşı 
(menstruasiya) adətini gecikdirmək məqsədilə müəyyən həblər qəbul edirlər. Lakin 
adət günləri çatdıqda onlardan yenə də arada bir qan ifraz olunur. Həmin qana heyz 
hökmləri şamil olunurmu? 
 
Cavab:  Əgər  qanaxma  arada  bir  az  miqdarda  baş  verərsə  və  daxildə  (ifraz 
olunmadan) da olsa üç gündən az davam edərsə, heyz hökmləri şamil olunmur. 
 
Məsələ  514.  Hicablı  müsəlman  qadınların  bir  qismi  adətən,  boğazlarını 
örtdükləri halda çənələrini və çənəaltı nahiyəsini açıq qoyurlar. Şəriətdə buna icazə 
verilirmi?  Ümumiyyətlə,  üzün  örtülməsi  vacib  olmayan  hissələri  hansılardır? 
Qulaqlar da buna daxildirmi? 
 
Cavab:  Qulaqlar  üz  nahiyəsi  hesab  olunmur  və  onları  ortmək  vacibdir. 
Normal  baş örtüklərindən  çöldə  qalan  çənə  və onun  alt nahiyəsi isə  üzdən hesab 
olunur. 
 
Məsələ  515.  Evlənmək  ümidini  itirən  yaşlı  naməhrəm  qadınlarla  əllə 
görüşmək  olarmı?  Şəriətdə  bu  xüsusda  nəzərdə  tutulan  təqribi  yaşı  da 
açıqlamağınızı xahiş edirik. 
 
Cavab:  Zərurət  halları  istisna  olmaqla,  naməhrəm  qadının  bədəninə  heç  bir 
vəchlə toxunmaq olmaz. Şəriətdə sözügedən məsələ ilə bağlı olaraq təqribi bir yaş 
həddi  müəyyən  edilməmişdir  və  bu  dövr  müxtəlif  qadınlarda  fərqli  yaşlardan 


 
181 
başlaya  bilər.  Sözügedən  yaşlılıq  meyarı  isə  ayədə  də  öz  əksini  tapdığı  kimi 
qadının yaşının çox olması (ömrünün qocalıq, ahıllıq çağında olması) nəticəsində 
evlənməkdən ümidini üzməsidir. 
 
Məsələ  516.  Bu  və  ya  digər  bir  ölkədə  üzü  niqabla  örtmək  insanlarda 
təəccüb doğurarsa və addımbaşı səbəbi soruşularsa, “şöhrət libası” (burada: diqqəti 
cəlb  edən,  məsələn  insanın  barmaqla  göstərilməsinə  səbəb  olan  geyim)  hesab 
olunaraq niqab bağlamaqdan imtina etmək vacibdirmi? 
 
Cavab:  Göstərilən  halda  vacib  deyil.  Lakin  yaşadığı  ölkənin  əhalisinin 
əksəriyyəti  tərəfindən  normal  qəbul  edilməyərək,  bayağı,  xoşagəlməz  hesab 
edildiyi  halda  niqab həmin  ölkədə  “şöhrət  libası”  sayılır  və  onunla  üzü bağlamaq 
olmaz. 
 
Məsələ  517.  Hicablı  qadınlar  naməhrəm  təlimçilərin  rəhbərlik  etdiyi 
sürücülük  kurslarında  günaha  yol  vermək  üçün  zəmin  olmadığı  halda  fərdi 
qaydada sürücülük təlimi ala bilərlərmi? 
 
Cavab: Fəsaddan (günahdan) uzaq olduqları halda icazə verilir. 
 
Məsələ 518. Qadın gözəllik salonları qadın işçi axtarırlar. İnanclı müsəlman 
qadını  həmin  salonlarda  işləyərək  naməhrəmlərin  qarşısında  gözəl  görünmək 
istəyən qeyri-müsəlman və hicabsız müsəlman qadınlarına xidmət göstərə bilərmi? 
 
Cavab:  Bu  iş  onların  şəriətin  yasaqlarının  (günahın)  rəvac  tapmasına, 
yayılmasına  şərik  olması  sayılarsa,  həmin  salonlarda  işləməməlidirlər.  Lakin  bu 
ehtimalın özünü doğrultması həqiqətdən kifayət qədər uzaq görünür. 
 
Məsələ  519.  Üzünü  örtməyən  (niqab  və  s.  ilə)  qadın  üzündəki  tükləri  və 
qaşlarını ala, sadə təbii pudralarla makyaj edə bilərmi? 
 
Cavab:  Üzdəki  tüklərin  və  qaşların  alınması  günaha  düşmək  təhlükəsinin 
mövcud  olmaması  və  haram  baxışlara  sövq  etmək  niyyəti  daşımaması  şərti  ilə 
üzün  açıq  qalmasına  əngəl  hesab  olunmur.  Makyaj  edildiyi  halda  isə  üz 
örtülməlidir. 
 
Məsələ  520.  Elçi  tapmaq  niyyəti  ilə  qadın  məclislərində  qızlar  saçını 
tamamilə və ya bir hissəsini boyayaraq iştirak edə bilərmi? 


 
182 
 
Cavab:  Bu  və  ya  digər  bir  eybi  gizlətmək,  yaxud  yaşını  olduğundan  az 
göstərmək  kimi  fırıldaqçılıq  hallarına  yol  vermədən  sadəcə  bəzənmək,  gözəl 
görünmək niyyəti daşıyarsa, eybi yoxdur. 
 
Məsələ  521.  Qadınlar  süni  saçlardan  (pariklərdən)  istifadə  edərkən  təbii 
saçlarını  gizlətmiş  olurlar.  Bəs  onlar  həm  örtünmək,  həm  də  gözəl  görünmək 
məqsədilə özlərini fərqli imicdə göstərə bilərlərmi? 
 
Cavab: Süni saçlardan istifadə etmək olar, lakin süni saç naməhrəm kişilərin 
yanında örtlülməsi vacib olan zinətlərdəndir. 
 
Məsələ  522.  Gənc  qadınlar  ayaqlarının  baldır  hissəsini  gözəl  göstərən  dəri 
rəngli neylon corablar geyinə bilərmi? 
 
Cavab: Geyinə bilərlər, lakin həmin corablar geyimdə zinət hesab olunduğu 
halda naməhrəmlərin yanında onları gizlətməlidirlər. 
 
Məsələ 523. Ayaqların formasını göstərən corabları geyinmək olarmı? 
 
Cavab: Geyinmək olar. 
 
Məsələ 524. Bu və ya digər tibb müəssisəsində çalışan müsəlman tibb bacısı 
peşə  fəaliyyəti  çərçivəsində  müsəlman  və  ya  qeyri-müsəlman  işilərin  bədəninə 
toxunmalı  olur.  İş  tapmaq  şansı  az  olduğundan  bu  işdən  ayrılması  onu  ciddi 
çətinliklərl  üzləşdirəcəyi  halda  işinə  davam  edə  bilərmi?  Digər  tərəfdən,  bu 
xüsusda  müsəlman  kişi  ilə  müsəlman  olmayanın  bədəninə  toxunmaq  arasında  bir 
fərq qoyulurmu? 
 
Cavab:  Müsəlman  qadına  müsəlman  olub-olmamasından  asılı  olmayaraq 
naməhrəm  kişinin  bədəninə  toxunmağa  icazə  verilmir.  Yalnız  haram  hökmünü 
qüvvədən düşürən zərurət halları istisna təşkil edir. 
 
Məsələ  525.  Müsəlman  qadın  yerə  toxunduqda  diqqəti  cəlb  edən  səslər 
çıxaran hündürdaban ayaqqabı geyinə bilərmi? 
 
Cavab:  Naməhrəm  kişilərin  diqqətini  özünə  cəlb  etmək  niyyəti  daşıdığı, 
yaxud bir növ əxlaqi fəsada səbəb olduğu halda geyinə bilməz. 
 
Məsələ 526. Qadının gözəl görünmək məqsədilə üzük, qolbaq və boyunbağı 
kimi zinət əşyalarından istifadə etməsi halaldır, yoxsa haram? 


 
183 
 
Cavab: Hala hesab olunur, lakin boyunbağını mütləq naməhrəmlərin yanında 
gizlətmək  lazımdır.  Üzük  və  qolbaqlar  isə  harama  düşmək  təhlükəsi  olmadığı  və 
haram baxışları cəlb etmək məqsədi daşımadığı hallarda istisna təşkil edir. 
 
Məsələ  527.  Qərb  ölkələrində  müxtəlif  rəngli  kontakt  linzalarının  istifadəsi 
illərdir  ki,  dəbdədir.  Müsəlman  qadın  estetik  məqsədlərlə  həmin  linzalardan 
istifadə edərək naməhrəm kişilərin qarşısına çıxa bilərmi? 
 
Cavab: Zinət hesab olunduğu hallarda icazə verilmir. 
 
Məsələ 528. Qadın yumurta hüceyrəsi donorluğuna, yumurta hüceyrələrinin 
alqı-satqısına şəriətin münasibəti necədir? 
 
Cavab: İcazə verilir. 
 
Məsələ  529.  Bəzi  qadınlar  müəyyən  xəstəliklərlə  əlaqədar  olaraq  saç 
tökülməsi problemi ilə qarşılaşırlar. Saç tökülməsinin onlar üçün ciddi problemlər 
doğurduğu hallarda müalicə məqsədilə, yaxud sadəcə estetik məqsədlərlə saçlarını 
kişi həkim-kosmetoloqa göstərə bilərlərmi? 
 
Cavab: Yalnız dözülməz dərəcədə ciddi bir problem yarandıqda icazə verilir. 
 
Məsələ  530.  Müsəlman  qızlar  qərb  ölkələrində  fəaliyyət  göstərən  və  tələbə 
qız  və  oğlanların  qaynayıb-qarışdığı,  səmimi  ünsiyyətdə  olduğu  ali  təhsil 
müəssisələrində təhsil ala bilərmi? 
 
Cavab: İmanını qoruya biləcəyinə, dini vəzifələrini yerinə yetirə biləcəyinə, 
o  cümlədən  hicab  geyinə  biləcəyinə  və  haram  baxış  və  toxunuşlardan  qoruna 
biləcəyinə, habelə həmin “səmimi münasibətlər” və haqq yoldan sapma mühitinin 
təsiri  altına  düşməyəcəyinə  arxayın  olarsa,  orada  təhsil  almasına  məhdudiyyət 
qoyulmur. Əks təqdirdə isə, icazə verilmir. 
 
Məsələ 531. Bəzi qərb ölkələrində bir sıra rəssamlar küçələrdə, meydanlarda 
müəyyən məbləğdə ödəniş müqabilində şəklini çəkdirmək istəyən şəxsləri üzlərini 
təsvir  etmək  üçün  qarşılarında  oturdaraq  diqqətlə  izləyirlər.  Müsəlman  qadın 
həmin rəssamlardan şəklinin çəkilməsini xahiş edə bilərmi? 
 
Cavab: Müsəlman qadına yaraşmaz. 
 
Məsələ  532.  Qadınların  güləşin  müxtəlif  növləri  ilə  məşğul  olmasına  şəriət 
tərəfindən  icazə  verilirmi?  Bəs  onların  şəhvət  hissi  olmadan  kişi  güləşçilərin 


 
184 
yarıçılpaq  bədənlərinə  canlı  surətdə  (idman  meydançalarında),  yaxud  ekran 
arxasında baxmasına necə? 
 
Cavab:  İnsanın  özünə  və  ya  başqasına  haram  hesab  olunan  dərəcədə  zərər 
(burada: fiziki xəsarət) yetirməsi şəriət tərəfindən yolverilməz hesab olunur. Vacib 
ehtiyata əsasən, qadınlar kişilərin baş, əl, ayaq və adətən örtülməyən (qollar kimi) 
digər  bədən  üzvləri  istisna  olmaqla,  onların  bədənlərinin  digər  hissələrinə  şəhvət 
hissi olmadan belə, hətta ekran arxasından da tamaşa etməməlidirlər. 
 
Məsələ  533.  Qadınlar  əzadarlıq,  sinəzənlik  məclislərində  köynəklərini 
çıxaran kişilərin bədəninə baxa bilərlərmi? 
 
Cavab: Vacib ehtiyata əsasən, baxmamalıdırlar. 
 
Məsələ  534.  Övladlığa  götürülən,  yaxud  Allah  rızası  üçün  böyüdülən  qız 
uşağı  həddi-buluğa  çatdıqda  onu  böyüdən  şəxsin  (kişinin)  yanında  hicab 
bağlamalıdırmı?  Həmçinin,  həmin  şəxsin  öz  övladı  kimi  böyütdüyü  qızın  saçına 
baxmaqdan, ona toxunmaqdan çəkinməsi vacibdirmi? 
 
Cavab:  Bəli,  hər  iki  halda  vacibdir  və  onlar  arasında  münasibətlərə  digər 
bütün naməhrəmlər üçün qüvvədə olan hökmlər şamil olunur. 
 
Məsələ  535.  Nikahdankənar  cinsi  əlaqənin  nəticəsi  olan  hamiləlik  qadın 
üçün  ciddi  problemlər  yaradarsa  və  ailəsinin  heysiyyətinə  xələl  gətirərsə,  kurtaj 
(abort) etdirə bilərmi? 
 
Cavab: Normal hallarda dözülməz hesab edilən ciddi problemlərlə üzləşdiyi 
və kurtajdan başqa çıxış yolu olmadığı halda ana bətnindəki rüşeymə ruhun daxil 
olmasından öncə bu əməliyyatı həyata keçirə bilər. 
 
Məsələ 536. Qadının şalvar geyinərək bu halda küçəyə çıxmasına, alış-veriş 
mərkəzlərinə getməsinə şəriətin münasibəti necədir? 
 
Cavab: Şalvar onun bədən quruluşunu, cəzbediciliyini gözlər önünə sərərsə, 
yaxud  bir  qayda  olaraq  bu  cür  geyimlər  əxlaqdankənar  hisslərin,  günaha  meylin 
yaranmasına səbəb olarsa, geyinə bilməz. 
 
Məsələ 537. Qadın məclislərində diqqət cəlb etmək və daha gözəl görünmək 
məqsədilə  süni  saç  (parik)  taxmağa  icazə  verilirmi  və  bu  nöqsanları  gizlətmək 
hesab olunurmu? 


 
185 
 
Cavab:  Elçilərdən  eyiblərini  gizlətmək  kimi  fırıldaqçılıq  hallarına  yol 
vermədən  sadəcə  gözəl  görünmək  məqsədi  daşıyarsa,  heç  bir  məhdudiyyət 
qoyulmur. 
 
Məsələ  538.  Heyzli  (aybaşı,  menstruasiya  günlərini  keçirən)  qadın  Qurani-
Kərimdən  yeddi  ayədən  artıq  oxuya  bilərmi  (səcdə  ayələri  istisna  olmaqla)?  Bəs 
icazə  verildiyi  halda  məkruh  (bəyənilməz)  hesab  olunurmu?  Məkruh  hesab 
olunduğu  halda  bu  kərahət  (bəyənilməzlik)  qadının  qiraətinə  görə  daha  az  savab 
qazanması anlamını daşıyır? 
 
Cavab:  Həmin  günlərdə  qadın  vacib  səcdə  ayələri  istisna  olmaqla  Qurani-
Kərimin bütün ayələrini oxuya bilər. Yeddi ayədən artıq oxumağın məkruhluğuna 
gəlincə,  bu  sualda  da  deyildiyi  kimi  başqa  günlərlə  müqayisədə  daha  az  savab 
qazanılması deməkdir. 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə