Bakı Dövlət Universitetinin



Yüklə 57,71 Kb.
tarix08.12.2017
ölçüsü57,71 Kb.
#14641
növüQaydalar

Bakı Dövlət Universitetinin

Fizika Fakültəsinin Tədris-Metodiki

Elmi Şurasının Müvəqqəti Əsasnaməsi
Müvəqqəti Əsasnamə Fizikia fakültəsinin 14.01.2016-cı il tarixli iclasında
(protokol N 1) müzakirə edilərək bəyənilib və təsdiq edilmişdir.

1. Ümumi müddəalar.

1.1.Bu “Əsasnamə” Bakı Dövlət Universitetinin Fakültə Tədris-Metodiki Şurasının (Bundan sonar TMŞ və ya Şura) tərkibini, səlahiyyətlərini, vəzifələrini və fəaliyyət qaydalarını müəyyənləşdirir.

1.2.TMŞ fakültədə tədris-tərbiyə prosesinin keyfiyyətini və onun elmi-metodiki təminatını yüksəltməyə xidmət edən, daimi fəaliyyət göstərən, kollegial, istiqamətverici məşvərətci orqandır.

1.3. TMŞ rektorun əmri ilə yaradılır. Onun tərkibi və Sədri Fakültə Elmi Şurası tərəfindən acıq səsvermə qaydasında sadə səs coxluğu yolu ilə Fakültənin kifayət qədər pedaqoji və elmi-metodiki iş təcrübəsinə malik olan yüksək ixtisaslı müəllimləri sırasından secilir və Rektor tərəfindən təsdiq olunur. TMŞ-nin işinə bir qayda olaraq T’drisin təşkili və təlim texnologiyaları üzrə prorektor, Universitetin TMŞ və Fakültə Elmi Şurası nəzarət edir.

1.4. TMŞ öz fəaliyyətində “Azərbaycan Respublikasının Konstitutsiyası”na, “Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu”na, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərinə və kollegiya qərarlarına, “Bakı Dövlət Universitetinin Nizamnaməsi”nə, onun Elmi Şurasının və Rektorunun qərar və əmrlərinə, həmçinin bu “Əsasnamə”yə əsaslanır.

1.5. TMŞ-nın səlahiyyət müddəti 3 ildən cox olmur.

1.6. TMŞ özünün ilk iclasında Şura Sədrinin müavinini, Şuranın Katibini secir, Şura üzvləri arasında təqribi iş bölgüsü aparır və Şuranın illik “İş planı”nı qəbul edir.

1.7. TMŞ üzvlərinin Şura tərkibindəki fəaliyyəti 6 saatlıq iş günü hüdudunda yerinə yetirilir və həmin işə sərf olunan zaman müddəti (saatlar) müvafiq normalar əsasında müəllimin “Fərdi iş planı”na daxil edilir.

1.8. Səlahiyyət müddəti bitmədikdə də TMŞ Fakültə Elmi Şurasının təqdimatı əsasında Rektorun əmri ilə buraxıla ( yenidən təşkil oluna) bilər.

1.9.TMŞ-nin hər hansı üzvü Fakültə əməkdaşlığından cıxdıqda həmin şəxs Şuranın tərkibindən xaric edilir.

1.10.TMŞ-nin tərkibində tədris-metodiki işin müxtəlif sahələri üzrə bölmələr və Fənn komissiyaları yaradıla bilər.

2. Tədris-Metodiki Şuranın səlahiyyətləri və fəaliyyətinin əsas istiqamətləri.
2.1.Fakültənin tədris prosesində iştirak edən struktur bölmələrinin (kafedraların, tədris laboratoriyalarının və s.) fəaliyyətinin koordinasiyası;

2.2.Fakültədə hazırlığı həyata kecirilən ixtisas və ixtisaslaşmalar üzrə ali təhsilli mütəxəssis hazırlığının çoxpilləli sisteminin, tədris standartları və tədris planlarının təsdiq olunmazdan əvvəl ekspertizası;

2.3.Fakültədə tədris olunan fənlərin (qeyri-ixtisas fənləri də daxil olmaqla) tədris proqramlarının təsdiq olunmazdan əvvəl ekspertizasını kecirib, onların təsdiqə yararlığı barədə rəsmi tövsiyənin verilməsi;

2.4. Fakültədə ixtisasların və ixtisaslaşmaların seçilməsi, ixtisaslaşma işinin hazırlığının elmi əsaslandırılması;

2.5.Tədris prosesinin keyfiyyəti və gedişi haqqında materialların toplanması,təhlili, onun təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və tətbiq edilməsi;

2.6.Tədris olunan bütün fənlər üzrə tələbələrin biliyinin keyfiyyətinə nəzarətin forma və üsullarının işlənilməsi;

2.7.Tələbələrin müstəqil işlərinin (eyni zamanda müəllimin rəhbərliyi ilə) planlaşdırılması və elmi-metodiki təminatı;

2.8.Fakültədəki tədris-metodiki işləri tənzimləyən sənədlərin qeydiyyatı, sistemləşdirilməsi və saxlanılması; bu sənədlərin kafedralara qədər cattdırılması; onların bütün səviyyələrdə, yəni kafedralardan tələbələrədək icrasına nəzarətin aparılması;

2.9.Fakültədə aparılan mütəxəssis hazirlığı istiqaməti üzrə tədris planlarının işlənib-hazırlanmasında iştirak və bu sənədin təsdiqə yararlığı barədə rəsmi ekspert rəyinin verilməsi;

2.10.Fakültədə tətbiq olunan tədris planlarının və işci fənn proqramlarının (silabusların) mütəxəssis hazırlığına dair istiqamət və ixtisaslar üzrə Dövlət Təhsil Standartlarına uyğunluğunun təhlilinin aparılması və ona nəzarətin həyata kecirilməsi;

2.11. İşçi proqramların və fənn proqramlarının Dövlət Təhsil Standartlarına uyğunluğuna vaxtlı-vaxtında baxılmasına və yenidən təsdiq olunmasına nəzarətin təşkil olunması;

2.12.Fakültənin özünün strukturuna daxil olan və digər fakültələrin Fakültədə dərs aparan kafedralarında tədris-medodiki sənədlər komplektinin olmasına nəzarət;

2.13.Şuranın illik “İş planı”nda nəzərdə tutulan işlərin yerinə yetirilməsinin təşkili;

2.14.Dərslik, dərs vəsaitlərı, metodiki göstərişlər və digər tədris-metodiki vəsaitlərin (materialların) hazırlanmasına dair tövsiyələrin verilməsi; Fakültənin müəllimləri tərəfindən nəşrə hazırlanmış tədris və tədris-metodiki materialların ilkin ekspertizasının keçirilməsi, hazırlanmış materialların tədris planına, göstərilmiş tirajın tələbə kontingentinə, hazırlanmış əlyazmasının periodiklik tələblərinə uyğunluğunun və nəşrinin məqsədyönlülüyünün yoxlanılması, təqdim olunan materialın bu sadalanan tələblər əsasında təhlili əsasında onun nəşrə tövsiyəsi barədə qərarın hazırlanması (Fakültə TMŞ-nin nəşrə yararlığı, nəşrinin məqsədəuyğunluğu barədə müsbət tövsiyə vermədiyi əlyazması nəşr üçün növbəti mərhələlərə buraxılmır. TMŞ çap olunması barədə müsbət tövsiyə və ya rəy verdiyi materialın doğruluğu, düzgünlüyü üçün məsuliyyət daşıyır) ;

2.15.Fakültədəki kadr hazırlığı istiqamət və ixtisaslarına dair təhsil proqramları üzrə özünütəhlilin keçirilməsi və təhsil prosesinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi

2.16. Digər fakültələrin TMŞ arasında təcrübə mübadiləsinin təşkil edilməsi;

2.17.Müxtəlif kafedraların müəllimlərinin dərslərinə qarşılıqlı gedişin (dinləmələrin) təşkil edılməsi və sonradan həmin dərslərin müzakirəsini keçirib, müvafiq tövsiyələrin qəbul edilməsi;

2.18.Fənlərin tədrisinin keyfiyyətinə nəzarətin həyata keçirilməsi; Tələbələrin gündəlik, aralıq və yekun biliyinin yoxlanılmasını həyata keçirməklə, gənc müəllimlərə metodiki köməkliyin göstərilməsi; Eyni zamanda, müəllimlərin dərslərində, kollokivumlarda,laboratoriya, seminar və məşqələ dərslərində əvvəlcədən tərtib olunmuş qrafik üzrə qarşılıqlı iştirakın təşkil olunması; Tələbələrin müəllimlər tərəfindən artıq qəbul edilmiş fərdi (müstəqil) və laboratoriya işlərinin nəticələrinin seçmə üsulla yoxlanılmasının kecirilməsi;

2.19.Ali məktəb problemləri üzrə, eləcə də tələbələrin yaradıcılıq fəaliyyətinin yüksəldilməsinə, bütövlükdə tədris prosesinin yaxşılaşdırılmasına, yeni və daha effektli təlim formalarının axtarılmasına yönəlmiş tədqiqatların təşkili və həyata keçirilməsi;

2.20.Müəllim və tələbələrin, eləcə də tədrisə köməkçi heyətin tədris prosesinin təkmilləşdirilməsinə dair təkliflərinin toplanıb-ümumiləşdirilməsi;

2.21. Tədris prosesinin təşkili, təlimin yeni texnologiyalarının tətbiqi, eləcə də tələbələrin biliyinin yoxlanılmasına dair məsələlər üzrə Fakültə müəllimlərinin metodiki seminarlarının təşkili və keçirilməsi;

2.22.Fakültənin müxtəlif səviyyəli (Fakültə daxili, Universitet daxili, ÜmumRespublika və Beynəlxalq) tədris–metodiki konfransların təşkilində və keçirilməsində iştirakının təşkil edilməsi;

2.23.Fakültə müəllimlərinin qabaqcıl təcrübəsinin öyrənilməsi, yayılması və təbliğ edilməsi;

2.24.Fakültədəki metodiki işlərin vəziyyəti haqqında arayış və məlumatların hazırlanması;

2.25. Şuranın başa çatan tədris ili üzrə “İllik hesabat”ının və qarşıdakı yeni tədris ili üçün “İş planı”nın hazırlanması.
3. Tədris-Metodiki Şuranın həll etdiyi əsas məsələlər.
3.1. Fakültədə yerinə yetiriləcək elmi-metodiki işlərin əsas istiqamətlərini müəyyənləşdirən təşkilati və tədris-metodiki məsələlər üzrə elmi cəhətdən əsaslandırılmış tövsiyyələr işləyib-hazırlmaq;

3.2. Fakültədə kadr hazırlığı aparilan hər bir ixtisas və ixtisaslaşmaya uyğun tədris-metodiki sənədlər toplusunu (təhsil standartlarını, tədris planları və proqramlarını) hazırlayıb, onların həyata keçirilməsi üçün təkliflər irəli sürmək;

3.3.Kafedralarda dərs yükünün ştatda olan və saathesabı qaydada tədris prosesinə cəlb olunan müəllimlər arasında paylanılmasında auditoriya və auditoriyadan- kənar, eləcə də mühazirə və digər saatlar nisbətinə düzgün əməl olunmasına, müəllimlərin onlara ayrılan akademik fənlər və digər tədris formaları üzrə mütəxəssis, kifayət qədər pedaqoji təcrübəyə və səriştəyə malik olmalarına nəzarət etmək; saathesabı qaydada kənardan dəvət olunmanın və ya kafedranın tədrisə köməkci heyyəti sıralarından tədrisə cəlb olunmanın məqsədyönümlüyünü və zəruriliyini müəyyənləşdirmək;

3.4.Aralıq attestasiyası və yekun Dövlət (buraxılış) attestasiyası (imtahanı) kecirmək ücün tərtib olunmuş sualların və biletlərin ekspertizasını kecirib, onların tədris olunan kursu( fənni və ya fənlər qrupunu) tam və məzmunlu əhatə etməsini, sualların konkret və anlaşıqlı olmasını təsdiqləmək;

3.5.Gələcəkdə kadr hazırlığı nəzərdə tutulan və cari dövrdə fəaliyyətdə olan ixtisasların müəyyənləşdirilməsi və siyahısının tərtib olunması prosesində iştirak etmək;

3.6.Elmi cəhətdən əsaslandırılmış təhsil texnologiyalarının və tədris-metodiki komplekslərin işlənilməsini təşkil etmək;

3.7.Tələbələrin müvəffəqiyyət dinamikasını təhlil etmək, məşğələlərin (seminar və məşqələ dərslərinin) və laboratoriya işlərinin (praktikum dərslərinin), mühazirə dərslərində tədris olunan mövzuların məzmununa, əhatə və elmi səviyyəsinə, tələbələrin biliklərinin qiymətləndirilməsinə və attestasiyasına nəzarət etmək;

3.8.Kafedraların, hər bir professor-müəllim heyətinin tədris prosesinin təkmilləşdirilməsinə dair irəli sürdüyü təklifləri təhlil etmək və işə müsbət təsir edə biləcək təkliflərin Fakültədə həyata keçirilməsini təmin etmək;

3.9.Gənc (müəllimlik fəaliyyətinə yeni başlamış) və sağlamlığında ciddi problemlər olan təcrübəli müəllimlərin açıq dərslərini təşkil edib, onların elmi-pedaqoji fəaliyyətlərini davam etdimələri barədə müvafiq tövsiyələr vermək;

3.10.Fakültədəki kafedraların və hər bir professor-müəllim heyətinin fəaliyyətində, Universitetin digər fakültələrində, Respublika daxilində, eləcə də yaxın və uzaq xaricdə tədris prosesinin təkmilləşdirilməsinə dair tətbiq edilən təcrübələri öyrənib, bu təcrübələrin müxtəlif tədbirlərin həyata keçirilməsi (konfranslar, seminarlar, elmi-metodiki nəşrlər, metodiki bülletenlər, pedoqoji yaradıcılıq sərgiləri və.s) vasitəsi ilə yayılmasını təşkil etmək;

3.11.Fakültəni bitirmiş tələbələrin (Fakültənin məzunlarının) praktik fəaliyyət təcrübələrinə nəzarət edib, bu təcrübəni müxtəlif vasitələrlə (sosialoji tədqiqatlar, anket sorğuları, institutu bitirmiş tələbələrin və işə götürənlərin iştirakı ilə keçirilən konfranslar) öyrənmək və həmin prosesin təkmilləşdirilməsi üçün təkliflər hazırlayıb-həyata keçirmək;

3.12.Tələbələrin və müəllimlərin dərslik, dərs vəsaitləri və tədris-metodiki ədəbiyyatla təminatı məsələsini araşdırmaq və bu sahədə işin vəziyyətinə nəzarət etmək;

3.13.Kafedraların tədris-metodiki sahədəki işini istiqamətləndirmək (koordinasiya etmək);

3.14.Tələbələrin kurs və buraxılış işlərinin, eləcə də magistr dissertasiyalarının mövzularının düzgün seçilməsini istiqamətləndirmək, onların ekspertizasını keçirmək və təsdiqinin mümkünlüyü barədə rəsmi rəy vermək;

3.15.Tədris, istehsalat, tanışlıq təcrübələrinin təşkilinə və keçirilməsinə nəzarət etmək, bu işləri istiqamətləndirmək;

3.16.Professor-müəllim heyətinin pedoqoji-psixoloji ustalıq problemini öyrənmək, onların əməyinin elmi təşkili barədə tədbirlər hazırlamaq və həyata keçirmək;

3.17.İstiqamətverici elmi-metodiki materialların hazırlanması, nəşr edilməsi və onlarda irəli sürülən müddəaların həyata keçirilməsi sistemini təşkil etmək;

3.18.Vacib elmi-metodiki problemlərin Fakültənin və Universitetin Elmi Şurasında, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodiki strukturlarında müzakirə edilməsi üçün məlumatlar hazırlamaq.


4. Tədris-Metodiki Şuranın işinin təşkili.
4.1.TMŞ öz fəaliyyətini bütün tədris ili ərzində həyata keçirir;

4.2.TMŞ-nin əsas iş forması “Metodiki İşin Vahid Planı”nın tövsiyələrini nəzərə almaqla işlənilmiş (hazırlanmış) ıllik “İş Planı”na uyğun olaraq ayda bir dəfə keçirilən iclaslardır.Şüra üzvlərinin yarıdan çoxu iştirak etdikdə iclas səlahiyyətli sayılır;

4.3.Şuranın illik “İş Planı” hər il 01 oktyabrdan gec olmayaraq Fakültə Elmi Şurasında müzakirə olunub, təsdiq edilir;

4.4.Şuranın işinin təşkilinə, onun “İş Planı”nda nəzərdə tutulmuş tapşırıqların və iclaslarında qəbul edilmiş qərarların vaxtlı-vaxtında həyata keçirilməsinə ümumi nəzarəti Şuranın Sədri, Sədr olmadıqda isə- Sədrin müavini həyata keçirir;

4.5.İclaslarda bütün məsələlər üzrə qərarlar açıq səsvermə yolu ilə və həmin iclasda iştirak edən Şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunur. Şuranın hər bir üzvü bir səsə malikdir.Hər hansı məsələyə dair səs vermədə səslər bərabər olduqda Sədrin, o olmadıqda isə- Sədrin müavininin səsi həlledici sayılır;

4.6. TMŞ-nın iclasları protokollaşdırılır.(Protokolların nömrələnməsi hər yeni dərs ilinin əvvəlindən başlanır). Protokollar Sədr və Katibin imzaları ilə təsdiq edilir.Şuranın qəbul etdiyi qərar onun uyğun iclas protokolu Sədr və Katib tərəfindən imzalandıqdan sonra qüvvəyə minir;

4.7.Şura üzvlərinin Şura iclaslarında iştirakı vacibdir. Hər bir Şura üzvü üzürlü səbəblərdən Şura iclaslarında iştirak edə bilmədikdə, əvvəlcədən Şuranın Sədrinə, o olmadıqda isə-Sədrin müavininə vaxtında xəbər verməlidir. Şura iclaslarının 25%-dən çoxuxunda üzürsüz səbəbdən iştirak etməyən Şura üzvü Şura Sədrinin təqdimatı ilə Fakültə Elmi Şurası tərəfindən tərkibdən xaric edilir;

4.8.TMŞ-nın üzvlərinin təşkilati və tədris-metodiki fəaliyyəti Universitet müəlliminin “Fərdi iş planı”nda tədris və təşkilati-metodiki işlər bölmələrində öz əksini tapır;

4.9.TMŞ-nın işinin təşkilinə və aparılmasına, burada qəbul edilmiş qərarların icrasına və həyata keçirilməsinə Universitetin Tədris-Metodiki Şurası və Fakültə Elmi Şurası daima nəzarət edir.

5.Tədris-Metodiki Şuranın Sədrinin, Müavininin, Katibinin, Üzvlərinin hüquq və vəzifələri.


5.1.TMŞ-nin Sədri:

-Şuranın iclaslarını çağırır və onlara sədirlik edir;

-Fakültənin müəllimlərindən və digər əmıəkdaşlalarından Şuranın səlahiyyətlərinə daxil olan məsələlər üzrə izahatlar, materiallar, məsləhətlər alır və lazım gəldikdə onların izahatlarını, hesabatlarını, təkliflərini dinləmək ücün onları Şuranın iclaslarına və ya fərdi söhbətlərə dəvət edir (cağırır);

-Şuranın səlahiyyətlərini həyata keçirə bilmək üçün fakültənin struktur bölmələrindən məlumatlar istəyir və alır;

-Öz səlahiyyətləri çərçivəsində Şura üzvlərinə tapşırıqlar və göstərişlər verir;

-Şuranın qərarlarının yerinə yetirilməsinə nəzarət edir;

-Hər il Fakültə Elmi Şurasında TMŞ-nin illik fəaliyyəti barədə hesabat verir.

5.2.TMŞ-nin Sədrinin müvini:

-Şuranın Sədri olmadıqda və ya Sədrin tapşırığı ilə onun səlahiyyətlərini yerinə yetirir.

5.3.TMŞ-nin Katibi:

-Şuranın Sədrinin, Sədrin müavininin və Şura üzvlərinin təqdim etdikləri məsələlər üzrə Sura iclaslarının gündəliyinin layihəsini tərtib edir;

-Sura iclaslarının gündəliyi barədə materialları (kağız və ya elektron formada) hazırlayır və onları vaxtında Şura üzvlərinə, iclasa dəvət olunanlara çatdırır;

-Şura üzvlərinə və iclaslara dəvət olunanlara iclasın keçiriləcəyi yer, tarix və vaxt barədə əvvəlcədən xəbər verir;

-Şura iclaslarının protokollarını və protokoldan çıxarışları tərtib edib-hazırlayır;

-Şuranın iclas protokollarının və məlumat materiallarının saxlanmasını təmin edir;

-Şuranın sənədlərini müvafiq qurumlara çatdırır,onlardan Şura üçün lazım olan sənədləri götürür, bu “Əsasnamə”yə uyğun olaraq və Şura Sədrinin ona göstərişi ilə digər tapşırıqları yerinə yetirir ( səlahiyyətləri həyata keçirir).

5.3. Şuranın Katibi üzürlü səbəblərdən (növbəti məzuniyyət, ezamiyyət, xəstəlik və s.) müvəqqəti olmadıqda, onu Sədrin göstərişi ilə Şura üzvlərindən biri əvəz edir.

5.4.TMŞ üzvlərinin vəzifələri:

-Bu “Əsasnamə”nin tələblərinə riayət edir;

-Şura qarşısında duran məqsədə nail olmağa çalışır;

-Şura iclaslarına gəlir və Şuranın qərarlarını icra edir;

-Şura iclaslarına materialların hazırlanmasında iştirak edir;


-Şura iclaslarının qərarlarının icrası ilə bağlı yaradılmış komissiyaların tərkibində (işində) iştirak edir;

-Çalışdığı struktur bölməsinin (kafedranın) kollektivinin üzvlərini Şura iclaslarında müzakirə olunan məsələlər və qəbul olunan qərarlar barədə məlumatlandırır.

5.5.TMŞ üzvlərinin hüquqları:

-Şuranın illik “İş planı”na və iclaslarının gündəliyinə dair təkliflər vermək;

-Şura iclaslarında gündəlikdəki məsələlərə dair səsvermə hüququ ilə iştirak etmək;

-Şura iclaslarında gündəlikdəki məsələlər ətrafında çıxış etmək və təkliflər vermək;

-Şuranın illik “İş planı”na və iclaslarının gündəliyinə daxil olan məsələlərə dair Universitetin müvafiq qurumlarından məlumatlar almaq.




6.Yekun.
6.1.Bu “Əsasnamə” Universitetin Rektoru tərəfindən verilmiş əmrlə təsdiq olunduğu gündən qüvvəyə minir;

6.2.Bu “Əsasnamə”yə dəyişikliklər və əlavələr Universitetin Elmi Şurasının qərarı ilə qəbul olunub, Rektorun əmri ilə təsdiq edildikdən sonra aparıla bilər.



Qeyd: TMŞ-nın “Müvəqqəti Əsasnaməsi» hər bir Fakültənin özünün Elmi Şurasında təsdiq olunur, yalnız həmin Fakültəyə şamil edilir və Fakültə TMŞ-nın Əsasnaməsi Universitetin Rektoru tərəfindən təsdiq olunduğu andan qüvvədən düşür.
Yüklə 57,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə