Sual-cavab:
İndi isə gəlin, qeyri-müsəlman ölkələrinə mühacirətlə bağlı bir sıra suallara
Ayətullah əl-üzma Sistaninin cavabları ilə tanış olaq:
Məsələ 13. Böyük günahlardan sayılan “hicrətdən sonrakı təərrüb” hansı
anlamı ifadə edir?
Cavab: Bəzi fəqihlər bu istilahı yaşadığımız dövrdə müsəlmanın
məskunlaşdığı halda dindarlığında, imanında nöqsanların yaranacağı bir ölkədə
yaşamasına şamil edirlər. Başqa sözlə “hicrətdən sonrakı təərrüb” deyərkən
mükəlləf müsəlmanın dini bilikləri və şəriətin hökmlərini öyrənmək, müqəddəs
şəriət tərəfindən ona vacib edilən ibadətləri, işləri icra etmək, haram edilənlərdən
31
isə çəkinmək imkanına sahib olduğu bir ölkədən bütün bu imkanlardan və ya
onların bir qismindən məhrum olacağı bir ölkəyə köç etməsi nəzərdə tutulur.
Məsələ 14. Avropa, Amerika və ya hər hansı bir qeyri-müsəlman ölkəsində
məskunlaşmış bir müsəlman hiss edir ki, böyüyüb boya-başa çatdığı doğma
vətənindəki dini mühitdən get-gedə uzaqlaşır, nə Quran qiraəti, nə azan sədası
eşidir, nə də müqəddəs məkanları ziyarət edə bilir, bir sözlə belə mənəvi mühitdən
tamamilə məhrum olur. Onun öz yurdundakı belə İslami dəyərlərin hakim olduğu
mühitdən, o cümlədən xeyirli işlərdən uzaqlaşması dindarlığında nöqsan hesab
edilirmi?
Cavab: Bu (sözügedən gözəl və xeyirli işlərdən uzaq qalmaq) həmin
ölkələrdə məskunlaşmağı haram edəcək bir nöqsan sayılmır. Lakin dini dəyərlərin
hakim olduğu mühitdən uzaqlaşmaq bəzən zaman keçdikcə insanda bir sıra vacib
əməllərin icrasından imtina və günaha yol vermə hallarına məhəl qoymayacaq
dərəcədə imanın zəifləməsinə gətirib çıxarır. Mükəlləf müsəlman sözügedən
ölkələrdə yaşadıqca dindarlığında bu dərəcədə nöqsanların yaranacağından
qorxarsa, orada yaşamağa davam edə bilməz.
Məsələ 15. Avropa, Amerika və digər qitələrdə yerləşən qeyri-müsəlman
ölkələrində yaşayan şəxslər müsəlman dövləti olan öz vətənində yaşayacağı halda
rastlaşmayacağı bir sıra haram və günahlarla qarşı-qarşıya qalırlar. Belə ki, həmin
ölkələrdə mövcud olan yaşayış şəraiti onları istəmədikləri halda belə haramlara
sürükləyir. Bu vəziyyət dindarlıqda çatışmazlıq sayılırmı və həmin ölkələrdə
məskunlaşmağın haram olmasına səbəb olurmu?
Cavab: Bəli, nəzərdə tutulan günahların arada-sırada qarşıya çıxan və
təkrarlanmayan kiçik günahlardan olduğu hallar istisna olmaqla, təsvir edilən
vəziyyət dindarlıqda çatışmazlıq sayılır və həmin ölkələrdə məskunlaşmağın haram
olmasına səbəb olur.
Məsələ 16. “Hicrətdən sonra təərrüb”ü mükəlləfin dini bilik və
məlumatlarının
zəifləyəcəyi,
cəhalətə
daha
çox
meyillənə
biləcəyi,
məlumatsızlığının daha da artacağı bir ölkəyə köçməsi kimi başa düşdük. Bu o
deməkdir ki, şəriət mükəlləfin üzərinə həmin ölkələrdə zaman keçdikcə dini
32
biliklər xüsusunda məlumatsızlığının artmaması üçün daha diqqətli olmaq
vəzifəsini qoymuşdur?
Cavab: Belə gücləndirilmiş diqqətdən imtinanın dindarlıqda daha öncə
açıqlanan dərəcədə nöqsanların yaranmasına yol açacağı təqdirdə daha artıq diqqət
və imanı qoruma cəhdləri zəruridir.
Məsələ 17. İslami dəyərləri təbliğ edən, özü də bu dəyərləri qorumağa
çalışan bir insan qeyri-müsəlman ölkələrində qadınların geyim tərzi kimi cəmiyyət
həyatında mövcud bir sıra hallarla əlaqədar olaraq daha artıq haramlarla üzləşməli
olarsa, belə ölkələrdə yaşamaq ona haram sayılırmı və dini-mənəvi dəyərlərini
yaymaq işini dayandıraraq öz vətəninə dönməlidirmi?
Cavab: Tədricən böyük günahlara rəvac verməyəcəyinə əmin olduğu halda
bəzən kiçik günahlarla üzləşməsi orada məskunlaşmasının, yaşamasının haram
olmasına səbəb olmaz.
Məsələ 18. Mühacir övladlarının dindarlığı ilə bağlı nöqsanların yarana
biləcəyindən qorxarsa, sözügedən ölkələrdə məskunlaşması haram sayılırmı?
Cavab: Bəli, eynilə öz din və imanı ilə bağlı hökmdə olduğu kimi.
Məsələ 19. Avropa, Amerika və digər qeyri-müsəlman ölkələrində
məskunlaşan müsəlmanlara vacibdirmi ki, Qurani-Kərimin və şəriətin dili olan
ərəb dilini övladlarına öyrətsinlər. Belə ki, ərəb dilini bilməmək gələcəkdə onların
bu dildə qələmə alınan şəriətin əsas mənbələri hesab olunan əsərləri oxuyub anlaya
bilməmələrinə, nəticə etibarilə isə dini bilik və məlumatlarının zəifləməsinə və
dindarlıqlarında nöqsanların yaranmasına səbəb olacaqdır.
Cavab: Ərəb dilini yalnız dini fərizələrinin (ibadətlərinin) icrası üçün,
məsələn vacib namazlarında Fatihə və daha bir surənin, eləcə də zikrlərin düzgün
tələffüzü üçün gərəkli olan qədər öyrənmələri vacibdir. Başqa bir dildə ehtiyac
duyduqları dini bilikləri mənimsəmək, şəri vəzifələrini öyrənmək imkanı olduğu
təqdirdə ərəb dilini daha mükəmməl şəkildə öyrənmək onlara vacib deyil. Lakin
təbii ki, onlara Qurani-Kərimi öyrətmək təqdirəlayiq bir işdir. Hətta daha yaxşı olar
ki, İslam maarifini, mədəniyyətini onun təməl mənbələrindən, hər şeydən öncə isə
Qurani-Kərimdən, Peyğəmbərin (s) sünnəsindən və Əhli-beytin (ə) dəyərli
33
kəlamlarından öz orijinal dilində öyrənmək imkanına sahib olmaq üçün ərəb dilini
onlara mükəmməl şəkildə öyrətsinlər.
Məsələ 20. Bir müsəlman yaşadığı qərb ölkəsi ilə müqayisədə bir sıra
iqtisadi çətinliklərlə üzləşəcəyini bildiyi halda onun həmin ölkəni tərk edərək
məskunlaşmaq imkanına sahib olduğu bir müsəlman ölkəsinə mühacirət etməsi
vacibdirmi?
Cavab: Həmin qərb ölkəsində mühacirət həyatı sürdükcə dindarlığında
öncəki məsələlərdə göstərilən dərəcədə nöqsanların yarana biləcəyindən qorxması
istisna olmaqla, vacib deyil.
Məsələ 21. Qeyri-müsəlmanları İslama çağırmaq, yaxud qeyri-müsəlman
ölkələrində yaşayan müsəlmanların dini inanclarını gücləndirmək istiqamətində
fəaliyyət göstərmək imkanına sahib olan və öz dindarlığında nöqsanların
yaranmayacağından əmin olan bir müsəlmana dinini (onun təlim və dəyərlərini)
yaymaq vacibdirmi?
Cavab: Bəli, bu iş ona və eləcə də bu imkanlara sahib olan bütün şəxslərə
kifai vacibdir.
Məsələ 22. Müsəlman başqasının passportunu satın ala, yaxud başqa bir
ölkəyə keçə bilmək üçün passportdakı şəkli dəyişdirməklə sözügedən sənədi
saxtalaşdıraraq həmin ölkəyə daxil olduqdan sonra məsul şəxslərə (orqanlara) bu
barədə məlumat verə bilərmi?
Cavab: Biz buna izin vermirik.
Məsələ 23. Qeyri-müsəlman ölkələrində mövcud olan, küçədə, məktəbdə,
televiziya ekranlarında və s. rast gəlinən İslam dəyərlərinə zidd hallar nəzərə
alınmaqla həmin ölkələrdə yaşamaq olarmı? Onu da nəzərə almaq lazımdır ki,
mükəlləf hər hansı bir müsəlman ölkəsinə mühacirət edə bilər. Lakin bu mühacirət
onu məskunlaşma, maddi zərər (gəlir azlığı), dünyəvi işlərdə çətinliklər və daha
aşağı rifah səviyyəsi kimi problemlərlə qarşı-qarşıya qoyacaqdır.
Bəs həmin ölkələrdə yaşamağa icazə verilmədiyi halda müsəlman mühacir
orada yaşamağa davam edərək (daha əlverişli bir mühit yaratmaq üçün)
34
müsəlmanlar arasında dini təbliğat, maarifləndirmə işləri apara, onlara dinin vacib
göstərişlərini və yasaqlarını xatırlatmaq istiqamətində səy göstərə bilərmi?
Cavab: Həmin ölkələrdə məskunlaşmaq onun özünün və ailə üzvlərinin şəri
vəzifələrini icra etməsinə hal-hazırda və eləcə də gələcəkdə əngəl törətməyəcəyi
halda o ölkələrdə yaşamaq haram deyil. Əks təqdirdə isə təbliğat işləri ilə məşğul
olsa belə, həmin ölkələrdə yaşaması doğru deyil. Allah (hər şeyin doğrusunu)
biləndir.
Dostları ilə paylaş: |