Bahar xanım, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə həm də müsəlman Şərqində ilk parla



Yüklə 340,09 Kb.
Pdf görüntüsü
tarix16.11.2018
ölçüsü340,09 Kb.
#79889


– Bahar xanım, Azərbaycan Xalq 

Cümhuriyyətinin yaranması ilə həm 

də müsəlman Şərqində ilk parla-

mentin əsası qoyuldu. Bu möhtəşəm 

tarixi hadisə 100 il sonra – sentyab-

rın 21-də müasir parlamentdə qeyd 

olundu. Dövlət başçısı, çoxsaylı 

parlament rəhbəri və təmsilçiləri, 

xarici qonaqlar bu möhtəşəm iclasda 

iştirak etdilər. Bir əsrlik fəaliyyətin 

və yubileyin əhəmiyyətini necə 

dəyərləndirərdiniz?

– AXC-nin Azərbaycan 

dövlətçiliyi tarixində və Azərbaycan 

xalqının taleyində möhtəşəm yeri və 

rolu vardır. Cəmi 23 ay yaşamasına 

baxmayaraq, AXC sübut etdi ki, 

Azərbaycan xalqı müstəqil yaşama-

ğa, öz dövlətçilik ənənələrini sübut 

etməyə qadirdir. Hesab edirəm ki, 

AXC-nin yaranmasının ən böyük tari-

xi əhəmiyyəti məhz budur. Ötən 100 

il ərzində Azərbaycan parlamentinin 

müxtəlif siyasi şəraitlərdə, fərqli ideo-

loji mühitlərdə fəaliyyət göstərməsinə 

baxmayaraq, sonda bütün mürtəce 

buxovlardan qurtularaq, müstəqil 

qanunverici orqan kimi həyata vəsiqə 

alması Azərbaycan xalqının azad ru-

hundan doğan məntiqi nəticədir. Xal-

qımız 1991-ci ildə öz müstəqilliyini 

bərpa etdikdən sonra parlament AXC 

ideyalarını davam etdirərək bu tarixi 

varislik missiyasını öz üzərinə götür-

müş və ulu öndər Heydər Əliyevin 

hakimiyyətə dönüşündən sonra isə bu 

proses yeni keyfiyyətdə, mütərəqqi 

ideyalar əsasında inkişaf etməyə 

başlamışdır. 

Ölkə başçısı cənab İlham 

Əliyevin sərəncamı ilə 2018-ci ilin 

ölkəmizdə “Cümhuriyyət ili” elan 

edilməsi və onun yubiley mərasimində 

söylədiyi nitqin məzmunu və qayəsi 

müstəqillik, azadlıq, demokratiya və 

milli-mənəvi dəyərlər baxımından 

cümhuriyyət ideyalarına sadiqliyin 

yüksək səviyyədə ifadəsidir.

Sizin sualınıza gəlincə isə 

deyə bilərəm ki, Azərbaycan Xalq 

Cümhuriyyətinin əhəmiyyətini bir 

müsahibə çərçivəsində araşdırmaq çox 

çətindir. 

 Lakin bu gün geriyə–yüz il 

öncəyə boylanarkən ictimai-siyasi 

şərait, Azərbaycan parlamentini elan 

etməyi şərtləndirən əsas səbəblər, 

mövcud tarixi-geosiyasi mühit üçün 

həm çətinliyin, həm də imkanların 

olduğunu görürük. Çox təəssüf ki, biz 

də qarışıq, o zaman, öz müstəqilliyini 

elan etmiş, oxşar arealda dövlət quran 

xalqların çoxu ilə eyni taleyi yaşadıq. 

Üstünlüyümüz onda oldu ki, biz bunu 

daha çox bağlı olduğumuz müsəlman 

Şərqində, İslam və türk dünyasında 

hamıdan əvvəl bəyan etdik. Bu gün 

Azərbaycan dövləti, parlamenti, onun 

keçdiyi yol, əldə etdiyi nəticələr 

haqqında danışanların Şərq və yaxud 

Qərb dünyasına aidliyindən asılı 

olmayaraq, ilk vurğuladıqları məqam 

məhz budur: Azərbaycan ilk olaraq 

demokratik cümhuriyyət quruculu-

ğuna başlayıb, dövlət atributlarını 

formalaşdırıb, parlamentini yara-

dıb və insanlar arasında minillərlə 

mövcud olmuş bərabərsizliyi aradan 

qaldırıb. İrqindən, mənsub olduğu 

təbəqədən, cinsindən, dini və siyasi 

dünyagörüşündən asılı olmayaraq, 

hamıya bərabər hüquq verib və 

seçmək, seçilmək hüququnu tanıyıb. 

Düşünürəm ki, bu, qurucu babala-

rımızın, cümhuriyyət liderlərinin, 

milli ziyalılarımızın çox çətin bir 

tarixi-siyasi şəraitdə öz üzərinə çox 

böyük bir missiya götürməsinin 

nəticəsidir. O zaman bu ideyalar 

elan olundu, lakin təəssüf ki, həmin 

prosesi sona çatdırmaq Cümhuriyyət 

qurucularına müyəssər olmadı. 

Həm kənardan, həm də daxildən 

Azərbaycanın müstəqilliyinə qarşı 

qurulmuş planlar bunun qarşısını 

aldı. İmperiya niyyətlərini həyata 

keçirmək istəyən qüvvələrin təzyiqləri 

qarşısında kifayət qədər müqavimət 

potensialı olmayan Azərbaycan 

Xalq Cümhuriyyəti duruş gətirə 

bilməyərək süquta uğradı. Bununla 

da, parlamentimiz də fəaliyyətini 

dayandırmağa məcbur oldu. Tarixdən 

bəllidir ki, o dövrdə cümhuriyyət 

qurucularının hakimiyyətdən getməsi 

müəyyən şərtlər altında olmalı idi 

və bu barədə müvafiq razılıq da 

əldə olunmuşdu. Amma bu danı-

şıqların heç birinə əməl edilmədi 

və əvəzində sovet hakimiyyətinin 

qəsbkar fəaliyyəti nəticəsində bu 

qürurverici tarixin insanların yadda-

şından silinməsi istiqamətində kəskin 

addımlar atıldı. Amma zaman hər 

şeyi öz yerinə qoyur. Yüz il keçəndən 

sonra cümhuriyyət qurucularının 

bizim üçün qoyduğu əmanətlərdən, 

yaratdığı ənənələrdən danışırıq. On-

ların fədakarlığının, qəhrəmanlığının 

nəticəsi olan və müstəqilliyini 

yenidən bərpa etmiş, demokratik 

dəyərlərinə sadiq olan, öz müstəqil 

siyasəti ilə seçilən Azərbaycandan 

danışırıq. 

– Demokratiyanın beşiyi sayılan 

əksər Avropa ölkələrində bizdən 

sonra qadınlara seçki hüququ verilib. 

Məlumdur ki, 100 il öncə AXC 

hökuməti qadınlara seçmək-seçilmək 

hüququ vermişdi. Amma bəzi xarici 

qüvvələr Azərbaycanın bu şərəfli 

keçmişini sanki görməzdən gələrək, 

ölkəmizə qarşı qara-piar kampa-

niyası aparırlar ? Bütün bunların 

səbəblərini əsasən nədə görürsünüz?

– Azərbaycan elə bir geosiyasi, 

geostrateji imkanlara malikdir ki, 

hər bir nöqtədən baxanda ölkəmiz 

müxtəlif maraq dairələrini cəlb edir. 

Təbii ki, ayrı-ayrı güc mərkəzləri və 

onların münasibətləri, apardığı siyasət 

nəticəsində dünya nizamı dəyişə 

bilir. Həmin o beynəlxalq güclər çox 

zaman, bunu demokrartiya adına 

layihələrlə pərdələməklə öz maraq-

larını irəli sürürlər və məqsədlərini 

reallaşdırmaq üçün də hər addıma 

gedirlər. Bunu 100 il öncəki tariximiz 

də sübut edir. Müsəlman Şərqini, 

türk dünyasını daim öz təsiri altında 

saxlamaq istəyən qüvvələrin ma-

rağında deyildi ki, Cənubi Qafqaz 

regionunda özünün inkişaf resursları, 

təbii sərvətləri, öz taleyinin sahibi və 

müstəqil iradəsi olan bir dövlət yaran-

sın. Bu dünyanın yenidən bölüşdürül-

düyü bir vaxtda, imperiya niyyətlərini 

reallaşdırmaq istəyən qüvvələrin 

marağında deyildi. Təəssüflər olsun 

ki, həmin proses indi də davam edir. 

Üzərindən 100 illik bir zaman ötsə 

də bu regionda öz xalqının iradəsinə 

uyğun, bərabərhüquqlu, qarşılıqlı 

tərəfdaşlığa əsaslanan münasibətlər 

quran bir xalqın, ərazicə o qədər də 

böyük olmayan, müstəqil siyasət 

yeridən bir dövlətin varlığı rahat qəbul 

edilmir. 

Tarix yeni dönəm üçün, yeni 

çalarlarla, yenidən təkrarlanmaqdadır. 

Amma bizim üçün müsbət məqam 

ondan ibarətdir ki, biz əvvəlki 

dönəmlərdə olduğu kimi zəif deyilik. 

Xalqın iradəsi də çox möhkəmdir. 

Onun içindən çıxan, istək və arzuları-

nı ifadə edən, bu istəkləri real əmələ 

çevirən liderlərimiz vardır. Ona görə 

də biz bu gün Azərbaycan dövlətinin 

uğurlarını görürük və həmin dairələr 

də bu uğurları qəbul etmək istəmirlər. 

Bilirsiniz, tarixən və günümüzdə 

baş verən hadisələri təhlil edərək, 

ümumiyyətlə, belə bir nəticəyə 

gəlmişəm ki, bu dairələr Türk-

İslam dünyasının bir parçası olan 

Azərbaycan kimi dövlətləri öz 

təsəvvürlərindəki çərçivələrə sal-

maq istəklərini reallaşdırmağa 

çalışırlar. Məsələn, deyək ki, bizim 

ölkədə səfərdə olan bəzi əcnəbilər 

Azərbaycanın gözəlliyinə, abad-

lığına və təmizliyinə qeyri-adi 

bir şəkildə heyrətlənirlər. Mənim 

qənaətimə görə isə onlar sanki öz 

təsəvvürlərindəkini deyil, fərqli 

Azərbaycanı görərək təəccüblənirlər. 

Kimin necə və hansı hisslərdən 

doğaraq dəyərləndirməsindən asılı 

olmayaraq, biz ölkəmizin müasir 

standartlara uyğun şəkildə inkişaf 

etdirmək üçün mümkün olan hər şeyi 

edəcəyik. Cənab Prezidentin təbirincə 

desək biz demokratik inkişaf yolunu 

özümüzü kiməsə göstərmək üçün de-

yil, sadəcə, bu dəyərlərə sahib olan bir 

millət olduğumuz üçün seçmişik. Biz 

yoxdan bir demokratik cümhuriyyət 

qurmuş babalarımızın varisi olaraq, bu 

yola hər zaman sadiq qalacağıq. Ona 

görə də əminəm ki, getdikcə biz bu 

rəylərin dəyişməsinin şahidi olacağıq. 

Amma düşünmürəm ki, bu qüvvələrin 

görməzlikdən gəlmək istədikləri hallar 

bitəcək. İnkişafımız, milli iradəmiz ol-

duqca, bu kimi kampaniyaların zühur 

etmə ehtimalı mümkündür. Çünki bu 

gün bir çoxlarına az tanış olan deyil, 

artıq hamının daha yaxşı tanıdığı bir 

Azərbaycan vardır. 

– Azərbaycan parlamentinin 

hazırkı beynəlxalq əlaqələri barədə 

fikriniz önəmlidir. Siz, həm də 

ATƏT Parlament Assambleyasının 

Azərbaycan nümayəndə heyətinin 

rəhbərisiniz. Bu sahədəki zəngin 

təcrübəniz sizə nə deyir? 

– Mən sizə deyim ki, Azərbaycan 

siyasi və iqtisadi cəhətdən təcrid 

şəraitində olduğu vaxtdan keçən qısa 

müddət ərzində çox böyük inki-

şaf yolu keçmişdir. Bu, ölkədaxili 

istiqamətlərdə özünü konkret şəkildə 

göstərir. Bu vəziyyət bizim daxili 

siyasətimizə də təsir edirdi. Çox qısa 

müddətdə biz bu maneəni yara bildik 

və dünya ictimaiyyətinə Azərbaycanın 

təkcə bu regionun lider dövləti deyil, 

dünya ölkələri və xalqları üçün 

çox ciddi bir tərəfdaş ölkə oldu-

ğunu sübut etdik. Bu, bizim xarici 

siyasətimizdə öz əksini tapmışdır. 

Rəsmi diplomatiya, nümayəndəliklər, 

səfirliklərlə bərabər parlamentimiz də 

bu işə öz töhfəsini verir və ikitərəfli 

əlaqələrimizin inkişafını dostluq qrup-

ları vasitəsilə davam etdirir. 

Beynəlxalq təşkilatlar 

səviyyəsində təmsilçilik Azərbaycan 

üçün çox əhəmiyyətlidir. Biz möv-

qeyimizi ortaya qoymaq, töhfəmizi 

vermək baxımından israrlıyıq. Bilirsi-

niz ki, bütün beynəlxalq parlament as-

sambleyalarında bizim daimi fəaliyyət 

göstərən nümayəndə heyətlərimiz var. 

Burada məqsədli, davamlı və məntiqi 

ardıcıllığa söykənən fəaliyyət qurulur. 

Biz beynəlxalq təşkilatların işinin 

qurulmasında bərabərhüquqlu üzv 

kimi yaxından iştirak edirik, bütün 

dünya xalqlarının qarşısına çıxan 

çağırışların, təhdidlərin nəzərə alınma-

sı üçün səylərin birləşdirilməsində 

maraqlıyıq. Azərbaycanın əldə 

etdiyi nailiyyətlərin təqdimatını 

edirik, xüsusilə, Dağlıq Qarabağ 

münaqişəsinin hələ də həll olunmama-

sını dünya ictimaiyyətinin, beynəlxalq 

təşkilatların diqqətinə çatdırırıq. 

Əvvəlki onilliklərdən fərqli olaraq 

hazırda beynəlxalq arenada ölkələrin 

ərazi bütövlüyünü, suverenliyini qo-

rumağın vacibliyini dəstəkləyən səslər 

artmaqdadır. Bu cəhətdən tək deyilik

səsimizi daha geniş siyasi arenada 

eşidirlər. Artıq hər kəs Azərbaycanın 

birmənalı mövqeyini anlayır. Bu 

baxımdan, Azərbaycan parlamenti-

nin fəaliyyəti xarici siyasətimizdə 

mühüm yer tutur. 80-dən artıq ölkə 

ilə əlaqədar dostluq qrupları fəaliyyət 

göstərir. Qarşılıqlı səfərlər, tədbirlər, 

əməkdaşlıq zəminində əlaqələr ümumi 

mövqelərimizi gücləndirir. 

Onu da qeyd edim ki, 44 ölkənin 

iştirak etdiyi yubiley iclasında 37 

ölkənin nümayəndəsi çıxış etdi. 

Bu tədbirdə 14 spiker, 20 ölkənin 

vitse-spikeri, 9 beynəlxalq təşkilatın 

nümayəndəsi, digər ölkələrin dostluq 

qruplarının rəhbərləri iştirak edirdilər. 

Dünyada mövcud olan dövlətlərin 

dörddəbirinin iştirakı ilə parlamentdə 

möhtəşəm yubiley iclası gerçəkləşdi. 

Bu, həm də bir göstəricidir. 

Azərbaycanın və onun parlamentinin 

bu gün dünyada yerinin və rolunun 

göstəricisidir. 

İngiltərə və Türkiyə 

nümayəndələri bu yubileyə 

münasibətdə eyni sözləri söyləyirdilər. 

İndoneziya, Bolqarıstan, ərəb 

ölkələrinin təmsilçiləri həmfikir 

olaraq, Azərbaycanın dünyaya açıq 

və demokratik, insanlar üçün azad və 

bərabər şərait, gözəl rifah yaradan bir 

ölkə kimi tanıdıqlarını qeyd edirdilər. 

Bunun açıq şəkildə onlar tərəfindən 

söylənilməsi ölkəmizin əldə etdiyi 

nailiyyətlərin nəticəsidir. Əlbəttə ki, 

bundan narahatlıq keçirənlər də var, 

lakin bunu dünya parlamentarizminin 

tarixi nailiyyətləri kimi qəbul edən 

mütərəqqi qüvvələr də var ki, onlar 

bu gün bizimlə bir sırada dayanırlar. 

Parlamentlərarası əlaqələr sahəsində 

əldə olunan nəticələr çox böyük 

əhəmiyyət kəsb edir. Parlament diplo-

matiyası heç də rəsmi dövlətin apardığı 

diplomatiyadan geri qalmır, hətta bir 

çox məsələlərdə bu siyasətin formalaş-

masına töhfə verir. 

Azərbaycan parlamenti uşaqdan 

tutmuş böyüyə qədər cəmiyyətin 

bütün təbəqələrinin daha çox üz 

tutduğu, daha çox tədbirlərində iştirak 

etdiyi, daha çox insanların inkişafına 

yönələn, onların istək və arzularının 

nəinki bəyan edildiyi, həm də qanun-

larda əksini tapmasına və reallaşma-

sına, təmsilçilik, qanunvericilik və 

nəzarət funksiyaları vasitəsilə təsir 

göstərmək imkanlarına malik bir qu-

rumdur. Azərbaycan parlamenti keç-

diyi 100 il ərzində xalqın, cəmiyyətin 

təmsilçisi olaraq öz fəaliyyətini daha 

yüksək səviyyədə reallaşdıraraq 

dövlətimizin sütunlarından biri kimi 

öz missiyasını yerinə yetirməkdədir. 

Yeri gəlmişkən, onu da qeyd edim 

ki, bu il Azərbaycan Prezidentinin 

sərəncamı ilə AXC ili elan olunması 

cəmiyyətimizdə böyük sevinclə qarşı-

landı. Azərbaycan Xalq Cümhuriyyəti 

parlamentarizm ənənələrinin 

keçdiyi yolla bağlı Milli Məclis olaraq 

çoxsaylı dinləmələr, konfranslar keçir-

mişik. “Azərbaycanın parlamentarizm 

tarixi” adlı ikicildlik kitab üzərində 

işimizi xüsusi qeyd etmək istəyirəm. 

Ta qədimdən 1991-ci ilə qədər olan 

dövrü əhatə edən I cild artıq çap olu-

nub, 1991-2018-ci illəri əhatə edən II 

cild üzərində isə iş davam edir. 

Zirvə tədbirimiz yubiley iclası 

idi. Bilirsiniz ki, bu gün parlamentin 

binası da yüksək standartlara cavab 

verir. Burada işləmək, qonaqları qəbul 

etmək, iclaslar, toplantılar təşkil etmək 

üçün hər cür şərait yaradılıb. Bütün 

bunlar Bakıya gələn xarici rəsmi 

qonaqların diqqətini cəlb edir. Bu dəfə 

gələn qonaqlar da Parlament binasının 

möhtəşəmliyini xüsusi qeyd etdilər. 

Tədbirin təşkilatçılığı bütün qonaqla-

rın ürəyincə oldu. Dönə-dönə bütün 

işimizi yüksək qiymətləndirdilər. Hər 

şey müqayisədə ortaya çıxır. Mən 

heç də digər ölkələrin müstəqillik 

istək və arzularını, parlamenta-

rizm ənənələrinin və əldə etdiyi 

nailiyyətləri kölgə altına almaq 

niyyətində deyiləm. Sadəcə, bu regi-

onda və hətta daha geniş arealda əla 

bir yubiley təşkil edə bildik. Təkcə 

təşkilatçılıqdan söhbət getmir, həm 

də məzmun maraqlıdır. Burada edilən 

çıxışlar, səslənən fikirlər bizə, parla-

ment diplomatiyasına verilən dəyər 

və digər göstəricilərlə bağlı aldığımız 

yüksək qiymət işimizin öhdəsindən 

gəldiyimizə bizi  inandırır.

Əlbəttə ki, möhtərəm cənab Pre-

zidentimiz İlham Əliyevin bu iclasda 

iştirakı ən yaddaqalan məqamlardan 

biridir. Onun AXC qurucularının 

demokratik cümhuriyyət, onun 

parlamentinin qurulması və gördü-

yü işlər barəsində, xüsusilə, Milli 

Məclisin, bütövlükdə, müasir dövr 

Azərbaycan dövlətinin qarşısında da-

yanan vəzifələrin yerinə yetirilməsinə, 

parlament diplomatiyası vasitəsilə 

Azərbaycanın maraqlarını qorumaq 

işinə verdiyi töhfələr haqqında fikirləri 

xüsusilə qiymətlidir. 

Respublikamızın çətin 

dönəmlərində Heydər Əliyevin xalqı-

mızla birlikdə həyata keçirdiyi tarixi 

xilaskarlıq missiyası, Azərbaycan 

dövlətinin və parlamentinin rəhbəri 

kimi müstəqilliyin qorunması və 

Azərbaycanın dünya miqyasında öz 

iradəsinin və taleyinin sahibi olan bir 

dövlətə çevrilməsindəki roluna, eləcə 

də özünün davamçısı olduğu Heydər 

Əliyev yolunun bu gün Azərbaycanı 

yüksək inkişaf tempinə malik, 

demokratik, vətəndaş cəmiyyəti 

quruculuğu ilə inamla irəliləyən bir 

məmləkətə çevirən siyasət olduğuna 

dair həqiqətləri parlamentin tribuna-

sından iştirakçılara və bütün dünyaya 

bəyan etdi. 



– Müstəqillik dövründə 

Azərbaycan parlamentinin qəbul 

etdiyi qanunvericilik aktları və 

dövlətimizin beynəlxalq aləmə 

inteqrasiyasında bu qanunların 

əhəmiyyəti barədə fikirlərinizi də 

eşitmək maraqlı olardı.

– Bildiyimiz kimi, müstəqilliyin 

bərpasından sonra bu məsələ parla-

mentin qarşısında daha kəskin şəkildə 

dayanırdı. Çünki o zaman yeni bir 

sistem formalaşırdı. Həyatımzın 

bütün sahələrini əhatə edən qanunlar 

yenidən hazırlanmalı, yenidən qəbul 

edilməli idi. Xüsusilə, müstəqilliyin 

ilk illərində, yəni 90-cı illərdə par-

lament çox gərgin işlədi. Nüfuzlu 

beynəlxalq təşkilatlarla əlaqələr qurul-

du, bir çox beynəlxalq konvensiyalara 

qoşulduq. Ulu öndər Heydər Əliyevin 

rəhbərliyi ilə Azərbaycanın əsas 

qanunu olan Konstitusiyanın qəbulu 

uğurla həyata keçirildi. Bundan sonra 

qanunlarımız bu Konstitusiyaya və 

beynəlxalq konvensiyalara uyğun-

laşmalı idi, eyni zamanda, müasir 

dövrdə əldə etdiyimiz nailiyyətləri, 

həyatımızın günbəgün diktə etdiyi 

sosial sifarişləri nəzərə almalı idi. Bu 

dönəmdə bütün istiqamətlərdə əsas 

çərçivə qanunlar qəbul olundu. 

Götürdüyümüz öhdəliklərimizə 

uyğun şəkildə üzərimizə düşən 

vəzifələrin yerinə yetirilməsi 

istiqamətində önəmli addımlar atıldı. 

Bu gün qətiyyətlə söyləmək olar ki, 

əsas bünövrə, yəni bu günümüz üçün 

əldə etdiyimiz nailiyyətləri, ictimai-

siyasi münasibətləri tənzimləyən 

qanunverici əsaslar tam forma-

laşmışdır. Lakin zamanla hər şey 

dəyişir, inkişaf edir və əlbəttə ki, 

həyat öz diktəsini edir. Biz yeni-

yeni beynəlxalq sənədlər imzala-

yırıq. Ayrı-ayrı ölkələrlə ikitərəfli 

əsasda müqavilələri parlamentdə 

ratifikasiya edirik. Bununla bağlı 

müəyyən öhdəliklərimiz var ki, 

biz bunu zaman-zaman qanunlarda 

dəyişikliklər və əlavələr nəticəsində 

nəzərə almalıyıq. Bu gün Azərbaycan 

parlamenti məhz bu istiqamətdə 

fəaliyyətini davam etdirir. Demək 

olar ki, parlamentin həm də ikitərəfli 

və çoxtərəfli əlaqələrinin hüquqi 

bazasının formalaşması üçün bu 

prosesin çox böyük əhəmiyyəti 

vardır. Cəmiyyətimiz inkişaf etdikcə, 

iqtisadiyyatımız gücləndikcə və yeni 

münasibətlər meydana çıxdıqca, biz 

də milli qanunvericiliyimizin daha 

da mükəmməl səviyyəyə qaldırılması 

üçün səylər göstəririk.

Bu gün ölkəmizdə struktur 

və iqtisadi islahatlar çox çevik 

şəkildə həyata keçirilir. Son illərdə 

Azərbaycanın inkişafının əsas bir 

xarakterik xüsusiyyəti var: dina-

miklik! Azərbaycan qanunları da bu 

dinamikanı sürətlə tənzimləməlidir. 

O dəyişiklik mütləq qanun yaradıcı-

lığında əksini tapmalıdır. Düşünürəm 

ki, biz hökumətin səyləri və əldə 

etdiyi nailiyyətlərlə qanun yaradıcıl-

ğı prosesini ahəngdarlıqla uzlaşdıra 

bilirik. Bu gün Azərbaycan parlamenti 

hakimiyyətin müstəqil qanadlarından 

biri omaqla yanaşı, ali qanunverici-

lik orqanı kimi həm də vahid dövlət 

siyasətinin birgə aparılmasında öz 

mühüm rolunu oynamaqdadır.

Müsahibəni qələmə aldı: 

Anar TURAN, 

“Xalq qəzeti”

 

ˆ

Sentyabrın 25-dən 29-dək ölkənin kütləvi informasiya 



vasitələrinin bir qrup əməkdaşı üçün Qusar rayonu 

ərazisindəki “Şahdağ” turizm-istirahət kompleksində “Gömrük 

islahatları və modernləşdirmə” mövzusunda təlim keçirildi.

Təlimin açılışında onun hədəflərini 

açıqlayan Dövlət Gömrük Komitəsi sədrinin 

müavini, gömrük xidməti general-mayoru 

İqbal Babayev bildirdi ki, ölkənin gömrük 

orqanlarında gerçəkləşdirilən islahatların uğu-

ru bir çox cəhətdən əhalinin geniş dairəsinin 

və iş adamlarının bu sahədə baş verən 

dəyişikliklərin məzmun və mahiyyətindən 

zamanında xəbərdar olmasından asılıdır. 

Media ilə əməkdaşlığa həmişə önəm vermiş 

komitənin yeni rəhbərliyi KİV-in aparılan is-

lahatlara informasiya dəstəyini artırmaq üçün 

bu mövzunu işıqlandıran jurnalistlər üçün 5 

günlük geniş, işgüzar təlim təşkil etmişdir.

İqbal Babayev daha sonra bildir-

di ki, ölkədə aparılan bütün islahatların 

fonunda gömrük sahəsində davam edən 

yeniləşmənin və modernləşmənin də ide-

oloqu Prezident  İlham Əliyevdir. Məqsəd 

ölkə vətəndaşlarının, biznes subyektlərinin 

məmnunluğunu təmin etmək, beynəlxalq 

ticarəti asan və sürətli həyata keçirməkdir. 

Məqsəd çevik idarəetmə sistemi və 

beynəlxalq standartlara uyğun gömrük 

xidməti formalaşdırmaqdır. Hazırda dünya 

gömrüyünün inkişafı “gömrük–biznes”, 

“gömrük–hökumət” və “gömrük–göm-

rük” əməkdaşlığı üzərində gerçəkləşdirilir. 

Azərbaycanın gömrük xidməti isə bunların sı-

rasında daha birini–yerli tələbatdan irəli gələn 

“gömrük–media” əməkdaşlığını gətirmək 

istəyir.

Komitə sədrinin müavini ciddi hazırlıq 

işləri aparılmış təlimə ən səriştəli, media 

ilə əməkdaşlıq təcrübəsi olan səlahiyyətli 

gömrük işçilərinin cəlb edildiyini söylədi, 

əldə ediləcək biliklərin gömrük mövzusunun 

KİV-də dəqiq və dolğun əks etdirilməsində 

gərəkli olacağına əminliyini ifadə etdi.

Təlimə uğurlar arzulayan Azərbaycan 

Respublikası Prezidenti yanında Kütləvi 

İnformasiya Vasitələrinin İnkişafına Dövlət 

Dəstəyi Fondunun icraçı direktoru Vüqar 

Səfərli, “Yeni Azərbaycan” qəzetinin baş 

redaktoru, Milli Məclisin deputatı Hikmət 

Babaoğlu, Azərbaycan Mətbuat Şurası 

sədrinin müavini Müşfiq Ələsgərli, “İki sahil” 

qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, 

“Bakı-Xəbər”qəzetinin baş redaktoru Aydın 

Quliyev və ölkənin digər mərkəzi media 

qurumlarının rəhbərləri təşkil olunan gömrük 

maarifləndirməsi məşğələlərinin jurnalistlərin 

peşəkarlığının yüksəldilməsinə töhfə olmaqla 

yanaşı, geniş auditoriyanın daim diqqət 

yetirdiyi bir mövzunun operativ və obyektiv 

işıqlandırılmasına da kömək edəcəyini vurğu-

ladılar, hər iki tərəf üçün səmərəli əməkdaşlıq 

yollarından söz açdılar.

Ölkənin 20-dən artıq media qurumu-

nun nümayəndəsinin iştirak etdiyi təlimin 

məşğələlərində və təcrübi tanışlıqlarda Dövlət 

Gömrük Komitəsinin mütəxəssisləri apa-

rılan islahatlar, onların mahiyyəti, gömrük 

nəzarəti, ticarətin asanlaşdırılması, informa-

siya texnologiyalarının tətbiqi, fiskal siyasət, 

gömrük hüquqpozmaları və digər mövzularda 

yenilikləri jurnalistlərin diqqətinə çatdırdılar. 

Şərh olunan məsələlər ətrafında geniş fikir 

mübadiləsi aparıldı, səslənən suallar ətraflı 

cavablandırıldı.

Təlilimin ilk günlərində Dövlət 

Gömrük Komitəsinin məsul əməkdaşları 

təqdimatlarla çıxış edərək malların gömrük 

ərazisinə gətirilməsi və aparılması, nəqliyyat 

vasitələrinin və şəxslərin gömrük ərazisinə 

daxil olması və bu ərazidən yola düşməsi, 

“Yaşıl dəhliz” və digər buraxılış sistemləri, 

ticarətin asanlaşdırılması üzrə gömrük 

nəzarətində yeniliklər, sərnişinlər üçün 

nəzərdə tutulan “Yaşıl dəhliz” və “Qırmızı 

dəhliz” buraxılış sistemləri, gömrük orqanla-

rının başqa şəxslərlə münasibətləri, gömrük 

təmsilçiliyi, gömrük daşıyıcısı, səlahiyyətli 

iqtisadi operator institutu kimi mövzuları 

ətraflı şərh etdilər.

Sonrakı günlərdə jurnalistlər gömrük 

işinin təşkili sahəsində risklərin müəyyən 

edilməsi, gömrük statistikası, media-gömrük 

münasibətləri ilə bağlı gömrük yenilikləri 

barədə məlumatlandırıldılar. Komitənin 

müvafiq baş idarələrinin rəhbərləri və 

əməkdaşları gömrük-biznes münasibətləri, bu 

sahədə mövcud problemlər və onların aradan 

qaldırılması yolları, elektron gömrük fəlsəfəsi 

ilə bağlı Azərbaycanda görülən işlər və 

dünya praktikası , TRS sərhədkeçmə vaxtının 

ölçülməsi ilə bağlı layihə, gömrük sahəsində 

hüquqpozmalara qarşı mübarizə istiqamətində 

həyata keçirilən tədbirlər, gömrük rüsumları 

və növləri, gömrük orqanları tərəfindən alınan 

vergilər, gömrük orqanlarının həyata keçir-

diyi fiskal siyasət kimi mövzulara aydınlıq 

gətirdilər.

Təlim iştirakçılarının Dövlət Gömrük 

Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin 

Rusiya Federasiyası ilə sərhəddə yerləşən 

“Samur” gömrük postunun fəaliyyəti ilə 

tanışlıq səfəri isə jurnalistlərin söhbət açılan 

mövzularla bağlı gömrük yeniliklərini öz 

gözləri ilə görməsi baxımından maraqlı 

oldu. Media qurumlarının təmsilçiləri yeni 

innovasiyaların Azərbaycan gömrüyündə 

uğurla tətbiq edildiyinə, aparılan islahatların 

ciddi dəyişikliklər yaratdığına bir daha əmin 

oldular.


Sonuncu gün əvvəlcə iştirakçıların 

əldə etdikləri biliklərin qiymətləndirilməsi 

aparıldı. Gömrük işinin media üçün ma-

raqlı məsələləri barədə tərtib olunmuş 30 

sualın əksəriyyətinin hamılıqla düzgün 

cavablandırması təlimin səmərəli quruldu-

ğunun və jurnalistlərin önəmli mövzularla 

bağlı yenilikləri həvəslə mənimsədiklərinin 

göstəricisi oldu. 

Bağlanış mərasimində Dövlət Gömrük 

Komitəsi sədrinin birinci müavini, gömrük 

xidməti general-mayoru İsmayıl Hüseynov 

qeyd etdi ki, əsası ümummilli lider Heydər 

Əliyev tərəfindən qoyulan, Prezident İlham 

Əliyev tərəfindən uğurla davam etdirilən da-

vamlı iqtisadi inkişaf strategiyasının nəticəsi 

olaraq digər dövlət qurumları kimi, gömrük 

orqanları da önəmli dövlət təsisatlarından 

birinə çevrilib. Sıralarında minlərlə əməkdaşı 

birləşdirən Azərbaycan gömrük xidməti 

26 il əvvəl yaranmasına baxmayaraq, artıq 

ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin 

olunmasında, biznes mühitinin yaxşılaşdırıl-

ması, daxili bazarın qorunması və beynəlxalq 

ticarətin asan və sürətli şəkildə həyata 

keçirilməsi istiqamətində mühüm nailiyyətlər 

əldə edib.

Həyata keçirilən islahatların, eyni za-

manda, ölkəmizdə gömrük işinin təşkilində 

də yeni fəlsəfəni, yeni yanaşmaları ortaya 

qoyduğunu qeyd edən İsmayıl Hüseynov 

aparılan struktur və kadr islahatlarının göm-

rük işinin müasir standartlara cavab verəcək 

şəkildə qurulmasına münbit şərait yaratdı-

ğını vurğuladı. O bildirdi ki, artıq gömrük 

orqanları nəzarət deyil, daha çox xidmət 

fəlsəfəsi ilə fəaliyyət göstərir. Məqsəd daxili 

istehsalı qorumaq, ölkəmizin ixrac poten-

sialını artırmaq, Azərbaycan brendi altında 

istehsal olunan malların xarici bazarlara 

çıxışını təmin etmək, beynəlxalq ticarət 

dəhlizlərinin kəsişdiyi coğrafi məkanda 

yerləşən ölkəmizin tranzit qabiliyyətini 

yüksəltməklə iqtisadi qüdrətimizi daha da 

inkişaf etdirməkdir.

İsmayıl Hüseynov daha sonra qeyd 

etdi ki, gömrük islahatlarının önəmli 

hədəflərindən biri də ölkə vətəndaşlarının, 

xüsusilə iş adamlarının məmnuniyyətinə 

nail olmaqdır. Bu məqsədə çatmaq üçün 

həyata keçirilən, tədbirlərdən biri də 

ictimaiyyətlə, xüsusilə media qurumları ilə 

səmərəli əməkdaşlıq əlaqələrinin qurulma-

sıdır. Gömrük sferasında şəffaflığın təmin 

olunmasında, rüşvət və korrupsiya hallarının 

aradan qaldırılmasında ictimai nəzarətin rolu 

danılmazdır. Media qurumları və jurnalistlər 

gömrük orqanlarının fəaliyyətinə ən yüksək 

səviyyədə informasiya-maarifləndirici dəstək 

verirlər. Gömrük Komitəsi isə bundan sonra 

da kütləvi informasiya vasitələri ilə sıx və 

işgüzar münasibətlər quracaq və media 

qurumlarının da gömrük orqanlarına daim 

dəstək göstərəcəyinə əmindir.

Dövlət Gömrük Komitəsinin Mətbuat 

və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi 

Natiq Axundov təlimdə iştirak edən media 

nümayəndələrinə təşəkkürünü bildirdi, bu 

tədbirin qarşılıqlı faydalı əməkdaşlığın daha 

peşəkar və səmərəli davam edəcəyinə şərait 

yaradacağını diqqətə çatdırdı.

Sonda təlimin qiymətləndirilməsi 

prosesində fərqlənən jurnalistlər mükafat-

landırıldı, iştirakçılara sertifikatlar və xatirə 



hədiyyələri təqdim olundu.

Tahir AYDINOĞLU, 

“Xalq qəzeti”

sözlə ifadə olunmayacaq qədər böyükdür”

“Bir əsrlik yubileyin əhəmiyyəti 

Parlamentin 100 illik yubileyi ilə bağlı müsahibimiz 

Milli Məclis sədrinin müavini, siyasi elmlər üzrə 

fəlsəfə doktoru Bahar Muradovadır

“Şahdağ”da jurnalistlərin

gömrük təlimi

3 oktyabr 2018-ci il, çərşənbə

4

Yüklə 340,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə