Bakı şəhəri, rayon Məhkəməsinə İddiaçı



Yüklə 38,75 Kb.
tarix27.10.2017
ölçüsü38,75 Kb.
#6866

Bakı şəhəri, ___________rayon Məhkəməsinə
İddiaçı: _______________________ qızı

(Ünvan: __________ rayonu, _________ küçəsi ev ____)

tərəfindən


Cavabdeh: ____________________ oğlu

(Ünvan: ______ rayonu, __________ kəndi)
İDDİA ƏRİZƏSİ

(nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment tələbinə dair)


  • Nikahın pozulması tələbinə dair:

Mən - ________________ qızı ____________-cü ildə Bakı şəhəri, _____________ sarayında ___ N-li qeydi ilə rəsmiləşən nikahla cavabdeh – _____________________ ilə ailə qurmuşuq. Həmin nikahdan _______________-ci il təvəllüdlü – _____ adlı oğlumuz, ___________-cu il təvəllüdlü – ______ adlı qızımız dünyaya gəlib.

Evliliyimizin ilk vaxtlarında mehriban yaşayırdıq. Amma bir qədər sonra həyat yoldaşımın xasiyyətində ciddi dəyişiklər müşahidə etməyə başladım. O, işləmək istəmir, ailəsinin və uşaqlarının taleyi ilə maraqlanmır, tez-tez yerli-yersiz dava salır, evə gec gəlir, səbəbini soruşanda isə məni ən ağır söyüşlərlə təhqir edir, hətta döyürdü.

Bütün bunlara son qoymaq üçün valideynlərimizi işə qarışdırmaq məcburiyyətində qaldım. Hər dəfə onların tənbehlərindən sonra cavabdeh dəyişəcəyinə, ailəsinə və uşaqlarına sahib çıxacağına söz versə də, onun bu “dəyişikliyi” çox qısamüddətli olurdu.

Hətta ikinci uşağımızın dünyaya gəlməsi də həyat yoldaşıma təsir edə bilmədi, əksinə o daha da biganə və laqeyd insana çevrildi, ondan nəsə tələb edəndə isə daha da azğınlaşmağa başladı.

Amma mən yenə də düşünürdüm ki, bunlar ötəri məsələlərdir, yəqin yenə də keçər. Amma sonra aydın oldu ki, bu, artıq onda xasiyyət kimi formalaşıb.

Artıq xeyli vaxtdır ki, biz faktiki olaraq ər-arvad kimi yaşamırıq, birgə təsərrüfat aparmırıq. Həmin vaxtdan bəri o, bir dəfə də olsun uşaqları ilə maraqlanmayıb, bizim heç bir ehtiyacımızı ödəməyib. Hesab edirəm ki, bundan sonra ər-arvad kimi yaşamağımız və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. Başqa sözlə, aramızdakı nikahın pozulması üçün ciddi əsaslar mövcuddur.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.




  • Uşağın ananın himayəsində qalması tələbinə dair:

Onu da xüsusi qeyd etmək istərdim ki, cavabdeh öz atalıq borcunu yerinə yetirməyərək uşaqlarımızın qeydinə qalmır. Nə birgə yaşadığımız, nə də ayrı yaşadığımız dövrdə cavabdeh bir ata kimi uşaqlarının səhhəti, yaşayışı, gündəlik tələbatları ilə maraqlanmayıb, onların heç bir ehtiyacını ödəməyib. Buna görə də uşaqlarımızın mənim himayəmdə qalması onların gələcəyi, sağlamlığı və tərbiyəsi üçün daha məqsədəmüvafiqdir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir.

Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

Bundan başqa, Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, eləcə də Ailə Məcəlləsinin 49.3.-cü maddəsinə əsasən, uşaq öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.


  • Alimentin ödənilməsi tələbinə dair:

Yuxarıda qeyd edildiyi kimi, biz artıq xeyli müddətdir ki, faktiki olaraq ər-arvad kimi yaşamırıq, birgə təsərrüfat aparmırıq. Bu vaxt ərzində uşaqlarımız mənim himayəmdə qalıb, onların bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəmişəm. O, bir ata kimi yetkinlik körpə uşaqlarının necə yaşaması və hansı maddi çətinliklərlə böyüməsi barədə maraqlanmayıb, valideynin uşaqlarını saxlamaq vəzifəsini yadından çıxarıb və təəssüf ki, bu məsuliyyəti hələ də dərk etməyib.

Onu da qeyd edim ki, mən ali təhsilli müəllimə olsam da, uşaqlarımın kiçik yaşlı olması ucbatından işləyə bilmirəm. Həmçinin, uşağımızın ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini mən təkbaşına edə bilmərəm. Hal-hazırda bizim bütün maddi xərclərimizi valideynlərim çəkir və biz onların himayəsində yaşayırıq.

Uşaqlarının maddi ehtiyaclarını ödəməsi üçün həyat yoldaşımın maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Bütün bunlara əsasən hesab edirəm ki, uşaqlarımızın və mənim diqqətəlayiq mənafeyimi nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqlarımızın saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqlarımızın saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur.

Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər.

Ailə Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. ... Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Zəruri vəsaitə malik olan valideynin maddi cəhətdən öz uşaqlarını təmin etməsi formasını isə Ailə Məcəlləsi hər ay ödənilməli olan sabit pul məbləği şəklində müəyyənləşdirir. Belə ki, həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə(arvada) ödənilməli olan alimentin miqdari məhkəmə tərəfindən ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqlari nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

O ki qaldı ödənilməli olan alimentin məbləğinə, Ailə Məcəlləsinin 101.2-ci maddəsinə əsasən, məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə alır.

Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

Başqa sözlə, bu, ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Azərbaycan Respublikasının “Yaşayış minumumu haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən, minimum istehlak səbəti - insanin sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq mallari və xidmətlərinin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, 2015-ci il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilib.

Ölkə üzrə müəyyən edilən yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdari, eləcə də cavabdehin kifayət qədər yaxşı olan maddi vəziyyətini nəzərə alaraq, cavabdehdən öz yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün hər ay ən azından yaşayış minimumunu təmin edəcək həddə aliment tutulmalıdır.



Odur ki, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-151-ci maddələrini rəhbər tutaraq Məhkəmədən
XAHİŞ EDİRƏM:


  • İddiaçı – _______________________ qızı ilə cavabdeh – _____________________ arasında _______________-ci ildə _______________-cü ildə Bakı şəhəri, _________ sarayında ____ N-li qeydlə rəsmiləşdirilən nikahın pozulması;

  • həmin nikahdan doğulmuş ___________________-ci il təvəllüdlü – ________________ oğlunun və _____________-cu il təvəllüdlü – _____________________ qızının iddiaçı - _____________________qızının himayəsində qalması;

  • yetkinlik yaşına çatmayan - __________________ oğlunun və ______________________ qızının saxlanması üçün onlar yetkinlik yaşına çatana qədər onların hər biri üçün hər ay 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edəsiniz.


Əlavə olunur:

  1. İddia ərizəsi – 1 nüsxədə;

  2. İddiaçının şəxsiyyət vəsiqəsinin surəti – 1 vərəqdə;

  3. Nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti - 1 vərəqdə;

  4. Cavabdehin yaşayış yerindən arayışın əsli – 1 vərəqdə;

  5. Cavabdehin iş yerindən arayışın səli – 1 ərəqdə;

  6. Uşaqların doğum haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti - 2 vərəqdə;

  7. Dövlət rüsumunun ödənilməsi barədə qəbz.



Tarix: “____” ____ 201_-ci il
İmza: _________________ qızı

 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.





Yüklə 38,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə