BağIŞlayan və mehriban allahin adi iLƏ


MÜXTƏSƏR FİQH TERMİNLƏRİ LÜĞƏTİ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə5/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   2   3   4   5   6   7   8   9   ...   58
azari-book-25246

MÜXTƏSƏR FİQH TERMİNLƏRİ LÜĞƏTİ 
 
Həzrət  Ayətullah  əl-üzma  Sistaninin  cavablarında  öz  əksini  tapan  bir  sıra 
fiqhi istilahların izahı aşağıdakı kimidir:
1
 
                                                           
1
 Əsərin orijinalında üç əlavə mövcuddur. I əlavə istiftaların (Həzrət Ayətullah əl-uzma Sistaniyə ünvanlanan suallar 
və onlara cavab olaraq verilən fətvaların) əlyazma nüsxəsinin fotokopiyasını əhatə edir. Ərəb dilində olan həmin 
sual-cavablar kitabın müxtəlif fəsillərində də öz əkini tapdığından oxucularımız üçün bu əlavənin lüzumsuz 
olduğunu düşündük və əsərin

Əlavələr

 hissəsində digər iki əlavənin tərcüməsi ilə kifayətləndik. 
Tərc. 


 
20 
1  –  istihbabi  (müstəhəb)  ehtiyat:  mükəlləfin  icrasından  imtina  edə  biləcəyi 
ehtiyat hökmü. 
 
2  –  vücubi  (vacib)  ehtiyat:  mükəlləf  üçün  icra  etmək  (ehtiyatın  tələbinə 
riayət  etmək)  və  ya  ələmlik
2
 xüsusunda  ardıcıllığa  riayət  etməklə  başqa  bir 
müctəhidə müraciət etmək arasında seçim imkanı tanıyan ehtiyat hökmü. 
 
3 – nəzirlə ehram: Həcc ayinini icra etmək üçün yalnız Miqat və ona paralel 
olan  məntəqələrdə  ehram  bağlamaq  olar.  Mükəlləf  Miqata  çatmamış  ehram 
bağlamaq  istəyirsə,  şəriət qaydası  ilə nəzir  edə,  məsələn,  “Allah  yolunda  (Allaha 
yaxınlaşmaq,  Onun  razılığını  qazanmaq  üçün)  filan  yerdə  ehram  bağlayacağam” 
deyə bilər. Beləliklə, həmin yer Miqat və onun ərazisi sayılmasa da, orada mührim 
ola (ehram libasını geyinə) bilər. 
 
4 – övla əhvət=istihbabi ehtiyat. 
 
5 – lüzumi əhvət=vücubi ehtiyat. 
 
6  –  istihalə  (bir  haldan  başqa  hala  keçmə):  bir  əşyanın  ürfən  (insanların 
nəzərində)  əvvəlki  əşya  hesab  edilməyəcək  dərəcədə  dəyişərək  başqa  bir  şeyə 
çevrilməsi; məsələn: ətin çürüyərək torpağa qarışması.
3
 
 
7 – istishab: öncəki mühakimə və statusun sonradan yaranan şəkkə, şübhəyə 
rəğmən  mötəbər  hesab  edilməsi  (öz  qüvvəsində  qalması);  məsələn:  öncədən  adil
4
 
şəxs kimi tanıdığımız bir nəfərin sonradan onun adilliyinə xələl gətirib-gətirmədiyi 
                                                                                                                                                                                           
1
 Hər bir elmdə olduğu kimi fiqh elmində də terminologiya ilə bağlı problemlər mövcuddur. Müxtəlif fiqhi 
terminlərə ixtisas ədəbiyyatında və eləcə də lüğətlərdə verilən izahlar bir çox hallarda terminoqrafiyanın 
tələblərinə cavab vermir. Ana dilimizdə isə fiqh terminləri lüğətinin mövcud olmaması fiqh ədəbiyyatının lazımı 
səviyyədə başa düşülməsində bir sıra əngəllər yaratmaqdadır. Bu əsərdə də verilən fiqhi terminlərin bir çoxu üçün 
azərbaycan dilində ekvivalent termin olmadığından biz də əsasən həmin terminlərin daha öncə fiqh ədəbiyyatında, 
risalələrdə öz əksini tapan və dindar oxucular üçün mənası aydın olanlarını (nəcasət, təharət, müstəhəb, ehtiyat və 
s.) olduğu kimi saxlamış, ana dilimizdə nəşr olunan fiqh ədəbiyyatında ekivalentinə rast gəlmədiyimiz terminlərin 
tərcüməsində isə təsviri üsuldan istifadə etmişik. 
Tərc. 
2
 

Ələm

 istilahının izahı üçün fiqh ədəbiyyatına, o cümlədən əməliyyə risalələrinə müraciət edə bilərsiniz. 
 
(Tərcüməçi) 
3
 Qarşılığı metamorfoza, transformasiya kimi terminlərlə öz ifadəsini tapan bu məsələ ilə bağlı daha ətraflı məlumat 
almaq üçün müfəssəl fiqh ədəbiyyatına müraciət edin. 
(Tərcüməçi) 
4
 “Adil” və “ədalət” terminlərinin şərhi üçün fiqhi əsərlərin əlaqədar bölmələrinə (o cümlədən, ictihad və təqlid, 
camaat namazı və s.) müraciət edə bilərsiniz. (

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə