BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə9/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   5   6   7   8   9   10   11   12   ...   58
azari-book-25246

Sual-cavab: 
İndi isə gəlin, qeyri-müsəlman ölkələrinə mühacirətlə bağlı bir sıra suallara 
Ayətullah əl-üzma Sistaninin cavabları ilə tanış olaq: 
Məsələ  13.  Böyük  günahlardan  sayılan  “hicrətdən  sonrakı  təərrüb”  hansı 
anlamı ifadə edir? 
Cavab:  Bəzi  fəqihlər  bu  istilahı  yaşadığımız  dövrdə  müsəlmanın 
məskunlaşdığı  halda  dindarlığında,  imanında  nöqsanların  yaranacağı  bir  ölkədə 
yaşamasına  şamil  edirlər.  Başqa  sözlə  “hicrətdən  sonrakı  təərrüb”  deyərkən 
mükəlləf  müsəlmanın  dini  bilikləri  və  şəriətin  hökmlərini  öyrənmək,  müqəddəs 
şəriət tərəfindən ona vacib edilən ibadətləri, işləri icra etmək, haram edilənlərdən 


 
31 
isə  çəkinmək  imkanına  sahib  olduğu  bir  ölkədən  bütün  bu  imkanlardan  və  ya 
onların bir qismindən məhrum olacağı bir ölkəyə köç etməsi nəzərdə tutulur. 
Məsələ 14. Avropa, Amerika və ya hər hansı bir qeyri-müsəlman ölkəsində 
məskunlaşmış  bir  müsəlman  hiss  edir  ki,  böyüyüb  boya-başa  çatdığı  doğma 
vətənindəki  dini  mühitdən  get-gedə  uzaqlaşır,  nə  Quran  qiraəti,  nə  azan  sədası 
eşidir, nə də müqəddəs məkanları ziyarət edə bilir, bir sözlə belə mənəvi mühitdən 
tamamilə məhrum olur. Onun öz yurdundakı belə İslami dəyərlərin hakim olduğu 
mühitdən,  o  cümlədən  xeyirli  işlərdən  uzaqlaşması  dindarlığında  nöqsan  hesab 
edilirmi? 
Cavab:  Bu  (sözügedən  gözəl  və  xeyirli  işlərdən  uzaq  qalmaq)  həmin 
ölkələrdə məskunlaşmağı haram edəcək bir nöqsan sayılmır. Lakin dini dəyərlərin 
hakim olduğu mühitdən uzaqlaşmaq bəzən zaman keçdikcə insanda bir sıra vacib 
əməllərin  icrasından  imtina  və  günaha  yol  vermə  hallarına  məhəl  qoymayacaq 
dərəcədə  imanın  zəifləməsinə  gətirib  çıxarır.  Mükəlləf  müsəlman  sözügedən 
ölkələrdə  yaşadıqca  dindarlığında  bu  dərəcədə  nöqsanların  yaranacağından 
qorxarsa, orada yaşamağa davam edə bilməz. 
Məsələ  15.  Avropa,  Amerika  və  digər  qitələrdə  yerləşən  qeyri-müsəlman 
ölkələrində yaşayan şəxslər müsəlman dövləti olan öz vətənində yaşayacağı halda 
rastlaşmayacağı bir sıra haram və günahlarla qarşı-qarşıya qalırlar. Belə ki, həmin 
ölkələrdə  mövcud  olan  yaşayış  şəraiti  onları  istəmədikləri  halda  belə  haramlara 
sürükləyir.  Bu  vəziyyət  dindarlıqda  çatışmazlıq  sayılırmı  və  həmin  ölkələrdə 
məskunlaşmağın haram olmasına səbəb olurmu? 
Cavab:  Bəli,  nəzərdə  tutulan  günahların  arada-sırada  qarşıya  çıxan  və 
təkrarlanmayan  kiçik  günahlardan  olduğu  hallar  istisna  olmaqla,  təsvir  edilən 
vəziyyət dindarlıqda çatışmazlıq sayılır və həmin ölkələrdə məskunlaşmağın haram 
olmasına səbəb olur. 
Məsələ  16.  “Hicrətdən  sonra  təərrüb”ü  mükəlləfin  dini  bilik  və 
məlumatlarının 
zəifləyəcəyi, 
cəhalətə 
daha 
çox 
meyillənə 
biləcəyi, 
məlumatsızlığının  daha  da  artacağı  bir  ölkəyə  köçməsi  kimi  başa  düşdük.  Bu  o 
deməkdir  ki,  şəriət  mükəlləfin  üzərinə  həmin  ölkələrdə  zaman  keçdikcə  dini 


 
32 
biliklər  xüsusunda  məlumatsızlığının  artmaması  üçün  daha  diqqətli  olmaq 
vəzifəsini qoymuşdur? 
Cavab:  Belə  gücləndirilmiş  diqqətdən  imtinanın  dindarlıqda  daha  öncə 
açıqlanan dərəcədə nöqsanların yaranmasına yol açacağı təqdirdə daha artıq diqqət 
və imanı qoruma cəhdləri zəruridir. 
Məsələ  17.  İslami  dəyərləri  təbliğ  edən,  özü  də  bu  dəyərləri  qorumağa 
çalışan bir insan qeyri-müsəlman ölkələrində qadınların geyim tərzi kimi cəmiyyət 
həyatında mövcud bir sıra hallarla əlaqədar olaraq daha artıq haramlarla üzləşməli 
olarsa,  belə  ölkələrdə  yaşamaq  ona  haram  sayılırmı  və  dini-mənəvi  dəyərlərini 
yaymaq işini dayandıraraq öz vətəninə dönməlidirmi? 
Cavab:  Tədricən  böyük  günahlara  rəvac  verməyəcəyinə  əmin  olduğu  halda 
bəzən  kiçik  günahlarla  üzləşməsi  orada  məskunlaşmasının,  yaşamasının  haram 
olmasına səbəb olmaz. 
Məsələ  18.  Mühacir  övladlarının  dindarlığı  ilə  bağlı  nöqsanların  yarana 
biləcəyindən qorxarsa, sözügedən ölkələrdə məskunlaşması haram sayılırmı? 
Cavab: Bəli, eynilə öz din və imanı ilə bağlı hökmdə olduğu kimi. 
Məsələ  19.  Avropa,  Amerika  və  digər  qeyri-müsəlman  ölkələrində 
məskunlaşan  müsəlmanlara  vacibdirmi  ki,  Qurani-Kərimin  və  şəriətin  dili  olan 
ərəb dilini övladlarına öyrətsinlər. Belə ki, ərəb dilini bilməmək gələcəkdə onların 
bu dildə qələmə alınan şəriətin əsas mənbələri hesab olunan əsərləri oxuyub anlaya 
bilməmələrinə,  nəticə  etibarilə  isə  dini  bilik  və  məlumatlarının  zəifləməsinə  və 
dindarlıqlarında nöqsanların yaranmasına səbəb olacaqdır. 
Cavab:  Ərəb  dilini  yalnız  dini  fərizələrinin  (ibadətlərinin)  icrası  üçün, 
məsələn vacib namazlarında Fatihə və daha bir surənin, eləcə də zikrlərin düzgün 
tələffüzü  üçün  gərəkli  olan  qədər  öyrənmələri  vacibdir.  Başqa  bir  dildə  ehtiyac 
duyduqları  dini  bilikləri  mənimsəmək,  şəri  vəzifələrini  öyrənmək  imkanı  olduğu 
təqdirdə  ərəb  dilini  daha  mükəmməl  şəkildə  öyrənmək  onlara  vacib  deyil.  Lakin 
təbii ki, onlara Qurani-Kərimi öyrətmək təqdirəlayiq bir işdir. Hətta daha yaxşı olar 
ki, İslam maarifini, mədəniyyətini onun təməl mənbələrindən, hər şeydən öncə isə 
Qurani-Kərimdən,  Peyğəmbərin  (s)  sünnəsindən  və  Əhli-beytin  (ə)  dəyərli 


 
33 
kəlamlarından öz orijinal dilində öyrənmək imkanına sahib olmaq üçün ərəb dilini 
onlara mükəmməl şəkildə öyrətsinlər. 
Məsələ  20.  Bir  müsəlman  yaşadığı  qərb  ölkəsi  ilə  müqayisədə  bir  sıra 
iqtisadi  çətinliklərlə  üzləşəcəyini  bildiyi  halda  onun  həmin  ölkəni  tərk  edərək 
məskunlaşmaq  imkanına  sahib  olduğu  bir  müsəlman  ölkəsinə  mühacirət  etməsi 
vacibdirmi? 
Cavab:  Həmin  qərb  ölkəsində  mühacirət  həyatı  sürdükcə  dindarlığında 
öncəki məsələlərdə göstərilən dərəcədə nöqsanların yarana biləcəyindən qorxması 
istisna olmaqla, vacib deyil. 
Məsələ  21.  Qeyri-müsəlmanları  İslama  çağırmaq,  yaxud  qeyri-müsəlman 
ölkələrində  yaşayan  müsəlmanların  dini  inanclarını  gücləndirmək  istiqamətində 
fəaliyyət  göstərmək  imkanına  sahib  olan  və  öz  dindarlığında  nöqsanların 
yaranmayacağından  əmin  olan  bir  müsəlmana  dinini  (onun  təlim  və  dəyərlərini) 
yaymaq vacibdirmi? 
Cavab:  Bəli,  bu  iş  ona  və  eləcə  də  bu  imkanlara  sahib  olan  bütün  şəxslərə 
kifai vacibdir. 
Məsələ  22.  Müsəlman  başqasının  passportunu  satın  ala,  yaxud  başqa  bir 
ölkəyə  keçə  bilmək  üçün  passportdakı  şəkli  dəyişdirməklə  sözügedən  sənədi 
saxtalaşdıraraq  həmin  ölkəyə  daxil  olduqdan  sonra  məsul  şəxslərə  (orqanlara)  bu 
barədə məlumat verə bilərmi? 
Cavab: Biz buna izin vermirik. 
Məsələ  23.  Qeyri-müsəlman  ölkələrində  mövcud  olan,  küçədə,  məktəbdə, 
televiziya  ekranlarında  və  s.  rast  gəlinən  İslam  dəyərlərinə  zidd  hallar  nəzərə 
alınmaqla  həmin  ölkələrdə  yaşamaq  olarmı?  Onu  da  nəzərə  almaq  lazımdır  ki, 
mükəlləf hər hansı bir müsəlman ölkəsinə mühacirət edə bilər. Lakin bu mühacirət 
onu  məskunlaşma,  maddi  zərər  (gəlir  azlığı),  dünyəvi  işlərdə  çətinliklər  və  daha 
aşağı rifah səviyyəsi kimi problemlərlə qarşı-qarşıya qoyacaqdır. 
Bəs  həmin  ölkələrdə  yaşamağa  icazə  verilmədiyi  halda  müsəlman  mühacir 
orada  yaşamağa  davam  edərək  (daha  əlverişli  bir  mühit  yaratmaq  üçün) 


 
34 
müsəlmanlar arasında dini təbliğat, maarifləndirmə işləri apara, onlara dinin vacib 
göstərişlərini və yasaqlarını xatırlatmaq istiqamətində səy göstərə bilərmi? 
Cavab: Həmin ölkələrdə məskunlaşmaq onun özünün və ailə üzvlərinin şəri 
vəzifələrini  icra  etməsinə  hal-hazırda  və  eləcə  də  gələcəkdə  əngəl  törətməyəcəyi 
halda o ölkələrdə yaşamaq haram deyil. Əks təqdirdə isə təbliğat işləri ilə məşğul 
olsa  belə,  həmin  ölkələrdə  yaşaması  doğru  deyil.  Allah  (hər  şeyin  doğrusunu) 
biləndir. 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə