Bakı Ürək Günləri



Yüklə 13,07 Kb.
Pdf görüntüsü
tarix14.03.2018
ölçüsü13,07 Kb.
#31328

background image
 

“Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin iştirakçılarına

 

Hörmətli konqres iştirakçıları!



 

Sizi 


 

Azərbaycan kardioloqlarını və müxtəlif ölkələrdən Bakıya gəlmiş alimləri səmimi 



qəlbdən salamlayır, hər birinizə insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə 

nailiyyətlər arzulayıram.

 

“Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin təşkilinin artıq ənənəvi şəkil alması onun 



kardiologiya və ürək

-

damar cərrahiyyəsinin inkişafı sahəsində nüfuz qazandığını 



göstərir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan 

konqresinizin işində dünyanın müxtəlif mötəbər tibb mərkəzlərini, o cümlədən

  

ABŞ


-

ın 


Klivlend Klinikasını, Almaniyanın Berlin Ürək Mərkəzini, Türkiyə, Rusiya, İsveçrə, 

Avstriya və digər ölkələrin tibb müəssisələrini təmsil edən 400

-

ə yaxın kardioloq alim və 



cərrahın iştirakı təqdirə layiqdir.

 

Yaxşı məlumdur ki, kardioloji xəstəliklər müasir dövrdə insanların ən çox məruz qaldığı 



xəstəliklərdəndir. Dünyanın nüfuzlu kardioloji mərkəzlərində aparılan ən çətin 

əməliyyatların hazırda ölkəmizdə yeni nəsil kardioloqların fəaliyyəti sayəsində uğurla 

həyata keçirilməsi fərəh doğurur. Beynəlxalq təcrübədən qarşılıqlı surətdə lazımınca 

faydalanmaqla kar

diologiyanın aktual problemlərinin həllinə yönəlmiş birgə səylərinizin 

gözəl bəhrə verəcəyinə inanıram. Sevindirici haldır ki, Azərbaycan səhiyyəsinin 

bugünkü vəziyyəti təbabətin sürətlə inkişaf edən sahələrindən biri kimi kardiologiya 

elminin ən son nailiyyətlərinin tətbiqinə, ürək xəstəliklərinin müasir terapevtik və cərrahi 

üsullarla müalicəsinin təmin olunmasına əlverişli şərait yaradır.

 

Ölkəmizdə gerçəkləşdirilən bir çox tədbirlər, xüsusilə əhalinin müntəzəm 



dispanserizasiyası, sağlam həyat tərzinin təbliği, idmanın və bədən tərbiyəsinin geniş 

vüsət alması kardioloji xəstəliklərin profilaktikasına xidmət edir. Builki konqresinizin 

böyük müvəffəqiyyətlə başa çatmış IV İslam Həmrəyliyi Oyunlarının ardınca keçirilməsi 

idman və təbabət arasında bağlılıq baxımından rəmzi məna daşıyır. Son illər 

Azərbaycanda mütəmadi təşkil olunan beynəlxalq səviyyəli mötəbər tədbirlər müxtəlif 

ölkələrdən gələn qonaqlara dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş Bakı ilə, 

xalqımızın mədəniyyət, elm və iqtisadiyyatda nail olduğu parlaq nəticələrlə tanışlıq 

imkanı yaratmışdır. Əminəm ki, siz də doğma vətəninizə xalqımız və şəhərimiz 

haqqında aldığınız xoş təəssüratlarla dönəcəksiniz.

 

Ümidvaram ki, yüksək elmi və elmi



-

təcrübi əhəmiyyətə malik bu konqres azərbaycanlı 

mütəxəssislərin öz xarici həmkarları ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək 

və tibb elminin inkişafına layiqli töhfəsini verəcəkdir.

 

Ən səmimi arzularla,



 

İlham Ə


liyev 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 26 may 2017



-ci il. 

 



 

 



 

 



 

 



 

background image

 

 



 

 



.

 

Yüklə 13,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə