Bakı Avrasiya Universteti Fənnin adı



Yüklə 35,11 Kb.
səhifə1/3
tarix31.12.2021
ölçüsü35,11 Kb.
#81152
  1   2   3
A.Xatirə Psixika


Bakı Avrasiya Universteti

Fənnin adı: Psixologiya

Sərbəst işin növünün adı: Esse

Esse Mövzusu: “Psixikanın əmələ gəlməsi və inkişafı”

Təhsilin səviyyəsi: bakalavriat

Təhsilalan: Xatirə Abdullazadə

Qrup:101

Müəllim(sərbəst işin növ rəhbəri): Əsmər Əliyeva,

Təhvilvermə tarixi:18.11.2021

Qiymət “__” “____” (hərf və və rəqəmlə)



Bakı2021

1.



Mündəricat

Giriş......................................................................................3

Psixikanın əmələ gəlməsi və inkişafı..................................4

Nəticə....................................................................................8



2.

Giriş

Psixologiya elmi qədim tarixə malikdir. Psixoloji anlayışlar sistem şəklində ilk dəfə olaraq Aristotelin (eramızdan əvvəl IV əsr) "Ruh haqqında" traktatında şərh olunmuşdur. Traktat psixologiya yox, "ruh haqqında" adlanır. Bu da təsadüfi deyildir. Uzun müddət (XIX əsrin sonlarına qədər) psixologiya elmi fəlsəfəyə aid fənn hesab olunub. Avropa ədəbiyyatında mental (latın sözü olub "psixi olan" deməkdir) fəlsəfəruhiyyatpnevmatalogiya (pnevma – yunan sözü olub nəfəs, ruh deməkdir) adlandırılmışlar.

XVIII əsrin sonuna qədər psixologiya sözü nə ingilis, nə də fransız ədəbiyyatında işlənmişdir. Alman ədəbiyyatında isə psixologiya sözü ensiklopedist alim Xristian Volfun 1732-ci ildə "Emprik psixologiya" və 1734-cü ildə "Rasional psixologiya" kitabları nəşr olunandan sonra məlum olmuşdur.

Azərbaycanda psixologiya termini XIX əsrin sonu – XX əsrin əvvəllərində rus psixoloqları vasitəsilə işlənməyə başlanmışdır.

İnsanın daxili aləminin(mikrokosmosun) öyrənilməsi psixologiyanın inkişafına təkan verib. Uzun illər psixologiyanın yaranması və formalaşması dövrünü dörd mərhələyə bölüblər,ruhi aləm,dərketmə,davranışlar və psixi fəaliyyətin mexanizmlərinin öyrənilmə mərhələləri.

Psixologiyanın öyrənilməsində birinci mərhələ təbiətin ümümi canlanması və psixika (ruh) haqqında fikirlərin yaranması.Qədim zamanlarda insanlar mahiyyətini dərk edə bilmədikləri hadisələri canlandırmağa çalışmışlar. Onlar hesab etmişlər ki, insanlar, heyvanlar, bitkilər və bütün təbiət hadisələr canlıdır və onların ruhu var. ( Bizim tez- tez “mehriban günəş”, “ sərt külək”, “ qəddar şaxta” söz birləşmələrindən istifadə edtdiyimiz kimi.) Təbiətin belə canlandırılması – animizm adlandırılmışdır.

3


Yüklə 35,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə