BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə57/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   50   51   52   53   54   55   56   57   58
azari-book-25246

ƏLAVƏLƏR 
I ƏLAVƏ 
YEYİNTİ SƏNAYESİNDƏ İSTİFADƏ OLUNAN BAŞLICA HARAM QİDA 
MADDƏLƏRİ 
 
İslam şəriəti müsəlmana qidalanmasında bir sıra yemək və içkilərdən istifadə 
etməyi haram (yasaq) etmişdir. Yeyinti sənayesi məhsullarının istehsalı ilə məşğul 
olan  qeyri-müsəlman  müəssisələri  bu  yasaqları nəzərə  almadığından  müsəlmanlar 
da  öz  növbəsində  onların  istehsal  etdikləri  qida,  o  cümlədən  konserv 
məhsullarından  istifadə  edərkən  şəriətin  tələb  etdiyi  çərçivədə  ehtiyatlı 
davranmalıdırlar. 


 
202 
Bu əlavədə qida məhsulların tərkibindəki haram qida maddələri ilə bağlı əldə 
etdiyimiz bəzi məlumatları sizinlə bölüşəcəyik. Qürbətdə yaşayışın problemləri ilə 
qarşılaşan  müsəlmanları  daha  artıq  çaşqınlıqla  üzləşdirməmək  üçün  bu  mövzuda 
təfsilata  varmamağa  çalışacağıq.  Çünki  İslam  şəriəti  bütün  dəqiqliyinə  və 
tələbkarlığına  rəğmən,  qanun  və  qaydalarının  icrası  asan  olan  bir  şəriətdir.  Bunu 
nəzərə alaraq, mövzunun başlanğıcında iki mühüm məqamı diqqətinizə çatdırmağı 
məqsədəuyğun hesab edirik: 
1) Yeyinti sənayesi məhsullarının (yemək və içkilərin) istehsalında xammal 
kimi  istifadə  olunan  məhsul  və  materialların  bir  qismi  kimyəvi  proseslər 
nəticəsində  ürfən  (insanların  nəzərində)  başqa  bir  maddə  hesab  olunacaq  şəkildə 
dəyişərək  ilkin  xüsusiyyətlərini  itirirlər.  İstehsal  prosesindən  öncə  xammal  haram 
olsa  belə,  bu  dəyişiklik  həmin  xammalın  haram  hökmünü  ləğv  edir.  Fiqh 
ədəbiyyatında  və  eləcə  də  əməliyyə  risalələrində  haqqında  danışılan  “istihalə” 
məhz bundan ibarətdir və bu haldəyişmə şəriətdə paklayıcılardan biri hesab olunur. 
Məsələn, yeyilməsi haram olan heyvan  mənşəli qida xammalı istihalə nəticəsində 
başqa bir qida maddəsinə çevrilərsə, yeyilməsi halallaşır. 
2)  Qida  sənayesində  xammal  kimi  istifadə  olunan  bəzi  maddə  və 
materialların mənşəyi dəqiq məlum olmayıb tərkibində həm halal, həm də haram 
mənşəli  qida  xammalı  olduğu  ehtimal  olunur.  Bu  halda  araşdırma  aparmaq  vacib 
deyil  və  tərkibi  şübhəli  olan  həmin  qidanın  qəbuluna  icazə  verilir.  Təbii  ki,  bu 
hökm  təzkiyə  olunub-olunmaması  xüsusunda  şübhələndiyimiz  ət  və  ət 
məhsullarına şamil olunmur. 
Məsələn,  hər  hansı  konserv  məhsulunun  tərkibində  həm  heyvan  mənşəli, 
həm də bitki mənşəli yağlardan istifadə etməklə alına bilən “Mono et diglycerides” 
(monoqliserid  və  ya  diqliserid)  maddəsinə  rast  gəlsəniz,  bu  qatqı  maddəsinin 
heyvan  mənşəli  olması  dəqiq  məlum  olmadığı  halda  araşdırmaq  vacib  deyil  və 
qida məhsulu halal hesab edilir. 
İndi isə yeyilməsi haram olan qida qatqı maddələri ilə bağlı bəzi məlumatları 
sizə təqdim edirik. 
a) bitki və heyvan mənşəli yağlar: 


 
203 
İngiliscə  “fat”  və  “shortening”,  fransızca  isə  “matieres  grasses”  heyvan 
mənşəli  yağ  (və  ya  piy)  deməkdir  və  adətən,  bu  ad  altında  təqdim  olunan  yağ 
məhsulları  müxtəlif  heyvan  mənşəli  yağlardan  alınır  və  tərkibinə  müəyyən 
miqdarda bitki mənşəli yağ inqredientləri də əlavə edilir. 
Donuz mənşəli yağa isə ingiliscə “lard” və fransızca da “saindoux” deyilir. 
ABŞ-da  istehsal  olunan  bir  sıra  məhsulların  üzərində  isə  “vegetable 
shortening” (bitki yağı) ifadəsinə rast gəlirik.
1
 Lakin bu ifadəyə əsaslanmaq olmaz. 
Çünki yerli qanunvericiliyə görə, yeyinti sənayesi müəssisələrinə istehsal etdikləri 
məhsulun  üzərinə  bu  etiketi  vurmaq  üçün  onun  tərkibinin  85-90%-nin  bitki 
mənşəli  yağlardan  ibarət  olması  ilə  kifayətlənməyə  (beləliklə,  10-15%  heyvan 
mənşəli  yağlardan  istifadə  etməyə)  icazə  verilir.Məhsulun  bitki  mənşəli  olduğuna 
dair  arxayınlıq  hasil  edən  ifadə  isə  “pure  vegetable  ghee”  (əridilmiş  xalis  bitki 
yağı) və ya “pure vegetable shortening”dir. Xalis duru bitki yağı isə ingiliscə “pure 
vegetable  oil”  etiketi  ilə  ifadə  olunur.  Həmçinin,  qeyd  etmək  lazımdır  ki,  qatı 
(dondurulmuş) bitki yağları da maye bitki yağlarının (molyekullarının) hidrogenlə 
zənginləşdirilməsi nəticəsində alınır. 
 
Süddən alınan kərə yağı isə ingiliscə “butter”, fransızca “beurre” sözləri ilə 
ifadə  olunur.  Hal-hazırda  satışda  olan  kərə  yağları  yalnız  süddən  alınan  bitki 
yağlarıdır və onlarla qidalanmağa heç bir məhdudiyyət qoyulmur. 
b) pendir məhsulları: 
 
Pendir  məhsullarının  istehsalında  bəzi  insanların  düşündüyü  kimi  donuz 
yağından  istifadə  olunmur.  Lakin  pendir  istehsalalında  inək,  dana,  donuz  kimi 
heyvanların mədə şirəsi fermentindən (pepsin) alınan, ingiliscə  “renin”, “rennet”, 
“pepsin”, fransızca isə “presure” adlanan qursaq mayasından istifadə edilir. 
Donuzun  mədə  şirəsi  fermentindən  alınan  qursaq  mayasının  istifadəsi 
haramdır.  Şəriət  qaydalarına  müvafiq  surətdə  kəsilməyən  inək  və  dananın  mədə 
şirəsi fermentindən alınan qursaq mayası isə öz-özlüyündə pak və istifadəsi halal 
olsa da, alındığı qursaq, yaxud mədə divarları heyvanın digər orqanlarına rütubətli 
                                                           
1
 Haramlıq hökmü yalnız düzgün qaydada kəsilməyən və yeyilməsi halal olmayan heyvanların piyindən alınan 
yağlara şamil olunur, süddən alınan kərə yağına isə şamil olunmur. 


 
204 
halda  toxunduğuna  görə  nəcis  olur.  Beləliklə,  istehlakçı  qursaqın  özünün  də 
mayanın  hazırlanmasında  istifadə  edildiyinə  əmin  olmazsa,  həmin  pendir 
məhsulunu yeyə bilər. 
Bununla  yanaşı  pendir  istehsalında  istifadə  olunan  digər  növ  qatqı 
maddələrinin  də  mənşəyinə  diqqət  yetirmək  lazımdır.  Onlardan  bir  qismi  bitki 
mənşəlidir,  digər  qismi  isə  kimyəvi  qatqılardan  ibarətdir.  Şəriət  etibarilə,  hər  iki 
növ  qatqı  maddələrinin  halallığına  şübhə  yoxdur.  Müxtəlif  növ  pendir 
məhsullarının  istehsalında  istifadə  olunan  qida  qatqı  maddələri  ilə  bağlı  (o 
cümlədən,  pendir  mayasının  pak  sayılmayan  və  istifadəsi  haram  edilən  qursaq 
mayası olub-olmaması xüsusunda) şübhəyə düşdükdə isə həmin məhsulların halal 
olması qənaətinə gəlməliyik. 
c) jele: 
Jelatin  istehsalında  istifadə  olunan  jele  isə  heyvan  mənşəli  (sümük  və  ya 
başqa  heyvan  maddələrinin  uzun  müddət  qaynadılmasından  hasil  olan)  qəliz 
həlməşikdir.  Lakin  yeyinti  sənayesi  istehsalında  bitki  (o  cümlədən,  meyvə  və 
yosun) mənşəli jele məhsullarından da istifadə edilir. 
“Coca-cola”, “Pepsi”, “Seven up”, “Canada dry” kimi spirtsiz qazlı içkilərə 
gəlincə,  onların  tərkibində  heç  bir  heyvan  mənşəli  maddə  və  spirtə  rast 
gəlinməmişdir. 
Sonda qeyd etmək istəyirik ki, verilən məlumatlar əsasən, Çikaqo Şərq-Qərb 
Universitetinin  rektoru  Ph.D.  Əhməd  Hüseyn  Səqrin  bizə  təqdim  etdiyi 
məlumatlara  əsaslanır.  Bununla  yanaşı,  aşağıdakı  mənbələrdən  də  istifadə 
olunmuşdur: 
1)  əl-Mausuə  fi  ulum  ət-təbiə  (1-2  cildlər),  Eduard  Qalib,  Beyrut,  1965-
1966. 
2) Le Guide maraboutde la peche en mer Michel van Haver, Fransa, 1982. 
3) Les poissons D’eau Douce – Jiri Cihar, Fransa, 1976. 
4)  Guide  des  Poissons  D’eau  Douce  et  peche  Bent  J.  Muvs  et  preben 
Dahistrom, İsveçrə, 1981. 
5) Encyclopedie İllustree des poissons Stansilav Frank, Paris. 


 
205 
6)  Encyclopedie  du  Monde  Mnimal  Tome  4  (Les  Poissons  et  Les  reptiles) 
Maurice Burton, Bibliotheque Marabout, Paris. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə