Bakı şəhəri, rayon Məhkəməsinə İddiaçı



Yüklə 38,5 Kb.
tarix12.10.2018
ölçüsü38,5 Kb.
#73172

Bakı şəhəri, ____________ rayon Məhkəməsinə
İddiaçı: _________________________ qızı

(Ünvan: Bakı şəhəri, ______ rayonu, _________ küçəsi __, mənzil __

Tel: xxxxxxxxxxxxxxx)
Cavabdehlər: 1. _________________________ oğlu

(Ünvan: Bakı şəhəri, _________ rayonu, __________ küçəsi __, mənzil __

Tel: xxxxxxxxxxxxxxxx)
2. __________________________ qızı

(Ünvan: Bakı şəhəri, _____________ rayonu, ___________ küçəsi __, mənzil __

Tel: xxxxxxxxxxxxxx)

İDDİA ƏRİZƏSİ

(cehiz əşyalarının qaytarılması tələbinə dair)
Mən – ________________ qızı ______________-ci ildə rəsmi nikahla cavabdeh – __________________ oğlu ilə ailə qurmuşam.

Biz evlənəndən sonra qaynanam - __________________ qızına məxsus Bakı şəhəri, __________ rayonu, ___________ küçəsi , mənzil __ ünvanında yerləşən mənzilə gəlin köçdüm və cehiz əşyalarımı da oraya apardım. Bizim birgə nikahımızdan ______________-cu ildə – _____ və _______ adlı əkiz uşaqlarımız dünyaya gəlib.

Həyat yoldaşımın içki və qumar düşkünü olduğundan mən 3-4 il bundan qabaq uşaqlarımla birlikdə valideynlərimin evində yaşayırıq. Lakin qaynanam və həyat yoldaşım həmin əşyaları mənə qaytarmırlar və yalnız boşandıqdan sonra onları verəcəklərini bildirirlər.

Belə adamlara qarşı artıq mədənilik və səbr nümayiş etdirməyin mənasız olduğunu görüb, öz cehiz əşyalarımı geri almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Odur ki, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149 - 151-ci maddələrini rəhbər tutaraq Məhkəmədən


XAHİŞ EDİRƏM:
Qaynanam – __________________ qızına məxsus – Bakı şəhəri, ____________ rayonu, _______küçəsi __, mənzil __ ünvanında olan evdə olan cehiz əşyalarımın cavabdehlərdən alınaraq mənə qaytarılması barədə Qətnamə qəbul edəsiniz.
Əlavə olunur:

  1. İddia ərizəsi - 4 nüsxədə;

  2. Nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti – 1 vərəqdə;

  3. Uşağın doğulması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti – 1 vərəqdə;

  4. Cavabdehlərin yaşayış yeri barədə arayəşən əsli - 2 vərəqdə;

  5. Cehiz əşyalarının siyahısı – 1 vərəqdə;

  6. Dövlət rüsumunun ödənilməsi barədə qəbz.



İddiaçı: ____________________ qızı
Tarix: “___” _____________ 201_-cu il
Yüklə 38,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə