Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   41   42   43   44   45   46   47   48   ...   81

Mərdəkan)  laylarında  rast  gələn  və  yarımadanın  cənub-şərq  hissəsində  qalınlaşan  gürgan 
çöküntüləri  qumlu gillərdən, qabıq əhəngdaşlarından və qumlardan əmələ gəlmişdir. 
Abşeron yarımadasında xəzər mərtəbəsi çöküntüləri üzə çıxmışdır.  
Xvalın  mərtəbəsinin  çöküntüləri  Abşeron  yarımadasında  kifayət  qədər  terraslar  əmələ 
gətirirlər (Kürdəxanı, Buzovna, Qala). Onlar iki  horizonta ayrılır  və bu horizontlar çaqıl  yığınları, 
onların konqlameratları, qum, qumdaşı və qabıq əhəngdaşlarından əmələ gəlmişdir. 
Qədim  xəzər  çöküntülərinin  üst  şöbəsinin  terrasları  Abşeron  yarımadasının  şərq  sahilində 
yayılmışdır  və  daxilində  qabıqlı  detritus,  qum  və  çınqıl  yığınlarından  əmələ  gəlmişdir.  Müasir 
dəniz  çöküntüləri  qumlardan,  qabıqlardan  və  gilli  qumlardan  ibarətdir.  Abşeron  ərazisini  əmələ 
gətirən  müxtəlif  çöküntülərin  litoloji  tərkibi  bu  ərazinin  geomorfoloji  quruluşunda  mühüm  rol 
oynayır.  Yarımadanın  cənub-qərb  hissəsi  daxilində,  tektonik  hərəkətlərlə  xeyli  yüksəkliyə 
qaldırılmış  Abşeron  mərtəbəsi  əhəngdaşlarının  qalın  qatları  olan  sahədə  relyef  dərə-təpəlidir. 
Burada Abşeronun davamlı əhəngdaşları başlıca olaraq sinklinal əyilmələri tutmuşdur. Qırışıqların 
tağ hissəsində suxurların tez-tez yuyulub aparılması baş vermiş və eyni zamanda sinklinal sahələrin 
abşeron  əhəngdaşları  tutduqları  ərazidə  suxurların  yuyulub  aparılmasına  mane  olmuş  və  zaman 
keçdikcə  bu  yerlərdə  sinklinal  sahələr  dikinə  və  eninə  yumşaq  çöküntülərlə  dolaraq,  relyefin  ən 
hündür  elementlərinə  çevrilmişdir.  Güzdək,  Korgöz,  Badamdar  və  s.  bu  sinklinal  platoların 
yüksəklikləridir.  Sinklinal  yüksəkliklərin  ətəkləri  yaxınlığında  geniş  və  axımsız  ovalıqların  və 
böyük duz göllərinin (Zığ, Əmircan, Böyükşor, Hacıhəsən gölləri və s.) yataqları yerləşmişdir.  
Abşeron yarımadasının şərq hissəsi abşeron əhəngdaşlarının zəif dislokasiyası ilə fərqlənir. 
Yarımadanın  şərq  hissəsinə  onun  Faimayı-Zığ  antiklinal  xəttindən  şərqdə  yerləşən  bütün  ərazisi 
daxildir. Yarımadanın  qərbində  yerləşmiş şimal-qərb və  cənub-qərb zonaları bir-birindən Kirməki 
dağından  başlayaraq Sulutəpə, Qaradağ və Kəsməli dağından keçməklə qərbə tərəf uzanan dağ və 
təpələr silsiləsilə ayrılır. 
Yarımadanın  mərkəz  hissəsində  en  dairəsi  istiqamətində  uzanan  və  Böyük-Şor,  Masazır, 
Mirzəələdi gölləri ilə əhatələnmiş yastı səthli Binəqədi yüksəkliyi yerləşir. Abşeron yarımadasının 
şərq  hissəsi  də  düzənlik  relyefə  malikdir  və  burada  yüksəkliklər  38  metrdən  çox  deyil.  Beləliklə, 
yarımadanın  səthi  qərbdən  şərqə  doğru  tədricən  alçalır  və  elə  bu  istiqamətdə    qədim  çöküntülər 
daha cavanları ilə əvəz olunurlar (üst təbaşir-paleosen, eosen, miosen, pliosen və postpliosen).  
5.2.2. Ərazinin geomorfoloji  quruluşu  
Geomorfoloji  baxımdan  zavodun  layihələndirildiyi  sahə  Böyük  Qafqazın  Abşeron-
Qobustan  bölgəsində  yerləşir  və  bu  regionun  bütün  relyef  və  iqlim  xüsusiyyətlərini  əks  etdirir. 
Abşeron  yarımadasının  geomorfoloji  rayonlaşdırılması  morfogenetik  prinsiplər  əsasında 
aparılmışdır.  Tektonik  quruluşunun  və  suxurların  litoloji  tərkibinin  uyğunluğuna  görə  Abşeron 
yarımadası 4 geomorfoloji rayona bölünür: şimal-qərb, şimal, cənub və şərq. 
Şimal-qərb  hissə  Qərbi  Abşeron  antiklinoriumuna  uyğun  gəlir.  O,  şərqdən,  qırışığın  tağ 
hissəsində qismən möhkəm Atburun və İlxıdağ lay dəstələrinin, habelə paleogen yaşlı  çöküntülərin 
yer səthinə çıxdığı sahələrdə dağlıq relyefin qorunub saxlandığı Dibrar və Şimali Qobustan sistemi 


ilə  sərhədlənir.  Yarımadanın  bu  hissəsində  ümumi  Qafqaz  istiqamətində  səmtlənmiş  qayalıqlar, 
nisbətən  yüksək  olmayan  yarğanlarla  doğranmış  olan  silsilələr  istiqamətindədir.    Silsilələr  həmin 
istiqamətdə  yatan  qırışıqların  tağ  hissəsinə  uyğun  gəlir.    Bu  silsilənin  su  ayırıcında  daha  yüksək 
olan İlxıdağ (336m) və Koun (327,4m) ucalır. 
Abşeron  yarımadasının  şimal  hissəsi  Şərqi  Abşeron  sinklinoriumunun  Sumqayıt-Fatmayı 
sahələrinin  neogen  və  paleogen  sisteminin  inkişaf  etmiş  qumlu-gilli  suxurları  yayılmış  sahələrə 
uyğun gəlir. Burada relyefin qumlu-gilli suxurlara xas olan dalğavari xarakteri üstünlük təşkil edir. 
Qalxımın ümumi  yumşaq  və axarlı  olması  müstəsna olmaqla  yastı  düzən sahələri  ilə əvəz  olunur. 
Yarımadanın orta hissəsi bir sıra duzlu göllərlə əhatə olunmuş Binəqədi qalxımı istiqamətində yastı 
çalalar  formasında  uzanmışdır.  Bu  yüksəklik  alt  məhsuldar  qat,  miosen  və  oliqasen 
çöküntülərindən  ibarətdir.  Bu  yüksəkliyin  ümumi  landşaft  xarakterini  Binəqədi  palçıq  vulkanının 
konusu qismən pozur. 
Cənub  hissə  Abşeron-Ceyrankeçməz  sinklinoriumunun  şərq  yarısını  və  Şərqi  Abşeron 
sinklinoriumunun cənub hissəsini əhatə edir. Burada qalın abşeron əhəngdaşından ibarət qat inkişaf 
etmişdir,  vadiyə  doğru  dik  yarğanlarla  sərhədlənən  nisbətən  yüksək  mulda  şəkilli  yayla  əmələ 
gəlmişdir.  Vadinin  böyük  hissəsi  monoklinal  formasında  qırışıqların  tağ  yanı  hissəsində  yerləşir, 
tağ yanı hissələrin özü isə  qırışıqların oxu boyunca yastı çala formasında uzanmışdır. Relyefin bu 
cür  profili  Bakıdan  qərb  istiqamətdə  Qurd  qapısı,  Yasamal  vadisi,  Atəşgah-Şabandağ  silsiləsi, 
Qobu  vadisi  və  Güzdək  yaylası  boyu  müşahidə  edilir  və  daha  sonra  qərbdə  Gülbəxt-Şonqar 
vadisindən  keçir.  Yarımadanın  bu  hissəsində  antiklinalların  ox  xətti  boyunca  palçıq  vulkanlarının 
inkişaf etməsi nəzərə çarpır (Lökbatan, Quşxana, Şonqar, Sarınca və s.). 
Abşeron  yarımadasının  şərqi  düzənlik  hissəsinə  Şərqi  Abşeron  sinklinoriumu  və  Abşeron 
arxipelaqı antiklinoriumunun qərb hissəsi daxildir. Bu hamar və ya zəif ifadə olunmuş dərəli-təpəli 
düzənlik  Kürdəxanı-Suraxanı  kəndindən  şərqdə  yerləşir.  Düzənliyin  ən  hündür  sahəsi  Qala  kəndi 
yaxınlığında yerləşən Pir-vero təpəsidir ki, onun orta mütləq hündürlüyü 26 metrdən  çox deyil və 
Abşeron  mayakının  yerləşdiyi  yerdə,  yarımadanın  şərq  sahəsində  əhəngdaşı  layı  boyunca 
hündürlük  38,4  metrdən  yuxarı  qalxmır.  Relyefin  belə  xüsusiyyəti  Qafqaz  qırışığının  şərq 
istiqamətində batması və yox olması, relyefin dəniz suları ilə aşınması, qədim xəzər çöküntülərinin 
terras  formasında  yatımı,  qismən  qırışıq  əmələgətirmə  prosesi  ilə  əlaqədar  olaraq  baş  vermişdir. 
Abşeron yarımadasının şərq hissəsinin səthi okean səviyyəsindən aşağı və yalnız bəzi yerlərdə çox 
böyük  olmayan  yüksəkliklərdən  ibarətdir.  Abşeron  yaşlı  əhəngdaşları  toplanan  yerlərdə 
hündürlüyün  mütləq qiyməti +26- +38m-dən yuxarı deyil. 
Yarımadanın  daha  yüksək  olan  qərb  hissəsinin  şərq  hissəsinə    nisbətən  10  dəfədən  çox 
yuxarı olması  qeyd  olunur. Zəif təpəliklərin  mövcudluğu  ilə  əlaqədar yarımadanın şərq  hissəsinin 
relyefi  oxşardır  və  onun  dəyişkənliyi  adətən,  hiss  olunmur.  Baltik  dənizi  səviyyəsində  olan  «0» 
horizontları (üst səthin horizontal kəsişməsi müasir Xəzər dənizi səviyyəsindən 28,6m yuxarıdır və 
okean  səviyyəsinə  uyğunlaşdırılmışdır)  demək  olar  ki,  hər  yerdə  körfəzin  materikin    içərilərinə 
girdiyi yerdə izlənir. Bu horizont qədim Xəzər terraslarından birinin böyük hissəsini əhatə edir. «0» 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə