Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə14/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   ...   10   11   12   13   14   15   16   17   ...   77

43
odur ki, hər dövr üçün insanların ümumi şüur səviyyəsi olmuşdur, 
yəni bəşəriyyət inkişaf edir. Lakin bəşəriyyətin inkişaf yolu insan-
ların ümumi şüur səviyyəsi ilə pillələnir. 
Haradasa ilk insanlarla indiki insanların bədən quruluşu arasın-
da, o cümlədən də imkanları arasında elə böyük fərq yoxdur. Yəni 
əslində onların şüuru arasında elə ciddi fərq yoxdur. İbtidai insan 
öz gündəlik həyatında o zaman üçün məqsədlərini təmin edən hə-
yat təcrübəsi öyrənirdi, indiki insan öz məqsədlərini həyata keçir-
mək üçün müasir həyat təcrübəsini öyrənir. Fərq ondadır ki, indiki 
insanlar üçün bəşəriyyətin uzun illərdən bəri əldə etdiyi həyat təc-
rübəsinin biliklər toplusu mövcuddur. Hər bir insan daha axtarışda 
olmadan  bu  biliklər  toplusunu  öyrənib  daha  kamilləşər.  Deməli, 
ibtidai insanlarla indiki insanlar arasındakı fərq onların ağıl səviy-
yələrində ola bilər. Yəni müasir insanın öyrənmək imkanı ibtidai 
insanın öyrənmək imkanından çoxdur. Lap sadə bir misal. Tutaq 
ki, ibtidai insanın yeni doğulmuş körpəsi indi tərbiyə olunur. İllər 
keçəcək o körpə bizim indiki nəslin uşaqlarından ağıl fərqi ilə se-
çilməyəcəkdir. Deməli, bəşəriyyətin keçdiyi yolda əldə etdiyi ye-
ganə sərvət biliklər toplusudur ki, ibtidai insanla müasir insan ara-
sındakı fərq də bu biliklər toplusunun nəticəsində ola bilər. İbtidai 
insan hər cür zəhmətə qatlaşsaydı da bizim indiki səviyyəyə çata 
bilməzdi, olsa-olsa öz əsrdaşlarının ümumi şüur səviyyəsini müəy-
yən qədər qabaqlaya bilərdi. Lakin müasir insan lazımi şəraitə düş-
məsə ibtidai insan səviyyəsində ən zəruri tələbatını ödəyər, bir az 
da instinktlə bağlı həyat keçirər. Lakin müasir insanların elələri də 
vardır ki, öz əsrdaşlarının şüur səviyyəsini xeyli ötüb keçmişdir, 
hətta  müxtəlif  sahələrdəki  belə  üstünlükləri  onu  dahilik  həddinə 
çatdırmışdır. 
Deməli, belə bir fikir söyləmək qanunauyğundur ki, hər döv-
rün öz dahiləri və dəliləri olmuşdur. Dəlilik – müxtəlif səbəblər-
dən təcrübənin yanlış qavranılmasıdır. Bunu müxtəlif səbəblərdən 
bədənin quruluşunun normal olmamasından yaranan ümumi şüur 
səviyyəsindən  aşağı  olması  ilə  qarışdırmaq  olmaz.  Təcrübənin 
qavranıla bilmək imkanını nisbi olaraq sıfır qəbul etsək, onda da-


44
hiliklə  dəlilik  sıfırdan  başlayaraq  çevrə  əmələ  gətirə  biləcək  iki 
yarımkürənin əks qütbləridir. İnsanların ümumi şüur səviyyəsi isə 
hökmən sıfırdan müsbətə doğru olan və daim irəliləyən müəyyən 
bir vəziyyətdir. 
Dahilərin əldə etdiyi imkanlara görə onların böyüklüyü sonsuz 
olduğu kimi, dəlilərin də həyat təcrübəsinin yanlış qavranılmasın-
da  daha  çox  yanlışlığı  və  bu  yanlışlığın  imkan  daxilində  həyata 
tətbiqi sonsuz ola bilər. Lakin dəlilər üçün hər hansı bir yanlışlığı 
həyata keçirməyə mane olan dəmir barmaqlıqlarsa, dahilərin ye-
ni-yeni kəşflər etməsi üçün maneə öz sirlərini gizlətmək istəyən ən 
müxtəlif səbəblərdir. 
Ən  müxtəlif  sahələrdə  səbəb-nəticə  ardıcıllığının  daha  geniş 
əhatəsini öyrənməklə bəşəriyyətin bilik həddini ötüb keçən kəslər 
dahidir. Dahilər sözsüz ki, öz kəşflərinin nə üçün istifadə ediləcə-
yini öz düşüncələrinə rəğmən anlayırlar. Lakin dahilərin nailiyyət-
lərindən çox vaxt siyasətdə də, iqtisadiyyatda da məqsədli istifadə 
edilir. Bu da o nailiyyətlərdən istifadə edən kəslərin səviyyəsindən 
asılıdır. Dahilik illərlə öyrənilən biliklər toplusundan və istedaddan 
əldə olunan nəticədir. Hər bir normal kəs istəsə ən müxtəlif sahələr-
də bəşəriyyətin əldə etdiyi bilik təcrübələrini bacarığı daxilində öy-
rənə bilər və insanların ümumi şüur səviyyəsini qabaqlaya bilər. 
Deməli, müəyyən qədər qabiliyyətə malik kəslər faydalı zəhmətlər 
hesabına öyrənilən bilik və təcrübə ilə dahilik səviyyəsinə yüksələ 
bilərlər. 
Dahiliyin  son  həddi  yoxdur,  lakin  onun  yolu  spiral  şəkillidir. 
Dahilər ola bilsin ki, bir və ya bir neçə dəfə insanların ümumi şüur 
səviyyəsinə yaxın, lakin çox-çox üstün bir mərhələdən keçib gedə 
bilərlər. Dahilər ona görə əbədiyaşardırlar ki, onların fikirləri öz 
dövrləri  üçün  ən  qüvvətli  və  təkanverici  olub  zamanı  müəyyən 
hədd daxilində qabaqlayan olur. 
Dahilərin  nailiyyətləri  müəyyən  zaman  mərhələsindən  son-
ra  ötüb  keçilə  bilinər,  bu  bəşəriyyətin  irəliyə  doğru  inkişafından 
yaranan bir aksiomdur, lakin müəyyən bir dövrdə yaşayıb öz əsr-
daşlarını zamanın qalın pərdəsini götürməklə daha uzaq gələcəyə 


45
yaxınlaşdırmaq səyinlə faydalandırmaq heç vaxt unudulmayan bir 
həyatdır. 
Ən  ibtidai  insanların  da  öz  dövrünə  görə  dahiləri  olub,  quyu 
qazıb öz ovunu ora salan, ilk nizə ucluğu düzəldən, atı əhliləşdirən 
və  sairə.  Bütün  bunlar  zamanın  tələbatından  doğan  kəşflər  idi. 
Müəyyən bir şey icad olunandan sonra asan görünür. Lakin icad 
olunmayana qədər onun varlığı haqqında məlumat olmadığından 
onu icad etmək çətin olur. Lakin insanın gündəlik ehtiyaclarından 
doğan tələbatı onu öz ehtiyaclarını daha asan ödəmək üçün axtarış-
lar aparmağa məcbur edir. Bu axtarışların yekunu isə hökmən yeni 
kəşflər olmalıdır. Deməli, insan varsa, onun dahiləri də olmalıdır. 
Ümumiyyətlə, dahilik öz səviyyəsində dərrakə sahiblərinə məx-
sus bir haldır. Hər bir insanın xarakteri və düşdüyü mühit onun dün-
yagörüşünü formalaşdırır və hər bir kəsin ağılı öz mühitinin məhsulu 
olur. 
Ən çox ailədə, sonra məktəbdə və küçədə əldə etdiyi biliklər 
insanın ağılının təməl daşlarıdır. Hər kəsin dünyaya və hadisələrə 
baxışı, öz ağlına görə olur. 
Hər kəs üçün öz ağlı yaşadığı anda ən son nəticə olduğundan 
, hər bir kəs öz fəaliyyətini ən ağıllı hesab edir. Lakin bəzən yax-
şı nəticə əldə etməyəndə, ya da kiminsə eyni hal üçün əldə etdiyi 
nəticələr daha yaxşı olanda, insanlar öz səhvlərini anlayır və ağıl-
sız hərəkətlərini daxilən öz-özlərinə etiraf edirlər, həm də ağılsız 
hərəkətin etirafı hökmən insanda peşmançılıq və təəssüf hissi do-
ğurur. Lakin hər hansı bir hərəkət edilən an onu edən kəs tərəfindən 
ağıllı bir hərəkət kimi düşünülür və ya ən azı haradasa bir ümid 
işığına sığınmağın mümkünlüyünə inanılır. Ümumən götürdükdə 
isə öz nöqsanlı və nöqsansız cəhətləri ilə birgə hər kəs özünü dahi 
hesab edir. 
Mümkündür ki, bir fərd özünün dahisi ola bilər, yəni özü üçün 
hər zaman həyat təcrübəsi və yeni nailiyyətlər qazana bilər. Hər 
insan özü üçün dahidir, bəşəriyyətin dahisi olmaq üçün bütün in-
sanların dahisi olmaq lazımdır. Çünki dünya böyük və geniş, in-
sanlarsa çoxdur, hər bir kəs də özünü özü üçün dahi sanır. Deməli, 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə