BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə54/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   50   51   52   53   54   55   56   57   58
azari-book-25246

 
tərc.
) və ya dəfdə (və ya hər hansı zərb alətində 
tərc.
) ifa edənlər qəbirlərindən kar, 
kor və lal olaraq qaldırılacaqlar”.
1
 
 
Başqa bir kəlamında isə sevimli Peyğəmbərimiz (s) belə buyurur: “Mənasız 
(eyş-işrət,  əyləncə  xarakteri  daşıyan)  sədalara  qulaq  asanların  qulağına  qiyamət 
günü qurğuşun töküləcəkdir”.
2
 
 
Daha  bir  dəyərli  hədisində  isə  buyurur:  “Ğina  zinanın  ovsunudur,  başqa 
sözlə ona doğru aparan yol, onun gerçəkləşməsinə rəvac verən amildir”.
3
 
 
Məsələ  548.  Qadın  ərinin  qarşısında  onu  sevindirmək,  ehtiraslandırmaq 
məqsədilə və ya başqa bir niyyətlə rəqs edə bilər. Lakin başqa kişilərin qarşısında 
rəqs etməsi yolverilməzdir. Həmçinin, vacib ehtiyata əsasən, qadınların da yanında 
rəqs etməməlidir. 
 
Məsələ 549. Dini münasibətlərlə əlaqədar əlamətdar günlərdə, bayramlarda, 
toy məclislərində, festivallarda və digər şənliklərdə həm kişilərə, həm də qadınlara 
əl çalmağa icazə verilir. 
 
İndi isə gəlin, mövzu ilə bağlı bir sıra aktual suallar və Həzrət Ayətullah əl-
üzmanın həmin suallara cavabları ilə tanış olaq: 
 
Məsələ 550.  Haram  və halal  musiqi  anlayışları  ilə bağlı bizə tez-tez suallar 
ünvanlanır. Həmin suallara aşıdakı qaydada cavab verə bilərikmi: 
- ehtiras hislərini coşduran, bayağılığa sövq edən musiqi – haram musiqi; 
                                                           
1
 əl-Məsail əş-şəriyyə, Ayətullah əl-üzma Xoyi, c.2, səh. 22. 
2
 Öncəki mənbə. 
3
 Öncəki mənbə, c.2, səh.23. 


 
188 
-  əsəbləri  sakitləşdirən,  mənəvi  rahatlıq  gətirən,  filmlərdə  səhnələrin 
təsiredicilik  qabiliyyətini,  yaxud  idman  hazırlığı  və  bədən  tərbiyəsi  məşqlərində 
əhval-ruhiyyəni  gücləndirmək  məqsədilə  istifadə  olunan,  habelə  müəyyən 
mənzərəni təsvir edən, vətənpərvərlik və döyüş əhval-ruhiyyəsini yüksəldən musiqi 
isə haram musiqidir? 
Cavab:  Haram  musiqi  –  cinsi  istəkləri  hərəkətə  gətirməsə  belə  eyş-işrət 
məclislərinə münasib tərzdə ifa olunan musiqidir. 
Halal musiqi – sözügedən məclislərə uyğun tərzdə ifa olunmayan musiqidir 
və  əsəbləri  sakitləşdirmək  (dincəltmək)  xüsusiyyəti  olmayan  hərbi-vətənpərvərlik 
və matəm marşları də bu qismə aiddir. 
Məsələ  551.  Haram  və  halal  musiqilərlə  bağlı  olduğu  kimi  haram  və  halal 
mahnılarla  da  bağlı  suallarla  tez-tez  qarşılaşırıq.  Həmin  suallara  da  aşağıdakı 
qaydada cavab verə bilərikmi: 
- ehtiras hislərini coşduran, bayağılığa sövq edən musiqi – haram musiqi; 
-  zəifləyən  müsbət,  sağlam  hissləri  oyatmağa,  mənəviyyat  və  düşüncələri 
inkişaf  etdirməyə  xidmət  edən,  Həzrət  Məhəmməd  Peyğəmbərin  (s)  həyat  yolu, 
yaxud  Əhli-beyt  imamlarının  (ə)  mədhiyyələri  kimi  dini  motivləri  özündə  ehtiva 
edən musiqili əsərlər və ya vətənpərvərlik mövzusunda hazırlanan marşlar isə halal 
musiqi hesab edilir? 
Cavab: “Ğina” bütünlüklə haramdır. Bizim nəzərimizə əsasən, “ğina” – eyş-
işrət  əhlinə  xass  ahəngdə  ifa  olunan  mənasız,  məzmunsuz  sözlərdir.  Qurani-
Kərimi,  duaları,  Əhli-beytin  (ə)  mədhiyyələrini  bu  qəbildən  olan  ahənglərlə 
oxumaq  da  ğina  sayılır.  Digər  ləhv  (mənasız,  məzmunsuz)  hesab  olunmayan 
sözlərin,  əsərlərin,  o  cümlədən  vətənpərvərlik  mövzusunda  olan  nəğmə  və 
marşların  ğina  ahəngi  ilə  oxunmasının  haramlığı  isə  vacib  ehtiyata  əsaslanır. 
Ğinanın  qeyd  edilən  tərifinə  uyğun  gəlməyən  ahənglərə  gəlincə  isə,  onlar  öz-
özlüyündə haram hesab edilmir. 
Məsələ  552.  Əhli-beytin  mədhi  məzmununu  özündə  ehtiva  edən  və  musiqi 
ilə müşayiət olunan dini nəğmələrə qulaq asmaq olarmı? 


 
189 
Cavab:  “Ğina”  mütləq  surətdə  haramdır.  Könüloxşayan  ahənglə  oxunan 
mədhiyyələr  isə  “ğina”nın  tərifində  öz  əksini  tapan  çərçivədə  olmadığından 
dinlənilməsinə  heç  bir  əngəl  yoxdur.  Musiqiyə  gəlincə,  eyş-işrət  məclislərinə 
münasib tərzdə ifa olunmadığı halda qulaq asmaq olar. 
Məsələ 553. Qiraət əsnasında boğaz qaynatmalarına (zəngulələrə) yer verən 
qiraətçinin ifasında Qurani-Kərimin qiraətindən həzz almaq olarmı? 
Cavab:  Qiraətdə  istifadə  olunan  ahəng  ğina  ahənglərindən  olmazsa,  qulaq 
asmağın eybi yoxdur. 
Məsələ  554.  Bəzi  qiraətçilər,  solistlər  və  müğənnilər  eyş-işrət 
musiqiçilərinin  oxuduğu  ahəngləri  təqlid  edərək  həmin  ahənglərlə  Əhli-beyti  (ə) 
mədh edən musiqili əsərlər ifa edirlər. Beləliklə, əsərin məzmunu (sözləri) eyş-işrət 
əhlinə xass tərzə zidd, ahəng, musiqi isə uyğun olur. Bəs bu tərzdə ifaya və həmin 
ifaya qulaq asmağa icazə verilirmi? 
Cavab: Ehtiyata əsasən, haram hesab edilir. 
Məsələ  555.  Qadınlara  zifaf  (toy)  gecəsi  istənilən  ahənglə,  hətta  eyş-işrət 
məclislərinə  xass  tərzdə  olsa  belə  mahnı  oxumağa  icazə  verilirmi?  Bəs  mahnı  ilə 
yanaşı musiqi alətlərində ifa etməyə necə? Bu icazə yalnız zifaf gecəsinəmi aiddir, 
yoxsa toy, xınayaxdı və s. mərasimlərində də qadınlara oxumağa icazə verilirmi? 
Cavab:  Vacib  ehtiyata  əsasən,  nəinki  digər  mərasimlərdə,  hətta  toy  gecəsi 
belə sözügedən ifalardan uzaq durmaq lazımdır. Musiqi ilə bağlı hökm isə öncəki 
məsələlərdə öz əksini tapmışdır. 
Məsələ 556. Pianino, ud, təbil (baraban), mizmar (nəfəsli musiqi aləti 
tərc.

və  sintezator  kimi  musiqi  alətlərinin  istifadə  olunduğu  inqilabi  marşlara  qulaq 
asmaq olarmı? 
Cavab:  Musiqi  əsəri  eyş-işrət  məclislərinə  munasib  hesab  edilən 
musiqilərdən olarsa, dinləmək olmaz. 
Məsələ  557.  “Əxlaqsız  (mənəviyyatsız)  insanlara  xass  tərz”  deyərkən  nə 
nəzərdə tutulur? 


 
190 
Cavab:  Bizim  fətvalarımızda  belə  bir  ifadə  öz  əksini  tapmamışdır.  Biz 
“ğina”nın tərifində “eyş-işrət əhlinə tanış olan ahənglər” ifadəsini işlətmişik və bu 
ifadənin mənası da kifayət qədər aydındır. 
Məsələ  558.  Əvvəllər  dinin  göstərişlərinə  qarşı  laqeyd  olan  bir  müsəlman 
həmin  göstərişlərə  riayət  etməyə  başladıqdan  sonra  təkbaşına  qaldıqda,  yaxud 
dostları  ilə  olduqda  bi  vaxtlar  qulaq  asdığı  mahnıları  dinləyə  və  zümzümə  edə 
bilərmi? 
Cavab: “Ğina” hesab olunduğu halda icazə verilmir. 
Məsələ  559.  Xarici  dilləri  tədris  edən  müəllimlər  danışıq  dilinin 
mənimsənilməsi üçün həmin dillərdə olan bir sıra məşhur mahnılara qulaq asmağı 
tövsiyə edirlər. Deyilən məqsədlə həmin mahnılara qulaq asmaq olarmı? 
Cavab:  Həmin  mahnıları  öncəki  məsələlərdə  öz  əksini  tapan  tərif  əsasında 
“ğina” adlandırmaq olarsa, icazə verilmir. 
Məsələ  560.  Musiqi  alətləri  növbənövdür  və  həmin  alətlərdə  həm  musiqi 
məclislərində,  həm  də  sadəcə  mənəvi  rahatlıq  məqsədilə  ifa  etmək  mümkündür. 
Bbeləliklə, musiqi alətlərinin istehsalına, alqı-satqısına, sadəcə istirahət məqsədilə 
həmin  alətlərdə  ifa  etməyə  və  ya  başqasının  ifasına  qulaq  asmağa  şəriətin 
münasibəti necədir? 
Cavab:  Haram  ləhv  (musiqi)  alətlərinin  istehsalı, alqı-satqısı  və  bu  işlərdən 
qazanc əldə etmək yolverilməz sayılır. Haram ləhv aləti deyərkən belə bir iş üçün 
istehsal  edilən,  təyinatı  üzrə  (haram  əyləncədə, eyş-işrtdə)  istifadəsinə  görə  dəyər 
kəsb  edən  (alqı-satqısından  qazanc  əldə  edilən)  və  yalnız  haram  əyləncələrdə 
(haram musiqilərin ifasında) istifadə olunan alətlər nəzərdə tutulur. 
Məsələ  561.  Uşaqları  əyləndirmək,  şənləndirmək  üçün  istifadə  olunan 
musiqi  alətlərinin,  oyuncaqlarının  istehsalına,  alqı-satqısına  icazə  verilirmi?  Bəs 
böyüklərin də həmin alətlərlə oynamasına necə? 
Cavab: Həmin alətlərdən çıxan musiqi eyş-işrət məclislərinə xass tərzdə ifa 
olunan  musiqiyə  bənzəyərsə,  onların  alqı-satqısına  və  mükəlləflər  tərəfindən 
istifadəsinə icazə verilmir. 


 
191 
Məsələ  562.  Britaniyanın  və  ya  bəzi  digər  ölkələrin  dövlət  və  ya  özəl 
məktəblərində  şagirdlərə  diqqətlərini  rəqsə  yönəltmək  məqsədilə  müəyyən 
musiqilərin müşayiəti ilə rəqs dərsi keçirilir. 
1) Həmin dərslərdə iştirak etmək olarmı? 
2)  Yeniyetmə  övladları  belə  dərslərə  rəğbət  göstərdiyi  halda  valideynlərin 
onlara qadağa qoyması vacibdirmi? 
Cavab:  1)  Onların  dini  dəyərlər  əsasında  böyüməsinə,  tərbiyə  almasına 
mənfi təsir göstərdiyi halda - əksər hallarda bu vəziyyət özünü doğruldur – həmin 
dərslərdə  iştirak  edə  bilməzlər.  Hətta  ehtiyata  əsasən,  istənilən  halda  həmin 
dərslərdə iştirak etməməlidirlər. 
2) Bəli vacibdir. 
Məsələ 563. Rəqs sənətini öyrənmək (rəqqaslıq dərsləri almaq) olarmı? 
Cavab: Ehtiyata əsasən, heç bir vəchlə icazə verilmir. 
Məsələ 564. Yalnız evli cütlüklərin iştirak etdiyi, hər kəsin öz həyat yoldaşı 
ilə  bayağı  olmayan  libaslarda  və  həzin  musiqi  sədaları  altında  rəqs  etdiyi  ballar, 
rəqs məclisləri təşkil etmək olarmı? 
Cavab: İcazə verilmir. 
Məsələ  565.  Qadınların  və  kişilərin  iştirakçıları  yalnız  öz  həmcinslərindən 
ibarət  olan  məclislərdə,  musiqinin  müşayiəti  ilə  və  ya  musiqisiz  rəqs  etməsinə 
icazə verilirmi? 
Cavab: Qadının yalnız qadınların və ya kişinin yalnız kişilərin yanında rəqs 
etməsinə şəriətin icazə verməsi şübhə doğuran bir məqamdır və ehtiyata əsasən, bu 
halda  da  rəqsdən  imtina  etmək  lazımdır.  Musiqi  ilə  bağlı  hökm  isə  öncəki 
məsələlərdə öz əksini tapmışdır. 
Məsələ  566.  Qadın  öz  həyat  yoldaşı  üçün  musiqinin  müşayiəti  ilə  və  ya 
musiqisiz rəqs edə bilərmi? 
Cavab: Haram musiqi ilə müşayiət edilmədiyi halda rəqs edə bilər. 
Məsələ 567. Bəzi qərb dövlətlərində orta təhsil müəssisələri şagirdlərini rəqs 
sənətinin  əsaslarını  öyrənməyə  məcbur  edir.  Bu  rəqs  dərsləri  ənənəvi  musiqilərin 
müşayiəti  ilə  keçirilmir  (özünəməxsus  ritmik  rəqs  musiqisinin  müşayiəti  ilə 


 
192 
keçirilir), ləhv (haram və məzmunsuz əyləncə) məqsədi daşımır və sadəcə bir ədris 
fənni  hesab  olunur.  Valideynlərin  övladlarına  sözügedən  dərslərdə  iştirak  etməyə 
izin verməsi haram hesab edilirmi? 
Cavab:  Həmin  dərslərdə  iştirak  etmək  onların  dini  dəyərlər  əsasında 
tərbiyəsi  ilə  ziddiyyət  təşkil  edərsə,  ehtiyata  əsasən  isə,  övladlar  həddi-buluğa 
çatdığı təqdirdə istənilən halda onlara həmin dərslərdə iştirak etməyə icazə vermək 
haramdır.  Yalnız  həmin  dərslərdə  iştirak  etmək  üçün  şəriət  tərəfindən  məqbul 
hesab  edilən  bir  səbəb  olduğu  halda,  məsələn  təqlid  etdikləri  müctəhid  iştirak 
etməyə  icazə  verdiyi  təqdirdə  valideynlərin  də  onların  həmin  dərslərə  getməsinə 
izin verməsinə heç bir əngəl qalmır. 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə