BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə1/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
  1   2   3   4   5   6   7   8   9   ...   58
azari-book-25246



 

 
 
 
BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ 
 
 
 
 
 
 
 
QƏRB ÖLKƏLƏRİNDƏ MƏSKUNLAŞANLAR ÜÇÜN FİQH TƏLİMİ 
 
 
 
 
Ayətullah əl-üzma Seyid Əli Sistani  
Tərcümə: Bəxtiyr Hüseynov 
 
 
 
 
 
 
 
 
 
 


 

 
 
ÖN SÖZ 
 
 
Həzrət  Ayətullah  əl-üzma  Seyid  Əli  Sistaninin  fətvalarına  müvafiq  olaraq 
tərtib  edilən  “Qərb  ölkələrində  məskunlaşanlar  üçün  fiqh  təlimi”  əsərini  əziz 
oxucuların istifadəsinə təqdim etdiyimə görə özümü xoşbəxt hiss edirəm. 
 
Əlinizdəki  əsər  bu  və  ya  digər  səbəblə  öz  vətənini  tərk  edərək  doğma 
yurdlarından  ayrılmalı  və  qeyri-müsəlman  ölkələrindən  birində,  müsəlman 
ölkələrində mövcud olan həyat tərzindən köklü surətdə fərqlənən qanunların, adət-
ənənələrin hökm sürdüyü bir cəmiyyətdə yaşamalı olan, bunun nəticəsində həllini 
gözləyən bir sıra özünəməxsus problemlərlə üzləşən insanlar üçün bir qisim şəriət 
hökmlərinin aydınlaşdırılması istiqamətində atılan ilk addımdır. 
 
Bu proses qərb ölkələrinə  mühacirət edən  müsəlmanların həyati önəm kəsb 
edən  probləmlərinin  həllinə  işıq  tutan  bir  əsərin  qələmə  alınmasını  zəruri  edirdi. 
Beləliklə,  qeyd  etmək  lazımdır  ki,  qarşınızdakı  risalə  özünəməxsus  üslubu  ilə 
seçilir  və  öz  məqsədini  bir  giriş  və  iki  fəsil  çərçivəsində  gerçəkləşdirərək  əsasən, 
ənənəvi fiqh mənbələrində, risalələrində olduqca az bir qisminin öz əksini tapdığı 
tamamilə yeni mövzuları əhatə edir. 
 
Əsərin mövzuları oxucuların problemlərinin həllinə çalışmaqla yanaşı yeni-
yeni  sualların  ortaya  çıxmasına  da  yol  aça  bilər.  Bildirmək  istəyirik  ki,  dəyərli 
oxucularımızın belə sualları əsərin növbəti nəşrlərində cavablandırılması üçün bizə 
ünvanlaması bizi sevindirərdi. 
 
Bu  əsər  müəllifin  “Asanlaşdırılmış  şəriət  hökmləri”  və  “Seçilmiş  şəriət 
məsələləri”  adı  ilə  işıq  üzü  görən  ilk  iki  işinin  davamı  sayılan  üçüncü  əsəridir. 
Müəllif  sözügedən  üç  əsərin  hər  birində  oxucu  auditoriyasının  fiqh  və  İslam 
şəriətinə  bağlılığını  gücləndirməyə,  bu  bilikləri  həmin  sahənin  mütəxəssisi 
olmayan oxuculara sevdirərək aşılamağa çalışmışdır. Bu məqsədə nail olduğumuz 
halda  uca  Allaha  minnətdarlığımızı  bildiririk.  Əks  təqdirdə  də  görülən  işi 


 

üzərimizə  düşən  vəzifənin  icrası  istiqamətində  atılan  bir  addım  hesab  edirik  və 
inanırıq ki, müvəffəqiyyət yalnız və yalnız Allahdandır. 
 
Müəllif  nəşrdən  öncə  müalicə  məqsədilə  bir  müddət  Londonda 
məskunlaşmalı olan ilahiyyatçı atasını da bu əsərin bir sıra fəsilləri ilə tanış etmiş 
və  onun  da  rəy  və  tövsiyələrindən  faydalanmışdır.  Uca  Rəbbimizin  bu  faydalı  işi 
bizdən qəbul etməsini diləyirik! 
 
Fürsətdən istifadə edərək əlinizdəki əsərin ərsəyə gəlməsinə yardım edən hər 
kəsə, xüsusən, dəyərli vaxtını ayıraraq bir sıra suallarla şəxsən maraqlanan Həzrət 
Ayətullah  əl-üzma  Sistaniyə  və  eləcə  də  onun  yardımını  bizdən  əsirgəməyən, 
səmimi munasibətlərini ortaya qoyaraq fətvaların onun rəyi ilə uyğunlaşdırılmasına 
çalışan  Nəcəfi-Əşrəf,  Qum  və  London  şəhərlərindəki  nümayəndələrinə  sonsuz 
minnətdarlığımızı bildirmək istəyirik. 
 
Allah  (c.c.)  hamımızı  razılığı  olan  işlərə  doğru  istiqamətləndirsin  və 
bəyəndiyi işlərdə bizə müvəffəqiyyət bəxş etsin! Amin! 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə