BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə53/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   50   51   52   53   54   55   56   57   58
azari-book-25246

 
ONUNCU FƏSİL 
MUSİQİ, MÜĞƏNNİLİK VƏ RƏQS 
 
Qeyri-müsəlman, eləcə də bəzi müsəlman ölkələrində yaşayanlar küçələrdə, 
təhsil  müəssisələrində,  qonşularının  evində,  yaxud  hərəkət  halında  olan  nəqliyyat 
vasitələrində  musiqi  alətlərinin  sədasına,  müğənnilərin  ifasına,  rəqqasların  ritmik 
ayaq səslərinə tez-tez qulaq müsafiri olurlar. Bəzən bu səslər kifayət qədər yüksək, 
qulaqbatırıcı  olduğundan,  başqa  sözlə  onları  dinləmək  məcburiyyəti  qarşısında 
qaldıqlarından  qarşıya  bir  sıra  suallar  çıxır.  Görəsən,  həmin  musiqi  alətləri  və 
müğənnilərin ifasını dinləyə bilərəmmi? Görəsən, müsəlman rəqs edə bilərmi? 
 
Aşağıdakı  şəriət  hökmləri  bu  və  digər  əlaqədar  suallara  aydınlıq 
gətirəcəkdir: 
 
Məsələ  539.  Musiqi  son  dövrlərdə  geniş  miqyasda  rəvac  tapan  incəsənət 
sahələrindən  biridir  və  onun  bəzi  növləri  İslam  şəriətində  halal,  bəzi  növləri  isə 
haram  hesab  edilir.  Halal  hesab  edilən  musiqilərin  dinlənilməsinə  şəriətimiz 
tərəfindən icazə verilmiş, haram sayılanlara qulaq asmaq isə yasaq edilmişdir. 


 
186 
 
Məsələ 540. Halal musiqi eyş-işrət məclislərinə uyğun (həmahəng) olmayan 
musiqidir.  Haram  musiqi  isə  eyş-işrət  məclislərinə  xass  tərzdə  ifa  olunan  musiqi 
sayılır. 
 
Məsələ  541.  “Musiqi  və  ya  mahnının  eyş-işrət  məclislərinə  uyğunluğu” 
ifadəsi  onun  insanı  ruhlandırması  (yaxud  dincəltməsi),  əhval-ruhiyyəsini 
dəyişdirməsi anlamını daşımır.  Bu öz-özlüyündə müsbət bir haldır və bəzən hətta 
halal  musiqilər  də  məhz  bu  məqsədə  xidmət  edir.  Sözügedən  ifadə  dinləyicinin 
özünün – xüsusilə də, musiqi sənətindən anlayışı olduğu təqdirdə – eşitdiyi musiqi 
və  ya  mahnının  eyş-işrət  məclislərində  dinlənilən,  yaxud  onlara  bənzər  ifalardan 
olduğunu ayırd etməsini nəzərdə tutur. 
 
Məsələ  542.  Halal  musiqilərin  ifa  olunduğu  məkanlara  baş  çəkmək,  hətta 
halallıq  çərçivəsindən  çıxmadıqca  uzun  müddət  həmin  ifaları  dinləmək  də 
sərbəstdir. 
 
Məsələ  543.  Eyş-işrət  məclislərinə  münasib  tərzdə  musiqilərin  ifa  edildiyi, 
yaxud  səsucaldıcılar  vasitəsilə  yayımlandığı  qonaq  qarşılama  salonlarına 
(limanlarda,  vağzallarda,  hotellərdə  və s.),  ümumi  parklara,  restoranlara,  kafelərə 
və  s.  ictimai  yerlərə  də  məqsədli  şəkildə  həmin  musiqiləri  dinləməmək  şərtilə 
getmək olar. Çünki, haram musiqini eşitmək deyil, dinləmək, ona məqsədli şəkildə 
qulaq asmaq qadağan edilmişdir. 
 
Məsələ  544.  Yaşından  asılı  olmayaraq  hər  bir  müsəlmana  ixtisaslaşmış 
musiqi  məktəblərində,  eləcə  də  digər  kurslarda  musiqi  sənətinin  halal  qismini 
öyrənməyə  icazə  verilir,  lakin  bu  şərtlə  ki,  həmin  kurslarda  iştirak  etmək  onların 
dini dəyərlərlə böyüyüb tərbiyə almasına əngəl törətməsin. 
 
Məsələ  545.  “Ğina”  hesab  edilən  mahnıların  ifası,  dinlənilməsi  və  bu 
ifaçılığın  gəlir  vasitəsinə  çevrilməsi  haramdır.  “Ğina”  deyərkən  eyş-işrət  əhlinə 
(yüngül  həyat  tərzi  keçirən  insanlara)  xass  tərzdə  bayağı  ahənglərlə  ifa  olunan 
mahnılar, nəğmələr nəzərdə tutulur. 
 
Məsələ 546. Qurani-Kərim, dua və zikrlərin eyş-işrət əhlinə xass ahənglərlə 
oxunması doğru deyil. Vacib ehtiyata əsasən, eyş-işrət məzmunu daşımayan digər 


 
187 
bədii  qiraət  mətnlərini,  o  cümlədən  mənzum  (şeir)  və  ya  mənsur  (nəsr)  bədii 
ədəbiyyat nümunələrini də belə ahənglərlə oxumaqdan çəkinmək lazımdır. 
 
Məsələ  547.  Ğina  və  haram  musiqilərə  qulaq  asmağın  yasaq  edilməsi  faktı 
sünnədə də öz əksini tapmışdır. 
 
O  cümlədən,  Allahın  elçisinin  (s)  bir  hədisi-şərifində  oxuyuruq:  “Ğina 
oxuyan  müğənnilər,  zinakarlar,  haram  musiqiləri  mizmar  (nəfəsli  musiqi  aləti

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə