Bağırov Əlisalam başlanğICDAN başlanğica və ya ruhun keçDİYİ yol



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə6/77
tarix13.11.2017
ölçüsü2,64 Kb.
#10166
1   2   3   4   5   6   7   8   9   ...   77

19
Hadisələrin  nisbi  yerdəyişməsi  zamanın  axını  deməkdir.  Hər 
hansı bir hadisənin baş verməsinin müəyyən səbəbləri var və bu sə-
bəblərin yaratdığı nəticə hadisə adlanır. Hadisə artıq baş vermiş bir 
işdir. Baş vermiş hadisəni bir daha geri qaytarmaq mümkün deyil-
dir. Lakin hadisələrə münasibətdə insanın bir üstün cəhəti vardır ki, 
o öz həyatında müəyyən hadisələrin gedişini istiqamətləndirə bilər. 
Ancaq obyektiv hadisələrin gedişinə təsir birbaşa insan iradəsindən 
asılı deyildir. Baş vermiş hadisə artıq arxada qalmış bir keçmişdir. 
Müəyyən səbəblər çoxluğu hər hansı bir nəticəni yaradır, hə-
min nəticə yaranan andan səbəbə çevrilib müxtəlif səbəblər axı-
nında haradasa gələcək bir nəticənin yaranmasında iştirakçı olur. 
Hadisələrin  bir-birini  əvəz  etməsi  ardıcıllığı  belə  bir  qənaəti  qa-
nun şəklinə salır ki, gələcək hökmən gəlməlidir. Gələcək ola bilsin 
müxtəlif ali varlıqların müdaxiləsi ilə məqsədli istiqamətləndirilə 
bilər, ancaq gələcək hökmən gəlməlidir və hökmən gələn gələcək 
hökmən  o  andan  keçmişə  çevrilməlidir.  Gələcəyin  hökmən  gəl-
məsinə verilən hökm isə belə bir hökmü qanun şəkilinə salır ki, 
hərəkətsizlik  yalnız  nisbi  ola  bilər.  Hərəkətsiz  həyatın  inkişafını 
təsəvvür etmək belə mümkün deyildir. Adicə qara daş parçasının 
daxilində molekulların bizim üçün xaotik görünən hərəkəti möv-
cuddur. Mövcudluğun ən xırdalanmış hissələri son nəticədə bir növ 
xassəli mövcudluqlara çevrilirlər ki, ümumiyyətlə, kainatın yaran-
masının ilk səbəbi bu bir növ xassədən ibarət olan bəsit mövcud-
luqlardır. İlk səbəb olmuş bu bir növ mövcudluqların bir-biri ilə 
birləşə bilmək imkanı onların arasında birliyə meyil öz istəklərini 
yerinə  yetirmək  tələbatı,  bir-birinə  doğru  hərəkətə  səbəb  olmuş-
dur ki, bu da ilk səbəblərdən ilk təkanların yaranması demək idi. 
İlk təkanlar səbəb-nəticə ardıcıllığının ilk başlanğıcı və hadisələrin 
nisbi yerdəyişməsi gedişində zamana çevrilməsi deməkdir. Bütün 
bu deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, keçmiş heç vaxt 
geri qayıtmaz, gələcək hökmən gəlməlidir, hərəkətsizlik yalnız nis-
bi ola bilər. 
Səbəb-nəticə  ardıcıllığının  hər  anı  isə  keçmiş  və  gələcək 
haqqında bir növü informasiya mənbəyidir. Hər hansı bir hadisə 


20
onu yaradan səbəblərdən doğur və müəyyən səbəblərin başlanğıcı-
dır. Hər bir diqqətli şəxs asanlıqla təyin edə bilər ki, hadisə hansı 
yaxın səbəblərdən törəyib və hadisəni hansı yaxın səbəblər törədə 
bilər. Yəni müəyyən hadisələri əvvəlcədən duyub anlamaq və on-
ları müəyyən məcraya istiqamətləndirmək olar. 
Səbəb-nəticə ardıcıllığı kainatın pozulmaz qanunu deyildir, la-
kin elə obyektiv qanunlar vardır ki, onları pozmaq mümkün deyil-
dir. Səbəb-nəticədən yaranır, nəticə yaradır və səbəbə çevrilir, bü-
tün bunların həyatda dolayısı da olsa izləri vardır. Məhz buna görə 
milyon il bundan əvvəl yaşamış adicə bir kəpənəyin müəyyən an 
üçün uçuş trayektoriyasını təyin etmək olar və ya milyon il bundan 
sonra yaranacaq müəyyən varlıq haqqında bir söz söyləmək müm-
kündür. Hər ana diqqətlə yanaşmaqla, həyatda olub keçmiş bir çox 
hadisələrin üzərindən sirli pərdəni götürmək olar. 
Müxtəliflik  həyatın  bir  nömrəli  qanunudur.  Çünki  hər  an  ya-
ranan  nəticənin  özündən  əvvəlki  səbəbdən  seçilən  hansısa  xüsu-
siyyəti var. Hər qrupdakı oxşarlıqlar da bu qəbildəndir. İnsanınsa 
mövcudiyyət içərisində öz yeri var. Düzdür, onun da fiziki imkan-
ları hər bir fərddə öz xüsusiliklərinə malikdir, lakin onların düşün-
cə tərzi fiziki imkanlarından əlavə daxili tələbatlarından doğan səyi 
nəticəsində hər fərdi daha çox kəskinliyi ilə nəticələnə bilən vəziy-
yətlərə gətirib çıxarar. 
Həm də insanın haradasa fiziki xüsusilikləri onun mənəvi həya-
tına, xarakterinə müəyyən dərəcədə təsirini göstərməlidir. Hər bir 
şəxs bir fərd kimi bir-birindən fərqli xüsusiyyətlərə malikdir və bu 
xüsusiyyətlər haradasa həmin insanın şəxsi keyfiyyətləri deməkdir. 
Düzdür, insan öz şəxsi keyfiyyətlərini müəyyən qədər düşdüyü 
mühitdə formalaşdırır, lakin müəyyən fiziki xüsusiliklərin də insan 
həyatında öz yöndəmləri var. 
Hər kəsin müəyyən sahədə başqalarından nəzərə çarpacaq qə-
dər seçilə biləcək qabiliyyəti ola bilər. Lakin bu qabiliyyət tam dol-
ğunluğu ilə yalnız öz mühitində öz təsirini göstərə bilər. 
Toxum qaya parçası üzərində də cücərmək imkanına malikdir, 
lakin münbit bir torpaqdakı toxumun məhsuldarlığını, qaya parçası 


21
üzərində yaşamaq uğrunda mübarizə aparan toxumdan gözləmək 
ağılsızlıq olar. Ola bilər ki, qaya parçası üzərinə düşən toxum mün-
bit torpaq şəraitində olan toxumdan daha məhsuldar olardı, ancaq 
nə etməli ki, o, belə bir şəraitə düşməyib. İnsan da belədir, onun 
qabiliyyətinin üzə çıxması üçün şərait lazımdır. İnsanın qabiliyyəti 
üçün ilkin şərtlər bir növ ondan asılı olmayaraq verilib. Bu ilkin 
istedadlardır  ki,  özünü  müxtəlif  vasitələrlə  ən  ibtidai  formalarda 
göstərir. Ancaq insan həmişə bu ilkin təbii istedadları inkişaf etdirə 
bilirmi? Xeyr. Bəzən valideynlərin və ya ümumiyyətlə hər hansı 
tarixi şəraitin nəticəsində o, tamamilə öz ilkin təbii istedadının əksi 
olan bir yol seçməyə məcbur olur. Çoxdur belə hallar. Belə olan 
təqdirdə insan ola bilsin ki, bu sənətin dərinliklərinə yiyələnmək 
üçün səy etsin, lakin o sahədə istedadı olanı heç vaxt ötüb keçə 
bilməyəcəkdir. Ancaq əksinə sən öz istedadına uyğun bir işə meyil 
edirsənsə, o sənətdə hər kəsdən çox uğur qazanacaq və bəlkə də 
sən öz sənətinin yaradıcısı olacaqsan. Üstəlik belə vəziyyət sənin 
həyatındakı mövqeyə təsir edəcəkdir. Çünki öz sənətini incəliklə-
rinə qədər bilən kəsin, kimsələr yanında məşğul olduğu iş barədə 
çatışmazlığı olmaz ki, bu da onun mövqeyinə və hörmətinə öz təsi-
rini göstərər. Həmin şəxs hamı tərəfindən öz sənətinin bilicisi kimi 
hörmət və ehtiramla qarşılanar. 
Həyat  hər  şeyin  qiymətini  öz  səviyyəsinə  uyğun  verir.  İnsan 
unutmamalıdır ki, onun qabiliyyəti ilə məşğuliyyəti arasında uy-
ğunluq olarsa, bir insan kimi onun həyatdakı mövqeyi daha möh-
kəm  olar.  İnsanlar  isə  həmişə  həyatda  müəyyən  mövqeyə  malik 
olmaq uğrunda mübarizə aparırlar. 
Həyatda kimin hörməti olubsa, onun təmənnasız mövqeyi olub. 
İnsan robot deyildir ki, hər hansı bir yeknəsəq iş onu darıxdırma-
sın.  Nəyəsə  nail  olmaq  üçün  apardığın  mübarizədə  sənin  daxili 
tələbatının  maraqları  ən  mühüm  şərtlərdən  biridir  və  həm  də  ən 
ilkin şərtlərdən biridir. İnsanın daxili istəklərinin qarşısının müxtə-
lif vasitələrlə kəsilməsi çox böyük daxili fırtınalara gətirib çıxara 
bilər. Düzdür, burada həm bədənin, həm də ruhun sıxıntısı nəzərdə 
tutulur.  Lakin  belə  daxili  fırtınaların  mənfi  mənada  yaranmama-


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə