Tərcüməçi)
21
sual altında olan hansısa bir hərəkəti nəticəsində həmin şəxsin adilliyi ilə bağlı
tərəddüdə düşdükdə (əksinə əmin olmayınca) onu əvvəlki kimi adil şəxs olaraq
tanımalıyıq.
8 – istehlak: bir maddənin (və ya cismin) əvvəlki vəziyyətindən əsər-əlamət
qalmayacaq şəkildə başqa bir maddənin (və ya cismin) tərkibində əriməsi.
9 – ələmliyin ehtimal variantları: aralarından birinin ələm olduğuna əmin
olduğumuz, ələm müctəhidin məhz onlardan biri olduğunu bildiyimiz bir dəstə
müctəhid.
10 – itminan (arxayınlıq): əksi aqil insanlar tərəfindən həyatlarında nəzərə
alınmayacaq dərəcədə zəif olan güclü zənn (yüksək ehtimal).
11 – ləhv alətləri: insan tərəfindən məhz haram əyləncələrdə istifadə
olunmaq məqsədilə icad (istehsal) edilən alətlər, avadanlıqlar.
12 – tədlis: bir şəxsi və ya əşyanı müştəri cəlb etmək və ya elçini nikaha
təşviq etmək məqsədilə olduğundan fərqli şəkildə təqdim etmək.
13 – təzkiyə: əti yeyilə bilən heyvanların ətini (qida məqsədləri üçün
qəbulunu) halallaşdıran və paklaşdıran, əti yeyilməməli heyvaların isə ətini və
dərisini paklaşdıran (geyim və s. məqsədlərlə istifadə üçün) şəriətlə müəyyən
edilmiş qaydalar; o cümlədən: balığın sudan diri tutulması, torda və ya ov alətinin
üstündə can verməsi; habelə, inək, qoyun, toyuq və s. ev heyvanlarının boynundakı
dörd damarının birdən kəsilməsi ilə başının üzülməsi.
14 – namazın qısaldılması: dördrəkətli namazların iki rəkət qılması.
15 – fitri həzzalma: bəşər övladının yaradılış etibarilə könlünü oxşayan
şeylərdən (cinsi istəklərlə deyil, saf duyğularla) həzz alması.
16 – qasir cahil: hansısa bir şəri dəlilə istinad edərək hərəkət edən və
sonradan səhv etdiyini anlayan, beləliklə vəzifəsini bilməməsi üzürlü hal hesab
edilən şəxs.
17 – müqəssir cahil: vəzifəsini bilməməsi üzürlü hal hesab edilməyən şəxs;
məsələn: şəriət hökmlərini öyrənməkdə səhlənkarlıq edən insan.
18 – hökmü bilməyən və mövzunu (hökmün tətbiq olunduğu məqamı)
bilməyən: hökmü bilməyən – şəriətin müəyyən bir məsələ ilə əlaqədar ümumi
22
hökmünü bilməyən şəxs; mövzunu (hökmün tətbiq olunduğu məqamı) bilməyən –
şəriətin hökmünün müəyyən bir məsələyə (əşyaya, vəziyyətə və s.) tətbiq olunub-
olmadığını bilməyən şəxs. İkinci hal özü də iki qismə bölünür. Bəzən mükəlləf
qarşılaşdığı mövzunun mahiyyətini və əhatə dairəsini anlamır, məsələn: mükəlləf
“ğina” deyərkən nəyin nəzərdə tutulduğunu dəqiqliklə bilmir. Buna “məfhum
qeyri-müəyyənliyi” deyilir. Bəzən isə müəyyən bir əşyanın fiziki xüsusiyyətlərini
bilmir, məsələn: qarşısındakı mayenin şərab (məstedici içki) olub-olmadığını ayırd
edə bilmir. Buna isə “misdaq (predmet) qeyri-müəyyənliyi” deyilir.
19 – həcmli əngəl: suyun dəri ilə təmasına mane olan həcmli cism, yaxud
maddə (dəstəmaz və ya qüsldə).
20 – hərəc (məşəqqət): adətən (normal vəziyyətlərdə) dözülməz hesab edilən
hal.
21 – ixtisas (istifadə) hüququ: subyektin Müqəddəs Şəriət Sahibinin üzərində
heç bir şəxs üçün mülkiyyət hüququ tanımadığı obyektlərdən istifadə etmək
hüququ.
22 – diyə: cinayət törədənin zərərçəkən tərəfə (yaxud onun varisinə) ödəməli
olduğu kompensasiya.
23 – rəddi-məzalim: borclunun qaytarmalı olduğu, lakin haqq sahibi (borc
aldığı, yaxud əmlakını mənimsədiyi şəxs, yaxud onun varisi) ilə əlaqə saxlamaq
imkanı olmadığından qaytara bilmədiyi borcu məbləğində niyabətən (onun
əvəzinə) sədəqə verməsi.
24 – zəval: günortanın başlanğıcı.
25 – məfhumda şübhə: bu və ya digər bir məfhumun əhatə dairəsinin qeyri-
müəyyənliyi səbəbilə onunla adlandırılan konkret varlığı (əşya, iş, hal, hərəkət,
xüsusiyyət və s.) əhatə edib-etməməsi xüsusunda yaranan şübhə. Məsələn, “ğina”
anlayışının əhatə dairəsinin qeyri-müəyyənliyi səbəbindən bu və ya digər bir
musiqinin “ğina” olub-olmaması xüsusunda şübhəyə düşmək.
26 – zimni (nəzərdə tutulan) şərt və ya öhdəlik: müqavilənin mətnində
(yazılı və ya şifahi olmasından asılı olmayaraq) ifadə olunmasa da, ürfən nəzərdə
tutulan şərt və ya öhdəlik. Məsələn, alqı-satqı müqaviləsində alqı-satqı obyektinin
23
real dəyəri ilə satış dəyəri arasında ciddi fərqin olmaması. Belə ki, bu halda
müqavilənin icrasından sonra satıcı satdığı əmlakın real dəyərinin müqavilə
əsasında ödənilən məbləğdən yüksək olduğunu, yaxud müştəri aldığı əmlakın real
dəyərinin ödədiyi məbləğdən aşağı olduğunu başa düşərsə, qeyd olunan zimni
(nəzərdə tutulan) şərtin pozulduğuna görə “ğəbn” (fırıldaqçılığa məruz qalma)
iddiası əsasında müqaviləni birtərəfli qaydada ləğv edə bilər.
27 – şəkk: bir məsələdə üqəlanın (sağlam ağıl sahiblərinin) hər ikisini nəzərə
aldığı (doğru ola biləcəyini düşündüyü) iki ehtimal arasında tərəddüdə düşmək.
28 – mala ticari dəyər qazandıran istehlak keyfiyyəti: istehlakçının malı
alarkən nəzərdə tutduğu keyfiyyət.
29 – etina edilən zərər: ürfün (insanların) nəzərində ciddi hesab edilən zərər.
30 – mükəlləfiyyəti ləğv edən zərurət: nəzərə alınmadığı halda insanın
həyatına, əmlakına, yaxud şərəf və ləyaqətinə ciddi zərər törədə biləcək zərurət
halı.
31 – iddə: boşandıqdan, həyat yoldaşı vəfat etdikdən, nikah müqaviləsinin
(müvəqqəti nikahda) müddəti başa çatdıqdan, “vəty əş-şübhə”dən və s. sonra
qadına evlənməyin qadağan olunduğu müddət.
32 – ictimai fitnə: insanları harama (günaha) cəlb edən fitnə.
33 – fəsx: əqdin (müqavilənin) ləğv edilməsi.
34 – zati həddində (öz-özlüyündə): fərqli bir hökmün tətbiq edildiyi əlavə
şərtlər, yaxud sıradankənar hallar nəzərə alınmamaqla şəriətin bu və ya digər
xüsusda verdiyi hökm.
35 – işkal mövcuddur: hökm vacib ehtiyata əsaslanır.
36 – təəmmül mövcuddur: hökm vacib ehtiyata əsaslanır.
37 - əvəzetmə niyyəti: bir şeyin başqa bir şeylə əvəz edilməsi məqsədi.
38 – deyilənlərə əsasən: hökm vacib ehtiyata əsaslanır.
39 – zimmi kafir: müsəlmanların vəlisi (imamı) ilə zimmə anlaşması (cizyə
adlanan müəyyən vergi və rüsumlar müqabilində İslamı qəbul etmədən müsəlman
dövlətinin ərazisində yaşamağa və şəriətdə nəzərdə tutulan hüquqlardan
24
yararlanmağa imkan verən anlaşma
tərc.
) bağlayan kafir; dövrümüzdə örnəyi
mövcud deyil.
40 – müahid kafir: müsəlmanlarla, yaxud müsəlmanların bir qismi ilə hücum
etməməklə bağlı anlaşma (pakt) imzalayan kafir toplumu.
41 - əmlakı toxunulmaz olan kafir: zimmi kafir, müahid kafir, habelə
müsəlmanlardan sığınacaq istəyən kafir.
42 – çənə: saqqal tükünün bitdiyi alt çənə sümükləri (buxaq, boyun və
almacıq sümükləri nahiyəsində bitən tüklər saqqal sayılmır
tərc.
).
43 - ərin sosial statusuna müvafiq təminat: qadının yaşayış ehtiyaclarının
ərinin sosial vəziyyətinə (gəliri, rifah səviyyəsi, ictimai həyatdakı sosial statusu
nəzərə alınmaqla) uyğun səviyədə təmin edilməsi.
44 – qüsalə (yaxantı) suyu: nəcisə bulaşmış (yaş halda toxunmuş) əşyanı
yuduqdan sonra ondan öz-özünə və ya sıxmaqla tökülən su.
45 – şəninə layiq illik məunə (sosial statusuna uyğun illik yaşayış təminatı):
insanın il ərzində ehtiyaclarını və sosial (rifah səviyyəsi, gəlir və s.) vəziyyətini
nəzərə alaraq yaşayış təminatı üçün xərclədiyi orta illik məsrəf meyarı.
46 – seyrəfi (sərraf) misqalı: qızıl bazarında “misqal” adlandırılan və
miqdarı qızıl satıcılarına məlum olan qızıl ölçü vahidi.
47 – məchul əl-malik: sahibi məlum olmayan, lakin üzərində mülkiyyət
hüququnu itirmədiyi (buna görə də mənimsənilməsinə icazə verilməyən) əmlak
predmeti.
48 – miqata paralel ərazi: biri Məkkədən, digəri isə miqatlardan hər hansı
birində keçən düz bucaq (90 dərəcə) altında kəsişən iki düz xətt fərz edildikdə hacı
həmin düz xətlərin kəsişmə nöqtəsində üzü qibləyə doğru dayandıqda “miqata
paralel ərazi”də dayanmış sayılır. Burada meyar ürfün həmin ərazini miqata paralel
hesab etməsidir və dəqiq hesablama aparmağa ehtiyac yoxdur.
49 – məşhur: hökm vacib ehtiyata əsaslanır.
50 – meyar: şəriət hökmünün əsaslandığı məqsədəuyğunluğu və ya
fəsadtörədiciliyi müəyyən edən məqamlar.
25
51 – ləhv məclislərinə uyğun musiqi: eyş-işrət məclislərində, haram əyləncə
yığıncaqlarında ifa olunan və dinlənilən musiqi.
52 – nüşuz: qarşı tərəfin hüquqlarına riayət etməmək (bir qayda olaraq
nikahın tərəfləri – ər-arvad arasındakı münasibətlərdə müşahidə olunan hüquq
pozuntularına şamil olunur).
53 – mütləq qürbət niyyəti: bu və ya digər cəhətini, keyfiyyətini nəzərə
almadan bir işi Allaha yaxınlaşmaq niyyətilə icra etmək (məsələn, namazı qəza və
ya əda niyyəti ilə deyil, mütləq qürbət niyyəti ilə icra etmək kimi).
54 – vəty əş-şübhə: qəsdən deyil, bilmədən, haram olduğu halda halal hesab
edərək, başqa sözlə şəriət tərəfindən doğru, məqbul hesab edilməyən nikahı doğru
hesab edərək cinsi əlaqədə olmaq.
55 – vəli: İslam şəriətinə müvafiq olaraq azyaşlılara, əqli çatışmazlıqdan
əziyyət çəkənlərə, yaxud bütövlükdə müsəlman cəmiyyətinə qəyyumluq
səlahiyyətinə malik olan şəxs.
56 – işkala rəğmən vacibdir: mükəlləf bu və ya digər bir işin icrasının
vacibliyini göstərən bu fətvanı yerinə yetirməlidir.
57 – təəmmülə rəğmən vacibdir: mükəlləf bu və ya digər bir işin icrasının
vacibliyini göstərən bu fətvanı yerinə yetirməlidir.
58 – kifayi vacib: başlanğıcda icrası hər kəsə vacib olan, lakin bir və ya bir
neçə şəxsin icra etməsilə başqalarının öhdəsindən götürülən, bununla belə hamı
tərəfindən icrasından imtina edildiyi halda hamının əzaba layiq görüldüyü bir iş.
59 – işkala rəğmən icazə verilir: bu və ya digər bir işin icrasına icazə verilir,
lakin istihbabi (müstəhəb) ehtiyat çəkinməyi tələb edir.
60 – təəmmülə rəğmən icazə verilir: bu və ya digər bir işin icrasına icazə
verilir, lakin istihbabi (müstəhəb) ehtiyat çəkinməyi tələb edir.
Dostları ilə paylaş: |