Bakı Ağır Cinayətlər Məhkəməsinə sədrlik edən hakim Ramella Allahverdiyevaya



Yüklə 13,47 Kb.
tarix14.07.2018
ölçüsü13,47 Kb.

Bakı Ağır Cinayətlər Məhkəməsinə sədrlik edən

hakim Ramella Allahverdiyevaya

1520060317 saylı cinayət işi üzrə təqsirləndirilən İsmayılova Xədicə Rövşən qızının müdafiəçiləri Fəxrəddin Mehdiyev və Fariz Namazlı tərəfindən

V ə s a t ə t

Hüquqlarını müdafiə etdiyimiz İsmayılova Xədicə Rövşən qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 192.2.2, 213.1, 308.2 və 125-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Hazırda cinayət işi sizin icraatınızdadır. X.İsmayılova ona verilmiş ittihamları rədd edir və özünü təqsirli bilmir.

Jurnalistə irəli sürtülmüş ittihamlardan biri də AR CM-nin 179.3.2-ci maddəsidir.



Həmin ittihama əsasən, guya “o, 26 iyun 2006-ci il tarixində imzalanmış əmək müqaviləsinə əsasən, 01 iyul 2008-dən qeyri-kommerisiya təşkilatı “Azad Avropa/Azadlıq Radiosunun” (RFE/RL İnc şirkəti) Azərbaycankı nümayəndəliyinin Bakı Büro Rəhbəri kimi əmək kollektivinə, iş sahələrinə, ayrı-ayrı şəxslərin fəaliyyətinə rəhbərliy həyata keçirərək kardların seçilməsi, işin planlaşdırılması, tabeçiliyində olan şəxslərin əmək fəaliyyətinin təşkili, maliyyə vəsaitlərinin təyinatının müəyyənləşdirilməsi üzrə təşkilati-sərəncam verici funksiyaları yerinə yetirən vəzifəli şəxs olaraq qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edib faktiki işə qəbul etdiyi şəxslərə vəzifələrinin icrası müqabilində verilən maliyyə vəsaitləri üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.-ci maddəsinə əsasən dövlət büdcəsinə ödənilməli olan fiziki şəxslərin 14 faiz aylıq gəlir vergisi məbləğlərini ödəməməklə, həmin şəxsləri maaş, qonorar, sosial ayırma və sığorta haqları ilə əlavə təmin edərək, bundan istifadə ilə müəyyən məqsədlərinin icasına nail olmaq üçün ilk növbədə sadələşdirilmiş verginin ödəyicisi qismində vergi uçotuna durmaqlar VÖEN (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) almağı tələb etmiş, onun bu tələblərinə riayət etməklə rəhbəri olduğu büroda əməyə cəlb etdiyi Həmidov Şəmsəddin Rauf oğlu, Babayeva Gülnarə Rafiq qızı, Cavadova Esmira Turab qızı, Məmmədov Müstəcəb Mütəllim oğlu, Nəsibov Məlahət İbrahim qızı, Sadiqova Gülər Miryəhya qızı, Həsənov Samir Məmmədəli oğlu ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.-ci maddəsinə zidd olaraq, qəsdən əmək müqaviləsi bağlamadan, gələcəkdə özününə münasibətdə də istifadə etdiyi Azərbaycan Resbuplikası Vergi Məcəlləsinin 220.-ci maddəsinə əsasən 04 faiz sadələşdirilmiş vergi ödəniləcəyi və bununla da yaranan fərqin əmək haqlarına əlavə olunacağı tələbi ilə həmin şəxslərlə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.-cı maddəsinə əsasən mülki müqavilələr bağlayıb, habelə əvvəldən VÖEN-ə sahib olmaqla mülki müqavilə əsasında əməyə cəlb edilmiş Zeynalov Eldar Tahir oğlu, Nəsibov İlqar Elbəy oğlu, Məmmədli Rahiq Hümbət oğlu, o cümlədən “Fərqli Düşüncə” jurnalının təsisçisi və baş redaktoru Namazov Şahvələd Abutalıb oğlunun faktiki muzdlu işçi kimi fəaliyyət göstərdiklərini bildiyi halda, mülki müqavilə əsasında sadələşdirilmiş vergi ödəyiciləri kimi əməyə cəlb edilmələrini rəsmiləşdirib büronun ofisində fəaliyyət göstərmələrinə şərait yaratmaqla zəruri otaq, avadanlıq və imtiyazlarla təchiz edərək qeyd olunan şəxslərə maaş, qonarar kimi ümumlikdə 179.926 (yüz yetmiş doqquz min doqquz yüz iyirmi altı) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti ödənilməsini təmin etmiş, muzdlu əməkdən əldə olunan həmin vəsaitin yalnız Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.-ci maddəsinə əsasən 04 faizini təşkil edən 7.197 (yeddi min yüz doxsan yeddi) manat 4 (dörd) qəpik məbləğində xidmət hissəsini sadələşdirilmiş vergi kimi, büdcəyə cəlb etdirməklə, cəmiyyətin və dövlətin iqtisadi maraqları üzrə hüquq və mənafelərinə muzdlu əməyə cəlb olunan fiziki şəxslərin 14 faizlik gəlir vergisi dərəcəsi ilə vergi dərəcəsi ilə 10 faiz fərqini təşkil edən külli miqdarda, cəmi 17.992 (on yeddi min doqquz yüz doxsan iki) manat 60 (altmış) qəpik məbləğində vəsaiti dövlət büdcəsindən yayındırmaqla ağır nəticələr səbəb olan zərər vurub, qulluq möqveyindən istifadə edərək üçüncü şəxslərin xeyrinə qanunsuz və əvəzsiz özgəninkiləşdirib israf etmələ dövlət əmlakını talamışdır”.

Qeyd edək ki, Cavadova Esmira Turab qızı ilə mülki müqavilə ABŞ-ın 1201 Connecticut Avenue N.W.Washington D.C.20036-də mənzillənmiş Azad Avropa/Azaqlıq Radiosu Korporasiyası arasında imzalanıb. Müqaviləni bir tərəfdən Esmira Cavadova, digər tərəfdən korporasiyanın təmsilçisi Elizabeth Portale imzalamışdır. Müqavilə 1 oktyabr 2009-cu ildən qeyri-müəyyən müddətə imzalanmışdır.

Namazov Şahvələd Abutalıb oğlu ilə isə 23 dekabr 2009-cu il tarixli, 01 mart 2010-cu il tarixli, 29 aprel 2011-ci il tarixli, 31 oktybar 2011-ci il tarixli müqavilələlər “РФЕ/РЛ, Инъ.” ширкятиnin administratoru Yəhya Mirzəyev arasında imzalanmışdır.

Hesab edirik ki, Cavadova Esmira Turab qızı və Namazov Şahvələd Abutalıb oğlu ilə Azad Avropa/Azaqlıq Radiosu Korporasiyası arasında bağlanmış müqavilələr cinayət işinin materiallarına əlavə edilməli və sənədlərin tədqiqi mərhələsində tədqiq edilməlidir.

Göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 7.0.41, 92.9.6, 121, 220-ci maddələrinə əsasən Məhkəmədən

Xahiş edirik:

Cavadova Esmira Turab qızı və Namazov Şahvələd Abutalıb oğlu ilə Azad Avropa/Azaqlıq Radiosu Korporasiyası arasında basğlanmış müqavilələrin cinayət işinin materiallarına əlavə edilməsi və sənədlərin tədqiqi mərhələsində tədqiq edilməsinə dair qərar qəbul edəsiniz.

Əlavə olunur: Müqavilələrin surətləri.

Fəxrəddin Mehdiyev

Fariz Namazlı



14.08.2015


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə