BağIŞlayan və mehriban allahin adi iLƏ


“... Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə14/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   ...   10   11   12   13   14   15   16   17   ...   58
azari-book-25246

“... Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu 
əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər ...”
1
 
 
Məsələ  90.  Bəzi  qərb  və  qeyri-müsəlman  ölkələrində  fəaliyyət  göstərən  bir 
sıra  şirkət  və  müəssisələrdə  müsəlman  işçilər  də  ofis  əməkdaşı  kimi  çalışırlar  və 
onlar  işlədikləri  yerin  mülkiyyət  vəziyyəti  ilə  bağlı  məlumata  sahib  deyillər. 
Beləliklə: 
1  -  Həmin  məkanlarda  qılınan  namaz  və  alınan  dəstamazlarla  bağlı  hökm 
nədən ibarətdir? 
                                                           
1
 Təlaq surəsi, 2-3-cü ayələr. 


 
54 
Cavab:  Həmin  məkanların  mülkiyyət  hüququ  qorunan  (şəriət  tərəfindən 
mülkiyyət  hüququ  toxunulmaz  hesab  edilən)  bir  mülkiyyətçidən  qəsb  edildiyi 
(qanunsuz  yolla  ələ  keçirildiyi)  bilinmədikcə,  orada  namaz  qılmağın  və  dəstamaz 
almağın eybi yoxdur. 
2  -  Orada  namaz  qılınan  namazlarla  bağlı  problem  olduğu  halda  keçmişdə 
qılınan namazlarla bağlı hökm nədən ibarətdir? 
Cavab: Namaz qılınan yerin qəsb edilmiş bir məkan olması namazdan sonra 
aydınlaşarsa, namaz doğru hesab edilir. 
Məsələ  91.  Dəri  (təbii)  kəmərlə,  yaxud  üzərimizdə  şəriət  qaydalarına 
müvafiq  şəkildə  kəsilməyən  heyvanın  dərisindən  hazırlanmış  çanta  olduğu  halda 
namaz  qılsaq  və  bunu  namaz  əsnasında,  yaxud  namazdan  sonra,  namaz  vaxtının 
bitməsində isə öncə xatırlasaq, nə etməliyik? 
Cavab:  Həmin  dəri  məhsullarının  alındığı  heyvanın  şəriət  normalarına 
müvafiq  qaydada  kəsildiyinə  dair  sağlam  düşüncə  sahiblərinin  etibar  edə  biləcəyi 
bir  ehtimal  mövcud  olarsa,  dəri  kəmərlə  namaz  qılmaq  doğru  olduğu  kimi, 
üzərinizdə  həmin  dərilərdən  hazırlanan  çanta  olduğu  halda  da  namaz  qıla 
bilərsiniz.  Həmçinin,  əks  təqdirdə  (belə  bir  əsaslı  ehtimalın  mövcud  olmadığı 
halda)  öncədən  məsələni  bilməyərək  namaz  əsnasında  başa  düşsəniz  və  dərhal 
həmin  əşyaları  üzərinizdən  çıxarsanız,  namazınız  doğrudur.  Eləcə  də,  məsələni 
öncədən bildiyiniz halda unutsanız və namaz əsnasında xatırlasanız, bu unutqanlıq 
laqeydlik  (namazla  bağlı  hökmlərə  etinasızlıq)  səbəbi  ilə  baş  vermədiyi  təqdirdə 
namazınız  doğru  hesab  edilir.  Laqeydlik  səbəbi  ilə  baş  verdiyi  halda  isə,  namaz 
vaxtı başa çatmadan xatırlasanız, namazınızı yenidən qılmalı, başa çatdıqdan sonra 
xatırladıqda isə qəzasını qılmalısınız. 
Məsələ  92.  Son  dövrlərdə  geniş  yayılmış  kişi  geyimlərindən  biri  də  qeyri-
müsəlman  ölkələrində  istehsal  edilən  cinş  şalvarlardır. Onların  üzərində  istehsalçı 
şirkətin adı yazılan hansı qaydada kəsildiyini bilmədiyimiz dəri parçalardan ibarət 
emblemlər tikilir. Belə geyimlərlə namaz qıla bilərikmi? 
Cavab: Bəli. 


 
55 
Məsələ 93. Namaz  qılan  adekolonla  ətirləndikdən sonra namaz  qıla bilərmi 
və adekolon pak sayılırmı? 
Cavab: Bəli, adekolon pak sayılır. 
Məsələ 94. Mozaika və beton blokların üzərinə səcdəetmək olarmı? 
Cavab: Bəli. 
Məsələ  95.  Bəzi  səccadə-xalçaların  istehsalında  emal  nəticəsində  əldə 
olunan neft məhsullarından istifadə olunur. Həmin xalçalara səcdə etmək olarmı? 
Cavab: Səcdədə alnı onların üzərinə qoymaq olmaz. 
Məsələ  96.  Kağız  vərəqlərə,  yaxud  salfetlərə  səcdə  etmək  olarmı?  Nəzərə 
almaq lazımdır ki, onların hansı maddələrdən hazırlandığını bilmirik. 
Cavab:  Kağız  salfetlərə  üzərinə  səcdə  etməyin  doğru  olduğu  maddələrdən 
istehsal edildiyinə əmin olmayınca səcdə etmək olmaz. Kağız parçalara isə ipəkdən 
hazırlanmış olmadığı halda səcdə etmək olar. 
Məsələ  97.  Quran  qiraətinin  audio  yazılarına  qulaq  asarkən  vacib  səcdə 
ayələrini eşitsək, səcdə etmək vacibdirmi? 
Cavab: Vacib deyil. 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə