Bakı Baş Dövlət Yol Polisi idarəsinin rəisi Cənab Nuşirəvan Səfərova



Yüklə 6,68 Kb.
tarix26.11.2017
ölçüsü6,68 Kb.
növüYazı

Bakı Baş Dövlət Yol Polisi idarəsinin rəisi

Cənab Nuşirəvan Səfərova

Bakı şəhəri Filan rayonu Filan qəsəbəsi

Filan küçəsi ev 3–də daimi qeydiyyatda olan

………….. ………………………-dən

İnzibati Protokoldan Şikayət



ƏRİZƏSİ
Yazıb sizə bildirirəm ki, mən yuxarıda yaşadığım ünvanda daimi qeydiyyatdayam və orada da yaşayıram. İdarə etdiyim XX XX XXX qeydiyyat nişanlı nəqliyyat vasitəsi də elə həmin ünvanda qeydiyyatdadır. Mən XX.XX.XXXX tarixdə Murtuza Muxtarov küçəsi ilə hərəkət etdiyim zaman Nizami küçəsi ilə qalxan XXXXX markalı XX XX XXX qeydiyyat nişanlı avtomobil hərəkət üstünlüyü onda olmağına baxmayaraq mənə könüllü sürətdə yol verdi. Mən bir qədər keçməyə tərəddüd etdiyim zaman o , mənə ikinci dəfə keçməyimlə bağlı işarə verdi. Və mən həmin kəsişməni keçdim. Sağa döndüyüm zaman məni XX XX XXX nömrəli YPX avtomobilində xidmət aparana , döş nişanının nömrəsi XXXXXX olan inspektor XXXXXX-ov saxladı. Və mənə könüllü surətdə yol vermiş avtomobil sürücüsünə qarşı qayda pozuntusunu etdiyimi bildirdi. Mən XXXXXX-ova etiraz etdiyim zaman o, mənı kpnüllü olsa belə keçmə söylədi. Nəzərinizə çatdırım ki, həmin nəqliyyat vasitəsinin sürücüsü mənə könüllü surətdə yol vermiş və mənə öz arzusu ilə yol vermiş sürücüyə görə mən inzibati məsuliyyətə cəlb ioluna bilmərəm. Çünki inzibati pozuntu qəsdən və ya bilmərəkdən digər subyektin hüquqlarının məhdudlaşdırlması və ya pozulmasıdır. Həmin halda isə mənim tərəfimdən heç bir qayda pozuntusu olmamışdır. Həmin inspektora görə mən M.Muxtarov küçəsində gecəyə qədər gözləməliyəm. Siz özünüz də gözəl bilirsiniz ki, yol hərəkəti qarşılıqlı hörmət və anlayış üzərində qurulmalıdır. Qayda pozmadığımı nəzərə alaraq mənə yazılmış inzibati protokolun ləğv edilməsini xahiş edirəm.

İmza : ……………. Tarix : XX.XX.XXXX


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə