Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında



Yüklə 137,61 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü137,61 Kb.
#68329

background image
Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz 

Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi 

iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında  

 

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI 

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci  bəndini 

rəhbər tutaraq, iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, 

Azərbaycan  Respublikasının  logistika  və  nəqliyyat  mərkəzi  kimi  mövqeyinin 

gücləndirilməsi  və  ölkədə  çoxşaxəli  nəqliyyat  infrastrukturunun  yaradılması 

məqsədi ilə qərara alıram: 

1.  Azərbaycan  Respublikasının  İqtisadiyyat  Nazirliyi  “Bakı  Beynəlxalq  Dəniz 

Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə altı ay müddətində: 

1.1. Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz 

Ticarət  Limanının  ərazisi  daxil  olmaqla  azad  ticarət  zonası  tipli  xüsusi  iqtisadi 

zonanın  yaradılması  ilə  bağlı  təkliflərini  müvafiq  məlumatlarla  birlikdə 

Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin

1.2. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə Azərbaycan Respublikasında xüsusi 

iqtisadi  zonalara  dair  qanunvericiliyin  təkmilləşdirilməsi,  bu  Sərəncamın  1.1-ci 

bəndində  qeyd  olunmuş  zonanın  yaradılmasının  iqtisadi  əsaslandırılması,  inkişaf 

konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də zonada həyata keçiriləcək 

sahibkarlıq  fəaliyyətinin  növləri  və  onların  xüsusiyyətləri  ilə  bağlı  təkliflərini 

Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

1.3.  Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi, 

Azərbaycan  Respublikasının  Əmlak  Məsələləri  Dövlət  Komitəsi  və  Bakı  Şəhər 



background image
İcra  Hakimiyyəti  ilə  birlikdə  bu  Sərəncamın  1.1-ci  bəndinə  uyğun  olaraq 

yaradılması təklif olunan zonanın ərazisinə dair təkliflərini, həmin ərazinin torpaq 

sahələrinin  mülkiyyətçilərinin  və  torpaq  istifadəçilərinin  siyahısını,  zonanın  ərazi 

sərhədlərinin  dəqiq  təsvirini  və  ərazinin  planını,  torpaqların  tərkibi  haqqında 

məlumatları,  iqtisadi,  sosial  və  ekoloji  şəraitin  təhlilinə,  maddi  və  əmək 

resurslarına,  kommunikasiyalar  və  digər  infrastrukturla  təminat  imkanlarına  dair 

məlumatları Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

1.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 

2.  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  bir  ay  müddətində  bu 

Sərəncamın  1.2-ci  bəndində  göstərilən  tədbirlərin  maliyyələşdirilməsini  təmin 

etsin. 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 



3.1.  bu  Sərəncamın  1.3-cü  bəndində  göstərilən  məsələlərin  həyata  keçirilməsi 

məqsədi ilə zəruri tədbirlər görsün



3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 

İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 17 mart 2016-cı il. 

 

Yüklə 137,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə