Bakı şəhəri, rayon Məhkəməsinə İddiaçı: Ünvan



Yüklə 26,94 Kb.
tarix14.04.2018
ölçüsü26,94 Kb.

Bakı şəhəri, _____________rayon Məhkəməsinə
İddiaçı: ____________________

(Ünvan: ________ rayonu, __________ küçəsi __)

tərəfindən


Cavabdeh: ___________________ oğlu

(Ünvan: ___________ rayonu, _________ küçəsi __, mənzil _)
Maraqlı şəxs: Bakı şəhəri, ____________ rayon İcra Hakimiyyətinin

Övladlığa götürmə, Qəyyumluq və Himayəçilik Komissiyası



(Ünvan: Bakı şəhəri, ____________rayonu, _______ prosp., _. AZ _______)


İDDİA ƏRİZƏSİ

(digər valideynin razılığı olmadan yetkinlik yaşına çatmayan uşaqların ölkədən getməsi

üçün icazə verilməsi tələbinə dair)
I. İşin faktiki halları:

İddiaçı - ____________________ qizi ___________ -ci il tarixli, ____ N-li dövlət qeydiyyatına alınmış nikahla cavabdeh - _____________________ oğlu ilə ailə qurub. Onların bu nikahından _______________-cü təvəllüdlü – ______, ______________-ci il təvəllüdlü – ______ adlı uşaqları dünyaya gəlib.

Evliliyinin ilk aylarında mehriban yaşasalar da, amma iddiaçı bir qədər sonra həyat yoldaşının xasiyyətində ciddi dəyişiklər müşahidə etməyə başlayıb. Əvvəllər iddiaçı elə düşünüb ki, bunlar ötəri məsələlərdir. Amma sonradan aydın olub ki, bunlar artıq cavabdehdə ciddi xasiyyət kimi formalaşıb.

Nəticədə, __________ rayon Məhkəməsinin ___________-ci il tarixli, N _____________ saylı Qətnaməsi ilə tərəflər arasındakı nikaha da xitam verilib, həmçinin uşaqlara ananın himayəsində saxlanılıb.

Onu da qeyd edək ki, cavabdeh idman sahəsində də məşğul olduğu üçün həftələrlə, bəzən aylarla ölkədə olmur, buna görə də uşaqların mənafeyi baxımdan hər hansı məsələdə onun iştirakı tələb edildiyi halda bunu təmin etmək mümkün olmur.

İddiaçının valideynləri Rusiya Federasiyasında yaşayırlar. Bununla əlaqədar onun tez-tez Rusiya Federasiyasına getmək zərurəti yaranıb, lakin o, 2 azyaşlı uşağını uzun müddət Bakı şəhərində, kənar adamların ixtiyarına qoya bilməz. Cavabdeh isə könüllü olaraq razılıq ərizəsi verməkdən imtina edir.

Nəticə etibarılə, cavabdehin bir valideyn kimi öz üzərinə düşən vəzifələrini yerinə yetirmədiyi azmış kimi, hələ üstəlik uşaqların ölkə sərhədlərindən çıxarılması üçün onun razılığının tələb olunması iddiaçının və onun uşaqlarının mənafeyinin həyata keçirilməsinə mane olur. Tərəflər arasındakı nikah münasibətlərinə xitam verildiyi və başqa cür digər əlaqələrin də olmadığı üçün cavabdeh belə razılıq verməkdən imtina edir. Buna görə də iddiaçı uşaqların mənafeyi naminə atasının razılığı olmadan onların ölkə sərhədlərini keçməsinə icazə verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.
II. Hüquqi əsaslandırma:

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

Ailə Məcəlləsinin 60.2.-ci maddəsinə əsasən, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.

Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Ailə Məcəlləsinin 49.3.-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.

BMT-in “Uşaq hüquqları haqqında” Konvensiyasının 6-cı maddəsinin II hissəsinə əsasən, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər.

Həmin Konvensiyanın 27-ci maddəsinin II hissəsinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxs(lər) uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

Tərəflər arasındakı münasibətlərin xarakterini və cavabdehin ümumiyyətlə “tapılmadığını” nəzərə alaraq, hesab edirik ki, onun məsuliyyətsizliyi və səhlənkarlığı ucbatından yetkinlik yaşına çatmayan uşaqların anaları ilə birlikdə ölkə hüdudlarından kənara çıxa bilməməsi onların maraqlarına ziddir.

Azərbaycan Respublikasının “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanununun 2-ci maddəsinə əsasən, 18 yaşına çatmamış vətəndaş ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı ilə gedə bilər. Valideynlərdən birinin razılığı olmadıqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 72.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər.

Odur ki, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-151-ci maddələrini rəhbər tutaraq, Məhkəmədən


XAHİŞ EDİRƏM:
cavabdeh - ____________ oğlunun razılığı olmadan yetkinlik yaşına çatmayan uşaqları: ____________-cü təvəllüdlü – ________________ oğlunun və ____________-ci il təvəllüdlü – __________________ oğlunun 18 yaşına çatanadək iddiaçı – ____________________ qızı ilə birlikdə ölkədən getməsi üçün icazə verilməsi barədə qətnamə qəbul edəsiniz.
Əlavə olunur:

  1. İddia ərizəsi - 2 nüsxədə;

  2. Doğum haqqında şəhadətnamələrin notariat qaydasında təsdiq olunmuş surəti – 2 vərəqdə;

  3. İddiaçının şəxsiyyət vəsiqəsinin surəti – 1 vərəqdə;

  4. Cavabdehin yaşayış yerindən arayışın əsli - 1 vərəqdə;

  5. ________ rayon Məhkəməsinin _________-ci il tarixli, N _____________ saylı Qətnaməsinin surəti – 2 vərəqdə;

  6. Dövlət rüsumunun ödənilməsi barədə qəbz.



Tarix: “____” _________________ 201_-ci il
İmza: ______________________ qızı






Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə