Baki 2005 Bəhai Dini: Bakı, 2005. – 160 səh


Partiyalara və siyasətçilərə münasibət



Yüklə 0,66 Mb.
səhifə8/8
tarix21.02.2018
ölçüsü0,66 Mb.
#27401
1   2   3   4   5   6   7   8
Partiyalara və siyasətçilərə münasibət. Şövqi Əfəndi buyurur:

Biz söz və əməlimizlə bütün siyasi partiyalarla münas­i­bətdə tam bitərəfliyimizi sübut etməli və eyni zamanda, ölkə və xalqlara fərq qoymadan bütün bəşəriyyətə məhəbbət bəslə­məliyik – Həzrət Bəhaullahın ən nəcib təlimi budur...”98.

Uca Ədalət Evi buyurur:

Bəhailər cəmiyyətin bütün təbəqələrindən olan insanlarla – ali hakimiyyət nümayəndələri və dövlət liderləri ilə, eləcə də sadə xalqla, Dinimiz haqqında biliyi hamıya və hər kəsə çatdıraraq, ünsiyyət edə bilər və etməlidir, lakin bu zaman biz yol verməməliyik ki, onu siyasi məqsədlərlə və partiya proqramları ilə eyniləşdirsinlər”99.



Seçkilərdə iştirak. Şövqi Əfəndi buyurur:

...Əgər dostlar özlərini bu və ya digər partiya ilə eyniləşdirmirlərsə, seçkilərdə iştirak edə bilərlər. Siyasi mübarizədə iştirak, şübhəsiz, Dinin ali maraqlarına ziyan gətirər və Əmrə düzəlməz zərər vurardı...



Əgər bəhai seçkilərdə səs verirsə və ya dövlətin işlərində iştirak edirsə, bu, onun Dinin ən mühüm ruhani və sosial prinsiplərinə zidd olan proqram və fəaliyyətlərin müdafiəsinə çevrilməməlidir... Qeyd etməyi lazım bilirəm ki, bəhailərin vətəndaş seçkilərində iştirakı və ya müəyyən vəzifəni tutmağa razılıq vermələri qətiyyən hansısa siyasi partiyanın proqramını qəbul etməsi demək deyildir...

Hər kəs öz səsvermə hüququndan elə istifadə etməlidir ki, istənilən siyasi partiyadan uzaq olsun və həmişə yadda saxlasın ki, o, bu və ya digər partiyanın üzvü kimi deyil, müstəqil şəxs kimi səs verir. Hər bir bəhai, fəaliyyət və mühakimələrində tam azadlığını saxlayaraq bunu aydın başa düşməlidir”100.

Hakimiyyət orqanlarına tabe olmağın zəruriliyi. Şövqi Əfəndi buyurur:

Onların vəzifəsi – öz hökumətinə, onların apardığı siyasətdən asılı olmayaraq, həmişə tam loyal münasibət göstərməkdir...



Bəhainin mövqeyi ikitərəfli olmalıdır: yaşadığı ölkənin hakimiyyət orqanlarına tamamilə tabe olmaq və siyasi məsələlərə və işlərə qarışmamaq”101.

Uca Ədalət Evi Həzrət Bəhaullahın və həzrət Əbdül-Bəhanın sözlərinə əsaslanaraq yazır:

Elə həmin Həkim öz ardıcıllarına, tək həqiqi Allahın sevimli övladlarına müraciət edərək yazırdı: Bu dünyanın qayğılarına və onda olan heç bir şeyə uymayın və onun dünyəvi hakimlərinin işlərinə qarışmayın. Tək həqiqi Allah – qoy şöhrəti göylərə ucalsın – dünyaya hökmranlığı padşahlara vermişdir. Heç kimə hakimiyyət başında duranların ölçülüb-biçilmiş müha­kimələrinin əksinə çıxmaq hüququ verilməmişdir.

Başqa bir Lövhdə möminlərin üzərinə öz ölkələrinin höku­mətləri ilə münasibətdə sədaqətli, vicdanlı və səmimi olmaq vəzifəsini qoyur. Həzrət Əbdül-Bəha həmin prinsipləri yenidən təsdiq edir. Amerikada möminlərin qarşısında çıxış edərək O deyirdi: “Bəhai Dininə görə sosial quruluşun və iqtisadi şəraitin yaxşılaşması üçün hakimiyyət orqanlarının qoyduğu qanun və prinsiplərə əməl etmək zəruridir.

Və nəhayət, Onun Vəsiyyətnaməsində buyrulur: “Biz öz ölkəmizin hökumətinə tabe olmalı və onun xeyirxahları kimi çıxış etməliyik”102...

Bəhailər və cəmiyyətin rifahı. Şövqi Əfəndi yazır:

Tamamilə aydın anlamaq lazımdır ki, bəhailərin mövqeyi heç vəchlə öz ölkəsinin rifahına laqeyd olmaq deyildir və cüzi də olsa, tanınmış, hakimiyyətdə olan hökumətin nüfuzuna qarşı durmağı nəzərdə tutmur. Nə də ki, o, öz hökumətinin və xalqının ali maraqlarının həyata keçirilməsinə ən fəal şəkildə kömək etməkdən imtina etməyi nəzərdə tutur. Bu mövqe Həzrət Bəhaullahın hər bir həqiqi və sadiq ardıcılının birliyin ali normalarından və Əmrin işinə sədaqətli olmaqdan əl çəkmə­yərək, öz ölkəsinin həyati maraqlarına təmənnasız, vicdanla və səmimiyyətlə xidmət etməsi deməkdir”103.

Uca Ədalət Evi yazır:

Bəhainin öz ölkəsinə məhəbbəti özünü, siyasi partiya­lar­da iştirak etməkdə və ya diplomatik və siyasi fəaliyyətlə məşğul olmaq­da deyil, öz ölkəsinin çiçəklənməsi üçün vicdanlı əmə­yində, dövlət və inzibati-təsərrüfat təsisatlarında işi ilə kömək etməyində göstərməlidir”104.


Bəhai təqvimi
Dünyada çoxlu sayda təqvim sistemi vardır. Ona görə də əgər həqiqi Ümümdünya birliyi məqsəd kimi qarşıya qoyulursa, vaxtın ölçülməsinin hamı tərəfindən tanınan vahid sistemi qəbul edilməlidir. Bəhailərin həyatında fərqli cəhətlərdən biri də onların Həzrət Babın vaxtilə gətirdiyi təqvimə bağlılıqlarıdır. Bəhai icmalarında bu təqvimdən istifadə olunur. Bu təqvim özündə vaxtın ölçülməsi və tarixin qoyulması ilə bağlı bəzi yeni prinsipal ideyalar saxlayır. Əsas vahid kimi Günəş ili qəbul edilir. Lakin il Qədim İran və Azərbaycanda olduğu kimi martın 21-İ, yaz bərabərliyi günü başlayır. Yeni ilin birinci günü “Novruz bayramı” adı altında təntənəli şəkildə qeyd edilir. Beləliklə, ilin başlanma anı astronomik əsasa malikdir. Bəhai Erasına gəldikdə isə, onun birinci ili 1844-cü ildən, yəni Həzrət Babın bəyanı ilindən götürülür.

Bəhai təqvimində 19 ay, hər ayda 19 gün vadır. Onlar birlikdə 361 günə bərabər olur.Ona görə də 18-ci və 19-cu ayların arasına (fevralın 26-dan martın 1-ə kimi) “Ha günləri” adlanan günlər əlavə edilmişdir. Novruz bayramı ərəfəsindəki 19-cu ay (martın 2-dən martın 20-də daxil olmaqla) orucluq ayı hesab olunur. Həzrət Bab orucluq ayını Allahın adlarından biri ilə “Əla”, yəni “Ən uca, ən yüksək” adlandırmışdır. Sutkaya gəldikdə isə bəhai günü Günəşin qalxması ilə başlayıb, enməsi ilə sona yetir. Ayların adı aşağıdakılardır:




Ay

Ərəbcə adı

Azərbaycanca mənası

Ayların

birinci günü

1

Bəha

İşıq, Cəlal

21 mart

2

Cəlal

Şan-şöhrət

9 aprel

3

Camal

Gözəllik

28 aprel

4

Əzəmət

Möhtəşəmlik, Əzəmət

17 may

5

Nur

İşıq, Nur

5 iyun

6

Rəhmət

Mərhəmət, rəhm

24 iyun

7

Kəlimət

Sözlər

13 iyul

8

Kamal

Kamillik

1 avqust

9

Əsma

Adlar

20 avqust

10

İzzət

İzzət

8 sentyabr

11

Məşiyyət

Allahın İradəsi

27 setyabr

12

Elm

Elm, bilik

16 oktyabr

13

Qüdrət

Güc, Qüdrət

4 noyabr

14

Qövl

Söz

23 noyabr

15

Məsail

Sual, Sorğu

23 dekabr

16

Şərəf

Şərəf

31 dekabr

17

Sultan

Sultan

19 yanvar

18

Mülk

Mülk

7 fevral



26 Fevraldan 1martadək

təqvimə əlavə olunan günlər – “Ha günləri”



19

Əla

Ən yüksək

2 mart

İl ərzində bəhailər aşağıdakı bayram və ildönümlərini qeyd edirlər:


* Novruz Bayramı (yeni il), 21 mart

* Rizvan Bayramı (Həzrət Bəhaullahın Bəyanı), 21 aprel

* Rizvan Bayramının 9-cu günü, 30 aprel

* Rizvan Bayramı nın12-ci günü, 2 may

* Həzrət Babın bəyanı, 23 may

* Həzrət Bəhaullahın süudu, 29 may

* Həzrət Babın şəhadəti, 9 iyul

* Həzrət Babın Mövludu, 20 oktyabr

* Həzrət Bəhaullahın mövludu, 12 noyabr

* Əhd günü, 26 noyabr

* Həzrət Əbdül-Bəhanın süudu, 28 noyabr

Xarici” dünya ilə qarşılıqlı əlaqə


Kitabın bu fəslində əsas diqqət bəhailərin həyat-tərzinə, icmaların fəaliyyətinə və bəhai təqviminə yetirilmişdir. Lakin elə təsəvvür yaranmasın ki, bəhailər dünyadan aralı öz “kommuna”larında və ya insanlardan uzaq hansısa bir yerdə yaşamaq və işləmək istəyirlər. Əksinə, onlar öz yaxınlarına və bütövlükdə bəşəriyyətə fayda gətirən istənilən fəaliyyət növünə hərtərəfli qoşulmağa çalışırlar.

Öz işlərini planlaşdırarkən bəhailər bəşəriyyətin tərəq­qisinə xidmət edən təşkilat və hərəkatlarda iştirak üçün də vaxt ayırmağı yaddan çıxarmırlar. Yerli və Milli səviyyələrdə bəha­ilər, ölkənin vəziyyətindən asılı olaraq, tez-tez qeyri-dövlət və ictimai təşkilatlar və hərəkatlar, məsələn, ekoloji qruplar, qadın, uşaq və gənclər təşkilatları və başqaları ilə əməkdaşlıq edirlər. Əgər bu təşkilatlardan hansısa ölkə və ya dünyadakı siyasi və ya partiya hərəkatlarına qoşulursa və yaxud mübarizə aparan qruplaşmalardan hansınasa öz münasibətini (yaxşı və ya pis) bildirirsə, bəhailər o dəqiqə həmin təşkilatı tərk edirlər.




Bəhailərin Beynəlxalq Birliyi və

Birləşmiş Millətlər Təşkilatı
Bəhailərin Beynəlxalq Birliyi BMT-nin çox saylı təşkilat­larında, o cümlədən İqtisadi və Sosial Şurada, insan hüquqları, qadın hüquqları, Sosial inkişaf, əhali komissiyalarında, BMT-nin narkotik maddələrdən sui-istifadə ilə mübarizə Fondunda, həm­çinin BMT-nin bütün konfranslarında və “beynəlxalq illərində” iştirak edir. İcma həmçinin BMT-nin inkişaf və humanitar məsə­lələrlə məşğul olan orqanları, YUNİSEF, qaçqınlarla iş üzrə BMT-nin Ali Komissarlığı, Ətraf Mühit Proqramı (YUNEP), ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO) ilə əməkdaşlıq edir. Bəhailərin Beynəlxalq Birliyi BMT-nin səlahiyyətlərinə aidiy­yatı olan məsələrlə bağlı çoxlu kitabça, müraciət nəşr etdir­mişdir. Bunlardan Sülh və tərkisilah, sosial və iqtisadi inkişaf, irqi ayrı-seçkiliyin ləğv edilməsi, elm və texnika, insan hüquqları, qadınların vəziyyəti, əhali, narkotik maddələrdən sui-istifadə, ətraf mühitin mühafizəsi, uşaqlar problemi, gənclər və ahıllar, ailə, su, səhralaşma, insan məskənləri problemi, kosmik fəza, milli azlıqlar, atom enerjisindən dinc məqsədlərdən ötrü istifadəni göstərə bilərik. Bu sənədlərdə bəhailərin təkcə həyat və cəmiyyət problemləri ilə bağlı baxışları göstərilmir, eyni zamanda dünyanın konkret problemlərinə bəhai prinsiplərinin tətbiqi təklif edilir.

Bəhailərin Beynəlxalq Birliyi ilə Ümumdünya Təbiət Fondu (ÜTF) arasında 1987-ci ilin oktyabrında müqavilə imzalanmışdır. Bununla da Bəhai Dini say etibari ilə ÜTF-nin “Dinlər və Təbiəti Mühafizə” şəbəkəsinə qoşulmuş dünya dinlərindən altıncısı olmuşdur.



Uca Ədalət Evinin dövlət başçılarına və Dünyanın

Dini liderlərinə müraciətləri

Uca Ədalət Evi 1985-ci ilin oktyabrında planetimizin bütün insanlarına ünvanlanmış və “Ümümi Sülhün Vədi” adını almış müraciətini dərc etdirir. Bu sənəd 1986-cı ilin dekabrına, yəni Beynəlxalq Sülh İlinin yekun ayına kimi 186 dövlətin başçılarına təqdim edilir. Əksər yerlərdə Milli Ruhani Məhfillərin nüma­yəndələri dövlət başçılarına bu müraciətləri bilavasitə təqdim etmiş, eyni zamanda onlara Sülhün əldə edilməsi yolları haqda Bəhai baxışlarını izah etmişlər. Bəhailər bu müraciəti həmçinin milli və yerli səviyyələrdə tanınmış siyasi xadimlərə də çatdırmışlar. Beynəlxalq Sülh İli ərzində müraciət 63 dilə tərcümə edilərək milyon nüsxədə yayılmışdır. Daha çox həmvətənlərinin onun məzmunu ilə tanış olmasından ötrü bir çox icmalar öz yerli mətbutlarında müraciəti tam və ya seçmələrlə dərc etdirmişlər. “Ümumi Sülhün Vədi” bəhailərə Beynəlxalq Sülh İlindən əvvəl və sonrakı fəaliyyətlərininin əsas istiqamətlərini müəyyən etmişdir. Bu müraciət bütün planet sakinlərinə insanlar arsında sülhə nail olmağın yollarını dərk etməkdə kömək edir. Bəhailər Sülh işinə kömək edən tədbirləri təşkil etməkdə davam edərək xalqlara onların birləşmə yollarını göstərir və bütün insanların ümumi sülhü yaratmaqda qabil olduqlarını nümayiş etdirirlər. Uca Ədalət Evinin müraciətində deyilir:

Qarşıda gələn illərin yeni əzablar və bəlalar gətirə bilməsinə baxmayaraq və yaxın gələcək nə qədər dumanlı görünsə də, Bəhai icması əmindir ki, bəşəriyyətin çox sürətlə yaxınlaşdığı konvulsiv dəyişikliklər sivilizasiyanın sonu deyildir, əksinə, onlar “insanın gizli imkanlarının” azad olmasına, “onun Yerdəki təyinatının, onun mahiyyətinin daxili gözəlliyinin” tam aşkarlanmasına xidmət edir.

Bizim nikbinliyimizin qaynağı – müharibələrin kəsilməsi və beynəlxalq əməkdaşlıq təşkilatının yaradılmasından uzağa gedən öncəgörmələrdir. Həzrət Bəhaullahın təsdiq etdiyi kimi, xalqlar arasında daimi sülh vacib mərhələ olsa da, bəşəriyyətin sosial inkişafında son məqsəd deyildir. Nüvə fəlakətinin qorxusundan dünyada yaranmış ilkin barışığın, xalqların inamsızlıq və qarşılıqlı rəqabət içərisində daxil olduğu siyasi sülhün arxasınca, hətta əməkdaşlıq sahəsində çox təcrübələrdən sonra böyük Ali məqsəd gəlir: dünyanın bütün xalqlarının vahid dünya ailəsində birləşməsi”.

Uca Ədalət Evi 2002-ci ilin aprelində “Dünyanın Dini Liderlərinə” müraciətini dərc etdirir. Bu müraciət də Milli Məh­fillər tərəfindən öz ölkələrindəki ayrı-ayrı dinlərin lider­lərinə çatdırılmışdır. Bu müraciətdə Uca Ədalət Evi dini qarşı­dur­maların bütün dünyada getdikcə artmasının gələcəkdə törədə biləcəyi fəlakətləri xəbərdarlıq edir və bu vəziyyətdən çıxmağın konkret yollarınıᠠgöstərir. Müraciət aşağıdakı sözlərlə bitir:

Hər gün keçdikcə, dini təəssübkeşlik ocaqlarının alışma təhlükəsiböyüyürki, bu, nəticələri təsəvvürə gəlməyən dünya miqyaslı böyük yanğına çevrilə bilər. Belə bir təhlükə hökumət tərəfindən təkbaşına aradan qaldırıla bilməz. Biz özümüzü aldatmalı deyilik ki, qarşılıqlı dözümlülüyə edilən çağırışlar, öz-özlüyündə… düşmənçilik təzahürlərini söndürəcəkdir. Bu böh­ran …dini liderlərdən keçmişdən qətiyyətlə ayrılmağı tələb edir. Vicdan məsələlərində başqalarına təsir göstərməyin imkan verilən yeganə səbəbi ancaq insan rifahına xidmət ola bilər. Sivilizasiyanın bu əzəmətli dönüş mərhələsində belə xidmət üçün tələblər bundan da artıq aydın ola bilməz. Həzrət Bəhaullah inandırır ki, ”Bəşəriyyətin birliyi tamamilə bərqərar olmayınca onun rifahına, əmin-amanlığına və təhlükəsizliyinə nail olmaq qeyri-mümkündür”.
XÜLASƏ
Bəhai kimdir?
● Bəhai Allahın Birliyinə inanır;

● Bəhai Həzrət Bəhaullahın ardıcılıdır;

● Özünü Bəhai hesab edən şəxs Bəhai Dinini Allahın Müstəqil dini kimi; Həzrət Bəhaullahı bütün dinlərin vəd etdiyi Kəs və Bəhai dininin Peyğəmbəri kimi; Həzrət Babı Həzrət Bəhaullahın Müjdəçisi kimi; həzrət Əbdül-Bəhanı Əhdin Mərkəzi, Həqiqi Nümunə və Müqəddəs Yazıların qüsursuz və səhvsiz Şərhçisi kimi; Şövqi Əfəndini Əmrin Mühafizi və Müqəddəs Yazıların Şərhçisi kimi tanıyır və qəbul edir;

● Bəhai Həzrət Bəhaullahın Təlimlərinə və həzrət Əbdül-Bəhanın Vəsiyyətnaməsindəki hökmlərə itaət edir və Öz Dininin işlərini idarə etmək üçün Həzrət Bəhaullahın ucaltdığı İlahi Təsisatlara – Uca Ədalət Evinə, Milli və Yerli Ruhani Məhfillərə tabe olur;

● Bəhai Həzrət Krişna, Həzrət Musa, Həzrət Zərdüşt, Həzrət Budda, Həzrət İsa, Həzrət Məhəmməd və Həzrət Bab kimi İlahi Tərbiyəçilərin gətirdiyi dinlərin İlahi Mahiyyətini və birliyini tanıyır;

● Bəhai öz həyatından hər cür milli, irqi, etnik, dini və ya sosial mövhumatı və xurafatı silib atmağa çalışır. O, bəşəriyyəti sevir və Dinin əsas prinsipini – bəşəriyyətin birliyini – uca tutur. Hər cür –dini, siyasi, milli, irqi təəssübkeşlik ona yaddır;

● Bəhai hər hansı bir formada siyasi baxışlara və inanclara qoşulmur. O, yaşadığı ölkənin hökumətinə və dövlətin kostitusi­yasına sidq ürəklə itaət edir və ona səmimi hörmət bəsləyir;

● Bəhai əxlaq və etika saflığı prinsiplərinin tərəfdarıdır. O, hamı ilə nəzakətli, hörmətcil və qonaqpərvərdir; O, həzrət Əbdül-Bəhanın aşağıdakı prinsipini əsas tutur: “Xalqın əxlaqı, əqli və istedadı tərbiyə edilməyənə qədər mədəniyyətin heç bir etibarlı əsası ola bilməz” .

● \Bəhai nigahdan əvvəl və nigahdan sonra ismətliliyini qoruyub saxlayır;

● Bəhai cəmiyyətdə və ailədə kişi və qadın bərabərliyini tanıyır. Təknigahlıqdan başqa heç bir nigah formasını qəbul etmir;

● Bəhai elm və dinin harmoniyasını təsdiq edir;

● Bəhai təhsil alır, peşə öyrənir, dolanışıq üçün vəsait qazanır və bəşəriyyətə xidmət edir;

● Bəhai dini birliyin yaradılmasına təşviq etməklə ümumdünya sülhünə çalışır;

● Bəhai qeybətdən, mübahisədən, ixtilafdan və narazılıq­dan çəkinir.



MƏNBƏLƏR
1. Həzrət Bəhaullah. Qurdun oğluna məktub. Bakı,2003.s.14.

2. Həzrət Bəhaullah. Qurdun oğluna məktub. Bakı,2003.s.23.

3. Bahà'u'llah. Gleanings from the Writings of Bahà'u'llah.

Wilmette, III.: Baha'İ Publishing Trust.1976, p.254.



4. Tolstoy L.N. Polnoe sobranie soçineniy.t.74,s.207.

5. Tolstoy L.N. Polnoe sobranie soçineniy.t.80,s.102.

6. Gleanings, p.216.

7. 'Abdul-Baha'. Paris Talks.London: Baha'İ Publishing Trust,

1979,p.131.



8. Shoghi Effendi. God Passes By. Wilmette, III.: Baha'İ Pub

lishing Trust.1979, p.217.



9. Paris Talks, p.129.

10. God Passes By, p.217.

11. Gleanings, p.216,139,213.

12. “Müharibə və Sülh” haqqında məcmuadə verilmiş

həzrət Əbdül -Bəhanın L.D.B.-yə yazdığı məktubdan. s.187.



13. Gleanings, p.147.

14. Shoqhi Effendi. The Advent of Divine Justice. III.: Baha'İ

Publishing Trust.1939, p.31.



15. Həzrət Şövqi Əfəndinin 28 noyabr 1931-ci il tarixli

məktubundan.



16. Abdul-Baxa. Otvetı na nekotorıe voprosı. SPB.,

Izdatelğskiy fond baxai «Edinenie»,1993.



17. H.M.Balyuzi. 'Abdul-Baha'. The Centre of the Covenant of

Bahà'u'llah. Oxford: George Ronald, 1987, p.141.



18. Gleanings, p.49-50.

19. Abdul-Baxa. Otvetı na nekotorıe voprosı.SPB.,

Izdatelğskiy fond baxai «Edinenie»,1993.



20. Gleanings, p.48.

21. Gleanings, p.52.

22. Bahà'u'llah. The book of Certitude. Wilmette, III.: Baha'İ

Publishing Trust.1985, p.59



23. Həzrət Bəhaullah. Kitab-İ-İqan. Bakı,1998,119s.

24. Həzrət Bəhaullah. Qurdun oğluna məktub. Bakı,2003.100 s.

25. Gleanings, p.228.

26. 'Abdul-Baha'. Selections from the Writings of 'Abdul-Baha'.

Haifa: Baha'İ Wold Centre, 1978,p.291.



27. Paris Talks, p.143.

28. Paris Talks, p.139.

29. Paris Talks, p.53.

30. Paris Talks, p.129.

31. Faith for Every Man. London: Baha'İ Publishing Trust.1985,

p.59.


32. The Baha'İ Revelation, 1955, p.291-292.

33. Paris Talks, p.162.

34. C.E.Esslemont. Bəhaullah və Yeni Era. Bakı.2000. s.138.

35. Baha'İ Edication (A Compilation from Baha'İ Writings).

London: Baha'İ Publishing Trust,1976,p.83.



36. 'Abdul-Baha'. The Secret of Divine Civilization. Wilmette:

Baha'İ Pulishing Trust.1975.



37. 'Abdul-Baha'. The Secret of Divine Civilization. Wilmette:

Baha'İ Pulishing Trust. 1975.



38. Gleanings, p.

39. The Persian Bayan, published in Selections from the

wriings of the Bab, p.87.

40. 'Abdul-Baha'. Baha'İ World Faith, p.358.

41. Həzrət Bəhaullahın əsərlərindən seçmələr. Bakı, s.103.

42. Bahà'u'llah, in: The Dispensation of Bahà'u'llah, p.42-43.

43. Gleanings, p.6-7

44. Həzrət Bəhaullahın əsərlərindən seçmələr.Bakı, s.

45. Həzrət Bəhaullahın əsərlərindən seçmələr.Bakı, s.

46. Həzrət Bəhaullahın əsərlərindən seçmələr.Bakı, s.

47. Bahà'u'llah, in: The Dispensation of Bahà'u'llah, p.45.

48. 'Abdul-Baha'. Star of the West, vol.4, November, 1913,p.237

49. 'Abdul-Baha',The Promulgation of Universal Peace,p.322

50. 'Abdul-Baha'. Baha'İ Wold Faith,p.357-358.

51. Volə İ Zavehanie Abdul-Baxa, S-P,1994.32s

52. Volə İ Zavehanie Abdul-Baxa, S-P,1994.32s

53. Volə İ Zavehanie Abdul-Baxa, S-P,1994.32s

54. The Covenant of Bahà'u'llah. London: Baha'İ Publishing

Trust.1963, p.101-102.



55. Wellspring of Guidance (Universal House of Justice). Wil-

mette, III.: Baha'İ Publishing Trust.1969, p.11.



56. Baha'İ Journal of the United Kigdom, No.218,p.2.

57. Local Spiritual Assemblies:London: Baha'İ Publishing

Trust. 1970, p.3.



58. Baha'İ Journal of the United Kigdom, No.222,p.2.

59. Local Spiritual Assemblies, p.9.

60. National Spiritual Assemblies: London: Baha'İ Publishing

Trust.1972, p.1.



61. Covenant of Bahà'u'llah,p.17-19.

62. . National Spiritual Assemblies:London: Baha'İ Publishing

Trust.1972, p.18-19.



63. Guidance for Today and Tomorrow, p.84-85.

64. Shoghi Effendi.The World Order of Bahà'u'llah. Wil-

mette, III.: Baha'İ Publishing Trust.1938, p.19-20.



65. Lifeblood of the Cause. London: Baha'İ Publishing

Trust.1970, p.4.



66. Lifeblood of the Cause. London: Baha'İ Publishing

Trust.1970,



67. Baha'İ World Faith. Wilmette, III.: Baha'İ Publishing

Trust.1956, p.341.



68. Gleanings, p.166.

69. Həzrət Bəhaullahın əsərlərindən seçmələr.Bakı, s.91

70. Abdul-Baxa. Otvetı na nekotorıe voprosı.SPB.,

Izdatelğskiy fond baxai «Edinenie»,1993.



71. Abdul-Baxa. Otvetı na nekotorıe voprosı.SPB.,

Izdatelğskiy fond baxai «Edinenie»,1993.



72. Abdul-Baxa. Otvetı na nekotorıe voprosı.SPB.,

Izdatelğskiy fond baxai «Edinenie»,1993.



73. Abdul-Baxa. Otvetı na nekotorıe voprosı.SPB.,

Izdatelğskiy fond baxai «Edinenie»,1993.



74. Həzrət Bəhaullah. Kəlimət- İ-Məknunə, ayə 4. Bakı.

2000. 88s.



75. Gleanings, p.77.

76. Həzrət Bəhaullah .Kəlimət- İ Məknunə, ayə 32. Bakı.

2000.88s.



77. Gleanings, p.155-156.

78.The Importance of Obligatory prayer and Fasting, Compila-

tion, 2000;The Universal House of Justice p.11



79. Shoghi Effendi, The principles of the Baha`İ

Administra tion, p.19



80. The Importance of Obligatory prayer and Fasting, Compila-

tion, 2000;The Universal House of Justice, p. 4



81. Baha'İ Prayers. Wilmette, III.: Baha'İ Publishing

Trust.1985, p.105.



82. Baha'İ Prayers. Wilmette, III.: Baha'İ Publishing

Trust.1985, p.105.



83. Baha'İ Wold Faith,p.364.

84.Living the Life. London: Baha'İ Publishing

Trust.1984, p.42.



85. Tablets of 'Abdul-Baha',Vol.II,p.474.

86. Bahà'u'llah. Tablets of Bahà'u'llah Revealed after the Kitab-İ

Aqdas.Haifa: Baha'İ World Centre,1982,p.168.



87. 'Abdul-Baha',The Promulgation of Universal Peace.

Wimette, III.: Baha'İ Publishing Trust.1982, p.72-73.



88. Shoghi Effendi. Baha'İ Administration: Selected Messaqes

1922-1932. Wilmette, III.: Baha'İ Publishing Trust.1972,

p.21-22.

89. Shoghi Effendi. Baha'İ Administration: Selected Messaqes

1922-1932. Wilmette, III.: Baha'İ Publishing Trust.1972,

p.22-23.

90. 'Abdul-Baha'.Tablets of 'Abdul-Baha', Vol.II,p.553.

91. Lights of Guidance. A Baha'İ Reference File. New Delhi:

Baha'İ Publishing Trust.1988, p.176.



92. Gleanings, p.250.

93. (“Messages of the Universal House of Justice

1968- 1973”pp. 44-50)



94. “Directives from the Guardian”, pp. 54-57

95. “The World Order of Baha`u`llah”, pp. 64-67, 199

96. “Principles of the Baha`İ Administration”, pp. 24, 26-33

97. (“Messages of the Universal House of Justice

1968- 1973”pp. 44-50)



98. “Principles of the Baha`İ Administration”, pp. 24, 26-33

99. (“Messages of the Universal House of Justice

1968- 1973”pp. 44-50)



100. “Principles of the Baha`İ Administration”, pp. 24, 26-33

101. “The World Order of Baha`u`llah”, pp. 64-67, 199

102. Letter of the Universal House of Justice, July 7. 1976

103. “The World Order of Baha`u`llah”, pp. 64-67, 199

104. (“Messages of the Universal House of Justice

1968- 1973”pp. 44-50).



Yığılmağa verilmiş 23.11.2004.

Çapa imzalanmış 11.01.2005.

Şərti çap vərəqi 10. Sifariş № 14.

Kağız formatı 60x84 1/16. Tiraj 500.





Kitab «Nurlan» nəşriyyat-poliqrafiya müəssisəsində

hazır diapozitivlərdən çap olunmuşdur.





Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə