Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə1/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
  1   2   3   4   5   6   7   8   9   ...   77


Bağırov Əlisalam 
BAŞLANĞICDAN 
BAŞLANĞICA VƏ YA
RUHUN KEÇDİYİ YOL


Redartor: Fəxrəddin Ağazadə, fəlsəfə elmləri doktoru 
Korrektor: Ceyran Abbasova
Bağırov Əlisalam Məmi oğlu 
BAŞLANĞICDAN BAŞLANĞICA VƏ YA 
RUHUN KEÇDİYİ YOL
Bakı, Qanun Nəşriyyatı, 2015, 240 səh.
Qanun Nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
www.fb.com/Qanunpublishing
www.instagram.com/ Qanunpublishing
İSBN 978-9952-36-091-2
© 
Bağırov Əlisalam
, 2015
© Qanun Nəşriyyatı, 2015


3
Kitab  “Ekstrasens,  sən  kimsən?”,  “Başlanğıcdan  
başlanğıca  və  ya  ruhun  keçdiyi  yol”  və  “Ruhlar  aləmi 
özü də bir dünyadır, ruhlar aləminin öz qanunları var” 
adlandırılan üç fəsildən ibarətdir. 
Kitabda bu sualların hər biri ətrafında müəllifin fəl-
səfi  düşüncələri  əks  etdirilmiş,  kainatdan  o  yana  olan  
dünyanın sirləri açıqlanmışdır. 
Kitab  filosoflar,  sadə  oxucular  və  düşünən  beyinlər 
üçün nəzərdə tutulmuşdur. 


Mündəricat
Ön söz ..................................................................5
I FƏSİL. 
Ekstrasens, sən kimsən? ....................................8
II FƏSİL. 
Başlanğıcdan başlanğıca və 
ya ruhun keçdiyi yol ..........................................180
III FƏSİL. 
Ruhlar aləmi özü də bir dünyadır, 
ruhlar aləminin öz qanunları var .....................220
Kainatdan o yana ...............................................238


5
Ön söz
Qarşımda Əlisalam Bağırovun «Başlanğıcdan başlanğıca və ya 
ruhun keçdiyi yol» əsərinin əlyazması dayanıb. Düşündürücü adı 
olan bu əsəri böyük acgözlüklə oxudum, indiyə qədər məni düşün-
dürən, narahat edən bir çox suallara bu əsərdə cavab tapdım. İndi 
isə növbə ilə insan – Allah – mühit arasındakı əlaqəni, bu üçlükdə 
kimlərin  və  nəyin  vasitə  olduğunu  müəllifin  dili  ilə  qısa  şəkildə 
icmallaşdıraq.  Əsər  «Ekstrasens,  sən  kimsən?»,  «Başlanğıcdan 
başlanğıca və ya ruhun keçdiyi yol» və «Ruhlar aləmi özü də bir 
dünyadır, ruhlar aləminin öz qanunları var» adlandırılan üç fəsil-
dən ibarətdir. Birinci fəsildə müəllif insanın dünyaya gəlişi, onun 
mühitdə formalaşması, insan orqanizminin quruluşu, bədən və ruh 
haqqında mülahizələr irəli sürərək, səbəb-nəticə və əkslikliklərin 
vəhdəti fəlsəfi kateqoriyalarından istifadə edərək insanın və ekstra-
sensin mahiyyətini açıqlayır və qeyd edir ki, ən ali varlığın yarat-
dığı mükəmməl quruluşlu insan öz şəxsi keyfiyyətlərini müəyyən 
qədər düşdüyü mühitdə formalaşdırsa da insan həyatında müəyyən 
fiziki özəlliklərin də öz yönləri var. İnsan Yer kürəsində Uca Yara-
danın yaratdığı ən ali varlıq olduğundan ona öz ruhunu vermişdir, 
məhz bu ruh sayəsində insan Böyük Yaradana qovuşmağa çalışır. 
Bu qovuşmada ən böyük vasitəçi kimi müəllif ekstrasensləri görür. 
Ekstrasens başqalarının ruhuna və bədəninə nüfuz etmək qabiliy-
yətinə malik olan təmiz, əxlaqlı, ağıl səviyyəsinə görə ümumi şüur 
səviyyəsindən  yuxarı  olan  şəxslər  adlandırılır.  Ekstrasens  ən  ali 
varlıq Uca Yaradan tərəfindən mükafatlandırıldığından, müəllifin 
fikrincə, ekstrasenslik üçün aşağıdakı beş əsas şərt ödənilməlidir: 
1) təbiətin verdiyi müəyyən qabiliyyət; 2) təbiətin verdiyi payla 
həyatda qazandığı biliklər sayəsində şəxsin müəyyən səviyyəli təh-
rik etmək bacarığı; 3) zəhmətsevərlik, güclü iradə, həyat təcrübəsi 
və biliklər əldə etmək; 4) ədalətli olmaq və daxilində tamah, paxıl-
lıq hissinin olmadığına əmin olmaq; 5) ən ali varlığın yəqinliyinə 
şübhəsiz inanmaq.


6
Ekstrasensləri  xarakterizə  edən  müəllif  qeyd  edir  ki,  ekstra-
senslərdə  zəhmətlə  əldə  edəcəklərindən  başqa  Allah  vergisi  də 
olmalıdır.  Ən  əsası  isə  onlar  sınanmış  olmalı, Allahın  etimadını 
doğrultmalı, insanların sınağından pak, üzü ağ çıxmalı, ağılları his-
siyyatlarından üstün olmalı, ali varlığın qanunlarına riayət etməli, 
müraciət edənlərdə inam hissi yaratmalı, insanların xoşbəxtliyi və 
sağlamlığına çalışmalıdırlar. 
Ən  maraqlı  məqamlardan  biri  də  ondan  ibarətdir  ki,  müəllif 
əsərdə bəşər övladının xoşbəxtliyi və ruhunun təmizləməsi, ağılın 
hissiyyat üzrə üstünlüyü, ruhun qaranlıq deyil, parlaq nura çevril-
məsi üçün insana müraciətlər edir ki, bunlar da hədsiz ibrətamiz və 
filosofanədir. Məsələn: 
ey insan, bəşəriyyətə xidmət et;
– ey insan, xeyirxah əməllərinlə öz xoşbəxt taleyini özün yaz
– ey insan, bütün kainat sənin vətənindir
– ey insan, ruhunun gücündən istifadə et
– ey insan, ləkəli qəlb sahibi olmaqdan qorun
– ey insan, öz yaxşı əməllərinlə öz şəxsiyyətini, nüfuzunu qoru. 
Əsl insan ol, qoy səni bir vaxt xatirələrdə yaxşı əməl sahibi kimi 
yad etsinlər; 
– ey insan, yalnız özün üçün yaşama və s.
«Başlanğıcdan başlanğıca və ya ruhun keçdiyi yol» adlandı-
rılan ikinci fəsildə müəllif yaşanan hər bir şeyin başlanğıcı və sonu 
olduğunu,  yalnız  ali  varlığın  əbədi  olduğunu,  bütün  mövcudluq-
ların 0 (sıfır) surəti ilə 300 000 km\san surəti arasında yaşadığını, 
0-dan  aşağı  surətdə  tam  sükunət  halı  yaranmasını,  300  000  km\
san-dən yuxarı sürətdə isə məsafə və zaman anlayışının itdiyini, 
deməli, obyekt – mövcudluğun yox olduğunu əsaslandırır, yəni əs-
lində bu yerdə ruhlar aləmi məskunlaşır. Müəllifin fikrincə, ruh – 
varlığın potensial enerjisinin, həmin varlığın mühitə uyğunlaşması 
nəticəsində formalaşan xarakterindən topladığı həyat təcrübəsinə 
əsasən yeni inkişaf mərhələsidir, şəxsiləşmiş varlıqdır. Ruh, eləcə 
də hər hansı bir varlığın müəyyən tamamlanmış quruluşdakı ak-
tivlik dərəcəsindən doğan və həmin varlığı onun imkanı daxilində 



Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə