BağIŞlayan və mehriban allahin adi iLƏ



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə6/58
tarix15.01.2022
ölçüsü2 Mb.
#82881
1   2   3   4   5   6   7   8   9   ...   58
azari-book-25246

Tərcüməçi) 


 
21 
sual  altında  olan  hansısa  bir  hərəkəti  nəticəsində  həmin  şəxsin  adilliyi  ilə  bağlı 
tərəddüdə  düşdükdə  (əksinə  əmin  olmayınca)  onu  əvvəlki  kimi  adil  şəxs  olaraq 
tanımalıyıq. 
 
8 – istehlak: bir maddənin (və ya cismin) əvvəlki vəziyyətindən əsər-əlamət 
qalmayacaq şəkildə başqa bir maddənin (və ya cismin) tərkibində əriməsi. 
 
9  –  ələmliyin  ehtimal  variantları:  aralarından  birinin  ələm  olduğuna  əmin 
olduğumuz,  ələm  müctəhidin  məhz  onlardan  biri  olduğunu  bildiyimiz  bir  dəstə 
müctəhid. 
 
10  –  itminan  (arxayınlıq):  əksi  aqil  insanlar  tərəfindən  həyatlarında  nəzərə 
alınmayacaq dərəcədə zəif olan güclü zənn (yüksək ehtimal). 
 
11  –  ləhv  alətləri:  insan  tərəfindən  məhz  haram  əyləncələrdə  istifadə 
olunmaq məqsədilə icad (istehsal) edilən alətlər, avadanlıqlar. 
 
12  –  tədlis:  bir  şəxsi  və  ya  əşyanı  müştəri  cəlb  etmək  və  ya  elçini  nikaha 
təşviq etmək məqsədilə olduğundan fərqli şəkildə təqdim etmək. 
 
13  –  təzkiyə:  əti  yeyilə  bilən  heyvanların  ətini  (qida  məqsədləri  üçün 
qəbulunu)  halallaşdıran  və  paklaşdıran,  əti  yeyilməməli  heyvaların  isə  ətini  və 
dərisini  paklaşdıran  (geyim  və  s.  məqsədlərlə  istifadə  üçün)  şəriətlə  müəyyən 
edilmiş qaydalar; o cümlədən: balığın sudan diri tutulması, torda və ya ov alətinin 
üstündə can verməsi; habelə, inək, qoyun, toyuq və s. ev heyvanlarının boynundakı 
dörd damarının birdən kəsilməsi ilə başının üzülməsi.  
 
14 – namazın qısaldılması: dördrəkətli namazların iki rəkət qılması. 
 
15  –  fitri  həzzalma:  bəşər  övladının  yaradılış  etibarilə  könlünü  oxşayan 
şeylərdən (cinsi istəklərlə deyil, saf duyğularla) həzz alması. 
16  –  qasir  cahil:  hansısa  bir  şəri  dəlilə  istinad  edərək  hərəkət  edən  və 
sonradan  səhv  etdiyini  anlayan,  beləliklə  vəzifəsini  bilməməsi  üzürlü  hal  hesab 
edilən şəxs. 
 
17 – müqəssir cahil: vəzifəsini bilməməsi üzürlü hal hesab edilməyən şəxs; 
məsələn: şəriət hökmlərini öyrənməkdə səhlənkarlıq edən insan. 
 
18  –  hökmü  bilməyən  və  mövzunu  (hökmün  tətbiq  olunduğu  məqamı) 
bilməyən:  hökmü  bilməyən  –  şəriətin  müəyyən  bir  məsələ  ilə  əlaqədar  ümumi 


 
22 
hökmünü bilməyən şəxs; mövzunu (hökmün tətbiq olunduğu məqamı) bilməyən – 
şəriətin hökmünün müəyyən bir məsələyə (əşyaya, vəziyyətə və s.) tətbiq olunub-
olmadığını  bilməyən  şəxs.  İkinci  hal  özü  də  iki  qismə  bölünür.  Bəzən  mükəlləf 
qarşılaşdığı  mövzunun mahiyyətini və əhatə dairəsini anlamır, məsələn: mükəlləf 
“ğina”  deyərkən  nəyin  nəzərdə  tutulduğunu  dəqiqliklə  bilmir.  Buna  “məfhum 
qeyri-müəyyənliyi”  deyilir.  Bəzən  isə  müəyyən  bir  əşyanın  fiziki  xüsusiyyətlərini 
bilmir, məsələn: qarşısındakı mayenin şərab (məstedici içki) olub-olmadığını ayırd 
edə bilmir. Buna isə “misdaq (predmet) qeyri-müəyyənliyi” deyilir. 
 
19  –  həcmli  əngəl:  suyun  dəri  ilə  təmasına  mane  olan  həcmli  cism,  yaxud 
maddə (dəstəmaz və ya qüsldə). 
 
20 – hərəc (məşəqqət): adətən (normal vəziyyətlərdə) dözülməz hesab edilən 
hal. 
 
21 – ixtisas (istifadə) hüququ: subyektin Müqəddəs Şəriət Sahibinin üzərində 
heç  bir  şəxs  üçün  mülkiyyət  hüququ  tanımadığı  obyektlərdən  istifadə  etmək 
hüququ. 
 
22 – diyə: cinayət törədənin zərərçəkən tərəfə (yaxud onun varisinə) ödəməli 
olduğu kompensasiya. 
 
23  –  rəddi-məzalim:  borclunun  qaytarmalı  olduğu,  lakin  haqq  sahibi  (borc 
aldığı,  yaxud  əmlakını  mənimsədiyi  şəxs,  yaxud  onun  varisi)  ilə  əlaqə  saxlamaq 
imkanı  olmadığından  qaytara  bilmədiyi  borcu  məbləğində  niyabətən  (onun 
əvəzinə) sədəqə verməsi. 
 
24 – zəval: günortanın başlanğıcı. 
 
25 – məfhumda şübhə: bu və ya digər bir məfhumun əhatə dairəsinin qeyri-
müəyyənliyi  səbəbilə  onunla  adlandırılan  konkret  varlığı  (əşya,  iş,  hal,  hərəkət, 
xüsusiyyət və s.) əhatə edib-etməməsi xüsusunda yaranan şübhə. Məsələn, “ğina” 
anlayışının  əhatə  dairəsinin  qeyri-müəyyənliyi  səbəbindən  bu  və  ya  digər  bir 
musiqinin “ğina” olub-olmaması xüsusunda şübhəyə düşmək. 
 
26  –  zimni  (nəzərdə  tutulan)  şərt  və  ya  öhdəlik:  müqavilənin  mətnində 
(yazılı və ya şifahi olmasından asılı olmayaraq) ifadə olunmasa da, ürfən nəzərdə 
tutulan şərt və ya öhdəlik. Məsələn, alqı-satqı müqaviləsində alqı-satqı obyektinin 


 
23 
real  dəyəri  ilə  satış  dəyəri  arasında  ciddi  fərqin  olmaması.  Belə  ki,  bu  halda 
müqavilənin  icrasından  sonra  satıcı  satdığı  əmlakın  real  dəyərinin  müqavilə 
əsasında ödənilən məbləğdən yüksək olduğunu, yaxud müştəri aldığı əmlakın real 
dəyərinin  ödədiyi  məbləğdən  aşağı  olduğunu  başa  düşərsə,  qeyd  olunan  zimni 
(nəzərdə  tutulan)  şərtin  pozulduğuna  görə  “ğəbn”  (fırıldaqçılığa  məruz  qalma) 
iddiası əsasında müqaviləni birtərəfli qaydada ləğv edə bilər. 
 
27 – şəkk: bir məsələdə üqəlanın (sağlam ağıl sahiblərinin) hər ikisini nəzərə 
aldığı (doğru ola biləcəyini düşündüyü) iki ehtimal arasında tərəddüdə düşmək. 
 
28  –  mala  ticari  dəyər  qazandıran  istehlak  keyfiyyəti:  istehlakçının  malı 
alarkən nəzərdə tutduğu keyfiyyət. 
 
29 – etina edilən zərər: ürfün (insanların) nəzərində ciddi hesab edilən zərər. 
 
30  –  mükəlləfiyyəti  ləğv  edən  zərurət:  nəzərə  alınmadığı  halda  insanın 
həyatına,  əmlakına,  yaxud  şərəf  və  ləyaqətinə  ciddi  zərər  törədə  biləcək  zərurət 
halı. 
 
31  –  iddə:  boşandıqdan,  həyat  yoldaşı  vəfat  etdikdən,  nikah  müqaviləsinin 
(müvəqqəti  nikahda)  müddəti  başa  çatdıqdan,  “vəty  əş-şübhə”dən  və  s.  sonra 
qadına evlənməyin qadağan olunduğu müddət. 
 
32 – ictimai fitnə: insanları harama (günaha) cəlb edən fitnə. 
 
33 – fəsx: əqdin (müqavilənin) ləğv edilməsi. 
 
34  –  zati  həddində  (öz-özlüyündə):  fərqli  bir  hökmün  tətbiq  edildiyi  əlavə 
şərtlər,  yaxud  sıradankənar  hallar  nəzərə  alınmamaqla  şəriətin  bu  və  ya  digər 
xüsusda verdiyi hökm. 
 
35 – işkal mövcuddur: hökm vacib ehtiyata əsaslanır. 
 
36 – təəmmül mövcuddur: hökm vacib ehtiyata əsaslanır. 
 
37 - əvəzetmə niyyəti: bir şeyin başqa bir şeylə əvəz edilməsi məqsədi. 
 
38 – deyilənlərə əsasən: hökm vacib ehtiyata əsaslanır. 
 
39 – zimmi kafir: müsəlmanların vəlisi (imamı) ilə zimmə anlaşması (cizyə 
adlanan müəyyən vergi və rüsumlar müqabilində İslamı qəbul etmədən müsəlman 
dövlətinin  ərazisində  yaşamağa  və  şəriətdə  nəzərdə  tutulan  hüquqlardan 


 
24 
yararlanmağa  imkan  verən  anlaşma 
tərc.
)  bağlayan  kafir;  dövrümüzdə  örnəyi 
mövcud deyil. 
 
40 – müahid kafir: müsəlmanlarla, yaxud müsəlmanların bir qismi ilə hücum 
etməməklə bağlı anlaşma (pakt) imzalayan kafir toplumu. 
 
41  -  əmlakı  toxunulmaz  olan  kafir:  zimmi  kafir,  müahid  kafir,  habelə 
müsəlmanlardan sığınacaq istəyən kafir. 
 
42  –  çənə:  saqqal  tükünün  bitdiyi  alt  çənə  sümükləri  (buxaq,  boyun  və 
almacıq sümükləri nahiyəsində bitən tüklər saqqal sayılmır 
tərc.
). 
 
43  -  ərin  sosial  statusuna  müvafiq  təminat:  qadının  yaşayış  ehtiyaclarının 
ərinin  sosial  vəziyyətinə  (gəliri,  rifah  səviyyəsi,  ictimai  həyatdakı  sosial  statusu 
nəzərə alınmaqla) uyğun səviyədə təmin edilməsi. 
 
44  –  qüsalə  (yaxantı)  suyu:  nəcisə  bulaşmış  (yaş  halda  toxunmuş)  əşyanı 
yuduqdan sonra ondan öz-özünə və ya sıxmaqla tökülən su. 
 
45 – şəninə layiq illik məunə (sosial statusuna uyğun illik yaşayış təminatı): 
insanın  il  ərzində  ehtiyaclarını  və  sosial  (rifah  səviyyəsi,  gəlir  və  s.)  vəziyyətini 
nəzərə alaraq yaşayış təminatı üçün xərclədiyi orta illik məsrəf meyarı. 
 
46  –  seyrəfi  (sərraf)  misqalı:  qızıl  bazarında  “misqal”  adlandırılan  və 
miqdarı qızıl satıcılarına məlum olan qızıl ölçü vahidi. 
 
47  –  məchul  əl-malik:  sahibi  məlum  olmayan,  lakin  üzərində  mülkiyyət 
hüququnu  itirmədiyi  (buna  görə  də  mənimsənilməsinə  icazə  verilməyən)  əmlak 
predmeti. 
 
48  –  miqata  paralel  ərazi:  biri  Məkkədən,  digəri  isə  miqatlardan  hər  hansı 
birində keçən düz bucaq (90 dərəcə) altında kəsişən iki düz xətt fərz edildikdə hacı 
həmin  düz  xətlərin  kəsişmə  nöqtəsində  üzü  qibləyə  doğru  dayandıqda  “miqata 
paralel ərazi”də dayanmış sayılır. Burada meyar ürfün həmin ərazini miqata paralel 
hesab etməsidir və dəqiq hesablama aparmağa ehtiyac yoxdur. 
 
49 – məşhur: hökm vacib ehtiyata əsaslanır. 
 
50  –  meyar:  şəriət  hökmünün  əsaslandığı  məqsədəuyğunluğu  və  ya 
fəsadtörədiciliyi müəyyən edən məqamlar. 


 
25 
 
51 – ləhv məclislərinə uyğun musiqi: eyş-işrət məclislərində, haram əyləncə 
yığıncaqlarında ifa olunan və dinlənilən musiqi. 
 
52  –  nüşuz:  qarşı  tərəfin  hüquqlarına  riayət  etməmək  (bir  qayda  olaraq 
nikahın  tərəfləri  –  ər-arvad  arasındakı  münasibətlərdə  müşahidə  olunan  hüquq 
pozuntularına şamil olunur). 
 
53  –  mütləq  qürbət  niyyəti:  bu  və  ya  digər  cəhətini,  keyfiyyətini  nəzərə 
almadan bir işi Allaha yaxınlaşmaq niyyətilə icra etmək (məsələn, namazı qəza və 
ya əda niyyəti ilə deyil, mütləq qürbət niyyəti ilə icra etmək kimi). 
 
54 – vəty əş-şübhə: qəsdən deyil, bilmədən, haram olduğu halda halal hesab 
edərək, başqa sözlə şəriət tərəfindən doğru, məqbul hesab edilməyən nikahı doğru 
hesab edərək cinsi əlaqədə olmaq. 
 
55  –  vəli:  İslam  şəriətinə  müvafiq  olaraq  azyaşlılara,  əqli  çatışmazlıqdan 
əziyyət  çəkənlərə,  yaxud  bütövlükdə  müsəlman  cəmiyyətinə  qəyyumluq 
səlahiyyətinə malik olan şəxs. 
 
56  –  işkala  rəğmən  vacibdir:  mükəlləf  bu  və  ya  digər  bir  işin  icrasının 
vacibliyini göstərən bu fətvanı yerinə yetirməlidir. 
 
57  –  təəmmülə  rəğmən  vacibdir:  mükəlləf  bu  və  ya  digər  bir  işin  icrasının 
vacibliyini göstərən bu fətvanı yerinə yetirməlidir. 
 
58 – kifayi vacib: başlanğıcda icrası hər kəsə vacib olan, lakin bir və ya bir 
neçə  şəxsin  icra  etməsilə  başqalarının  öhdəsindən  götürülən,  bununla  belə  hamı 
tərəfindən icrasından imtina edildiyi halda hamının əzaba layiq görüldüyü bir iş. 
 
59 – işkala rəğmən icazə verilir: bu və ya digər bir işin icrasına icazə verilir, 
lakin istihbabi (müstəhəb) ehtiyat çəkinməyi tələb edir. 
 
60  –  təəmmülə  rəğmən  icazə  verilir:  bu  və  ya  digər  bir  işin  icrasına  icazə 
verilir, lakin istihbabi (müstəhəb) ehtiyat çəkinməyi tələb edir. 
 

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə