Bakalavr hazırlığı üçün TÜrk diLLƏRİNİN



Yüklə 185,66 Kb.
Pdf görüntüsü
tarix01.12.2017
ölçüsü185,66 Kb.
#13271


 



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 



BAKI SLAVYAN UNİVERSİTETİ 

 

 



 

TÜRKOLOGİYA KAFEDRASI 

 

 



Bakalavr hazırlığı üçün 

 

TÜRK DİLLƏRİNİN  

MÜQAYİSƏLİ QRAMMATİKASI 

 

fənnindən  

 

 

P R O Q R A M 

                                               

 

 

 



 

 

 



 

 

 



 

Bakı – 2013 


 

 



Tərtib edən:         filologiya üzrə fəlsəfə doktoru 

                             



Gülnarə Fəxrəddin qızı Əliyeva  

 

 

 

Elmi redaktor:    AMEA-

nın müxbir üzvü,  

                              

filologiya elmləri doktoru, professor 

                             

Kamal Mehdi oğlu Abdullayev 

 

 



Rəyçilər:            filologiya elmləri doktoru 

                           

Məhəbbət Mirzəxan qızı Mirzəliyeva 

                           

                            

filologiya elmləri doktoru 

                            Roza 

Hüseyn qızı Eyvazova 

 

                            

filologiya üzrə fəlsəfə doktoru, dosent 

                            

Dürdanə Tofiq qızı Əliyeva  

                

                             

filologiya üzrə fəlsəfə doktoru, dosent 

                                      

Şəkər Əbdülkərim qızı Orucova 

 

 

 



 

 

 



 

 

 

 



 


 



 



1.

 

Kurs haqqında ümumi məlumat 

 

«TÜRK DİLLƏRİNİN MÜQAYİSƏLİ QRAMMATİKASI» 

FƏNNİNƏ DAİR İZAHAT 

 

“Türk  dillərinin  müqayisəli  qrammatikası”  fənni  filologiya 

fakültəsinin  bakalavr  pilləsində  tədris  olunur.  Bunun üçün 60 saat 

vaxt (30 saat mühazirə, 30 saat məşğələ) ayrılır.  

Eyni bir Türkcədən törəyən müasir türk dilləri uzun tarixi bir 

inkişaf  yolu  keçmişdir.  Müasir  türk  dilləri  qədim  dil 

xüsusiyyətlərini  qorumaqla  bərabər,  bir  sıra  yeni  fonetik,  leksik, 

qra


mmatik  özəlliklər  əldə  etmişlər.  Bu  baxımdan  “Türk  dillərinin 

müqayisəli qrammatikası” kursu xüsusi əhəmiyyətə malikdir.  

 

“Türk  dillərinin  müqayisəli  qrammatikası”  fənni  türk 



dillərinin  ayrı-ayrı  qruplar  üzrə  fonetik  tərkibini,  müasir  aspektdə 

kəmiyyət  və  keyfiyyət  dəyişmələrini,  səs  əvəzlənmələrinin 

müxtəlifliyini  və  rəngarəngliyini,  leksik  cəhətdən  türk  dillərinin 

zənginliyini və bununla yanaşı, türk dillərinin lüğət tərkibində baş 

vermiş  dəyişiklikləri,  türk  dillərində  nitq  hissələri  problemini, 

onların ənənəvi bölgüsü məsələsini araşdırır, oğuz, qıpçaq, bulqar, 

qarluq,  uyğur-oğuz  qrupları  üzrə  dillərin  morfoloji  və  sintaktik 

quruluşundan bəhs edir. 

Fonetika və leksika bölmələrinin “Türk dillərinin müqayisəli 

qrammatikası”  proqramına  daxil  edilməsi  şərti  xarakter  daşıyır. 

Türk  dillərinin  fonetikası  və  leksikasını  tədris  edən  xüsusi  kurs 

olmadığından, bu bölmələrin də burada öyrənilməsi məqsədəuyğun 

hesab edilir.  

 

2.



 

Kursun  məqsədləri. Tələbələrin əldə edəcəyi bilik 

və bacarıqlar 

 

Fənnin  tədrisində  məqsəd  türk  dillərinin  müasir  dil 

vəziyyətini, onun fonetik, leksik, morfoloji və sintaktik quruluşunu, 



 

müasir  türk  dillərinin  oxşar  və  fərqli  xüsusiyyətlərini  müqayisəli 



şəkildə  əhatə  edə  bilmək  və  tələbələrə  bu  bilikləri  ətraflı  öyrədə 

bilməkdir.  Kursun  tədrisində  türk  dillərinin  sinxron  planda 

araşdırılmasına  geniş  yer  verilsə  də,  yeri  gəldikcə  müəyyən 

məqamlarda diaxron planda da müqayisələr öz əksini tapmışdır.  

 “

Türk  dillərinin  müqayisəli  qrammatikası”  kursunun  tədrisi 



tələbələrdə aşağıda sadalanan bilik və bacarıqların formalaşmasına 

imkan yaradacaq: 

1.

 

Tədris prosesində tələbələr mövcud materiallar və vəsaitlər 



əsasında  türk  dillərinin  fonetik,  leksik,  qrammatik  quruluşları  ilə 

tanış olacaqlar. 

 

2.

 



Tələbələr  bu  dillərin  oxşar  və  fərqli  dil  xüsusiyyətləri 

haqqında əsaslı biliklər əldə edəcəklər ki, bu da onlarda türk dilləri 

haqqında dolğun fikir formalaşdıracaqdır.  

 

3.



 

Bu  fənnin  tədrisində  tələbələrə  tarixi-müqayisəli,  tarixi-

tutuşdurma metodlarından istifadə olunmaqla ayrı-ayrı qruplar üzrə 

türk  dillərinin  ümumi  cəhətləri  ilə  yanaşı,  hər  bir  türk  dilinin 

özünəməxsus xüsusiyyətləri haqqında da biliklər veriləcəkdir. 

4.

 



Bu  fənnin  tədrisi  tələbələrdə  müstəqil  mənbələrlə  və 

ədəbiyyatlarla işləmək, diskussiyalar aparmaq, türk dilləri ilə bağlı 

müstəqil fikirlərini söyləmək bacarıqlarının formalaşmasına kömək 

edəcəkdir. 

5.

 

Öyrənilən kurs tələbələrin gələcək peşə fəaliyyətləri üçün 



zəruri olan nəzəri və praktik biliklərinin zənginləşməsinə yardımçı 

olacaqdır.   



3. Kursun  mənimsənilməsi üçün qoyulan tələblər 

 

Tələbə  kursu  tam  mənimsəmək  üçün  aşağıdakı  tələbləri 



yerinə yetirə bilməlidir: 

 



Aşağıda göstərilən mövzular üzrə Azərbaycan, rus, türk və 

digər  türk  dillərində  (yaxud  bu  dillərin  birində)  olan  mövcud 

ədəbiyyatla,  habelə  internet  materialları  ilə  müstəqil  işləməyi 

bacarmalı; 




 



 

Ku

rsu  tədris  edən  müəllimin  mühazirələrini  tənqidi  təhlil 



etməyi  və  əldə  etdiyi  bilikləri  verilmiş  ədəbiyyatları  öyrənməklə 

inkişaf etdirməyi bacarmalı; 

 

Tələbə  tədris  prosesinə  ciddi  yanaşmalı,  intizamlı  olmalı, 



fənnə ayrılmış saatların ən azı 2/3-də iştirak etməlidir; 

 



Tələbələr  seminar  məşğələlərində  fəallıq  göstərməli  və 

müzakirə edilən problemlərə yaradıcılıqla yanaşmağı bacarmalıdır.    

 

4. Tədris metodu  

 

Kursun tədrisi üçün 60 saat ayrılmışdır. Aktiv mühazirələrdə 



tədris  olunan  mövzunu  təşkil  edən  problemlər  qoyulur,  onlar 

müxtəlif  tərəflərdən  xarakterizə  olunur,  problemlərin  həlli  yolları 

araşdırılır,  tələbələrin  bununla  bağlı  mühazirələri  və  müvafiq 

qiymətləndirmələri diskurs edilir. 

  

Konkret olaraq tədris zamanı aşağıdakı metodlardan istifadə  



ediləcəkdir: 

a)

 



İnteraktiv; 

b)

 



Şərh; 

c)

 



Təhlil; 

d)

 



Müqayisə; 

e)

 



Tənqid; 

f)

 



Ümumiləşdirmə və s. 

 

5. T



ələbələrin biliyinin qiymətləndirilməsi 

Tələbələrin 

biliyi 

aşağıdakı 



meyarlar 

əsasında 

müəyyənləşdirilir: 

1.

 



Davamiyyət – 10 bal. 

2.

 



Tədris prosesində aktiv iştirak – 30 bal. 

3.

 



Müstəqil iş – 10 bal. 

4.

 



İmtahan – 50 bal. 

 

 



 

 



 



6. Fənnin tədrisinə ayrılan saatların mövzular üzrə 



paylanması 

№ 

 



Mövzular 

Cəmi 


O cümlədən 

Mühazirə  Seminar 

məşğələsi 

Müasir türk dillərinin fonetik 



sisteminə ümumi baxış  

4 saat 


2 saat 

2 saat 


Türk dillərinin vokal sistemi  4 saat  2 saat 

2 saat 



Türk dillərinin konsonant 



sistemi 

4 saat 


2 saat 

2 saat 


Türk dillərində ahəng 

qanunu və fonetik hadisələr 

4 saat 


2 saat 

2 saat 


Türk dillərinin müqayisəli 

leksikası 

4 saat 


2 saat 

2 saat 


Türk dillərinin müqayisəli 

mo

rfologiyası. Türkoloji 



dilçilikdə nitq hissələrinin 

təsnifi prinsipi 

4 saat 

2 saat 


2 saat 

Türksistemli dillərdə isim  



4 saat 

2 saat 


2 saat 

Türkologiyada ismin 



qrammatik kateqoriyaları 

məsələsinin qoyuluşu 

4 saat 

2 saat 


2 saat 

Türk dillərində sifət, say, 



əvəzlik əsas nitq hissəsi kimi 

4 saat 


2 saat 

2 saat 


10 

Türk 


dillərinin 

lüğət 


tərkibində  fellərin  yeri  və 

rolu  


4 saat 

2 saat 


2 saat 

11 


Türkoloji dilçilikdə felin 

kateqoriyaları 

4 saat 

2 saat 


2 saat 

12 


Türk dillərində zərf və 

köməkçi nitq hissələri 

4 saat 

2 saat 


2 saat 

13 


Türk dillərində sadə cümlə 

sintaksisi 

4 saat 

2 saat 


2 saat 

14 


Türk dillərində mürəkkəb 

4 saat 


2 saat 

2 saat 



 

cümlə sintaksisi 



15 

Türkoloji dilçilikdə 

mürəkkəb sintaktik bütövlər 

4 saat 


2 saat 

2 saat 


 

 

60 



saat 

30 saat 


30 saat 

 

7. 

Mövzuların məzmunu 

 

GİRİŞ 

 

TÜRK DİLLƏRİNİN MÜQAYİSƏLİ FONETİKASI 

 

Türk  dillərinin  fonetik  quruluşunun  müqayisəli  şəkildə 



tədqiqi.  

 

Türk dillərində fonemlər sistemi.  



Türk  dillərinin  vokal  sistemi.  Türk vokalizminin tarixi 

inkişafı.  Saitlər  sistemində  özünü  göstərən  dəyişikliklər.  Sait 

tərkibinin  müəyyənləşməsində  türkoloqların  mübahisəli  fikirləri. 

Yeni  saitlərin    yaranması  məsələsi.  Ulu  türk  dilində  qapalı  [e] 

saitinin olub-

olmaması  fikri.  Qalın  və  incə,  dodaqlanan  və 

dodaqlanmayan, açıq və qapalı saitlər.   

Türk  dillərində  saitlər  sistemində  kəmiyyət  əlamətləri.  İlkin 

uzanma və sonrakı uzanma məsələsi. Türk dillərinin əksəriyyətində 

uzun  saitlərin  itməsi  hadisəsi.  İlkin  uzanmanın  daha  çox  yakut  və 

türkmən  dillərində,  Azərbaycan  dilinin  Xalac  dialektində  

müşahidəsi.  Ərəb-fars  dillərindən  alınmış  sözlərdə  özünü  göstərən 

sait  uzanmaları.  Sonrakı  uzanma  hadisəsinin,  adətən,  alınma 

sözlərdə müşahidəsi.  

Müasir türk dillərində saitlərin sözün əvvəlində, ortasında və 

sonunda  işlənməsi.  Ancaq  ilk  hecada  müşahidə  olunan  saitlər. 

Saitlərin bir-birini əvəz etməsi halları. 

A 

saitinin  müasir  özbək,  türk,  çuvaş,  tatar  və  başqırd 

dillərində spesifik əlamətləri. A saitinin dodaqlanması. Xalis qısa ə 

saitinin  yalnız  Azərbaycan  və  uyğur  dillərində  mühafizəsi.  




 

10 


saitinin 

tatar  və  çuvaş  dillərində  müşahidə  olunmaması.  Türk 

dillərində ı saitinin söz əvvəlində mövqeyi.  

Türk  dillərinin  konsonant  sistemi.  Müasir  türk  dillərində 

samitlər  sisteminin  tərkibinin  müəyyənləşməsi.  Kar  və  cingiltili 

samitlər.  Ulu  türk  samitləri  və  onların  işlənməsində  baş  verən 

dəyişikliklər.  Türk  dillərində  sonradan  meydana  çıxan  samitlər. 

Sonor samitlər. Türk dillərində kar və cingiltili samitlərin anlautda, 

inlautda, auslautda işlənmə mövqeləri.  

Türk  dillərində  protetik  samitlər.  Yakut  dilində  konsonant 

sisteminin  kökündən  dəyişməsi.  Ulu  türkcədə  ç  samitinin  yeganə 

affrikat olması.  

Sağır  nun  samiti  və  onun  müasir  türk  dillərində  işlənmə 

tezliyi.  Əksər  türk  dillərində  ğ  foneminin  xüsusi  işarəsinin 

olmaması.  Söz  əvvəlində  ğ  samitinin  işlənə  bilmə  halları.  Alınma 

sözlərdəki samitlər və onların türk dillərində işlənmə mövqeləri.  

Türk  dillərində  samitlərin  qoşalaşması.  Çuvaş  dilində 

geminatların daha çox müşahidə olunması.  

Türk dillərində Ahəng qanunu. Saitlərin ahəngi. Dodaq və 

damaq  ahəngi.  Ahəng  qanununun  pozulma  halları.  Müasir  türk 

dillərində  qədim  damaq  ahənginin  mühafizəsi.  Özbək  dilində 

sinharmoniya,  damaq  ahənginin  bir  qayda  olaraq  gözlənilməməsi. 

Müasir  türk  dillərində  dodaq  ahənginin  məhdudluğu.  Yakut  və 

qırğız  dillərində  dodaq  ahənginin  qüvvətli  şəkildə  özünü 

göstərməsi.  

Samitlərin  ahəngi.  Türk  dillərində  kar  samitlərin 

cingiltililəşməsi hadisəsi.   

Türk  dillərində  fonetik  hadisələr.  Türk  dillərində 

assimilyasiya  (uyuşma),  dissimilyasiya  (səs  fərqlənməsi),  proteza 

(səs  artımı),  eliziya  (səs  düşümü),  metateza  (səs  yerdəyişməsi) 

hadisələri.  



Türk  dillərində  vurğu.  Türk  mənşəli  sözlərdə  vurğunun 

mövqeyi.  Ulu  türkcədə  güc  vurğusu.  Müasir  türk  dilləri  və  ulu 

türkcənin  müqayisəsində  vurğu  yerinin  müxtəlif  olması.  Sonradan 

türk dillərində vurğunun ilk hecadan sonuncu hecaya yerdəyişməsi. 




 

11 


Türk  dillərində  vurğu  qəbul  etməyən  şəkilçilər.  Alınma  sözlərdə 

vurğunun yeri. Türk dillərində məntiqi vurğu.  



Türk dillərində heca. Xalis türk mənşəli sözlərdə altı-səkkiz 

heca tipinin fərqləndirilməsi. Hecaların tipləri. Türk dillərində daha 

çox  müşahidə  olunan  heca  tipləri.  Türk  dillərində  açıq  və  qapalı, 

örtülü və örtüsüz heca növləri. Saf və qovuşuq hecalar.  



 

 

TÜRK DİLLƏRİNİN MÜQAYİSƏLİ LEKSİKASI 

 

Türk  dillərinin  leksik  tərkibində  fonetik  quruluşa  nisbətən 

daha 

çox fərqlənmələrin və dəyişikliyin olması və bu dəyişkənliyin 



səbəbləri.  Türk  dillərinin  leksik  tərkibinin  2  cəhətdən  nəzərdən 

keçirilməsi:  1.  Orxon-Yenisey  və  Talas  abidələri  əsasında  qədim 

türk dili leksikası; 2. Müasir türk dillərinin leksik tərkibi. 

  M


üasir  türk  dillərinin  türk  mənşəli  leksikası.  Lüğət 

tərkibindəki  bəzi  sözlərin  müxtəlif  türk  dillərində  müxtəlif 

mənalarda işlənməsi, məna dəyişikliyinə uğraması. Arxaik sözlərin 

müasir  türk  dillərində  işlənmə  mövqeyi  və  onların  türk  dillərinin 

dialekt və şivələrində izləri.  

Türk dillərinin lüğət tərkibində özünü göstərən alınma sözlər 

təbəqəsi.  Lüğət  tərkibinin  təşəkkül  tapmasında  monqol,  Çin, 

sanskrit, fars, ərəb, rus və Avropa dillərindən alınmış sözlərin rolu. 

Monqol  dil  elementləri  və  türkologiyada  buna  ikili  münasibət. 

Qərbi və Şərqi hun qrupu dillərində alınma sözlərin mahiyyəti.  

XX  əsr  müasir  türk  dillərinin  leksik  tərkibinin 

müəyyənləşməsi. Xalis türk mənşəli sözlər. 



a)

 

Ad bildirən sözlər 

Qohumluq münasibəti bildirən sözlər  

Bitki adlarını bildirən sözlər 

Heyvan adlarını bildirən sözlər 

İl, ay və gün adlarını bildirən sözlər 

b)

 

Əlamət və keyfiyyət bildirən sözlər 

c)

 

Hərəkət bildirən sözlər.  



 

12 


Müasir  Türkiyə  türkcəsində  XX  əsrdə  aparılan  özləşmə 

siyasəti. Əksər alınma sözlərin qədim türk sözləri ilə əvəz olunması, 

eyni zamanda türkcənin daxili imkanları hesabına zənginləşməsi.  

Türk  dillərinin  leksik  cəhətdən  müqayisəsi  zamanı  meydana 

çıxan semantik xüsusiyyətlər.  

Türk  dillərində  cins  kateqoriyasının  olmamasına  rəğmən  bu 

dillərdə ancaq bioloji cins anlayışının ifadəsi. Türk dillərinin leksik 

tərkibində  heç  bir  morfoloji  əlamət  olmadan  da  öz  daxili 

məzmunlarında cins anlayışı olan sozlərdən bəhs edilməsi.  

 

TÜRK DİLLƏRİNİN MÜQAYİSƏLİ 



MORFOLOGİYASI 

Türk  dillərində  sözün  morfoloji  quruluşu.  Türk  dillərində 

sözün 

tərkibi.  Kök  və  şəkilçi.  Türkologiyada  morfem  anlayışı. 



Aqlütinativlik  və  ya  iltisaqilik.  Aqlütinativ  formaların  struktur 

cəhətdən fərqləndirilməsi.  

Türk dillərində morfologiyanın tədqiqat obyekti və vəzifəsi.  

Türk  dillərində  nitq  hissələrinin  təsnifi  prinsipləri.  Nitq 

hissələrini  şərtləndirən  əsas  meyarlar.  Leksik-semantik, morfoloji, 

sintaktik meyarlar.  

Türk  dillərində  nitq  hissələrinin  ənənəvi  bölgüsü.  Əsas  nitq 

hissələri.  Köməkçi  nitq  hissələri.  Onların  bənzər  və  fərqli 

xüsusiyyətləri.  

İsim.  İsimləri  digər  nitq  hissələrindən  fərqləndirən  spesifik 

əlamətlər. Türk sistemli dillərdə isimlərin semantik məna qrupları. 

Türk  dillərində  başqa  nitq  hissələrinin  substantivləşməsi 

(isimləşməsi) prosesi.  

İsmin quruluşca növləri: 

Sadə isimlər.  

Düzəltmə  isimlər.  İsimlərdə  söz  yaradıcılığı  prosesi. 

Morfoloji  yolla  sözyaratma  prosesi.  Adlardan  isim  əmələ  gətirən 

şəkilçilər.  Fellərdən  düzələn  isimlər,  isim  düzəldən  şəkilçilər. 

Sintaktik yolla sözyaratma prosesi.  




 

13 


Mürəkkəb isimlər. Türkologiyada mürəkkəb isim məsələsi, bu 

barədə mövcud olan fikir müxtəlifliyi.  

Qrammatik kateqoriyalar.  

Kəmiyyət  kateqoriyası.  Kəmiyyət  kateqoriyası  ümumi 

qrammatik  kateqoriya  kimi.  Onun  əsas  morfoloji  göstəricisi.    -lar 

şəkilçisinin  müasir  türk  dillərində  fonetik  variantlılığı.  Bütün  türk 

dillərində müştərək olan -lar şəkilçisinin yalnız çuvaş dilində -sem 

şəkilçisi  ilə  ifadəsi  və  bunun  səbəbi.  Kəmiyyət  anlayışının  leksik, 

morfoloji, sintaktik üsulla ifadəsi.  



Mənsubiyyət  kateqoriyası.  Türk  dillərində  mənsubiyyət 

kateqoriyası  ümumi  qrammatik  kateqoriya  kimi.  Mənsubiyyət 

şəkilçiləri.  Mənsubiyyət  şəkilçilərinin  fonetik  variantlılığı.  Müasir 

türk  dillərində  mənsubiyyət  anlayışının  meydanaçıxma  yolları. 

Mənsubiyyət  şəkilçisi  qəbul  etmiş  isimlərin  hallanması  zamanı 

özünü  göstərən  dəyişikliklər.  II  şəxs  tək  və  cəm  mənsubiyyət 

şəkilçilərinin  əksər  türk  dillərində  sağır  nun  (ŋ)  ilə  meydana 

çıxması.  Qıpçaq  qrupu  türk  dillərində  mənsubiyyət  kateqoriyası 

şəkilçisinin  ifadəsində  dodaq  ahənginin  qorunmaması  və 

mənsubiyyət  şəkilçisinin  iki  variantda  ifadəsi.  Mənsubiyyət 

kateqoriyasının  məna  xüsusiyyətləri.  Türk  dillərində  mənsubiyyət 

kateqoriyasında mövcud olan termin müxtəlifliyi.  



Hal kateqoriyası. Türk dillərinin hal sisteminin inkişaf tarixi. 

Hal  sistemi  ilə  bağlı  məsələlər.  Halların  inkişafı.  Halların  müasir 

türk  dillərində  sayı  və  müxtəlif  terminlərlə  adlandırılması.  Termin 

müxtəlifliyinin səbəbi. Mənasına və sintaktik vəzifəsinə görə ismin 

halları.  Qrammatik  və  məkani-qrammatik  hallar.  Halların 

funksional  əvəzlənməsi.  Ayrı-ayrı  halların  əsas  məzmunu  və 

qrammatik göstəriciləri. Tam və reduksiya olunmuş hal şəkilçiləri. 

Adlıq hal. Adlıq halın subyekt hal kimi səciyyələndirilməsi.  

Yiyəlik  hal.  Yiyəlik  halın  tam  və  reduksiya  olunmuş 

formaları.  Hər  iki  formanın  yalnız  oğuz  qrupu  türk  dillərində 

işlənməsi.  Əksər  türk  dillərində  yalnız  tam  formanın  müşahidəsi. 

Altay,  noqay,  qaraqalpaq,  xakas  dillərində  şəkilçinin  yalnız 

dodaqlanmayan variantlarının işlənməsi. Müasir qumuq və qaraçay-



 

14 


balkar dillərində yiyəlik və təsirlik  hal şəkilçilərinin sinonimliyi və 

onların  cümlədə  fərqləndirilməsi.  Qarluq  qrupu  türk  dillərində 

ahəng  qanununun  zəifləməsinin  nəticəsi  olaraq  yiyəlik  halın  -nın 

şəklində  rastlanması.  Yakut  dilində  yiyəlik  halın  olmaması  və 

səbəbi.  

Yönlük hal. 

Oğuz  qrupu  türk  dillərində  yönlük  halda 

cingi

ltililəşmə. Qıpçaq və qarluq qrupu türk dillərində yönlük halın 



-qa, -

kə, -ğa, -gə şəklində ifadəsi. Türk dillərində -ra, -rə, -ça, -çə, -

n 

şəkilçili yönlük hal.  



Təsirlik hal. Təsirlik halda müəyyənlik və qeyri-müəyyənlik. 

Türk  dillərində  təsirlik  hal  şəkilçisinin  -ı,  -nı,  -yı,  -tı,  -dı 

variantlarında  rastlanması.  Təsirlik  halla  yiyəlik  hal  formalarının 

bir-


birini əvəzetməsi halları. 

Yerlik hal. Yerlik hal 

şəkilçiləri  və  türk  dillərində  onun 

fonetik variantlılığı. Yerlik halın ifadə etdiyi vəzifələr. Müasir türk 

dillərinin əksəriyyətində yerlik halın “orun” sözü ilə ifadəsi. Müasir 

türk dillərindən yalnız yakut dilində yerlik halın olmaması. 

Çıxışlıq  hal.  Türk  dillərində  çıxışlıq  halın  morfoloji 

əlamətləri. Uyğur dilində çıxışlıq halda qədim -dın, -tin şəkilçisinin 

qorunub saxlanması.  

Sifət.  Sifətin  leksik-semantik,  morfoloji  əlamətləri  və 

sintaktik  xüsusiyyətləri.  Türkoloji  ədəbiyyatda  sifətin  müxtəlif 

sözlərlə adlandırılması. Sifətin quruluşca növləri: a) sadə sifətlər; b) 

düzəltmə sifətlər. Sifətlərdə söz yaradıcılığı: 1. adlardan sifət əmələ 

gətirən  şəkilçilər;  2.  fellərdən  sifət  əmələ  gətirən  şəkilçilər.  Türk 

dillərinin ayrı-ayrı qrupları üzrə məhsuldar və qeyri-məhsuldar sifət 

düzəldən şəkilçilər. Alınma sifətlər. Ərəb, fars, monqol, rus dili və 

Avropa 


dillərindən  türk  dillərinə  keçən  alınma  sifətlər  və  alınma 

sifət  düzəldən  şəkilçilər;  c)  mürəkkəb  sifətlər.  Müxtəlif  türk 

dillərində mürəkkəb sifətlərin müxtəlif əmələgəlmə yolları. Sifətin 

substantivləşməsi. Sifətin adverbiallaşması.  

Sifətin  dərəcələri.  Adi,  müqayisə,  üstünlük,  kiçiltmə  (qıpçaq 

və  qarluq  qrupu  türk  dillərində  kiçiltmə  dərəcəsinin  spesifik 




 

15 


şəkilçilərlə  meydana  çıxması),  çoxaltma  dərəcələri.  Sifətlərin 

intensiv forması.  



Say. 

Türk  dillərində  işlənən  saylar  və  onların  saflığının 

mühafizəsi.  Türk  say  sistemi  və  onun  transformasiyası.  Onluq, 

iyirmilik  və  qarışıq  say  sistemi.  Sayların  quruluşca  növləri:  sadə, 

düzəltmə  və  mürəkkəb  saylar.  Sayların  etimologiyası  məsələsi. 

Türk dillərində sayların məna növləri: miqdar sayları, müəyyən və 

qeyri-

müəyyən  miqdar  sayları,  kəsr  sayları,  sıra  sayları,  bölgü 



sayları.  Türk  dillərində  numerativ  sözlər.  Çuvaş  dilində  kəsr 

saylarının fərqli ifadəsi. Bəzi türk dillərində kəsr saylarının -lık, -lik 

şəkilçisi  ilə  formalaşması.  Bəzi  türk  dillərində  sayın  xüsusi  nitq 

hissəsi kimi fərqləndirilməməsi.  



Əvəzlik. Türk dillərində bu nitq hissəsinin termin müxtəlifliyi 

məsələsi. Türkologiyada əvəzliklərin quruluşca növləri məsələsi. 

Türk dillərində əvəzliklərin məna qrupları. 

1. 


Şəxs  əvəzlikləri.  Şəxs  əvəzliklərinin  kiçik  fonetik 

müxtəlifliklə bütün türksistemli dillərdə uyğunluğu. Çuvaş və yakut 

dillərində şəxs əvəzliklərinin fərqli ifadəsi.  

Birinci şəxsin təkini ifadə edən ən qədim forma olan ben, bän 

formalarının yalnız türk və qaqauz dillərində mühafizəsi.  

Türk dillərində şəxs əvəzliklərinin hallanması.  

2. 

İşarə  əvəzlikləri.  Qədim  formaların  mühafizəsi  və  bütün 

türk  dillərində  işarə  əvəzliklərinin  uyğun  gəlməsi.  İşarə 

əvəzliklərinin  müxtəlif  şəkilçilər  qəbul  edərək  müxtəlif  məna 

çalarlıqları əmələ gətirməsi. Türk dillərində “o” işarə əvəzliyi ilə III 

şəxs əvəzliyinin uyğun gəlməsi və onların fərqləndirilməsi. “Uşbu” 

işarə əvəzliyi və onun etimologiyası ilə bağlı fikirlər.  

3. 

Sual  əvəzlikləri.  Qıpçaq  və  qarluq  qrupu  türk  dillərində 

sual əvəzliklərinin oğuz qrupu türk dillərindən fərqli sual əvəzlikləri 

ilə meydana çıxması.  

4. 


Təyini  əvəzliklər.  Bu  əvəzliklərin  əksər  türk  dillərində 

topluluq 

əvəzlikləri, 

təyini 


bölgülü 

əvəzliklər 

kimi 

səciyyələndirilməsi.  “Öz”  və  “kendi”  təyini  əvəzliklərinin  türk 



dillərində işlənmə mövqeləri.  


 

16 


5.  Qeyri-

müəyyən  əvəzliklər.  Qeyri-müəyyən  əvəzliklərin 

əksəriyyətinin sual əvəzliklərindən əmələ gəlməsi.  



Fel. 

Fel  haqqında  ümumi  məlumat.  Türk  dillərinin  lüğət 

tərkibində  fellərin  saflığının  mühafizəsi.  Felin leksik-semantik 

məna  qrupları.  Qıpçaq  qrupu  türk  dillərində  fellərin  digər  nitq 

hissələrini əvəz edə bilməsi məsələsi. Felin quruluşca növləri. Türk 

dillərinin lüğət tərkibində fellərin yeri və rolu.  

Sadə fellər. Bəzi türk dillərində arxaikləşən fellərin digər türk 

dillərində sadə fellər kimi işləkliyi.  

Düzəltmə  fellər.  Fellərdə  söz  yaradıcılığı  prosesi:  1. 

morfoloji; 2. sintaktik; 3. analitik. Adlardan əmələ gələn düzəltmə 

fellər.  Fellərdən  əmələ  gələn  düzəltmə  fellər.  Təqlidi  sözlərdən 

əmələ gələn düzəltmə fellər.  

Mürəkkəb  fellər.  Türkologiyada  mürəkkəb  fel  məsələsi. 

Tərkibi fellər. Türk dillərində mürəkkəb fellərin ifadə etdiyi məna 

çalarlıqları.  

Felin perifrastik formaları. Türk dillərində yarımçıq fellər.  

Felin qrammatik kateqoriyaları. 

 

Felin təsirlilik və təsirsizlik kateqoriyası.  

 

Türk dillərində fellərin obyektə münasibətinə görə üç qrupa 



ayrılması. 1. Hər zaman təsirli olanlar, 2. Hər zaman təsirsiz olanlar, 

3.  Həm  təsirli,  həm  təsirsiz  olanlar.  Təsirsiz  fellərdən  təsirli  fellər 

yaradan xüsusi morfoloji əlamətlər. Təsirli və təsirsiz fellərin türk 

dillərində müxtəlif terminlərlə adlandırılması.  

 

Felin inkarlıq kateqoriyası. İnkarlıq kateqoriyası feli digər 

nitq  hissələrindən  fərqləndirən  əlamətlərdən  biri  kimi.  Türk 

dillərində inkarlığın yaranma üsulları: leksik yolla yaranan inkarlıq, 

morfoloji yolla yaranan inkarlıq, sintaktik yolla yaranan inkarlıq. -



ma,  -me 

inkar  şəkilçisi  və  onun  türk  dillərində  müxtəlif  fonetik 

variantları. Çuvaş dilində -ma, -me inkar şəkilçisinin olmaması və 

inkarlığın  -an  şəkilçisi  ilə  meydana  çıxması.  Bəzi  türk  dillərində 

inkarlığın deyil, yox sözləri ilə ifadəsi. İnkarlıq anlayışının nə, nə də 

bağlayıcısı ilə yaranma yolları.  




 

17 


Felin  şəxs  kateqoriyası.  Şəxs  şəkilçilərinin  müasir türk 

dillərində  müxtəlif  ifadə  formaları.  Qısa  və  tam  formalı  şəxs 

sonluqları.  Şəxs  əvəzliklərinin  şəxs  şəkilçiləri  yerində  işlənməsi. 

Şəxs  sonluqsuz  işlənən  fel  formaları  və  bunun  səbəbləri.  Uyğur-

oğuz qrupu türk dillərində bu xüsusiyyətin aparıcılığı.  

Felin  növ  kateqoriyası.  Felin  məna  növləri.  Türk  dillərində 

növ 


kateqoriyasının  və  məna  növlərinin  adlarının  müxtəlif 

terminlərlə  adlandırılması  məsələsi.  Məlum  növ,  məchul  növ, 

qayıdış  növ,  qarşılıq-birgəlik  növ,  icbar  növ.  Onların  ifadə 

vasitələri.  -ıl



4

,  -

ın

4

,  -n 

məchul  növ  və  qayıdış  növ  şəkilçilərinin 

eyniliyi və bütün türk dillərində mövcudluğu. -ıl

4

, -

ın

4

, -n 

şəkilçiləri 

türk  dillərində  məchul  növ,  qayıdış  növ  və  feldən  fel  düzəldən 

omonim  şəkilçi  kimi.  Qarşılıq  növ  şəkilçisinin  türk  dillərində 

sabitliyi.  Felin  məna  növ  şəkilçilərinin  digər  morfoloji 

funksiyalard

a işlənməsi.  

Felin təsriflənən formaları. 

Felin şəkil və ya forma kateqoriyası.  

Əmr  şəkli.  Xüsusi  qrammatik  göstəricisinin  olmaması. 

Semantik-

üslubi  xüsusiyyətləri.  Əmr  şəklinin  ifadəsində  şəxs 

sonluqlarının  rolu.  Əmr  şəklinin  tarixi  ifadə  formasını  (şəxs 

sonluqlarını)  qoruyub  saxlayan  müasir  türk  dilləri.  Müasir 

Azərbaycan dili üçün dialekt xüsusiyyəti hesab olunan ikinci şəxsin 

tək  və  cəmində  istifadə  olunan  -qınan,  -ginən,  -gil,  -gilən 

şəkilçisinin ədəbi dil səciyyəsi daşıyan türk dilləri.  



Xəbər şəkli. Bu şəklin xüsusi morfoloji əlamətinin olmaması. 

Felin xəbər şəklinin zaman və şəxsləri əhatə etməsi. Xəbər şəklinin 

zaman və şəxs kateqoriyası ilə birlikdə səciyyələndirilməsi. Sadə və 

mürəkkəb formaları.  



Vacib  şəkli.  Felin  vacib  şəklinin  türk  dillərində  müxtəlif 

morfoloji  göstəricilərlə  ifadəsi.  Məna  xüsusiyyətləri.  -malı,  -məli 

şəkilçisinin  yalnız  oğuz  qrupu  türk  dillərində,  çuvaş  və  Krım 

tatarlarının dilində müşahidəsi. Vacib şəklinin qaqauz, türkmən və 

çuvaş  dillərində  şəxs  sonluqsuz  işlənməsi.  Türk  dillərində  vacib 

şəklinin  analitik  forması.  Analitik  formanın  qədimliyi  və  müasir 




 

18 


türk dillərində izləri. “maq, mək + gərək” formasının müasir türk, 

özbək,  uyğur,  krım-tatar,  başqırd,  qumuq,  noqay,  qaraqalpaq 

dillərində müşahidə olunması. Müasir Altay, xakas, tuva, qaraçay-

balkar, başqırd, tatar dillərində vacib şəklinin “ırga + kerek (tiyiş)” 

formasında özünü göstərməsi. 

Arzu  şəkli.  Felin  arzu  şəklinin  xüsusi  morfoloji  əlamətlərlə 

əmələ gəlməsi: -a, -e, -ə, -ay, -ğay, -ğı, -ası, -sın və s. Arzu şəklinin 

ədatlarla birlikdə işlənməsi və bu xüsusiyyətin Azərbaycan dilində 

daha geniş yayılması. Türk, qazax, qırğız, uyğur və s. dillərdə arzu 

şəklinin eyni zamanda sintaktik yolla meydana çıxması. Oğuz qrupu 

türk dilləri istisna olmaqla, digər türk dllərində arzu şəklinin -ğay, -



qay, -kay, -ay 

şəkilçiləri ilə ifadə olunması.  



Lazım  şəkli.  Morfoloji  əlaməti.  Məna  xüsusiyyətləri.  Bəzi 

türk dillərində -ası, -əsi şəkilçisi ilə əmələ gələn formaların hərəkət 

adları kimi səciyyələndirilməsi. Azərbaycan dili istisna olunmaqla, 

müasir  türk  dillərində  lazım  şəklinin  müstəqil  fel  şəkli  kimi 

fərqləndirilməməsi.  Lazım  şəklinin  inkar  formasının  “deyil”  sözü 

ilə əmələ gəlməsi.  



Şərt  şəkli.  Morfoloji  əlaməti.  Məna  xüsusiyyətləri.  Üslubi 

özəlliklər.  -sa,  -se  şəkilçisinin  müasir  türk  dillərində  sabitliyi. 

Başqırd,  altay,  xakas,  tuva,  yakut  dillərində  şəkilçinin  fonetik 

variantları.  



Felin zaman kateqoriyası. Felin zamanlarının tədqiqi tarixi.  

Keçmiş zaman. Şühudi keçmiş zaman. Nəqli keçmiş zaman. 

Bu zaman  formalarının türk dillərində termin müxtəlifliyi məsələsi. 

Onların qrammatik göstəriciləri. Şühudi keçmiş zamanın qrammatik 

əlaməti  olan  -dı,  -tı  şəkilçisinin  müxtəlif  fonetik  variantları.  Nəqli 

keçmiş  zamanın  morfoloji  göstəriciləri  olan  -mış

 

və  -qan 



şəkilçilərinin  türk  dillərində  mövqeyi.  Türk  dillərində  -ıb  şəkilçili 

keçmiş  zaman    forması,  şəkilçinin  fonetik  variantlılığı.  -ıb 

şəkilçisinin  Azərbaycan  dilində  -mış  şəkilçisi  ilə  sinonimliyi. 

Azərbaycan dilindən fərqli olaraq qazax, qırğız, qaraqalpaq, özbək, 

uyğur,  xakas  dillərində  -ıb  şəkilçisinin  müstəqil  zaman  forması 

əmələ  gətirməsi.  Məna  və  qrammatik  xüsusiyyətləri.  Üslubi 




 

19 


məqamlar.  Türk  dillərində  keçmiş  zaman  formalarının  məna  və 

üslubi cəhətdən oxşar və fərqli xüsusiyyətləri.   

Salar dilində -mış və -dı şəkilçilərinin sinonimliyi və hər iki 

şəkilçinin  şühudi  keçmiş  zamanı  bildirməsi.  Türk  dillərində  -an,  -



en;  -

çaŋ,  -çeŋ;  -çu,  -çü;  -atın,  -etin;  -çık,  -çik;  -çuk,  -çük 

şəkilçilərilə düzələn digər keçmiş zaman formaları və onların türk 

dillərində məhdudluğu.  

Türk  dillərində  felin  keçmiş  zamanının  mürəkkəb  forması 

məsələsi. 

İndiki  zaman.  Türk  dilləri  üçün  müştərək  və  fərqli  olan 

indiki  zaman  şəkilçiləri.  Oğuz  qrupu  türk  dillərinin  hər  birində 

indiki  zaman  formasının  özünəməxsus  şəkilçilərlə  meydana 

gəlməsi.  Qıpçaq,  bulqar,  uyğur-oğuz  qrupu  türk  dillərində  indiki 

zamanın -a, -e, -y şəkilçisilə ifadəsi. Türkmən, qazax, qırğız, altay, 

noqay,  uyğur,  xakas,  tofalar  və  s.  türk  dillərində  indiki  zamanın 

analitik  formaları.  Məna  və  qrammatik  xüsusiyyətləri.  Üslubi 

xüsusiyyətləri.  -maqda,  -məkdə  forması  haqqında  türkoloqların 

fərqli mövqeləri. 

Gələcək zaman. Qəti gələcək zaman. -acaq şəkilçisinin qəti 

gələcək zamanın morfoloji göstəricisi kimi yalnız Azərbaycan, türk, 

türkmən,  qaqauz,  noqay,  qumuq,  özbək,  başqırd,  krım-tatar, 

qaraqalpaq,  kazan-

tatar,  yakut  dillərində  özünü  göstərməsi.  Qeyri-

qəti gələcək zaman. Müasir Azərbaycan dilində indiki zamanı ifadə 

edən -ır şəkilçisinin əksər türk dillərində qeyri-qəti gələcək zamanı 

ifadə  etməsi.  Gələcək  zaman  formalarının  semantik-üslubi 

xüsusiyyətləri. Felin qeyri-qəti gələcək zamanının inkar formasının 

variantlılığı, müasir və tarixi müqayisəsi. 

İndiki-gələcək  zaman  və  geniş  zaman  anlayışları. 

Türkoloqların bu barədə fikir və mülahizələri. 



-

arlık, -erlik; -γyr, -qyr, -gyr, -kyr; -γy, -qy, -yo, -go, -yu, -gu; 

-

qadıq, -qediq; -qalak, -kalak, -qelek kimi şəkilçilərin müxtəlif türk 

dillərində gələcək zamanı ifadə etməsi.  

Türk  dillərində  şəxs  sonluğu  olan  və  şəxs  sonluqsuz  zaman 

formaları.  




 

20 


 

Felin təsriflənməyən formaları.  

Məsdər.  Türk  dillərində  məsdər  və  hərəkət  adları  məsələsi. 

Əksər  türk  dillərində  məsdərin  əsas  morfoloji  göstəricisi  olan  -



maq/-

mək  şəkilçisi  və  onun  fonetik  variantlılığı.  Son  samitinin 

düşmə halları. Məsdərin qıpçaq qrupu türk dillərində “-u” şəkilçisi 

ilə  meydana  çıxması.  -ırqa/-erqə  məsdər  şəkilçisi  və  mövcud 

olduğu türk dilləri (tatar və s.). -v, -uv, -ğalı, -ğanı, -as, -es, -ğu, -ku, 



-qu, -kü 

şəkilçilərinin məsdər şəkilçisi kimi istifadəsi.  



Feli  sifət.  Türkologiyada  feli  sifətin  tədqiqi  məsələsi.  İfadə 

vasitələri.  Feli  sifətin  fellik  xüsusiyyətləri.  Feli  sifətlərdə  zaman 

anlayışı məsələsi. 1. -qan, -kən, -mış, -dık keçmiş zaman feli sifət 

şəkilçiləri,  2.  -ər,  -an,  -diqan,  -ıuçu  indiki  zaman  feli  sifət 

şəkilçiləri,  3.  -ar,  -acaq,  -ası,  -malı  gələcək  zaman  feli  sifət 

şəkilçiləri. Feli sifətin sifətlik xüsusiyyətləri. Feli sifət şəkilçilərinin 

omonimliyi. 

Feli  bağlama.  Türkologiyada  feli  bağlamanın  tədqiqi  tarixi 

haqqında.  Türk  dilləri  üçün  müştərək  olan  feli  bağlamalar.  -ıb 

şəkilçili feli bağlamalar. -ıp qədim formanın türk, türkmən, qaqauz, 

qazax, uyğur, tatar, başqırd dillərində qorunması. Şəkilçinin çuvaş 

dilində -sa, -se, yakut dilində -an, -en, -on, -ön şəklində ifadəsi. -a, -

ə,  -e,  -y  şəkilçili  feli  bağlamalar.  Şəkilçinin  türk  dillərində  tək  və 

qoşa  şəkildə  müşahidə  olunması.  Konkret  müəyyən  bir  türk  dili 

üçün səciyyəvi olan feli bağlama şəkilçiləri. Feli bağlamanın fellik 

xüsusiyyətləri. Feli bağlamanın zərflə ümumi cəhətləri. 



Zərf.  Türkologiyada  zərf  məsələsi:  türkoloqların  müxtəlif 

baxışları və fikirləri. Türk dillərində zərfin semantik,  morfoloji və 

sintaktik  xüsusiyyətlərinə  görə  digər  nitq  hissələrindən 

fərqləndirilməsi.  Zərflərin  dərəcələri.  Zərfin  məna  növləri.  Tərzi-

hərəkət,  zaman,  yer,  miqdar  zərfləri  və  s.  Zərfin  morfoloji 

xüsusiyyətləri.  Türk  dillərində  zərfin  quruluşca  növləri.  Sadə, 

düzəltmə, mürəkkəb zərflər. Zərfin sintaktik xüsusiyyətləri.  

Köməkçi nitq hissələri. Əsas nitq hissələrindən köməkçi nitq 

hissələrinə keçid prosesi. Türk dillərində köməkçi nitq hissələrinin 

təşəkkül  prosesi.  Qoşma,  bağlayıcı,  ədat,  modal  sözlər.  Köməkçi 



 

21 


nitq  hissələrini  əsas  nitq  hissələrindən  fərqləndirən  əlamətlər. 

Köməkçi  nitq  hissələrinin  quruluşu.  Köməkçi  nitq  hissələrinin 

leksik-

semantik əlamətləri. Türkologiyada köməkçi nitq hissələrinin 



tərkibinə hansı kateqoriyaların daxil olması məsələsi.  

Qoşma.  Türk  dillərinin  qrammatik  quruluşunda  qoşmaların 

yeri. Qoşmaların keçdiyi tarixi inkişaf yolu. Əsl qoşmalar və onların 

müasir  türk  dillərində  işlənmə  tezliyi.  Qoşmalar  leksik-qrammatik 

kateqoriya  kimi.  Qoşmaların  məna  qrupları.  Qoşmaların  hallarla 

işlənməsi məsələsi.  

Türkoloji  ədəbiyyatda  qoşmaların  bölgüsü  məsələsi:  1.  Sabit 

qoşmalar, 2. Müxtəlif nitq hissələrindən təcrid olunan qoşmalar.  

Köməkçi adlar. 



Bağlayıcı.  Türk  dillərində  bağlayıcılar  köməkçi  nitq  hissəsi 

kimi.  Bağlayıcıların spesifik leksik-qramatik  xüsusiyyətləri.  Türk 

sistemli  dillərdə  bağlayıcıların  meydana  çıxma  səbəbləri. 

Bağlayıcıların  quruluşca  növləri.  M.  Kazım  bəyin  təsnifi. 

Türkologiyda  bağlayıcıların  quruluşca  qruplaşdırılması  zamanı 

yaranan fikir ayrılığı və mübahisələr.  

Bağlayıcıların məna qrupları. Tabesiz bağlayıcılar və onların 

məna növləri. Tabeli bağlayıcılar və onların məna növləri.  

Xalis bağlayıcılar və bağlayıcı sözlər. 

Qədim türk yazılı abidələrinə nisbətən müasir türk dillərində 

bağlayıcıların  çoxluğu.  Türk  dillərində  bağlayıcıların  inkişaf  xətti. 

1.  Türk  dillərinin  öz  daxili  imkanları  vasitəsilə  bağlayıcıların 

yaranması,  2.  Ərəb-fars  dillərindən  hazır  şəkildə  bağlayıcıların 

alınması.  



Ədat.  Müasir  türk  dillərində  ədatın  spesifik  xüsusiyyətləri. 

Ədatların  cümlədəki  mövqeyi.  Türkoloji  ədəbiyyatda  ədatların 

məna  növləri  və  onların  sayının  müəyyənləşməsi.  Türkologiyada 

ədatların fonetik tərkibi və leksik-qrammatik məzmunu baxımından 

qruplaşması.  Xalis  ədatlar  və  modal  ədatlar.  Xalis  ədatların 

qədimliyi.  Müasir  dilimiz  üçün  arxaikləşmiş  bəzi  ədatların  digər 

müasir  türk  dillərində  işləkliyi.  Türk  dillərində  ədat  və  modal 

sözlərin müqayisəsi və fərqləndirici xüsusiyyətləri.  




 

22 


Modal sözlər. Müasir türk dillərində modal sözlər və spesifik 

xüsusiyyətləri.  Dilçilikdə  modallıq  kateqoriyası  və  modallığı 

meydana  çıxaran  vasitələr.  Türkologiyada  modal  sözlər  məsələsi. 

Digər nitq hissələrindən təcrid olunan modal sözlər. Modal sözlərin 

cümlədə daşıdığı sintaktik vəzifə. Türkologiyada semantik cəhətdən 

modal  sözlərin  növləri  və  bununla  bağlı  türkoloqların  fikir 

müxtəlifliyi.  Modal  sözlərin  qrammatik  omonimliyi.  Modal  sözlər 

və  ara  sözlərin  fərqi  məsələsi.  Dilimizdə  modal  sözlər  kimi  çıxış 

edən  bəzi  sözlərin  digər  türk  dillərində  müstəqil  nitq  hissəsi  kimi 

fərqləndirilməsi.  



Nida. 

Türkologiyada  nida  xüsusi  nitq  hissəsi  kimi.  Türk 

dillərində  nidaların  fonetik  tərkibcə  müxtəlifliyi.  Nidaların  əks 

etdirdiyi  məna  çalarlıqları,  üslubi  işlənmə  məqamları.  Türk 

dillərində  nidaların  mənşəyi.  Xalis  türk  mənşəli  nidalar.  Alınma 

nidalar.  



Təqlidi sözlər. Mimemlər. Leksik-semantik əlamətlərinə görə 

təqlidi  sözlərin  qrupları:  a)  Səs  təqlidi  sözlər,  b)  Obraz  təqlidi 

sözlər.  Təqlidi  sözlərin  quruluşca  növləri.  Təqlidi  sözlərin  iştirakı 

ilə əmələ gələn ad və fellər.  



 

TÜRK DİLLƏRİNİN MÜQAYİSƏLİ SİNTAKSİSİ 

 

Sintaktik  vahidlərin  tarixi  aspektdə  öyrənilmə  metodları 



haqqında. Türk dillərində sintaktik əlaqələrin 3 əsas tipi. 1. Uzlaşma 

əlaqəsi, 2. İdarə əlaqəsi, 3. Yanaşma əlaqəsi.  

Türk dillərində söz birləşmələri və onların inkişaf tarixi.  

Türk 


dillərində  ismi  birləşmələr,  feli  birləşmələr  və  zərf 

birləşmələri .  

İsmi birləşmələrin növləri: 

1.

 



Təyini söz birləşmələri.  

2.

 



Təyini  söz  birləşmələrinə  daxil  olmayan  ismi 

birləşmələr. 

I növ təyini söz birləşmələri. Oğuz qrupu türk dillərində I növ 

təyini söz birləşmələrinin məna əlaqələri. 




 

23 


II növ təyini söz birləşmələri. 

III növ təyini söz birləşmələri. 

Türk  dillərində  izafət  anlayışı,  onun  növləri.  Təyini  söz 

birləşmələri ilə izafətin türk dillərində qarşılaşdırılması.  



Türk dillərində sadə cümlə sintaksisi.  

Cümlənin  məqsəd  və  intonasiyaya  görə  növləri:  nəqli,  sual, 

əmr, nida cümlələri.  

Cümlənin  quruluşu  haqqında.  Türk  dillərində  sadə  cümlənin 

quruluşunun  müqayisəli-tarixi  analizi.  Cümlənin  səciyyəvi 

əlamətləri.  Bitmiş  fikir  ifadə  etməsi,  predikativlik,  intonasiya, 

modallıq. 

Türk  dillərində  cümlənin  baş  üzvləri.  Türk  dillərində  cümlə 

üzvlərinin  müxtəlif  terminlərlə  adlandırılması.  Cümlə  üzvlərinin 

ifadə  imkanları.  Mübtəda  və  onun  ifadə  vasitələri.  Xəbər  və  onun 

əsas  ifadə  vasitələri.  Baş  üzvlərin  quruluşu.  Feli  xəbər  və  ismi 

xəbər. Mübtəda ilə xəbərin şəxsə və kəmiyyətə görə uzlaşması.  

Türk  dillərində  cümlənin  ikinci  dərəcəli  üzvləri.  Tamamlıq. 

Tamamlığın  quruluşu  və  ifadə  vasitələri.  Vasitəli  və  vasitəsiz 

tamamlıqlar.  Müəyyənlik  və  qeyri-müəyyənlik  bildirən  vasitəsiz 

tamamlıqlar. Təyin. Quruluşu və ifadə vasitələri. Zərflik. Zərfliyin 

məna növləri. Tərzi-hərəkət, zaman, yer, səbəb, məqsəd, kəmiyyət, 

şərt,  qarşılaşdırma  zərflikləri.  Quruluşu.  İfadə  vasitələri.  Vasitəli 

tamamlıqlarla yer, səbəb, məqsəd zərfliklərinin fərqləndirilməsi. 

Türk  dillərində  baş  üzvlərin  iştirakına  görə  sadə  cümlənin 

növləri:  təktərkibli  və  cüttərkibli  cümlələr.    Təktərkibli  cümlənin 

növləri: ümumi şəxsli cümlə, qeyri-müəyyən şəxsli cümlə, şəxssiz 

cümlə, adlıq cümlə. Müxtəsər və geniş cümlələr, bütöv və yarımçıq 

cümlələr.  

Türk  dillərində  cümlə  üzvlərinin  sırası.  Bəzi  türk  dillərində 

(qaqauz) cümlə üzvlərinin sırasına flektiv dillərin təsiri.  



Türk dillərində mürəkkəb cümlə sintaksisi. Türkologiyada 

mürəkkəb cümlənin tədqiqi tarixi. Mürəkkəb cümlənin növləri.  

Tabesiz  mürəkkəb  cümlələr.  Bağlayıcısız  tabesiz  mürəkkəb 

cümlələr.  Tabesiz  mürəkkəb  cümlələrin  tərkib  hissələrini 




 

24 


əlaqələndirən  bağlayıcılar.  Bağlayıcılı  tabesiz  mürəkkəb  cümlələr. 

Tabesiz  mürəkkəb  cümlələrin  tərkib  hissələri  arasında  məna 

əlaqələri.  

Tabeli  mürəkkəb  cümlələr.    Baş  və  budaq  cümlə.  Budaq 

cümlə anlayışı. Budaq cümləni baş cümləyə bağlayan vasitələr.  

Qarışıq  tipli  mürəkkəb  cümlələr.  Qarışıq  tipli  tabesiz 

mürəkkəb cümlələr. Qarışıq tipli tabeli mürəkkəb cümlələr. 

Mürəkkəb  sintaktik  bütövlər  və  onların  tədqiqi.  Türkoloji 

dilçilikdə mürəkkəb sintaktik bütövlərin öyrənilməsi.  

 

ƏDƏBİYYAT 

Azərbaycan dilində 

Abdullayev  K.M.  Azərbaycan  dili  sintaksisinin  nəzəri 

problemləri. Bakı, Maarif, 1998, 281 s.  

Axundov A. A. 

Azərbaycan  dilinin  fonemlər  sistemi.  Bakı, 

1973.  


Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, 137 

s. 


Azərbaycan  dilində  mürəkkəb  sintaktik  bütövlər  (Dərs 

vəsaiti). Bakı, Mütərcim, 2012, 608 s. 

Cəfərov N. Türkologiya tarixinə ümumi bir baxış. Bakı, 2000. 

Fəxrəddinqızı  G.  Türk  dillərində  zaman  kateqoriyası.  Bakı, 

“Nurlan”, 264 s.   

Hacıyev  T.İ.  Türk  dillərində  sözün  morfoloji  inkişafı.  “Türk 

dillərinin leksik-morfoloji quruluşu” məcmuəsi. Bakı, 1981. 

Hacıyev  T.İ.  Azərbaycan  dilində  qeyri-oğuz  elementləri. 

“Tü

rk dillərinin quruluşu və tarixi” məcmuəsi. Bakı, 1983.  



Hüseynzadə  Ç.  Azərbaycan  dilində  morfoloji  norma.  Bakı, 

Nurlan, 2004, 280 s.  

Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı, Maarif, 1983, 

319 s. 


İslamov M.İ. Türk dillərində əvəzliklər. Bakı, Elm, 1986, 204 

s.  



 

25 


Mirzəliyeva  M.M.  Məna  növ  şəkilçili  bəzi  fellərin  etimoloji 

təhlili./Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri. I 

cild. Bakı, Kitab aləmi, 2004, s. 172-181. 

Müasir Azərbaycan dili. II cild. Bakı, “Elm” nəşriyyatı, 1980, 

510 s.  

Qıpçaq M. Kəmiyyət kateqoriyasının dildə ifadəsi. Bakı, Elm, 

2000. 453 s.  

Dəmirçizadə Ə. Müasir Azərbaycan dili (fonetika, orfoepiya, 

orfoqrafiya), Bakı, 1972.  

Kazımov Q. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, 2000. 

Oğuz qrupu türk dillərinin müqayisəli qrammatikası. II hissə. 

Morfologiya. Bakı, 1986.  

Oğuz qrupu türk dillərinin müqayisəli qrammatikası. III hissə. 

Sintaksis. Bakı, BSU nəşriyyatı, 2002, 192 s.  

Orucova Ş. Türk dillərində xitab. Bakı, Nurlan, 2007, 200 s.  

Serebrennikov  B.A.,  Hacıyeva  N.Z.  Türk  dillərinin 

müqayisəli tarixi qrammatikası. Bakı, Səda nəşriyyatı, 2002, 380 s. 

Seyidov Y.M. 

Azərbaycan 

dilinin 


qrammatikası 

(morfologiya). Bakı, 2000.  

Türk  dillərinin  tarixi-müqayisəli  leksikologiyası  məsələləri. 

Qarluq qrupu türk dillərinin leksikası. II cild. Bakı, Nurlan, 2008, 

368 s.  

Vəliyev  İ.D.  Azərbaycan  yazılı  abidələrinin  dilində  keçmiş 

zamanın ifadə formaları. Bakı, Elm və təhsil, 2009, 213 s. 

Zeynalov F. Türk dillərinin müqayisəli qrammatikası. I. Bakı, 

ADU nəşriyyatı, 1974. 

Zeyna


lov  F.  Türk  dillərinin  müqayisəli  qrammatikası.  II. 

Bakı, ADU nəşriyyatı, 1975, 130 s.  

Zeynalov F. Türkologiyanın əsasları. Bakı, Maarif, 1981, 347 

s. 


Zeynalov F. Türk dillərində nitq hissələrinin ənənəvi bölgüsü. 

Bakı, 1957. 

Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri. II 

cild. Bakı, Nurlan, 2008, 366 s.  




 

26 


Yusifov  M.İ.  Oğuz  qrupu  türk  dillərinin  müqayisəli 

fonetikası. Bakı, Elm, 1984, 152 s. 

 

Rus dilində  

Баскаков  Н.А.  Историко-типологическая  морфология 

тюркских языков. Москва, «Наука», 1979, 274 с.  

Грамматика  современного  башкирского  литеpатурного 

языка. Москва, «Наука», 1981, 494 с.  

Грамматика 

туркменского 

языка. 


Ашхабад, 

“Ылым”,1970,503с.   

Грамматика  тюркских  языков.  Москва,  АН  СССР  Ин-т 

Языкознания, 1988, 560 с.  

Грамматика  хакасского  языка.  Москва,  «Наука»,  1975, 

418 с. 


Дмитриев  Н.К.  Грамматика  кумыкского  языка.  М.-Л., 

Изд. АН СССР, 1940, 205 с. 

Исследования  по  сравнительной  грамматике  тюркских 

языков, (фонетика). I. Москва, 1955.  

Исхаков  Ф.Г.,  Пальмбах  А.А.  Грамматика  тувинского 

языка. Фонетика и морфология. Москва, ИВЛ, 1961, 471 с.  

Кононов  А.Н.  Грамматика  современного  турецкого 

литературного языка. М.-Л., Изд. АН СССР, 1956, 569 с.  

Кононов  А.Н.  Грамматика  современного  узбекского 

литературного языка. М.-Л., Изд. АН. СССР, 1960, 446 с.  

Мешадиева А.Э. Формальное описание закона гармонии в 

тюркских языках. Элм, 2004, 240 c.  

Мусаев К.М. Краткий грамматический очерк караимского 

языка. Москва, «Наука», 1977, 100 с.  

Мусаев К.М. Лексика тюркских языков в сравнительном 

освещении. Москва, 1975.  

Наджип  Э.Н.  Современный  уйгурский  язык.  Москва, 

ИВЛ, 1960, 133 с.  

Покровская  Л.А.  Грамматика  гагаузского  языка. 

Фонетика и морфология. Москва, «Наука», 1964, 297 с.  




 

27 


Сравнительно-историческая грамматика тюркских языков 

(фонетика). Москва, 1984. 

Сравнительно-историческая грамматика тюркских языков  

(морфология). Москва, 1988.  

Щербак  А.М.  Очерки  по  сравнительной  морфологии 

тюркских языков (глагол). Ленинград, «Наука», 1981, 182 с.  

Юлдашев А.А. Аналитические формы глагола в тюркских 

языках. Москва, «Наука», 1965, 271 с.   



 

Türk dilində  

Banguoğlu T. Türkcenin Grameri. Ankara, Türk Dil Kurumu 

Yayınları, 2007, 628 s. 

Ergin M.Türk dil bilgisi.Sofya,“Narodna prosveta”, 1967, 386 

s. 

Gencan T.N. 



Dilbilgisi. İstanbul, 1975.  

Hatiboğlu V. Türkcenin sözdizimi. Ankara, 1972. 

Karşılaştırmalı  Türk  Lehçeleri  Grameri.  Fiil.  Basit  çekim. 

Ankara, Türk Dil Kurumu Yayınları, 2006, 802 s. 

Öner M.  Bugünkü 

Kıpçak  Türkçesi.  Ankara.  Türk  Dili 



Kurumu Yayınları, 1998, 270 s.  

 

Yüklə 185,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə