Bakı Biznes Universiteti


Maliyyə uçotunun standartlaşması qaydaları



Yüklə 30,75 Kb.
səhifə4/6
tarix02.04.2022
ölçüsü30,75 Kb.
#84990
1   2   3   4   5   6
Bakı Biznes Universiteti

2.Maliyyə uçotunun standartlaşması qaydaları
Bütün ölkələrdə maliyyə hesabatlarının miqdarına və keyfiyyətinə, onun unifikasiyasına, beynəlmilləlləşdirilməsinə və səhihliyinə müəyyən tələblər qoyulur. Bu məqsədlə zəruri ümumi qaydalar hazırlanılır, başqa sözlə, uçotun aparılmasının və maliyyə hesabatının tərtib edilməsinin standartlaşdırılması həyata keçirilir.

Rus alimi O.V. Salavyovanın fikrinə görə maliyyə uçotu və hesabatının standartlaşdırılmasının üç səviyyəsi təşəkkül tapmışdır: milli, regional və beynəlxalq. (Соловьева О.В. МСФО и ГААП: учет и отчетность. – Москва: ИДФБК-ПРЕСС, 2003)

Milli Standartlar həmin ölkənin ərazisində hazırlanır və istifadə edilir. Lakin bir çox hallarda iqtisadi səbəblər üzündən bəzi milli standartlar beynəlxalq standartlara çox güclü təsir göstərmişdir. Bu xüsusiyyət Amerikanın QAAR standartlarına (uçotun qəbul edilən prinsipləri) məxsusdur. Məlum olduğu kimi Amerikanın kapital bazarı dünya bazarının yarısını əhatə etdiyi üçün, bir çox xarici şirkətlər Amerikanın kapital bazarına çıxa bilmək məqsədilə özlərinin maliyyə hesabatlarını Amerikan standartları əsasında tərtib edirlər.

Regional standartlar eyni bir regionun bir neçə ölkəsində fəaliyyət göstərir. Məsələn Avropada Avropa İqtisadi Əməkdaşlığı üçün xüsusi Direktivlər hazırlanır. Belə Direktivlər qanunvericilik xarakteri daşıyır və müxtəlif ölkələrin maliyyə uçotu praktikasına çox böyük təsir göstərir. Avropa miqyasında hazırlanılan standartlar hər bir ölkə ilə razılaşdırılır və onların qanunvericiliyində norma kimi qəbul edilir. Beləliklə, Avropa İqtisadi Əməkdaşlığı tərəfindən şirkətlərin maliyyə hesabatları haqqında 25 iyul 1978-ci il tarixli dördüncü Direktivi və konsolidə edilən hesabatlar haqqında 13 iyul 1983-cü il tarixli yeddinci Direktivi hazırlanmış və qəbul edilmişdir.

Bu qəbildən regional təşkilatlar Sakit Okean regionunda, Cənubi Amerika və Afrika regionlarında fəaliyyət göstərməkdədir.

Maliyyə Hesabatının Beynəlxalq Standartları (MHBS) bir çox ölkələrin təcrübəsini ümumiləşdirərək, beynəlxalq səviyyədə tanınmaqdadır. Tövsiyyə xarakteri daşımasına baxmayaraq, bu standartlar, maliyyə hesabatlarının tərtib olunması üçün müxtəlif ölkələrin şirkətləri tərəfindən istifadə edilir. Bəzi ölkələr, o cümlədən Azərbaycan, özlərinin uçot və hesabat üzrə Milli Standartlarını hazırlamaq üçün əsas götürmüşlər.



Yüklə 30,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə