30
Kotanlar gövdələrinin sayına görə də bir-birindən fərqlənirlər, onlar az gövdəli
və çox gövdəli olurlar. Kotanlar ümumi halda işçi və köməkçi hissələrdən
ibarətdir. Kotanların işçi hissələrinin quruluşuna aşağıdakı hissələr aiddir:
gövdə, torpaq dərinləşdirici, ön kotancıq, gavahın, laydır və bıçaq. Köməkçi
hissələrə çərçivə, dayaq təkəri aiddir.
Kotanın gövdəsinə laydır və dəyişidirilə bilən gavahın bərkidilir. Torpaq qatı
üfüqi istiqamətdə şırımın dibindən kəsilməsi gavahınla, boyuna şaquli
istiqamətdə kəsilməsi isə bıçaqla yerinə yetirilir.
Quraq və külək eroziyasına uğrayan ərazilərdə torpağın yumşaldılmasında
laydırsız gövdələrdən istifadə edilir.
Şumlama zamanı lay gavahınla kəsilir. Kəsilmiş lay gavahının qabarıq
səthinə qaldırılır və əksinə çevrilərək sahəyə qaytarılır.
Dostları ilə paylaş: