BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə7/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   2   3   4   5   6   7   8   9   10   ...   58
azari-book-25246

I HİSSƏ 
İBADƏTLƏR 
 
BİRİNCİ FƏSİL 


 
26 
QEYRİ-MÜSƏLMAN ÖLKƏLƏRİNƏ MÜHACİRƏT VƏ HƏMİN 
ÖLKƏLƏRDƏ MƏSKUNLAŞMAQ 
 
Bir  müsəlman  adətən  öz  vətənində  dünyaya  gələrək,  orada  böyüyüb  boya-
başa  çatır,  ixtiyari  və  ya  qeyri-ixtiyari  surətdə  İslamın  göstərişlərini,  dəyər  və 
təlimlərini mənimsəyir, gənclik dövrünə də dininin əxlaq təlimini özünə həyat tərzi 
seçərək,  onun  göstərdiyi  yolu  gedərək,  bələdçiliyini  qəbul  edərək  qədəm  qoyur. 
Əgər  ilahi  təqdir  əsasında  həmin  müsəlman  qeyri-müsəlman  ölkələrindən birində 
dünyaya  gələrək  həmin  mühitdə  böyüsəydi,  Rəbbimizin  qoruduğu  hallar  istisna 
olmaqla,  mühitin  təsirləri  onun  düşüncələrində,  həyat  tərzində,  əxlaqında  və 
mənimsədiyi dəyərlərdə aşkar surətdə öz əksini tapardı. 
 
Belə  qeyri-müəlman  ictimai  mühitin  təsirləri  özünü  ikinci  nəsildə,  yəni 
mühacirlərin övladlarında daha çox büruzə verir. 
 
Məhz  bunu  nəzərə  alaraq  İslam  dini  hicrətdən  sonrakı  qayıdışa
1
 xüsusi  bir 
mövqedən  yanaşmışdır.  Bu  məsələyə  bir  sıra  hədislərdə  toxunulmuş,  onlardan 
bəziləri bunu böyük günahlardan, bəziləri isə hətta səkkiz ən böyük günahdan biri 
olaraq göstərmişdir. 
 
İmam Sadiqin (ə) müasirlərindən biri olan Əbu Bəsir ondan belə eşitdiyini 
nəql  edir:  “Böyük  günahların  sayı  yeddidir:  qəsdən  adam  öldürmək,  uca  Allaha 
şərik  qoşmaq,  iffətli  qadını  zinakarlıqda  ittiham  etmək,  aşkar  dəlildən  (yasaq 
olduğundan və xoşagəlməz aqibətindən xəbərdar olduqdan 
tərc.
) sonra sələmçilik, 
döyüş  meydanından  qaçmaq,  hicrətdən  sonrakı  təərrüb  (geri  dönmək), 
valideynlərin  üzünə  ağ  olmaq  və  haqsızlıqla  yetimlərin  malını  mənimsəmək. 
Təərrüblə şirk eyni mahiyyəti daşıyır”.
2
 
 
İbn  Məhbub  adlı  bir  ravi  də  bir  dəstə  dostu  ilə  birlikdə  İmam  Həsənə  (ə) 
məktub  yazaraq  ondan  böyük  günahların  sayı  və  nələrdən  ibarət  olduğunu 
soruşduqlarını, Həzrət Həsənin (ə) isə cavab məktubunda belə yazdığını nəql edir: 
                                                           
1
 Çoxsaylı hədislərdə öz əksini tapan “ət-təərrüb bəd əl-hicrə” (hicrətdən sonrakı qayıdış) istilahı müsəlmanın İslamı 
özünə din seçərək haqq olan təkallahlılıq dinini mənimsədikdən sonra yenidən fərqli, müşrik dünyagörüşünün 
hakim olduğu bir mühitə dönməsini “küfrdən mühacirətdən (burada: uzaqlaşdıqdan) sonra yenidən ona üz 
tutması” kimi ifadə edir. 
2
 Usul əl-kafi, c.2, səh.281. 


 
27 
“Kim  Allahın  icrasına  görə  cəhənnəm  əzabı  vəd  etdiyi  əməllərdən  çəkinərsə, 
mömin  (inanclı  və  əməlisaleh)  olduğu  halda  günahları  bağışlanar.  İnsanı 
cəhənnəmə  sürükləyən  yeddi  günah  isə  bunlardır:  yaşamaq  hüququ  olan  insanın 
qətli,  valideynlərin  üzünə  ağ  olmaq,  sələmçilik,  hicrətdən  sonrakı  dönüş,  iffətli 
qadınları  zinakarlıqda  ittiham  etmək,  yetimlərin  əmlakını  mənimsəmək  və  döyüş 
meydanından qaçmaq”.
1
 
 
Ravi Məhəmməd ibn Müslim də İmam Sadiqdən (ə) böyük günahların yeddi 
əməldən ibarət olduğunu nəql edir: “inanclı bir insanı qəsdən öldürmək, namuslu 
qadına şər atmaq, döyüş meydanından qaçmaq, hicrətdən sonrakı qayıdış, yetimin 
əmlakını qəsb etmək, aşkar dəlildən (yasaq, yolverilməz olduğunu bildikdən) sonra 
da sələmçilik etmək və Allahın cəhənnəm əzabı vəd etdiyi hər hansı bir iş”.
2
 
 
Übeyd  ibn  Zürarə  İmam  Sadiqdən  (ə)  böyük  günahlar  barədə  soruşduqda 
onun  belə  buyurduğunu  nəql  edir:  “Əlinin  (ə)  kitabında  onların  sayı  yeddi  olaraq 
göstərilir:  küfr,  qətl,  valideynlərin  üzünə  ağ  olmaq,  aşkar  dəlildən  sonrakı 
sələmçilik,  haqsızlıqla  yetimin  malını  mənimsəmək,  döyüş  meydanından  qaçmaq 
və  hicrətdən  sonrakı  dönüş”.  Ravi  bu  cavabdan  sonra  bir  daha  böyük  günahların 
məhz bunlardanmı ibarət olduğunu soruşduğunu, İmam Sadiqin (ə) də cavabını bir 
daha təsdiqlədiyini söyləyir.
3
 
 
İmam  Riza  (ə)  bir  kəlamında  “təərrüb”ün  yasaq  edilməsinin  səbəbini  belə 
izah  etmişdir:  “Bu  halla  üzləşən  bir  insan  öz  biliklərindən  (İslam  təlimlərindən) 
uzaqlaşmaq, cəhalətə (burada: dinsizliyə, imansızlığa) üz tutmaq və həmin mühitə 
qoşulmaqdan sığortalanmamışdır”.
4
 
 
Lakin bu o demək  deyildir ki,  qeyri-müsəlman  ölkələrinə  getmək  tamamilə 
haram  (yasaq)  edilmişdir.  Əksinə,  bəzi  hədislərdə  müsəlmanların  orada  bir  sıra 
                                                           
1
 Usul əl-kafi, c.2, səh.277. 
2
 Usul əl-kafi, c.2, səh.277. 
3
 Usul əl-kafi, c.2, səh.278. 
4
 Vəsail əş-şiə, c.15, səh.100. 


 
28 
ideyalarını  gerçəkləşdirə  biləcəkləri  nəzərə  alınaraq  onların  bu  səfər  və 
mühacirətlərlə mükafata nail ola biləcəkləri öz əksini tapmışdır. 
 
Həmmad Sindi  deyir:  “İmam Sadiqə (ə) müşriklərin yaşadığı ölkələrə səfər 
etdiyimi söylədim. Habelə bəzi dostlarımın isə orada dünyadan köçəcəyim təqdirdə 
Qiyamət  günü  onlarla  birgə  qəbirdən  qaldırılacağımı  söylədiklərini  açıqladım. 
İmam  (ə)  buyurdu:  “Həmmad,  orada  yaşayarkən  bizim  məramımızı  insanlara 
aydınlaşdıraraq onları bu haqq yola dəvət edirsənmi?” 
- Bəli. 
- Bəs müsəlmanların yaşadığı şəhərlərdə necə? 
- Xeyr. 
Elə  isə  orada  yaşayaraq  dünyadan  köçəcəyin  halda  təkbaşına  bütöv  bir 
ümmət kimi qiyamət səhnəsinə gətiriləcəksən və nurun hər yeri bürüyəcək”.
1
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə