Baki biznes universiteti Fakültə-İqtisadiyyat və idarəetmə İxtisas-Maliyyə Fənn-Dövlət maliyyəsi Kurs-2 Qrup-620a/s



Yüklə 252,81 Kb.
səhifə1/5
tarix23.05.2022
ölçüsü252,81 Kb.
#87729
  1   2   3   4   5
Dövlət maliyyəsi resurslarının və investiyalarının istifadəsi istiqamətləri (1)


BAKI BİZNES UNİVERSİTETİ




Fakültə-İqtisadiyyat və idarəetmə
İxtisas-Maliyyə
Fənn-Dövlət maliyyəsi
Kurs-2
Qrup-620a/s
Mövzu-Dövlət maliyəsi resuslarının və investisiyalrının istifadəsi istiqamətləri
Müəllim-Həsənov İsmayıl
Tələbə-Əhmədova Ayna


GİRİŞ
1. Müəssisənin maliyyə resursları, onların tərkibi və quruluşu.
2.Müəssisənin maliyyə resurslarının təşkilinin əsas prinsipləri
3.Müəssisənin maliyyə resurslarının və investiyalarının səmərəliliyinin qiymətləndirilməsi imkanları.
NƏTİCƏ
Ədəbiyyat Siyahısı

GİRİŞ
“Resurs” anlayışı – adətən ehtiyat, mənbə, vəsait kimi şərh edilir və zəruri hallarda ona müraciət olunur. Maliyyə resursları mərkəzləşdirilmiş fondlara (dövlət büdcəsi, büdcədənkənar fondlar) və qeyri-mərkəzləşdirilmiş maliyyə resurslarına (müəssisələrin pul vəsaitləri fondlarına) bölünür.
Maliyyə resursları ümumi daxili məhsulun və milli gəlirin bölüşdürülməsi prosesində yaradılır. Ümumdövlət səviyyəsində (makro səviyyədə) mərkəzləşdirilmiş maliyyə resurslarının (mərkəzləşdirilmiş fondlar) formalaşmasının birinci və əsas mənbəyi milli gəlirdir.
Milli gəlirin bir hissəsi müəssisədə formalaşır və onun sərəncamında qalır, yəni mikrosəviyyədə qeyri-mərkəzləşdirilmiş fondlar yaradılır ki, bu da müəssisədə istehsal məsrəflərinə istifadə edilir.
Dövlətin maliyyə resurslarının formalaşmasının başlıca mənbələrindən biri kimi istehsal sferası müəssisə və təşkilatlarının pul gəlirləri çıxış edir. Onlara hər şeydən əvvəl izafi məhsulun dəyərinin bir forması olan mənfəət aiddir.
Bir qayda olaraq maliyyə resurslarının həcmi milli gəlirdən çoxdur, ona görə ki, maliyyə resursları izafi məhsulun dəyəri və zəruri məhsulun bir hissəsindən başqa amortizasiya ayırmalarını da özünə daxil edir.
Maliyyə resurslarının formalaşmasının ikinci əhəmiyyətli mənbəyi əsas istehsal fondlarının dəyərinin bir hissəsi hesabına formalaşan amortizasiya fondudur.
Mərkəzləşdirilmiş maliyyə resursları-xalis gəlirin vergi, vergi olmayan ödənişlər və ayırmalar vasitəsilə yenidən bölgüsünün nəticəsidir.
Yuxarıda göstərilənlərdən başqa mərkəzləşdirilmiş maliyyə resurslarının formalaşması mənbəyi mərkəzləşdirilmiş dövlət sosial sığorta, əmlak və şəxsi sığorta fondlarına, müxtəlif büdcədənkənar fondlara müəssisələrin ayırmaları ola bilər.
Bundan başqa, mərkəzləşdirilmiş maliyyə resursları təsərrüfat dövriyyəsinə cəlb edilmiş milli sərvətin bir hissəsi hesabına (ölkənin qızıl ehtiyatlarının, enerji daşıyıcılarının satışından, xarici iqtisadi fəaliyyətdən daxilolmalar və s.) və habelə dövlət qiymətli kağızlarının (istiqraz, borcların yerləşdirilməsindən və s.) satışından əldə edilən vəsaitlər hesabına formalaşır.
Mərkəzləşdirilmiş maliyyə resurslarının çox az bir hissəsi əhalidən daxilolmalar hesabına (vergilər, rüsumlar, istiqrazlar və lotoreyalardan daxilolmalar) yaradılır. Bazar münasibətlərinə keçilməsi ilə ələqədar olaraq maliyyə resurslarının bu mənbəyi durmadan artır.
Mərkəzləşdirilmiş maliyyə resursları əsasən dövlət büdcəsində, büdcədənkənar fondlarda, əmlak və şəxsi sığorta fondlarında cəmləşdirilir.
Maliyyə resurslarına habelə dövlət pul ehtiyatları kimi (nizamnamə, ehtiyat və digər fondlar şəklində Mərkəzi Banka təhkim edilmiş) Mərkəzi Bankın kredit resurslarını da daxil etmək məqsədə uyğundur.
Beləliklə, dövlətin maliyyə resursları - dövlətin, müəssisələrin, təşkilatların və əhalinin sərəncamında olan, geniş təkrar istehsal üçün nəzərdə tutulmuş pul vəsait fondları və daxilolmalardır. Maliyyə resurslarının əsas mənbəyi milli gəlir, mülkiyyət formasından asılı olmayaraq təşkilatların mənfəəti, amortizasiya fondu və sığorta fondlarıdır.


Yüklə 252,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə