Бакалавр щazırlыьы цчцн “marketinq təDQİqatlari” фяннинин т я д р и с п р о г р а м ы


Mювзу 3. Tядгигат лайищясинин формалары



Yüklə 121 Kb.
səhifə4/14
tarix20.04.2022
ölçüsü121 Kb.
#85723
1   2   3   4   5   6   7   8   9   ...   14
Market.-tedqiqat.

Mювзу 3. Tядгигат лайищясинин формалары

Marketinq fəaliyyətində meydana çıxan problemlər və onların əlamətləri. Problem üzrə tədqiqatın aparılmasının əsaslandırılması. Problemlərin mənbələri: gözlənilməz və planlaşdırılmış dəyişiklərlə bağlı marketinq problemləri.

Problemin müəyyənləşdirilməsi üsulları.



Həll və tədqiqat tələb edən problem. Həll tələb edən problemin tədqiqat tələb edən problemə çevrilməsi.

Tədqiqat layihəsi iş planı kimi. Tədqiqat layihəsinin formaları: kəşfiyyat, təsviri və kauzal tədqiqatlar. Tədqiqat layihələri arasında qarşılıqlı əlaqələr.

Kəşfiyyat tədqiqatın məqsədi: dəqiq tədqiqat üçün problemin formalaşdırıl-ması; hipotezlərin irəli sürülməsi; tədqiqatçının problem haqqında məlumatlılıьının yüksəldilməsi; konkret tədqiqat istiqamətlərinə dair informasiyalarn toplanması.

Kəşfiyyat tədqiqatların aparılması metodları: ekspert sorğuları; fokus qrupların təşkili; oxşar hadisələrin təhlili; müvafiq ədəbiyyatlar üzrə axtarış.

Təsviri (deskriptiv) marketinq tədqiqatlarının məqsədi: müəyyən qrupların xarakteristikalarının təsviri; baş məcmunun qiymətləndirilməsi; xüsusi proqnozların işlənib hazırlanması.



Təsviri tədqiqatların tipləri: zaman intervalı üzrə aparılan təsviri tədqiqat; konkret zaman anına aparılan təsviri tədqiqat.

Kauzal tədqiqatların məqsədi: göstəricilər arasında səbəb-nəticə əlaqələrinin aşkarlanması.

Eksperiment kauzal tədqiqat metodu kimi. Marketinq tədqiqatlarının aparıl-masında eksperimentlərin rolu. Eksperimentlərdən istifadə problemləri və perspek-tivləri. Standart, nəzarət olunan, imitasiya olunan və elektron test bazarı.

Mювзу 4. Mялуматларын топланмасы методлары

Məlumatların yığılması metodları və onların ümumi xarakteristikası. Kəmiyyət və keyfiyyət tədqiqatları.

Müşahidə marketinq tədqiqatlarında istifadə olunan məlumatların yığılması metodu kimi. Müşahidənin formaları: standartlaşdırılmış və standrlaşdırılmamış müşahidə; aşkar və gizli müşahidə; təbii və süni şraitdə aparılan müşahidə; insanın və mexaniki qurğuların köməkliyi ilə aparılan müşahidə.

Müşahidə prosesi və onun mərhlələri.

Sorğu marketinq tədqiqatlarında istifadə olunan məlumatların yığılması metodu kimi. Sorğunun formaları: strukturlaşmış və strukturlaşmamış sorğular; birdəfəlik və təkrarlanan sorğular.

Anketləşdirmə vasitəsi ilə aparılan sorğular və onların növləri: standartlaş-dırılmış açıq anketlər; standartlaşdırılmış qapalı anketlər; standarlaşdırılmamış açıq anketlər; standarlaşdırılmamış qapalı anketlər.

Respondentlərdən məlumatların alınması metodları: şəxsi, telefon vasitəsi ilə və poçtla aparılan sorğular. Respondentlərdən əldə edilən informasiyaların miqdarına və gerçəkliyinə nəzarət.

Fokus-qrupların təşkili marketinq tədqiqatlarında məlumatların toplanması metodu kimi.Məlumatların toplanmasının başqa kəmiyyət və keyfiyyət metodları.

Eksperiment marketinq informasiyaların toplanması metodu kimi. Eksperi-mentin növləri.


Yüklə 121 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə