Bakı 2015 İpoteka krediTLƏRİNİn veriLMƏSİ ŞƏrtləRİ



Yüklə 56,81 Kb.
Pdf görüntüsü
tarix05.04.2018
ölçüsü56,81 Kb.
#35967


 

 

 



 

 

 



 

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Bakı – 2015 

İPOTEKA KREDİTLƏRİNİN VERİLMƏSİ ŞƏRTLƏRİ

 


 

 

 



- 2 - 

                           

  Kreditin verilməsi şərtləri 

 

İpoteka kreditlərinin verilməsi şərtləri 

 

Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri aşağıdakı tələblərə cavab verməlidir: 

 

1. Kredit Azərbaycan manatı ilə verilir; 



2. Kredit Azərbaycan Respublikasının vətəndaşına verilir; 

3. İpoteka predmeti yalnız mənzil və ya fərdi yaşayış evi ola bilər; 

4. Kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən daşınmaz əmlakın bazar qiymətinin 

80%-dən çox olmamalıdır; 

5. İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-

dən çox olmamalıdır; 

6. Borcalanın (birgə borcalanın) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər 

bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az 

götürülmür. 

7. Kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən 

çox olmamalıdır; 

8. Kredit daşınmaz əmlakın ipotekası ilə təmin olunur; 

9. İpoteka ilə yüklü edilən daşınmaz əmlak AİF tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla 

əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilir

10. İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır; 

11. Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilir; 

12. İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən 

kreditin həcmindən az olmamaq şərtilə sığortalan

ır



13. Həyat sığorta müqaviləsi. Birgə borcalanların həyat sığortası onların ipoteka kreditinin məbləği 



hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və birgə borcalanların həyat 

sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmur; 

14. AİF tərəfindən müəyyən olunan digər tələblər. 

 

 

 

 

 

Şərtlər 

Adi ipoteka kreditləri 

Güzəştli ipoteka kreditləri 

Maksimal  məbləğ 

50 000 AZN 

50 000 AZN 

Maksimal illik faiz dərəcəsi 

8% 


4% 

Maksimal müddət 

25 il 


30 il 

İlkin ödəniş 

20% 


15% 


 

 

 



- 3 - 

 

 

 

 

 

 

 

 

İpoteka kreditləri üzrə güzəştlərdən aşağıdakı şəxslərin istifadə etmək hüququ vardır: 

 

 



Gənc ailənin üzvü olan aşağıdakı şəxslər: 

 

 

 



1. Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları); 

2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları); 

3. Məcburi köçkün və ya ona bərabər tutulan şəxs; 

4. Üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs; 

5. Elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs; 

6. İdman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı 

yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər); 

Üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan 

başqa), eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları. 

 

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 



41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya 

buraxılmış hərbi qulluqçulara ipoteka krediti üzrə güzəştlər şamil olunmur. 

Qeyd: İpoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız 

bir dəfə istifadə edə bilər. 

 

 

 



 


 

 

 



- 4 - 

 

Tələb olunan sənədlər 



 

İpoteka kreditinin alınmasi üçün təqdim olunmalı əsas sənədlər 

 

• İpoteka kreditinin alınmasi üçün tələb olunan sənədlər 



 

 

1. Borcalanın (birgə borcalanın) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti. 



2. Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə (sənədin surəti). 

3. Borcalanla (birgə borcalanla) birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin şəxsiyyətini təsdiq 

edən sənədlər (sənədlərin surəti) 

4. Borcalanın (birgə borcalanın) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum 

haqqında şəhadətnamələri (sənədlərin surəti) 

5. Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq 

edilmiş əmək kitabçasının surəti. 

6. Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış 

və s.). 

7. İpoteka predmetinin qiymətləndirmə aktı. 



• İpotekanin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər 

1. İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd (dövlət reyestrindən çıxarış) 

və texniki pasport (tələb olunduqda). 

2. İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməməsini və məhdudiyyət olmadığını təsdiq edən 

sənəd. 

3. İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış. 



4. İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar qaydada satılmasına dair 

ərin/arvadın, ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin 

notariat orqanlarına təqdim olunan razılığının surəti. İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına 

çatmamış şəxs olduqda, onun maraqları çərşivəsində səlahiyyətli qəyyumluq və himayəçilik 

orqanlarının razılığının surəti. 

• İpotekanın rəsmiləşdirilməsindən sonra təqdim olunmalı sənədlər 

1. İpoteka müqaviləsinin (Qarışıq müqavilə) və ipoteka kağızının əsli və onların dövlət qeydiyyatından 

keçməsini təsdiqləyən sənədlər. 

2. Borcalanın həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsinin və ipoteka predmetinin 

sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər. 

3. Alınmış yaşayış sahəsinin alqı-satqı müqaviləsinin surəti. 

4. Yaşayış sahəsinin satıcısının (fiziki şəxslər üçün) şəxsiyyətini təsdiq edən sənədin surəti. 

• Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmali sənədlər 

1. Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti). 

2. Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi. 

• Borcalan güzəştli kateqoriyaya aid olduqda əlavə olaraq təqdim olunmali sənədlər 

1. Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd. 



Qeyd: Təqdim olunmuş sənədlərin surətləri notarial qaydada təsdiqlənməlidir. 


 

 

 



- 5 - 

 

 



Kreditin alınma mərhələləri 

 

 



İpoteka kreditini əldə etmənin ardıcıl mərhələləri: 

 

 

 



1. Ipoteka kreditini almaq istəyən şəxs təsdiq edilmiş şərtlərə müvafiq olaraq öz imkanlarını 

qiymətləndirməlidir. 

2. İpoteka kreditlərinin şərtlərinə cavab verən şəxslər 

müvvəkil kredit təşkilarlarına

  müraciət edərək ilkin 

qiymətləndirmədən keçməlidirlər. 

3. Kreditin anderraytinqi, bu mərhələdə müraciət edən şəxsin təqdim etdiyi sənədlər əsasında ipoteka 

kreditini qaytarmaq qabliyətini həmçinin ipoteka qoyulan əmlakın dəyərini və vəziyyətini 

qiymətləndirməsi həyata keçirilir. Nəticədə kredit təşkilatı kredit almaq istəyən şəxsə kreditin 

verilməsinə və ya verilməməsinə son qərar verir. 

4. İpoteka kreditinin rəsmiləşdirilməsi, bu mərhələdə zəruri sənədlər toplanılır, kredit, ipoteka və sığorta 

müqavilələri imzalanılır və qanunvericiliyə uyğun qaydada təsdiq edilir və yaranan hüquqlar Dövlət 

qeydiyatına alınır. 

5. Kreditin verilməsi. 

6. Kredit üzrə öhdəliklərin icrası - müəyyən edilmiş ödəmə qrafikinə uyğun olaraq kredit alan şəxs kredit 

üzrə ödənişlərini aparmalıdır. 

 

 

 



 

 

 




 

 

 



- 6 - 

Aparılan hərəkətin adı 

Rüsum 

(AZN) 

Hərəkəti aparan 

idarənin adı 

“Dövlət rüsumu 

haqqında” AR 

Qanunu 

Kredit müqavilələrinin təminatı kimi bağlanılan ipoteka 

müqavilələri üçün 

30 


Notariat 

kontorları 

Maddə 10.4.3 

İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq 

müqavilə formasında bağlanan alqı-satqı və ipoteka 

müqaviləsinin təsdiqi üçün: 

 

Notariat 



kontorları 

Maddə 10.5 

Bakı şəhərində 

110 


digər şəhər və rayonlarda 

44 


Qanunvericiliklə nəzərdə tutulmuş güzəştli ipoteka krediti 

hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə 

formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin 

təsdiqi üçün: 

 

Notariat 



kontorları 

Maddə 10.6 

Bakı şəhərində 

55 


digər şəhər və rayonlarda 

22 


Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına 

(yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə 

görə(Forma 1) 

10 


Daşınmaz 

Əmlakın Dövlət 

Reyestri Xidməti 

Maddə 26.6 

Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət 

qeydiyyatına alınması barədə çıxarışın verilməsi 

30 

Daşınmaz 



Əmlakın Dövlət 

Reyestri Xidməti 

Maddə 26.1.1 

İpotekanın dövlət qeydiyyatına alınması üçün 

20 

Daşınmaz 



Əmlakın Dövlət 

Reyestri Xidməti 

Maddə 26.2 

İpotekanın təkrar və əlavə dövlət qeydiyyatına alınması üçün 

10 

Daşınmaz 



Əmlakın Dövlət 

Reyestri Xidməti 

Maddə 26.4 

Daşınmaz əmlakın ipoteka ilə yüklülükdən azad edilməsi 

10 

Daşınmaz 



Əmlakın Dövlət 

Reyestri Xidməti 

Maddə 26.4 



 

 

 



- 7 - 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

İpoteka kağızını tərtib edən şəxsin imzasının təsdiqi üçün 

Notariat 



kontorları 

Maddə 10.17 

İpoteka kağızının dövlət qeydiyyatı üçün 

Qiymətli Kağızlar 



üzrə Dövlət 

Komitəsi 

Maddə 21.5 

İpoteka kağızının əlavə qeydiyyatı üçün 

Qiymətli Kağızlar 



üzrə Dövlət 

Komitəsi 

Maddə 21.6 



 

 

 



- 8 - 

                 İpoteka ilə bağlı xərclər 



İpoteka kreditlərinin rəsmiləşdirilməsi üçün rüsum və müddətlər 

Sığorta xərcləri 

Sığortanın növü 

Orta Məbləğ 

Müddət 

Fərdi qəza və xəstəlik sığortası 

Kredit məbləğinin 0,5% – 0,7% 

miqdarında 

3-5 gün müddətində 

3-5 gün müddətində 

İpoteka predmetinin sığortası 

Kredit məbləğinin 0,3% – 0,4% 

miqdarında 

3-5 gün müddətində 



 

İpoteka predmetinin qiymətləndirilməsi 

Əmlakın təsviri 

Orta məbləğ 

Müddət 

Mənzillər: 

 

1-3 gün müddətində 



1-4 otaqlı 

100-120 AZN 

çox otaqlı 

120-150 AZN 

Fərdi yaşayış evi 

120-150 AZN 



Müddətlər 

Aparılan hərəkətin adı 

Müddət 

Qanunvericlik 

Daşınmaz əmlak üzərində hüquqların 

məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət 

reyestrindən arayışın verilməsinə görə (Forma 1) 

5 iş günü 

ərzində 


“Daşınmaz əmlakın dövlət reyestri 

haqqında” AR Qanun, Maddə 5.3. 

Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət 

qeydiyyatına alınması barədə çıxarışın verilməsi 

20 gün 

ərzində 


Daşınmaz əmlakın dövlət reyestri 

haqqında” AR Qanun, Maddə 9.2 

İpotekanın dövlət qeydiyyatına alınması 

5 gün ərzində 

“Daşınmaz əmlakın dövlət reyestri 

haqqında” AR Qanun, Maddə 20.3 

İpoteka kağızının dövlət qeydiyyatına alınması 

3 gün ərzində 

“İpoteka kağızının dövlət 

qeydiyyatı Qaydaları” nın 2.2-ci 

bəndi 

İpoteka kağızının əlavə qeydiyyatı 



2 gün ərzində 

“İpoteka kağızının dövlət 

qeydiyyatı Qaydaları” nın 3.3-cü 

bəndi 


 

Yüklə 56,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə