BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə8/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   4   5   6   7   8   9   10   11   ...   58
azari-book-25246

Fətvalar: 
Beləliklə, bu və bənzər hədislər, eləcə də digər şəri dəlillər əsasında fəqihlər 
sözügedən mövzu ilə bağlı aşağıdakı fətvaları vermişlər: 
Məsələ  1.  Özünün  və  azyaşlı  övladlarının  dininə  bağlılığını  ehtimal  olunan 
nöqsanlardan  qoruya  biləcəyinə  arxayın  olduğu  surətdə  inanclı  müsəlmanın  öz 
dinini,  onun  göstərişlərini  yaymaq,  təbliğ  etmək  məqsədilə  qeyri-müsəlman 
ölkələrinə səfər etməsi təqdirəlayiq bir haldır. Həzrət Məhəmməd (s) İmam Əliyə 
(ə) tövsiyələrindən birində belə buyururdu: “Allahın öz bəndələrindən birini sənin 
əlinlə  hidayət  etməsi  (doğru  yola  yönəltməsi)  məşriqdən  məğribədək  günəşin 
üzərinə  nur  saçdığı  hər  şeyin  sənə  verilməsindən  daha  xeyirlidir”.
2
 Həmçinin, 
başqa  bir  hədisdə  bir  şəxsin  İslam  Peyğəmbərindən  (s)  ona  nəsihət  etməsini 
istəyərkən  belə  buyurduğunu  oxuyuruq:  “Sənə  heç  bir  varlığı  Allaha  şərik 
qoşmamağı,  ...  habelə  insanları  İslama  çağırmağı  tövsiyə  edirəm.  Bil  ki,  bu 
çağırışını qəbul edən hər insanın müqabilində səni Yəqubun (ə) övladlarından bir 
qul azad etməyə bərabər mükafatlar gözləyir”. 
                                                           
1
 Vəsail əş-şiə, c.16, səh. 188. 
2
 Vəsail əş-şiə, c.16, səh. 188. 


 
29 
Məsələ  2.  Hər  bir  inanclı  müsəlman  özünün  və  ailə  üzvlərinin  (habelə, 
qəyyumluğundakı  şəxslərin)  dindarlığına  mənfi  təsir  buraxmayacağına  əmin 
olduğu, arxayınlıq hasil etdiyi halda qeyri-müsəlman ölkələrinə səfər edə bilər. 
Məsələ  3.  Həmçinin,  özünün  və  ailəsinin  şəri  məsuliyyətlərini  (ibadət  və 
digər  dini  öhdəliklərini)  yerinə  yetirməsinə  heç  bir  əngəl  törətmədiyi  surətdə 
müsəlman qeyri-müsəlman ölkələrində məskunlaşa da bilər. 
Məsələ  4.  Müsəlmanın  dindarlığında  nöqsanların  yaranmasına  yol  açacağı 
təqdirdə,  həmin  qeyri-müsəlman  ölkəsinin  şərqdə  və  ya  qərbdə  yerləşməsindən, 
sözügedən səfərin məqsədindən (səyahət, biznes, təhsil, elmi-tədqiqat və s.), yaxud 
müsəlmanın  orada  müvəqqəti  və  ya  daimi  məskunlaşmasından  asılı  olmayaraq 
həmin səfər haramdır. 
Məsələ  5.  Əgər  qadın  həyat  yoldaşı  ilə  belə  bir  səfərin  onun  dindarlığında 
qüsurların yaranmasına səbəb olacağına  əminlik hasil edərsə, onunla birgə səfərə 
çıxması haramdır. 
Məsələ 6. Əgər həddi-buluğa çatmış övladlar, qızlar və oğlanlar valideynləri 
və  ya  dostları  ilə  çıxmaq  istədikləri  xarici  səfərin  onların  dindarlığına  xələl 
gətirəcəyinə əmin olarlarsa, belə bir səfər onlara haramdır. 
Məsələ  7.  Fəqihlər  “dindarlıqda  nöqsan  (qüsur,  xələl)”  deyərkən  məstedici 
spirtli  içkilər  içmək,  zinakarlıq,  düzgün  qaydada  kəsilməmiş  heyvan  mənşəli 
məhsullarla qidalanmaq və s. haramlar kimi kiçik, yaxud böyük günahlara batmaq 
və ya namaz, oruc, həcc və s. ibadətləri icra etməmək kimi halları nəzərdə tuturlar. 
Məsələ  8.  Qaçılmaz  ölüm  təhlükəsindən  xilas  olmaq  və  ya  bənzər  ciddi 
məsələlərin  doğurduğu  zərurətlə  əlaqədar  olaraq  qeyri-müsəlman  ölkələrindən 
birinə  mühacirət  etmək  məcburiyyəti  qarşısında  qalan  müsəlman  bu  mühacirətin 
onun dindarlığında çatışmazlıqların yaranmasına səbəb olacağını bilsə də, zərurət 
çərçivəsində mühacirət edə və mühacirətdə yaşaya bilər. 
Məsələ  9.  Qeyri-müsəlman  ölkələrindən  birində  məskunlaşan  müsəlman 
mühacir mühacirət həyatının onun özünün və ya azyaşlı övladlarının dindarlığında 
nöqsanların yaranmasına səbəb olduğunu anladıqda müsəlman ölkələrindən birinə 
köçməlidir.  Belə  bir  nöqsan  şəriətdə  vacib  buyurulan  ibadət  və  göstərişlərin  icra 


 
30 
edilməməsi və ya haram (yasaq) edilən iş və hərəkətlərin icrası nəticəsində yaranır. 
Müsəlman  ölkəsinə  qayıdışın  onu  ölüm  təhlükəsi,  yaxud  ciddi  sıxıntı  və 
məşəqqətlərlə üz-üzə qoyacağı hallar, yəni ölüm təhlükəsi qarşısında qalan insanın 
murdar  (burada:  şəriətdə  göstərilən  qaydada  kəsilməyən)  heyvanın  ətindən 
yeməsinə  icazə  verən  hallar  kimi  zəruri  məqamlar  istisna  təşkil  edir  (bu  hökm 
sözügedən hallara şamil edilmir). 
Məsələ 10. Müsəlmana haram buyrulan səfər “günah səfər” sayılır və həmin 
səfər  əsnasında  o  dördrəkətli  namazlarını  bütöv  qılmalı,  oruclarını  da  tutmalıdır. 
Sözügedən  “günah  səfər”  davam  etdikcə  (müddətindən  asılı  olmayaraq 
tərc.

namazlarını qısa qılmağa və oruc tutmaqdan imtina etməyə haqqı yoxdur. 
Məsələ 11. Çıxmağa hazırlaşdığı səfər valideynlərinə narahatçılıq yaratdığı, 
yaxud  onların  valideyn  şəfqəti  ilə  (ayrılığına  dözə  bilmədiklərinə  görə)  ona  bu 
səfəri  qadağan  etdiyi,  bununla  yanaşı  səfər  üçün  şəriətin  valideynlərini  əziyyətə 
salmasına  göz  yumacağı  üzürlü  bir  səbəbi  olmadığı  halda  övlad  valideynin  onun 
səfərdən imtina etməsi ilə bağlı tələbinə qarşı çıxa bilməz. 
Məsələ  12.  Müsəlman  canına,  əmlakına,  şərəf  və  ləyaqətinə  qarşı  təcavüz 
təhlükəsi  ilə  üz-üzə  qaldıqda  hüquqlarının  bərpası  və  məruz  qaldığı  haqsızlıqdan 
qurtulması  üçün  əlaqədar  rəsmi  qurumlara  sığınmaqdan  başqa  bir  çıxış  yolu 
olmadığı təqdirdə həmin qurumlara sığına bilər. 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə