BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə56/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   50   51   52   53   54   55   56   57   58
azari-book-25246

SON SÖZ 
 
Əsərin  sonunda  onu  da  qeyd  eməyi  məqsədəuyğun  hesab  edirik  ki,  əsasən 
qərb  ölkələrində  məskunlaşan  müsəlmanlar  üçün  qələmə  alınmış  ilk  əsər  olan  bu 
kitab gələcəkdə onların fiqhi biliklərə ehtiyaclarını daha mükəmməl şəkildə ödəyə 
biləcək,  həyatlarının  müxtəlif  sahələrini  əhatə  edərək  müqəddəs  İslam  şəriətinin 
qayda-qanunları  əsasında  tənzimlənməsinə  yardım  edəcək  müfəssəl  bir  əsərin 
hazırlanması üçün ciddi elmi tənqidə ehtiyac duyur. 
 
Qeyri-müsəlman  ölkələrində,  xüsusilə  də  ABŞ  və  Avropa  ölkələrində 
yaşayan  müsəlman  vətəndaşların,  yaxud  emiqrantların,  eləcə  də  onların  gələcək 
nəsillərinin sayında ciddi demoqrafik artım müşahidə edilməkdədir. Digər tərəfdən 
isə  həmin  cəmiyyətlərdəki  inkişafın  sürəti  ilə  paralel  olaraq  qarşıya  çıxan  aktual 
mövzular  artdıqca  şəriətin  onlara  münasibətini  öyrənmək  zərurəti  də  artır.  Başqa 
sözlə  gec  qalmadan  hərəkətə  keçmək,  qarşıya  çıxa  biləcək  problemlərin  öncədən 
qarşısının alınması üçün çalışmaq lazımdır. 
 
Həmçinin, qeyd etmək lazımdır ki, xüsusən, maddi dəyərlərin hakim olduğu 
cəmiyyətlərdə  oxuculara  təqdim  olunan  əsərlərin  İslami  əxlaq  elmi,  özəlliklə  də 
                                                           
1
 Hal-hazırda da bəzi müsəlman ölkələrində yerli zərgərlər tərəfindən çəki vahidi kimi istifadə edilən 

noxud

çəki 
vahidi 4,608 qrama (təqribən bir karata) bərabərdir. 


 
201 
onun  əməli  aspektləri  işığında  insan  ruhunun  tərbiyə  və  mənəvi  paklanması 
prinsipləri nəzərə alınaraq hazırlanması olduqca önəmlidir. 
 
Biz  də  bu  prinsipi  əsas  tutaraq  əlinizdəki  əsərin  hər  bir  fəslində,  bu  və  ya 
digər  bir  məsələdə  üstün  mənəvi  dəyərlərin  bir  qisminə,  İslamın  təklif  etdiyi 
təqdirəlayiq  həyat  yoluna  aydınlıq  gətirməyə  çalışmış,  bu  məqsədlə  bizi  onlara 
doğru  çağıran  Qurani-Kərimin  ayələrindən  ilham  alaraq,  bu  dəyərlərə  və  həyat 
yoluna sarı təşviq edən hədisi-şəriflərə istinad etmişik ki, bununla iki elm - əxlaq 
və  fiqh  arasında  uzlaşmaya  nail  ola  bilək.  Bundan  öncə  də,  “
əl-Fətava  əl-
müyəssərə” 
(Sadələşdirilmiş  fətvalar)  əsərinin  qələmə  alınmasında  sözügedən  iki 
elm  (əxlaq  və  fiqh)  arasında  düşüncə  və  əməl  mərhələsində  uzlaşmanın  reallığını 
dərk edərək, həmçinin bu uzlaşmanın müsəlmanların (xüsusilə də qürbət ölkələrdə 
qeyri-müsəlmanlar  xalqların  nümayəndələrinin  arasında  yaşadıqları  halda) 
gündəlik  həyatlarında  öz  əksini  tapmasına  çalışaraq  bu  məqsədi  sınaqdan 
keçirmişik. Ümidvarıq, məqsədimizə bir qədər də olsa, nail ola bilmişik. 
 
Sonda  Rəbbimizin  yardımına  ümid  bağlayaraq  ondan  səylərimizi  qəbul 
etməsini  diləyirik.  O,  mərhəmətlilərin  ən  mərhəmətlisidir.  Həmd  olsun  Aləmlərin 
Rəbbi  olan  Allaha!  Allahın  salamı  olsun  sərvərimiz  Həzrət  Məhəmmədə  və  onun 
pak soyuna! 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə