Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə4/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   2   3   4   5   6   7   8   9   ...   77

13
baş verməməsi üçün hər hansı bir gördüyün işin anlaşıqlı tərəfin-
dən istifadə et. 
İnsan öz fiziki quruluşunun imkanları daxilində onu əhatə edən 
maddi aləm haqqında müəyyən məlumatlara malikdir. Bu imkanlar 
daxilində əldə edilən məlumatlar isə heç vaxt insanı tam təmin edə 
bilməyib və edə də bilməz. Ümumiyyətlə, insan hələ indiyə qədər 
özü-özünü tamamilə dərk edə bilməmişdir. Bəlkə də hələ müəyyən 
zaman həddinə qədər beləcə olacaqdır. Ancaq aydınlaşdırılmalı bir 
çox şeylər var ki, biz onları bilməliyik. 
İnsan bədən və ruhdan ibarətdir. Elektrik sahəsini öyrənərkən 
biz  materiyanın  xüsusi  bir  növünə,  hərəkətin  Nyuton  mexanika-
sının  qanunlarına  tabe  olmayan  növünə  təsadüf  edirik.  Elektrik 
sahəsinin kəşfi ilə əlaqədar olaraq elm tarixində ilk dədə dərin bir 
ideya meydana gəlir: – materiyanın müxtəlif növləri mövcuddur və 
onların öz qanunları vardır. 
Ümumiyyətlə götürdükdə isə, dünya varlıqları iki yerə bölünür: 
– onların bəzilərində mövcudluğun bir növ xassəsindən artıq imkan 
yoxdur və onlar mövcudluğun digər növləri ilə birləşə bilmir, yalnız 
öz-özü ilə birləşə bilir. Digərlərində isə yenə də mövcudluğun bir 
xassəsi var, ancaq onlar bir-biri ilə birləşmək iqtidarına malikdirlər. 
Bu cür birnövlü xassəyə malik olan mövcudluqlar çox olduğu üçün 
onlar ən müxtəlif şəkildə birləşib bizi əhatə edən rəngarəng maddi 
aləmi yaratmışlar. Ancaq burada ikinci bir tərəf də var, bu çoxcinsli 
birləşmələrə ümumi halda mövcudluğun bir növ xassəsindən artıq 
imkanı olmayan mövcudluq nüfuz edə bilər. Bir sözlə, ondan özü 
üçün bir örtük qatı kimi istifadə etməklə o, çoxcinsli birləşmələrin 
tutduğu formaların imkanlarından vasitə kimi, bir alət kimi istifa-
də edir. İnsanda bu çoxcinsli birləşmə bədən, bir növ xassədən ar-
tıq imkanı olmayan isə ruhdur. Ruh əbədi olduğu üçün insan həyatı 
əbədi ruhun müəyyən zaman həddində keçdiyi yolda istifadə etdiyi 
bir vasitədir. Ola bilsin ki, ruh sonra başqa bir bədəndə qərarlaşıb 
məskunlaşsın. Əslində burda ruh kimi işlətdiyimiz ifadə ən ali varlı-
ğın zərrəsi, parlaq nur, ruhun mayasıdır. Hər hansı bir varlığın ruhu 
isə artıq şəxsiləşmiş bir formadır. Yəni insanın bədəninə ilkin daxil 


14
olan ruhun mayası təmiz enerjidir. O enerji insanın yaşam müddəti 
ərzində həyat təcrübəsi toplayır və insan dünyasını dəyişəndə artıq 
şəxsiləşmiş formada, ruh adlanan bir yaşantı şəklində öz dünyasına 
qovuşur. 
İnsan olmaq hələ sənin əbədi həyatının müəyyən mərhələsidir, 
bu mərhələni keçmək üçün isə bəzən bir ömür belə bəs etmir. İnsan 
daha çox bilik və təcrübə əldə etdikcə onun dünyaya baxışı tədri-
cən dəyişir, zamana nüfuz etmək qabiliyyəti güclənir, o özü üçün 
yeni bir dünya kəşf edir və bu yeni dünya ilə tanışlıq zamanı insan 
hiss  edir  ki,  zamanın  dərinliklərinə  nüfuz  etdikcə  bildiklərindən 
daha çox bilmədikləri şeylər varmış həyatda. Biliklərin məcrası ge-
nişləndikcə nəyi isə anlamaq haqqında səndə doğan sualların sayı 
ona nisbətdə həndəsi silsilə ilə artır. Ancaq insanın xoşbəxtliyindən 
biri də ondadır ki, o, həmişə, hər vaxt nəyisə öyrənməyə can atır. 
Xoşbəxt o kəsdir ki, həyat ondan fiziki və əqli imkanlarını əsir-
gəməyib. Əgər belə bir imkana maliksənsə, öz zəhmətinlə maraq 
dairəndən asılı olaraq hər hansı bir sahədə irəliləmək imkanına ma-
liksən. 
İnsanların ümumi şüur səviyyəsindən bir və ya bir neçə sahədə 
müsbət mənada seçilmək haradasa qarşında açılan yeni bir dünya 
ilə tanışlıq deməkdir. Daha çox şey əldə etmək, daha yeni bir dünya 
ilə tanışlıq isə yenə də insanın öz əlindədir, çünki o bir çox varlıq-
lardan fərqli olaraq əqlə malikdir. 
Ümumən götürdükdə normal insan maddi aləmi duymaq üçün, 
əsasən, beş duyğu orqanına malikdir. Bu duyğu orqanları vasitəsilə 
insan onu əhatə edən maddi aləmi duyur, yəni insanın öz bədəni də 
onu əhatə edən maddi aləmin bir hissəsi olduğundan xaricdən ona 
göstərilən müxtəlif həmcins fiziki təsirlərə cavab reaksiyası verir. 
Biz normal insan bədənini hər hansı mükəmməl aparat kimi qəbul 
etsək, bu aparatın qəbuledici və ötürücü kimi iş prinsipinin müəy-
yən  hüdudları  olmalıdır,  həm  də  ümumi  götürdükdə  insan  orqa-
nizmləri bir-birindən o qədər də fərqlənmir. 
İnsan  varlıq  kimi  mövcud  olduğu  müddət  ərzində  daim  ətraf 
aləmin fiziki təsirlərinə məruz qalır, yəni öz forma və məzmununu 


15
qoruyub saxlaya bilir. Nə vaxt ki, insan öz forma və məzmununu 
itirdi, yəni artıq xaricdən ona göstərilən fiziki təsirlərə müqavimət 
göstərə  bilmədi  öz  ömrünü  bir  insan  kimi  bitirmiş  olur  və  artıq 
onun hissələri ayrı forma və məzmuna çevrilir. Bu, insanın bədə-
ninin xüsusiyyətləridir, lakin bədənlə birlikdə ruh da mövcud olur. 
Ruh insanın duyğu orqanları vasitəsilə qəbul edilmiş reaksiyaları 
özlüyündə dərk edir və ona müvafiq öz xüsusiyyətlərinə uyğun ca-
vab tədbirləri görür. Bir növ xassədən artıq imkanı olmayan ruh 
bizi əhatə edən maddi aləmə birbaşa fiziki təsir göstərə bilmir. 
Ruh materiyanın elə bir növüdür ki, bizi əhatə edən maddi alə-
min tabe olduğu qanunlar ona aid deyildir. Bizi əhatə edən maddi 
aləm ayrı-ayrı varlıqlardan ibarət olan mövcudluqdur ki, bu var-
lıqlar öz mövcudluqlarını qoruyub saxlayana qədər müxtəlif fiziki 
təsirlərə məruz qalırlar. Mövcud varlıqlara olan ən müxtəlif fiziki 
təsirlər onlarda ümumi bir hal yaradır. Məsələn, hər hansı bir möv-
cudluq hər hansı bir an üçün müəyyən bir hala malikdir. Bu hal 
maddi  deyil.  Ruh  da  bizim  hiss  edə  bilmədiyimiz  incə  materiya 
növü olduğundan elə məhz bütün varlıqlara, bir növ öz həmcin-
si olan, lakin özündən fərqli olaraq bizi əhatə edən maddi materi-
ya növləri ilə əlaqəsi olan bu hal vasitəsi ilə təsir edir, onu həmin 
varlığın imkanı daxilində müxtəlif vəziyyətlərə istiqamətləndirir. 
İnsan bədən cəhətcə ən yaxşı imkanlara malik olduğu üçün, o, ruh 
vasitəsilə öz məkanında yerdə qalan bütün maddi varlıqlar üzərin-
də üstünlüyə malikdir. İnsan daha həssas olduqca, o, ruh vasitəsilə 
hər şeyə daha çox nüfuz edə bilir. İnsanın fiziki quruluşunun əldə 
edə biləcəyi imkanlar, haradasa müəyyən sərhədlər daxilində çox 
genişdir. Bizi əhatə edən maddi aləm çox geniş olduğundan və bu 
maddi aləmdə hər hansı bir mövcudluğun ən müxtəliflik səviyyə-
sində ola biləcəyini nəzərə aldıqda belə demək mümkündür ki, in-
sandan daha mükəmməl quruluşa malik ola bilən varlıqlar ola bilər 
və belə olan təqdirdə onların imkanı insanın imkanlarından qat-qat 
artıq ola bilər. 
Yerdənkənar sivilizasiyalar danılmaz deyil. Ruh ona görə hal 
vasitəsilə varlıq üzərində hökmranlıq edə bilir ki, bizi əhatə edən 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə