BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə55/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   50   51   52   53   54   55   56   57   58
azari-book-25246

 
ON BİRİNCİ FƏSİL 
MÜXTƏLİF MÖVZULAR 
 
Əziz  oxucular!  Bu  fəsildə  siz  öncəki  fəsillərin  əhatə  etdiyi  mövzularla 
birbaşa bağlılığı olmayan, lakin müxtəlif aktual məsələlərlə əlaqədar olan bir sıra 
şəriət hökmləri və eləcə də həmin məsələlər ətrafında verilən sualların cavabları ilə 
tanış olacaqsınız. 
 
Məsələ  568.  Yeni  doğulan  körpələri  Allaha  (c.c.)  bəndəlik  məzmunu  ifadə 
edən  adlarla  adlandırmaq  müstəhəbdir.  Həmçinin,  övladlarımıza  peyğəmbərimiz 
Həzrət  Məhəmmədin  (s)  və  digər  peyğəmbərlərin  adlarını,  eləcə  də  Əli,  Həsən, 
Hüseyn,  Cəfər,  Talib,  Həmzə,  Fatimə  adlarını  vermək  bəyənilən,  onları  İslam  və 
Əhli-beytə  (ə)  düşmən  mövqeyi  ilə  tanınan  şəxslərin  adları  ilə  adlandırmaq  isə 
bəyənilməyən bir haldır. 
 
Məsələ  569.  Oğlan  və  ya  qız  olmasından  asılı  olmayaraq  iki  yaşınadək 
(hicri-qəməri təqvimi ilə) övladı böyütmək, onun təlim-tərbiyəsi ilə məşğul olmaq 
ata və ananın bərabər hüquqlarındandır və atanın bu iki il ərzində uşağı anasından 
ayırmağa  haqqı  yoxdur.  İki  yaşından  sonra  isə  bu  haqq  ataya  məxsusdur,  lakin 
istihbabi  (müstəhəb)  ehtiyata  əsasən,  o  yeddi  yaşınadək  övladını  onu  dünyaya 
gətirən anasından ayırmamalıdır. 


 
193 
 
Məsələ  570.  Uşağın  (oğlan  və  ya  qız  olmasından  asılı  olmayaraq)  iki  yaşı 
tamam  olmadan  valideynləri  nikah  müqaviləsinin  pozulması  (ləğv  edilməsi  və  ya 
etibarsız  hesab  edilməsi),  yaxud  boşanma  nəticəsində  ayrılarsa,  ana  başqa  bir 
şəxslə  evlənmədikcə  övladının  yetişdirilməsi  və  tərbiyəsində  iştirak  etmək 
hüququnu  itirmir  və  ata  ilə  ana  bu  bərabər  hüquq  və  vəzifələrini  razılıq  əsasında 
növbə ilə, yaxud hər hansı bir şəkildə birgə icra etməlidirlər. 
 
Məsələ  571.  Ana  həyat  yoldaşından  ayrılaraq  başqa  bir  şəxslə  evləndiyi 
halda  isə  uşağın  böyüdülməsində  və  tərbiyəsində  iştirak  hüququnu  itirir  və 
sözügedən hüquq və vəzifələr atanın üzərinə düşür. 
 
Məsələ  572.  Uşağı  böyütmək  (qəyyumluq)  hüquqları  uşağın  həddi-buluğa 
çatması,  yetişkinləşməsi  ilə  sona  çatır  və  bu  dövrdən  etibarən  heç  kəsin,  hətta 
valideynlərinin  də  onun  üzərində  qəyyumluq  hüququ  yoxdur.  O,  oğlan  və  ya  qız 
olmasından asılı olmayaraq müstəqil (qərarlar qəbul edə və onları icra edə bilən) 
şəxs hesab edilir. Həddi-buluğa çatmış, yetişkin övlad valideynlərindən hər hansı 
biri  və  ya  üçüncü  bir  şəxslə  yaşamaq  hüququna  malikdir.  Lakin  valideynlərin 
qayğıkeşlikləri  səbəbindən  ondan  ayrı  yaşamaqdan  narahat  olduqları  halda 
şəriətimiz  (dini  dəyərlərimiz)  ona  valideynlərindən  ayrı  yaşamağa  icazə  vermir. 
Valideynləri  arasında  seçim  etmək  qarşısında  qaldığı  halda  isə  ana  ilə  yaşamaq 
daha doğru hesab edilir. 
 
Məsələ  573.  Ata  dünyasını  dəyişdikdə  həddi-buluğa  çatanadək  övladın 
qəyyumluq hüququ anaya məxsusdur. 
 
Məsələ  574.  Ana  övladının  üzərində  qəyyumluq  hüququna  sahib  olduğu 
dövrdə vəfat edərsə, bu hüquq yalnız ataya məxsus olur. 
 
Məsələ  575.  Valideynlərin  uşaqlarını  böyütmək  hüquqları  olduğu  kimi 
uşaqların  da  tərbiyə  almaq  hüququ  vardır  və  valideynlər  bu  vəzifədən  imtina 
etdikləri halda icbari şəkildə sözügedən vəzifənin icrasına məcbur edilməlidirlər. 
 
Məsələ 576. Valideynlərinin hər ikisini itirdiyi (ata-anası vəfat etdiyi, yaxud 
itkin  düşdüyü)  halda  uşağı  böyütmək  (ona  qəyyumluq)  hüququ  ata  tərəfdən  olan 
babasına verilir. 


 
194 
 
Məsələ  577.  Valideynlər,  yaxud  qəyyumluq  hüququ  olan  başqa  şəxslər 
övladı  böyütmək  və  tərbiyə  etmək  vəzifəsini  şəriət  tərəfindən  məqbul  hesab 
ediləcək  qaydada  icra  edəcəyinə  əmin  olduqları  üçüncü  bir  şəxsə  həvalə  edə 
bilərlər. 
 
Məsələ  578.  Uşağı  böyütmək  (qəyyumluq)  hüququna  sahib  olan 
valideylərin,  yaxud  başqa  şəxslərin  əqli  sağlamlığının  yerində  olması,  uşağın 
sağlamlığı  üçün  təhlükə  törətməməsi  (keçici  xəstəliklər  kimi  halların  mövcud 
olmaması)  və  müsəlman  olması  şərt  hesab  edilir.  Buna  əsasən,  ata  kafir,  ana  isə 
müsəlman  olduğu  halda  uşağın  qəyyumluq  hüququ  yalnız  anaya,  ana  kafir,  ata 
müsəlman olduğu halda isə ataya məxsusdur. 
 
Məsələ  579.  Valideynlərin  nəfəqə  təminatı  (zəruri  yaşayış  ehtiyaclarının 
təmin edilməsi) oğlan övladının borcudur. 
 
Məsələ  580. Oğlan  və  ya  qız  olmasından asılı  olmayaraq  övladların  nəfəqə 
təminatı atanın vəzifəsidir. 
 
Məsələ  581.  Yaxın  qohumların  yaşayış  ehtiyaclarının  təminatının  vacib 
hesab  edilməsi  üçün  onların  yoxsul  olması,  yəni  qida,  geyim,  məişət  əşyaları  və 
avadanlıqları, eləcə də yaşayış yeri kimi ehtiyaclarını ödəyə bilməməsi şərtdir.  
 
Məsələ  582.  Şəriət  təəfindən  yaxın  qohumların  nəfəqə  təminatı  üçün 
müəyyən  çərçivə  təyin  edilməmişdir.  Vacib  buyurulan  nəfəqə  təminatı  zaman  və 
məkan şəraiti çərçivəsində onların mövcud durumunu nəzərə almaqla qida, geyim, 
məişət əşyaları və yaşayış yeri kimi zəruri yaşayış ehtiyaclarını ödəməkdir. 
 
Məsələ  583.  Nəfəqə  təminatını  ödəməli  olan  şəxs  bundan  imtina  edərsə, 
təminat  haqqı  olan  şəxs  hətta  zalım  hakimə  (yəni  ədalət  və  hüququn  aliliyinin 
qorunmadığı cəmiyyətlərdə hüquq-mühafizə orqanlarına) müraciət etmək bahasına 
olsa belə onu öz vəzifəsinin icrasına məcbur edə bilər. Məcburiyyətlə də öz haqqını 
əldə  edə  bilmədikdə  isə  şəriət  hakiminin  icazəsi  ilə  onun  əmlakından  nəfəqə 
həcmində  mənimsəyə  bilər.  Bu  da  mümkün  olmadığı  halda  isə  hakimə  müraciət 
etməklə onun adına borc götürə bilər və həmin borcu ödəmək nəfəqə ödəməli olan 
şəxsin vəzifəsidir. Hakimə müraciət etmək mümkün olmadığı halda isə hər hansı 


 
195 
bir  ədalətli  möminə  müraciət  edərək  nəfəqə  ödəməli  olduğu  şəxsin  adına  borc 
götürə bilər və həmin şəxsin bu borcu ödəməsi vacibdir. 
 
Məsələ  584.  Əgər  haqq  dinin  və  onun  müqəddəs  hökmlərinin  (şəriətinin) 
qorunması  (bərpası)  və  ya  müsəlmanların  heysiyyətinin,  yaxud  torpaqlarının 
qorunması  bir  və  ya  dəstə  insanın  öz  sərvətlərinin  bir  qismini  bu  uğurda 
xərcləməsinə  bağlıdırsa,  onların  bu  yolda  öz  imkanlarını  səfərbər  etməsi  vacibdir 
və  bu  yolda  xərclədiklərinin  qarşılığını  gözləməyə  haqları  çatmır  və  kimdənsə 
mükafat tələb edə bilməzlər. 
 
İndi  isə  gəlin  Ayətullah  əl-üzma  Sistaniyə  ünvanlanan  bir  sıra  suallar  və 
onların cavabları ilə tanış olaq: 
 
Məsələ  585.  Həzrət  Məhəmmədin  (s),  keçmiş  peyğəmbərlərin  və  Əhli-beyt 
imamlarının  həyatına,  yaxud  tarixin  müqəddəs  sirlərinə  dair  filmlərin 
hazırlanmasına  və  telekanallarda  və  kinoteatrlarda  göstərilməsinə  şəriətin 
münasibəti necədir? 
 
Cavab:  Onların  şəxsiyyətinə  qarşı  dərin  ehtiram  prinsipinin  qorunduğu  və 
insanlarda  həmin  müqəddəs  şəxsiyyətlərə  qarşı  mənfi  düşüncələr  yarada  biləcək 
məqamlara yer verilmədiyi halda heç bir əngəl yoxdur. 
 
Məsələ  586.  Qurani-Kərimin  nüsxəsini,  ruzi-bərəkət,  sağlamlıq  və  əmin-
amanlıqla  bağlı  müxtəlif  zikr  və  duaların  yazıldığı  müxtəlif  əşyaları  kafirlərə 
bağışlamaq olarmı? 
 
Cavab: Həmin nüsxə və əşyaların hörmətsizliyə məruz qalmayacağı, əksinə 
dəyər verilərək ehtiramının lazımı şəkildə qorunacağı halda heç bir əngəl yoxdur. 
 
Məsələ  587.  Əlimizdə  artıq  lazım  olmayan  və  üzərində  Allahın  müqəddəs 
adlarının, yaxud məsumların adlarının və ya Quran ayələrinin öz əksini tapdığı bir 
sıra  vərəqlər,  dəftərlər  vardır.  Onları  şəriətdə  tələb  olunduğu  kimi  dənizə,  yaxud 
çaya  atmaq  imkanımız  isə  yoxdur.  Yaşayış  və  iş  yerlərindəki  zibil  qutularındakı 
zibillərin də hara aparıldığı haqqında məlumatımız yoxdur. Bu halda nə etməliyik? 
 
Cavab:  Onları  zibil  qutularına  atmaq  olmaz.  Çünki  bu  istənilən  halda 
hörmətsizlik  anlamı  daşıyır.  Lakin  həmin  yazıları  kimyəvi  maddələrlə  də  olsa 


 
196 
təmizləmək, yaxud təmiz bir yerə basdırmaq və ya cıraraq torpaqdan seçilməyəcək 
dərəcədə kiçik parçalara ayırmaq olar. 
 
Məsələ  588.  Hal-hazırda  cəmiyyətimizdə  geniş  yayılan  surətilə  istixarə 
etmək  şəriətin  buyurduğu,  bəyəndiyi  bir  əməldirmi  və  sədəqə  verdikdən  sonra 
istixarənin nəticəsinin istixarə edənin (yaxud etdirənin) istəyi ilə üst-üstə düşməsi 
üçün onun təkrarlanmasının bir zərəri varmı? 
 
Cavab:  İstixarə  çaşqınlıqla  üzləşdikdə  hətta  dərindən  düşündükdən  və 
başqaları məsləhətləşdikdən sonra da seçim edə, yaxud bir qərara gələ bilmədikdə 
ümid  işığı  görmək  niyyəti  ilə  atılan  bir  addımdır  və  yalnız  vəziyyət  dəyişdikdə, 
yaxud sədəqə verdikdən sonra yenidən istixarə edilə bilər. 
 
Məsələ  589.  Müvəkkillərinizə  dini  rüsumlardan  hansı  məbləğ  çərçivəsində 
xərcləməyə icazə vermişsiniz? 
 
Cavab:  İcazətnamələrimizdə  onların  yığdıqları  dini  rüsumların  üçdə  bir 
hissəsini,  yaxud  yarısını  şəriət  tərəfindən  müəyyən  edilmiş  istiqamələrdə 
xərcləmələrinə  icazə  verildiyi  öz  əksini  tapmışdır.  Lakin  bu  o  demək  deyildir  ki, 
dini  rüsumları  yığmağa  icazə  verdiyimiz  şəxs  (müvəkkil)  həmin  məbləği  şəxsi 
əmlakı  kimi  mənimsəyərək  istədiyi  kimi  xərcləyə  bilər.  Hətta  bəzən 
müvəkkillərimizə  yığdıqları rüsumlardan özlərinə ümumiyyətlə heç nə götürməyə 
icazə  verilmir.  Məsələn,  müvəkkil  seyid  olarsa  və  yığdığı  zəkatlar  seyid 
olmayanlar  tərəfindən  verilərsə,  ona  həmin  zəkatdan  özü  üçün  götürməyə,  yaxud 
xərcləməyə icazə verilmir. 
 
Beləliklə, əgər müvəkkil vicdanının və Allahın qarşısında özünün əməliyyə 
risaləsində  də  öz  əksini  tapan  qaydalar  çərçivəsində  həmin  dini  rüsumlardan 
yararlanmaq  haqqına  sahib  olduğunu  görərsə,  o  cümlədən,  şəriətin  qəbul  etdiyi 
anlayış  çərçivəsində  yoxsul  və  zəkatın,  yaxud  xümsün  seyidlərə  aid  hissəsinin 
(yalnız  seyid  olduğu  halda),  yaxud  da  rəddi-məzalimin
1
 verilməli  olduğu 
                                                           
1
 

Rəddi-məzalim

 qul haqqının qaytarılması deməkdir. İnsan borc, yaxud qəsb yolu ilə alaraq mənimsədiyi və 
sonralar haqq sahibinin ölməsi, yaxud tapılmaması səbəbilə ona qaytara bilmədiyi pul və ya əmlakı, yaxud 
xərclədiyi halda onun mislini (məbləğini dəqiq xatırlamadığı halda isə təqribi hesabla) təqlid etdiyi müctəhidin icazə 
ilə onun adından yoxsullara sədəqə verməlidir. 


 
197 
şəxslərdən  olarsa,  həmin  rüsumlardan  yalnız  ehtiyacı  olan  qədər  və  məişət 
durumuna müvafiq həcmdə özünə götürə və ya xərcləyə bilər. 
 
Həmçinin,  o,  şəriətin  ictimai  cəhətdən  faydalı  hesab  etdiyi  bir  işlə  məşğul 
olaraq  haqq  dinin  ucalması  istiqamətində  fəaliyyət  göstərərsə,  bu  baxımdan  da 
xümsün İmama aid hissəsindən dinə göstərdiyi xidmətinə müvafiq həcmdə zəhmət 
haqqı ala bilər. 
 
Heç bir vəchlə yığdığı dini rüsumlardan özünə müəyyən məbləğdə götürmək 
haqğina  sahib  olmadıqda  isə  həmin  vergilərin  icazətnamədə  göstərilən  məbləğini 
şəriət tərəfindən müəyyən edilən istiqamətlərdə xərcləməlidir. 
 
Məsələ  590.  Əgər  mükəlləfin  təqlid  etdiyi  müctəhidin  nümayəndəsinə 
barəsində  dini  rüsumları  düzgün  istiqamətdə  məsrəf  etdiyinə  dair  xəbərlər 
nəticəsində güvəni sarsılarsa: 
a) Həmin xəbərlərin doğruluğuna  əmin olmadığı halda insanlar arasında bu 
haqda danışa biləmi? Bəs əmin olduğu halda necə? 
b)  onun  etibarlı  bir  adam  olmadığına  əmin  olanadək  dini  rüsumlarını  ona 
verməlidirmi? 
Cavab:  Hər  iki  halda  həmin  xəbərləri  insanlara  arasında  yaymasına  icazə 
verilmir. Lakin ikinci halda təqlid etdiyi müctəhidi lazımı tədbirləri görməsi üçün 
tam gizlilik çərçivəsində məsələdən xəbərdar edə bilər. 
b)  dini  vergilərinə  gəlincə,  onları  icazətnamə  əsasında  dürüstlüyünə, 
rüsumların bir qismini nəzərdə tutulan istiqamətdə xərcləyərək, qalan hissəsini isə 
təqlid etdiyi müctəhidə gödərdiyinə əmin olduğu şəxsə ödəməlidir. 
Məsələ 591. Mərcəi-təqliddən icazə almadan xümsün səhmi-imam (İmamın 
haqqı) adlanan yarı hissəsini onu razı salacaq işlərdə sərf emək olarmı? 
 
Cavab:  Bu  yolverilməz  hesab  olunur  və  imamın  razılığı  üçün  ələm 
müctəhidin də icazə verməli olduğu nəzərə alındıqda ondan icazə almadan xümsün 
İmamın haqqı olan hissəsini xərcləmək İmamın (ə.f.) razılığını qazandırmaz. 
 
Məsələ 592. On minlərlə möminin bir tikə çörəyə və bir dəst geyimə möhtac 
olduğunu  nəzərə  alaraq  xümsün  imamın  haqqı  olan  hissəsini  xeyriyyəçilik 
fəaliyyətlərinə sərf etmək olarmı? 


 
198 
 
Cavab:  Xümsün  imamın  haqqı  olan  hissəsini  şəriətdə  müəyyən  olunan 
istiqamətlərdə  önəm  prinsipini  (prioritetləri)  nəzərə  almaqla  istifadə  etmək 
lazımdır  və  bu  prioritetlərin  müəyyən  edilməsi  məsələyə  hər  bir  cəhətdən  vaqif 
olan ələm fəqihin səlahiyyətlərinə daxildir. 
 
Məsələ  593.  Bəzən  yeməkdən  sonra  qabları  yuyarkən  düyü  dənələri  suya 
qarışaraq  kanalizasiya  borusuna  axır.  Miqdarından  asılı  olmayaraq  yemək 
qalıqlarının  kanalizasiya  borusuna  axıdılmasının  qarşısını  almaq  vacibdirmi? 
Nəzərə almaq lazımdır ki, hər dəfə buna riayət etmək çox çətindir. 
 
Cavab:  Boşqab  və  ya  digər  qablarda  qalan  qida  qalıqları  heç  olmazsa, 
heyvanların  qidalanmasında  belə  istifadə  edilə  bilərsə,  onları  bu  şəkildə  israf 
etməyə  icazə  verilmir.  Lakin  olduqca  az  miqdardadırsa  və  ya  qida  kimi  qəbulu 
sağlamlığa  zərərli  hesab  edilərsə,  insanların  nəzərində  Allahın  nemətlərinə  qarşı 
hörmətsizlik hesab edilmədiyi halda zibil qutusuna tökmək olar. 
 
Məsələ  594.  Bir  şair  poeziya  gecəsi  təşkil  edərək  istədiyi  şəxsləri  həmin 
məclisə  dəvət  edə  bilərmi?  Nəzərə  almaq  lazımdır  ki,  həmin  yığıncağa  gələnlər 
arasında hicabsız qadınlar da olacaqdır. 
 
Cavab:  Bunun  üçün  öz-özlüyündə  heç  bir  əngəl  yoxdur.  Lakin  o  öz 
növbəsində  şərtləri  çərçivəsində  əmr  be  və  nəhy  əz  münkər  vəzifəsini  icra 
etməlidir. 
Məsələ 595. Məktəblərdə şagirdlərdən insan və ya heyvan rəsmləri çəkmək 
tələb  olunur.  Şagirdlər  bu  tələbdən  imtina  etdikdə  çətinliklə  üzləşdikləri  halda 
onların  sözügedən  rəsm  tapşırıqlarını  yerinə  yetirmələrinə  icazə  verilirmi?  Bəs 
tapşırıq rəsm deyil, heykəltaraşlıq işindən ibarət olsa necə? 
 
Cavab:  Təsviri  incəsənət,  yəni  rəsm  tamamilə  sərbəstdir.  Lakin  vacib 
ehtiyata əsasən, canlıların heykəlini hazırlamaq olmaz. Sözügedən tapşırığın tədris 
proqramının  tərkib  hissəsi  olması  vacib  ehtiyat  hökmünü  pozmağa  bəraət 
qazandırmır.  Zərurət  halları,  o  cümlədən  məktəbdən  uzaqlaşdırılma  kimi  normal 
durumlarda ciddi sıxıntı hesab edilən arzuolunmaz nəticələrin qarşısının alınması 
halları isə istisna təşkil edir. 


 
199 
Məsələ 596. Tamamilə çılpaq qadın və ya kişini təcəssüm etdirən heykəlləri 
almaq olarmı? Həmçinin, heyvan fiqurunu təsvir edən heykəlləri alaraq dekorasiya 
kimi istifadə etmək olarmı? 
 
Cavab: İkinci halla bağlı məhdudiyət yoxdur. Birinci sualda göstərilən halda 
isə  fəsada  (əxlaqi-mənəvi  pozğunluğa)  rəvac  verəcəyi  təqdirdə  şəriət  buna  icazə 
vermir. 
 
Məsələ  597.  Əl  və  ya  fincan  falına  baxanlar  insanın  hazırkı  durumu  və 
gələcəyi  haqqında  bəzi  öncəgörmə  iddiaları  ilə  çıxış  edirlər.  Xüsusilə,  falına 
baxılan şəxsin bu öncəgörmələrə inanaraq addım atdığı hallarda şəriət buna icazə 
verirmi? 
 
Cavab:  Sözügedən  öncəgörmələr  əsassız  hesab  edildiyindən  öncəgörmə 
iddiasında olan şəxslərə qətiyyət və əminliklə gələcəkdən xəbər verməyə, eləcə də 
falına  baxılan  şəxslərə  də  şəri,  yaxud  əqli  dəlil  əsasında  hərəkət  etməli  olduqları 
məqamlarda onların öncəgörmələrinə əsaslanaraq hərəkət etməyə icazə verilmir. 
Məsələ  598.  Maqnetik  yuxu  (hipnoz  seansı)  və  ruh  çağırmağa  şəriətimiz 
icazə verirmi? 
 
Cavab: Şəriətin zərərə (fiziki, psixoloji, maddi və s.) uğradılmasını qadağan 
etdiyi  (toxunulmazlıq  hüququ  olan)  şəxslərə  zərər  yetirdiyi  hallarda  haram  hesab 
edilir. 
 
Məsələ  599.  Möminlərin  problemlərini  həll  etmək  üçün  cindarlıq  etməyə 
icazə verilirmi? 
 
Cavab: Bu xüsusa da öncəki məsələyə aid olan şəriət hökmü şamil olunur. 
 
Məsələ  600.  Sahiblərinin  icazəsi  ilə  xoruz,  yaxud  buğa  kimi  heyvanları 
döyüşdürmək, onların yarışını təşkil etmək olarmı? 
 
Cavab:  Maddi  zərərçəkməyə  səbəb  olmadıqca  icazə  verilir,  lakin  məkruh 
(bəyənilməz) hesab edilir. 
Məsələ  601.  Bəzi  hallarda  haramlıq  hökmünün  qüvvədən  düşməsinə  səbəb 
olan  “çətin  vəziyyət”  anlayışı  üçün  bir  çərçivə  mövcuddurmu?  Məsələn,  qiymət 
artışı  haram  hökmü  verilən  bir  işin  icrasını  “çətin  vəziyyət”  adı  altında  şəriət 


 
200 
tərəindən  icazəli  hesab  etməyə  əsas  verirmi?  Nəzərə  almaq  lazımdır  ki,  qiymət 
artışı problemini çətinliklə, yaxud borc bahasına da olsa həll etmək mümkündür. 
 
Cavab:  Bu  xüsusda  müxtəlif  vəziyyətlərlə  qarşılaşmaq  mümkündür  və 
meyar  normal  durumlarda  dözülməz  hesab  edilən  şiddətli  məşəqqət  (çətinlik) 
anlayışının özünü doğrultmasıdır. 
Məsələ  602.  Fiqhi  ədəbiyyatda  öz  əksini  tapan  “qızıl  noxud”  anlayışı  qızılı 
ölçmək  üçün  istifadə  olunan  misqal  və  qram  kimi  müasir  çəki  vahidləri  ilə  hansı 
miqdarı ifadə edir? 
 
Cavab:  “Noxud”  zərgər  misqalının  24-də  bir  hissəsinə  bərabərdir  və  çəkisi 
(müasir ölçü vahidləri ilə) də məlumdur.
1
 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə