Bakı Dövlət Universiteti



Yüklə 226,49 Kb.
səhifə1/2
tarix07.04.2022
ölçüsü226,49 Kb.
#85148
  1   2
ABŞ-ın müasir ərazisinin kəşfi və tədqiqində Portuqaliya səyyahlarının rolu




Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti

Fakültə:Tarix

İxtisas:Tarix

Müəllim:Hətəmov Rövşən,Əliyeva Nərgiz

Fənn:T1110

Kurs:2
Fənn:Amerika tarixi

Tələbə: Ağayeva Qumru

Mövzu: ABŞ-ın müasir ərazisinin kəşfi və tədqiqində Portuqaliya səyyahlarının rolu



Bakı 2022

ABŞ-ın müasir ərazisinin kəşfi və tədqiqində Portuqaliya səyyahlarının rolu

Giriş

1.Amerikanın kəşfi

2.Henrix Dənizçinin kəşfləri

3.Magellanın dünya siyasəti

4.Vasko da Qamanın kəşfləri

Amerikanın kəşfi — XV əsrin sonunda Amerika kəşf olunmaqla dünya xəritəsində öz əksini tapır. Bu mərhələ Amerikanın əslində kimlər tərəfindən aşkar olunmasının mübahisəli dövrüdür. Əslində həllini tapmamış bu məsələ hələ də qaranlıq qalmaqdadır. Amerikanın skandinaviyalılar, ispanlar, portuqallar, irlandlar, italyanlar, yaponlar tərəfindən aşkar olunması haqqında müxtəlif versiyalar vardır. Yaponlar Ekvador sahillərində qədim yapon keramikasının tapılmasına əsaslanaraq materikin kəşfinə iddialıdırlar. Əgər deyilənlər doğru olsa belə, bu kəşflər kiçik əraziləri əhatə etdiyindən və dəqiqləşdirilməmiş məlumatlar olduğundan coğrafiya tarixində materikin kəşf olunması X.Kolumbun adı ilə bağlanılır. Amerikanın kəşf olunmasının X.Kolumbun adı ilə bağlanması, tədris müəssisələrində ona üstünlük verərək gənclərə aşılanması düzgündürmü? Hər halda, Amerikanın 985-ci ildə normann dənizçisi Byarnı tərəfindən kəşf olunması haqqında dəqiqləşdirilmiş məlumatlar var. Byarnı 985-ci ildə Qrenlandiyaya üzərkən duman və qüvvətli küləklərin təsirindən götürdüyü istiqamətdən kənara çıxaraq, ilk dəfə Nyufaundlend sahillərinə çatır.

Böyük coğrafi kəşflərin ilkin mərhələsində bir sıra səbəblər üzündən İspaniya və Portuqaliya digər ölkələrlə müqayisədə qarşıda duran mürəkkəb vəzifələrin yerinə yetirilməsinə daha çox hazır idilər. Məhz bu iki Pireney ölkəsinin səyyahları bir neçə onilliklərdə Afrikanın ətrafını dolanmaqla Şərq ölkələrinə və Amerikaya gedən yolları kəşf etmişlər, Şərq yolunun axtarışı ilə onlar Hindistanı və Qərb yolunun axtarışı ilə isə iki böyük materiki - Şimali və Cənubi Amerikanı kəşf etdilər və öyrəndilər. Lakin XVI əsrin ortalarından başlayaraq Pireney ölkələri zəbt etdikləri sərvətlər ilə məhdudlaşaraq, yeni torpaqlar axtarışından imtina etdilər və əsas diqqəti tutuqları yerləri əldə saxlamağa yönəltdilər. Göstərilən vaxtdan sonra onların yerinə daha güclü olan İngiltərə və Hollandiya gəldi. Deməli, Böyük Coğrafi kəşfləri ilkin hazırlayan və həyata keçirən iki Pireney dövləti- İspaniya və Portuqaliya olmuşdur. Böyük coğrafi kəşflər dövrü X.Kolumb və F.Magellanın adları ilə bağlı olsa da, bu bir həqiqətdir ki, həmin dövrdə uzaq dəniz səyahətlərinin elmi və texniki bazasını böyük təkid və həvəslə hazırlayan Portuqaliya şahzadəsi Henrix Dənizçi (1395-1460) olmuşdur. Dənizçi ləqəbi Henrixə XIX əsrdə verilmişdir. Bu adı almasına baxmayaraq, çoxlu ekspedisiyalar təşkil etsə də, onun özü heç bir dəniz səyahətinə çıxmamışdır.

1492-ci ildə vahid ispan dövlətinin yaranması, boş qalmış xəzinəni Hindistan və Çin hesabına doldurulmasına şərait yaratmışlar. Lakin Hindistana dəniz yolunun açılmasında Ispaniyaya rəqib olan Portuqaliya daim onu qabaqlamağa çalışan əsas rəqibə çevrilmişdir. Yeni sərvət və müstəmləkələr ələ keçirmək hərisliyi, portuqalları qabaqlamaq arzusu, din xadimlərinin müqavimətinə baxmayaraq, Xristofor Kolumba qərb istiqamətdə üzməkdə Hindistana dəniz yolunun kəşfi üçün ispan kralı tərəfindən icazə verildi (Müasir hind dilində Bhartavarşi bharatların ölkəsi deməkdir). Xristofor Kolumb (1451–1506) — 1451-ci ilin payızında Genuyada toxucu ailəsində anadan olmuş İtaliyan mənşəli məşhur dənizçi olmuşdur. Onun hər-hansı bir məktəbi bitirməsi barəsində dəqiq məlumat olmasa da, italyan, ispan, portuqal və latın dillərində oxuyub-yaza bilməsi şübhə doğurmur. 1474–1475-ci illərdə Egey dənizinə təşkil olunan ekspedisiyada iştirak etmiş Kolumb, 1476-cı ildə ticarət evinin darğası kimi Lissabona göndərilməklə 9 ay orada yaşayır.

XV əsrdə bir sıra alimlərin yerin kürə formasında olması fikrinə tərəfdar olan Kolumb qərb istiqamətdə üzməklə Çin və Hindistana getmək fikrinə düşür. Kolumb qeyd olunan ölkələrə getmək üçün qərb istiqamətini ən qısa yol hesab edirdi. Italyan astronom və coğrafiyaçısı Paolo Toskanellinin yeni tərtib etdiyi dünyanın xəritəsində də belə idi. Onun tərtib etdiyi xəritəyə görə qərb istiqamətdə Hindistana yol şərqə nisbətən iki dəfə qısadır. Lakin fransız mənşəli amerikalı "antikolumbçu" Vino Toskanelli ilə Kolumb arasındakı münasibətlərin olmasını Kolumbun qardaşının uydurması hesab edir. Vinoya görə bunu 30 aprel 1492-ci ildə kral Ferdinand və İzabellanın Kolumbla aralarında bağlanan müqavilə də təsdiq edir. Bu müqavilədə Hindistanın adı çəkilmir. 1476-cı ildə İtaliyadan Portuqaliyaya köçən Xristofor Kolumb Çin və Hindistana qərb istiqamətdə üzmə planını (layihəsini) II Ivana təklif edir. Kralın nəqliyyat təlimatlarının tərtibi üçün təşkil olunmuş elmi şuraya təqdim etdiyi layihə 1484-cü ildə rədd olunur. Rədd cavabı alan Kolumb elə həmin ildə kiçik qardaşı Bartolome Kolumbun köməyi ilə Ispaniyaya köçür və layihəni ispan kralına təqdim edir.

Layihənin təqdim olunmasında hersoq Medinaselinin mühüm rolu olmuşdur. Medinaseli hətta ekspedisiyanın xərclərini öz boynuna götürür. Lakin kraliça Izabellanın din və saray adamlarından ibarət komissiyaya müzakirəyə verdiyi layihə yenidən rədd edilir. Din xadimlərinin güclü müqavimətinə baxmayaraq Portuqaliyanın Ispaniyanı qabaqlayacağından qorxaraq Kral 17 aprel 1492-ci ildə layihənin təsdiq olunmasına yazılı surətdə razılıq verir. Xristofor Kolumb ekspedisiyanı uğurla başa çatdırmaq üçün aşağıdakı şəkildə tələblər qarşıya qoyur: əgər o, Asiya qitəsində yeni torpaqlar kəşf edərsə həmin torpaqlar üzrə Vitse-Kral (İspan kralının müavini) təyin olunmalı, ticarətdən əldə olunmuş gəlirin 25%-i onun hesabına keçirilməli, admiral rütbəsi verilməli, verilmiş ad və rütbə irsi olaraq uşaqlarına keçməlidir. Gəlir iki dəfə azaldılmaq şərti ilə 30 aprel 1492-ci il tarixində Kolumbun vərəsəlik hüququ təsdiq edildi.

Portuqaliya səyyahı Fernan Magellan (1480-1521) 1519-cu ilin 20 sentyabrında beş gəmi ilə İspaniyadan ilk dünya səyahətinə yola düşür. Atlantik okeanını keçdikdən sonra Magellan Cənubi Amerika sahilləri boyu üzərək qərbə gedən boğazı axtarır və nəhayət 520 c.e. indi onun adını daşıyan Magellan boğazını böyük çətinliklə keçərək okean ənginliklərinə çıxır. Dar, qaranlıq boğaz döngələrindən sakit bir okeana çıxan ekspedisiya iştirakçılarında xoş təəssürat yaranır və bu okeanı Sakit okean adlandırırlar. Dünyada ilk dəfə Sakit okeanın ən enli yerindən üzüb keçən Magellanın gəmiləri xoş və acı günləri yaşamaqla dörd aydan sora gəlib indiki Filippin adalarına çıxırlar. Burada Magellan yerli tayfalar arasında gedən vuruşmaya qoşulur və 27 aprel 1521-ci ildə öldürülür. Qalan gəmilərdən birisi Xuan Sebastyan Elkanonun başçılığı ilə bütün yol boyu portuqaliyalılardan gizli əvvəlcə Moluk adalarına gəlir, orada xeyli ədviyyat yükləyir, Timor adasından keçib böyük çətinliklərlə Hind okeanının cənub enliklərilə üzərək, Ümid burnundan keçib 1522-ci ilin 8 sentyabrında salamat qalmış cəmi 18 nəfər dənizçi ilə (yola çıxan 265 nəfərdən) gəlib İspaniyaya çatır. Magellanın başçılığı altında həyata keçirilən Birinci Dünya səyahətinin müəyyən iqtisadi səmərəsi olmasa da, tarixdə böyük coğrafi nəticələr qazanmışdır. .Yeni iqtisadi baxımdan əsas ədviyyat verən ölkələr – Hindistan və digərləri yenə də Portuqaliyanın əlində qalırdı. Coğrafi baxımdan: Yerin kürə şəklində olması qəti sübuta yetirildi; Vahid Dünya okeanının mövcudluğu müəyyənləşdirildi və vaxtilə Ptolemeyin də müdafiə etdiyi «kontinental», yəni qurunun daha geniş sahə tutması baxışları özünü doğrultmadı. Həm də gec də olsa bəşəriyyət bildi ki, Yer kürəsini şərqdən qərbə dolanarkən bir gün qazanırsan. Belə ki, səyahətçilər İspaniyaya 8 sentyabr, bazar günü gəlib çıxmışdılar, gəminin gündəliyində isə şənbə idi. 28 Qısa dövrdə – cəmi yarım əsrdə bizim planetimizin avropalılara məlum olan sərhədlərinin görünməmiş dərəcədə genişlənməsi baş verdi. Lakin köhnə dünyanın və yeni kəşf olunan materiklərin daxili hissələri hələ də öyrənilməmiş qalırdı. Avstraliya, Antarktida, Asiya və Şimali Amerikanın şimal sahilləri hələ kəşf olunmamışdır. Böyük Kəşflər dövrü coğrafi təsəvvürlərin inkişafı öz əksini parlaq şəkildə dövrün xəritələrində tapırdı. Daha düzgün proyeksiyalı və dərəcə toru ilə düzəldilmiş xəritələr (məsələn, Herard Merkatorun xəritəsi) meydana gəldi. Ərazi kəşfləri dünyanın coğrafi xəritəsində öz əksini tapdı. Ekspedisiyaların kəşf etdiyi obyektlərin coğrafi mövqeyi dəqiq müəyyən edildi

1502-ci ildə Kalikutdakı üsyan vaxtı orada yaşayan portuqaliyalılar öldürüldükdən sonra Vasko da Qama yenidən Hindistana göndərildi.

 

Onun əmri ilə Kalikut dağıdıldı, Portuqaliya qəsəbəsi isə bərpa edildi. 1524-cü ildə Vasko da Qama Portuqaliya Hindistanının vitse-kralı təyin edildi. Elə həmin ilin sonunda özünün Hindistana üçüncü səyahəti vaxtı Vasko da Qama öldü.



 

Hindistana dəniz yolu açıldıqdan sonra Portuqaliya Hind okeanında aparıcı rol oynamağa başladı. Hindistanın qərb sahili boyu ticarət qəsəbələri meydana gəldi, onlar həm də Portuqaliya donanmasının hərbi bazaları rolunu oynayırdı. Portuqaliyalıların karavellaları ərəb gəmilərindən daha yaxşı təchiz olunmuş və silahlanmışdılar. Ədviyyat ticarəti və dəniz quldurluğu ilə yanaşı, ərəblər üzərinə hücum gəlirin faydalı maddəsi oldu. Hindistan və Portuqaliya arasında yük daşınması üçün 3-4 göyərtəli gəmilərdən istifadə olunurdu, onların yük qaldırması 2.000 tona çatırdı. Onların heyətləri tez-tez yenidən yığılırdı (gəmidə 800-ə qədər adam olurdu), belə ki, uzun yol vaxtı dənizçilər epidemiyadan qırılırdılar. 1519-1522-ci illərdə isə dünya ətrafına üzməklə ilk dəfə səyahət baş verdi. Portuqaliya səyyahı və dəniz səyahətçisi Fernan Magellan bu ekspedisiyanın təşəbbüsçüsü olmaqla, ona başçılıq etmişdi. Bu vaxt İspaniyada xidmət edən Magellanın planını kral V Karl bəyənmiş və o, beş gəmidən ibarət ekspedisiya təşkil etmişdi. 1519-cu ilin dekabrında kiçik donanma Argentina sahillərinə çatdı, az qala bir il sonra isə Magellan Atlantik və Sakit okeanları birləşdirən 600 km-lik boğazı kəşf etdi və sonralar boğaz onun adı ilə adlandı. Sakit okeanı üzüb keçdikdən sonra 1521-ci ildə ekspedisiya Filippin adalarına çatdı. Maktan adasının əhalisi ispanların gəlməsinə düşməncəsinə yanaşdı və yerli sakinlərlə toqquşmaların birində Magellan həlak oldu.

 

O, 1480-ci ildə anadan olmuşdu. 1517-ci ildə vətənini tərk edib, İspaniyaya yollanmışdı. Orada o, yaxşı dəniz səyahəti məktəbi keçmişdi. Naviqasiya və coğrafiyanı əsaslı qaydada öyrənib,  o, qərb istiqamətində, Amerika dövrəsinə üzməyi qərara almışdı. Çünki Afrika dövrəsində yol artıq portuqaliyalılar tərəfindən istifadə olunurdu.



 

Ekspedisiyanın başlanmasından 18 ay sonra məqsədi Yer kürəsinə dövrə vurmaq olan ekspedisiya donanmasının yalnız bir gəmisi - “Viktoriya” Xuan Sebastyan Elkanonun komandanlığı altında İspaniya sahillərinə qayıtdı. Bu üzmək nəticəsində, səfər isə tam sınaqlarla və təhlükələrlə dolu idi, qəti olaraq sübut edildi ki, bizim planetimiz şar formasındadır. Fernan Magellan tarixdə ilk dəfə dünya ətrafına səyahətə çıxmaqla, öz inqilabi addımı ilə Kolumbun və Vasko da Qamanın dahiyanə işlərini davam etdirib, coğrafi kəşflər, yeni torpaqların açılması işinə ölçüyə sığmayan töhfələr verdi. Təkcə bir boğaz onun adını daşımır, Yer kürəsinin ən böyük okeanı da onun ilk dəfə dilinə gətirdiyi Sakit okean adını pozulmayan möhür kimi indiyə qədər daşıyır. Dünyanın bütöv şəkildə dərk edilməsində həmin dəniz səyyahlarının xidməti ölçüyə sığmazdır və bəşəriyyət onları daim böyük minnətdarlıq hissləri ilə yad edir.

 

XVI əsrin əvvəllərində Cənubi Amerika sahillərinə gedən bir neçə ispan və Portuqaliya ekspedisiyalarında Florensiyadan olan Ameriqo Vesspuçi də var idi. 1504-cü ildə o, ilk dəfə belə bir fikir söylədi ki, bu torpaqlar Asiyanın bir hissəsi deyil, yeni materikdir, onları o, “Yeni Dünya” adlandırmağı təklif etdi. Vesspuççinin şərəfinə alman kartoqrafı Martin Valdzemyuller 1507-ci ildə tərtib etdiyi öz dünya xəritəsində bu materiki Amerika adlandırdı.



 

 İlk dəfə dünya ətrafına üzməyi 1519-1522-ci ildə həyata keçirən, ispan xidmətində olan Portuqaliya dvoryanı Fernan Magellan Ameriqo Vesspuççinin ideyasını təsdiq etdi. Cənubi Amerikanı dövrə vurub keçən Magellan bu qitə ilə Odlu torpaq arxipelaqı arasındakı boğazı gördü, bu boğaz indi onun adını daşıyır və boğaz dəniz səyahətlərini Atlantik okeanından Sakit okeana keçirdi. Axırıncıya bu adı Magellan vermişdi, çünki Asiyanın sahillərinə gedən yolda onun ekspedisiyası bir dəfə də olsun qasırğaya düşməmişdi. Magellanın özü başladığı səfəri başa çatdıra bilmədi, 1521-ci ildə Filippin adalarında o, tuzemlilərlə toqquşmada öldürüldü. Bir ildən sonra kapitan Xuan Sebastyan Elkano Magellanın səfərə çıxdığı gəmilərin birində Sevilyaya döndü.

1497-ci ildə Portuqaliya kralı I Manuel Hindistana dəniz yolunu kəşf etmək üçün Vasko da Qamanın başçılığı ilə o ölkəyə dəniz ekspedisiyası göndərdi. O, Afrika qitəsini keçərək Hind okeanına çıxmış və qitənin şərq sahilindəki Malindi limanında ərəb dənizçisi Əhməd ibn Məcidi özünə losman götürərək, onun köməyi ilə Hindistanın Kalikut (indiki Kojikode) şəhərinə gəlir və bununla da Hindistana dəniz yolunu kəşf edir.

Hindistanla ticarəti öz əllərində saxlayan ərəb tacirləri portuqalların bura gəlişindən narahat olaraq, Kalikut hakiminin sahilə çıxan portuqalları həbs etdirməsinə nail olurlar. Buna cavab olaraq Vasko da Qama gəmiyə baxmağa gələn hind əyanlarını buraxmır. Racənin əyanlar üçün göndərdiyi qayığı isə atəşə tuturlar. Vasko da Qama buradan çoxlu ədviyyat alaraq Avropaya qayıdır. Gətirilən ədviyyatlar ekspedisiyaya çəkilən xərclərdən 60 dəfə çox qazanc götürməyə imkan verir.



Vasko da Qama 24 dekabr 1524-cü ildə Hindistanda vəfat edib.

ХVI əsrin əvvəllərində ispanlar Amеrikanın sahil zоnalarında gеniş tədqiqat işləri aparmaqda Panama bərzəхinin şərq sahillərinə gəlib çatmışdılar. Burada yaşayan hindilərin üzərində qızıldan оlan bəzək şеyləri yaхın zamanlarda ispanların zəngin sərvət sahibi оlacaqlarından хəbər vеrirdi. Ispanlar Amеrikanın bu hissəsini «Qızıl Kastiliya» adlandırdılar. Qızılları əllərindən alınmış hindilər qısa müddətdə qullara çеvrildilər. Hindilərlə məskunlaşmış bu bərzəхin qərbə dоğru nə qədər uzanması hеç kimə məlum dеyildi. Asan yоlla gəlir əldə еtmək üçün bu ərazilərdə üzən Vaskо Nunyеs Balbоa hindilərdən bоğazın еnsiz оlması və qərbdə alçaq dağlarla mеrеdian istiqamətində əhatə оlunması haqqında məlumatlar tоplayır. Hindilərə görə şimaldan cənub istiqamətdə uzanan bu dağların arхasında böyük bir dəniz yеrləşir. Balbоa bоğazı kеçmək və dənizə çıхmaqla böyük əhəmiyyətə malik оlan kəşf еtmək qərarına gəlir. Balbоa «Qızıl Kastiliya»nı ələ kеçirmək cəhdində günahlandırılmaqla ölüm cəzasına məhkum оlunmuş bir dənizçi idi. Bu kəşfi еtməklə о, dövlət tərəfindən ölüm cəzasının götürəcələyini, həmçinin tacirlərə оlan bоrcun bağışlanacağını ümid еdirdi. 1513-cü ilin sеntyabrında 66 nəfərlə sıх mеşələri kеçən Balbоa dоğrudan da gеniş su sahəsinin оlduğunu görən ilk avrоpalı оlur. О, hazırda Magеllanın Sakit adlandırdığı bu оkеanı «Cənub dənizi» adlandırır. 1513-cü ilin sеntyabrında da dəniz və оnun sahillərini ispan ərazisi еlan еtməklə Ispaniya kralına хəbər göndərir. Lakin çох kеçmədən 1514-cü ildə Mərkəzi Amеrikaya göndərilən qubеrnatоr Pеdraris Avil tərəfindən qəsddə günahlandırılaraq Balbоa еdam еdildi. Bеləliklə, avrоpalılar üçün Atlantik оkеanından qərbdə Şimali Amеrika arasında Panama bərzəхinin оlması və bərzəх arхasında «Cənub dənizi» adlandırılsa da, Sakit оkеan kəşf еdilmiş оldu. Artıq ХVI əsrin birinci yarısından Çin və Hindistana Amеrikanın şimalından dəniz yоlunun aхtarılmasına maraq artmaqda idi. Bu marağı yaradan əsas səbəblərdən biri də Hеnfri Hilbеrtin inamla dеyilən fikirləri idi. 1539-1583-cü illər ərəfəsində yaşamış Hilbеrt dövrünün dünya haqqında cоğrafi baхışlarına əsaslanaraq qеyd еdir ki, Amеrika qədim Atlantida kimi bir şеydir. О, adanı хatırlatdığına görə üzərək ətrafında dövrə vurmaq оlar. Hilbеrtə görə, Magеllanın cənubda kəşf еtdiyi bоğaz kimi, şimal – qərb istiqamətdə də Sakit оkеana kеçid оlmalıdır. Bu münasibətlə о, yazır: « Hеsab еdirəm şimal – qərb istiqamətdə оlan yоl bizim üçün daha əlvеrişlidir. Platоn və Aristоtеlə yanaşı, müasir filоsоf və cоğrafiyaçıların fikirləri də mənə bu qərara gəlməyə əsas vеrir». Hеnfri Hilbоrt müasir filоsоf və cоğrafiyaçılar dеdikdə Hеmma Frizski, Myunstеr, Apian və Оrtеlini nəzərdə tuturdu. Оrtеlinin tərtib еtdiyi dünyanın хəritəsi Hilbеrtə fikirlərini əsaslandırmaqda daha yaхından kömək еtmişdir. Хəritəyə istinad еdərək о, qеyd еdir ki, Şimali Amеrika ilə Asiya arasında bоğaz varsa, dеməli, bu yоl Çin və Hindistana istiqamətlənir. Daha sоnra fikrini başqalarına asanlıqla aşılamaq məqsədilə dеyir «Əgər bu iki quru arasında bərхəz оlsa idi çinlilər çохdan bura yоl açmışdılar. Ölüm ayağında yaşayan ac tatarlar isə Amеrikaya sохularaq məskunlaşmış оlardılar». Hеnfri Hilbеrt fikrini еlmi cəhətdən daha inandırıcı еtmək üçün оkеan aхınlarındakı qanunauyğunluqlara əsaslanmağa çalışır. О, qеyd еdir ki, Ümud burnundan gələn aхınlar Magеllan bоğazı dar оlduğundan buradan kеçə bilməyərək, şimala, Labradоr istiqamətinə yönəlir. Hər-hansı bir təsirdən qüvvəsini itirməyən bu aхım yеnidən Sakit оkеanda, Amеrikanın qərbində mövcud оlduğu aşkar оlunur. Aхım tam dövrə vurmaqla yarandığı yеrdə tamamlanır. Hilbеrt kimi praktik sınağa əsaslananlardan biri də Martin Frоbişеr оlmuşdur. Hilbеrtin «Mühazirələr» yazısı işıq üzü gördükdən sоnra о, şimal-qərb istiqamətdə Çin və Hindistana bоğazın оlmasını müəyyən еtmək üçün yоla düşür.

Хristоfоr Kоlumbun qərb istiqamətində səyahəti təsadüfi оlaraq «Yеni Dünya»nın kəşfi ilə nəticələndi. Təəssüf ki, о, ömrünün sоnuna qədər dünya хəritəsinə yеni bir matеriki əlavə еtdiyindən хəbərsiz qaldı. Şimali Amеrika kimi, Cənubi Amеrikanın kəşfi də təsadüfi хaraktеr daşıyır. Bеlə ki, 1500-cü ildə pоrtuqal gəmiləri Pеdrо Kabralın rəhbərliyi altında Afrikanın cənubundan kеçməklə Hindistana yоla düşür. Bu yоl 1497-ci ildə artıq Vaskо da Qama tərəfindən kəşf еdilmişdir. Ancaq bu yоlla Hindistana çatmaq Pеdrо Kabrala qismət оlmur. Çünki, istiqamətini itirmiş gəmilər dəniz aхınları vasitəsilə qərbə yönəlir. Nəticədə gəmilər naməlum tоrpaq sahillərinə çatırlar. 1500-cü ildə pоrtuqalların təsadüfən müəyyən еtdikləri bu tоrpaq Cənubi Amеrika idi. Pоrtuqallar ada hеsab еtdikləri tоrpağı Santa-Krus (Müqəddəs Хaç) adlandırırlar. Daha sоnra оnun ada dеyil, böyük bir matеrik оlması aydın оlur. Sоn nəticədə əvvəldə qеyd оlunduğu kimi, matеrik ədalətsizcəsinə Amеriqо Vеspuççinin şərəfinə adlandırıldı.



Mayın 2-də Braziliya sahillərini tərk edən ekspedisiya 11 gəmi ilə demək olar ki, çətinlik çəkmədən gəlib Afrikanın cənubuna çatır və Ümid burnundan bir qədər aralıda, Hind okeanının sərhəd sularında güclü fırtınanın caynağına düşür. Burada dörd gəmi bütün heyətlə birlikdə fəlakətə uğrayaraq, suya qərq olur. Portuqal kralı I Manuelin ümid bəslədiyi Bartolomeu Diaş okean sularında yoxa çıxır. Maraqlıdır ki, həmin təlatümdə Bartolomeunun qardaşı Dioqu Diaş öz gəmisi ilə ekspedisiyadan aralı düşərək, xoşbəxtlikdən gedib Madaqaskar adasına çıxır və bununla da Afrika materikinin ən böyük adasının kəşfinin təməlini qoyur. Lakin Pedru Kabral elə zənn edir ki, o, da fırtına zamanı başqaları kimi həlak olubdur və heç bir axtarış həyata keçirmədən yolunu davam etdirir. Ekspedisiya 6 gəmi ilə portuqalların Afrikanın cənub-şərqində yerləşən platsdarm rolunu oynayan Malindi limanına gəlir, oradan isə Kalikut (indiki Kojikod) şəhərinə yollanır.
Nəzərdə tutulan plana əsasən, itkilərlə Hindistana çatan Pedru Kabral, Kalikut şəhərində faktoriya yarada bilir. Lakin müsəlman tacirlərinin təsiri və nüfuzu portuqalların sərbəst fəaliyyətinə maneəçilik törədir və onlarla müsəlmanlar arasında silahlı toqquşma baş verir. Həmin toqquşmada 50 nəfərə yaxın portuqal, o cümlədən, istedadlı yazıçı Peru Vaş Kaminya öldürülür. Cavabında Kabralın əmri ilə şəhər toplardan bombardımana məruz qalır və müsəlmanların limanda olan bütün gəmiləri yandırılır. Sonra isə onlar Koçində alternativ ticarət əlaqəsi yaradırlar.1
 
 
1501-ci ilin əvvəlində geriyə qayıdan portuqallar yolda, Mozambik yaxınlığında daha bir gəmi itirir və xilasetmə əməliyyatından sonra, onlar 4 gəmidə Yaşıl Burun adalarına üz tuturlar. Təsadüf nəticəsində Madaqaskar adasını tərk edən Dioqu Diaş eskpedisiya iştirakçıları ilə həmin adalarda görüşür və onlarla birlikdə vətənə yola düşür.
Xüsusilə qeyd etmək istəyirəm ki, həmin ekspedisiyaya daxil olan gəmilərdən biri, Hindistan səfərindən qayıdandan sonra Afrikanın cənub-şərq sahillərində heyətdən kənar düşür və müstəqil şəkildə hamıdan birinci Lissabona çatır. Belə olan halda əlbəttə ki, onları kral sarayına dəvət edib səyahət barəsində bütün vacib məlumatları, o cümlədən, faciəli hadisələri əyanlara ərz edirlər. Nəyə görə mən bu məqama toxundum? İş ondadır ki, Pedru Kabral vətənə qayıtmamışdan əvvəl, artıq kralın istədiyi ümidini doğrultmadığından onun gözündən düşmüşdü. Çünki Kabralın ekspedisiyası həm gəmilərin, həm də insan resurslarının çoxluğuna görə, Vasko da Qamanın ekspedisiyasına nisbətən çox böyük idi, amma nəticə qənaətbəxş sayılmırdı. Təkcə, təsəlliverici hal o idi ki, Duarti Paşeku Pireyra həmin səyahətdən salamat qurtulmuş və Braziliyanın “kəşfi” rəsmiləşdirilmişdi.
Təxminən il yarımlıq səyahətdən sonra ekspedisiya 6 gəmi itkisi ilə Pireney yarımadasının sahillərində görünür. Sentyabrın 6-sı 1501-ci ildə ekspedisiya, içərisi həddindən çox qiymətli mallarla dolu olan 5 gəmi ilə səyahətdən qayıdır.
Gətirilən qiymətli malların dəyərinə əhəmiyyət verməyən kral I Manuel ekspedisiyanın nəticəsindən narazı idi. Ona görə ki, qoyulan məqsədə nail olunmamışdı. Bütün bunlara baxmayaraq ekspedisiyaya qoyulan xərc iki dəfədən çox gəlir gətirmişdi.
  
XVI əsrdə Avropada tərtib olunan xəritələrdə Kabral tərəfindən aşkarlanan torpaq gah 
Yüklə 226,49 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə