Baki biznes universiteti SƏRBƏst iŞ TƏLƏBƏ: İXTİsas: kafedra: kurs



Yüklə 397,91 Kb.
səhifə1/4
tarix31.12.2021
ölçüsü397,91 Kb.
#82282
  1   2   3   4
Insan resursları


BAKI BİZNES UNİVERSİTETİ



SƏRBƏST İŞ

TƏLƏBƏ:

İXTİSAS:

KAFEDRA:

KURS:

FƏNN:

SƏRBƏST İŞİN MÖVZUSU:

MÜƏLLİM:

Bakı – 2021

PLAN

Giriş

    1. İnsan resurslarının idarə edilməsinin mahiyyəti

    2. İnsan resurslarının idarə edilməsinin məzmunu

    3. İnsan resurslarının idarə olunmasına təsir edən əsas amillər

    4. İnsan resurslarının idarə edilməsinin xarakterik xüsusiyyətləri

Nəticə

İstifadə olunmuş ədəbiyyat

Giriş

Günümüzdə baş verən və həyatımızın hər bir sahəsinə təsir edən dəyişikliklər müəssisələrin gözləntilərinə və hədəflərinə çatması üçün insan resurslarına daha çox önəm verməsinə səbəb olmuşdur. Məhz bu önəmin nəticəsi olaraq İR-nin inkişafı mövzusu ortaya çıxmışdır. Təməl olaraq İR-nin stratejik cəhətdən idarəçiliyi əməkdaşların vasitəsilə firmanın performansının artırılması ilə məşğul olur. Bu idarəetmə forması təşkilatın strateji məqsədlərinə çatması, eləcə də rəqabət qabiliyyətinin artırılması fonunda fərdlərin bacarıq və davranışlarını formalaşdıran İR sistemlərini- bu sahədəki siyasət, həmçinin zəruri məşğuliyyətləri formalaşdırıb həyata keçirir. İnsan resursları - təşkilatın və ya müəssisənin istehsal və xidmət sahələri üzrə qarşıya qoyulan məqsədlərə çatmaq üçün istifadə etdiyi əsas resurslardan biridir. İnsan istehsal prossesinin ayrılmaz hissəsi olmaqla yanaşı, eyni zamanda onun hədəfidir. İnsan resursları termini təşkilatın daxili və xarici insan potensialından yararlana biləcəyi bütün insanları ifadə edir, yəni birinci rəhbərdən tutmuş ən aşağı vəzifədə çalışan işçiləri və potensialları əhatə edir. İnsan resurslarının idarə edilməsi - iş yerində insana yönəlmiş bütün fəaliyyətləri əhatə etməklə, müəssisə daxilində insan qüvvəsinə olan ehtiyacın planlaması, iş analizlərinin aparılması və hüquq və öhdəliklərin müəyyənləşdirilməsi, namizədlərin cəlbi, seçimi və yerləşdirilməsi, işçilərin təlim və inkişaf etdirilməsi, performansın ölçülməsi, karyeranın idarə olunması, mükafatlandırma sistemi, nizam-intizam, sosial-mədəni fəaliyyətlər kimi funksiyaları özündə cəmləyir. İnsan resurslarının idarə edilməsinin ən önəmli xüsusiyyət insanı əsas tutmasıdır. Lakin, bu təşkilatın məqsədlərinin əsas olmadığı mənasını vermir. Bu yanaşma, insanın iş yerinin dəyərini mənimsəməsi, xoşbəxt və təmin olunmuş bir həyat sürməsinin işin məhsuldarlığına da təsir edəcəyini göstərir.

İnsan resurslarının strateji cəhətdən idarə edilməsi Azərbaycanda idarəetmənin yeni bir sahəsi olmasına baxmayaraq qabaqcıl ölkələrin təcrübələri, ixtisaslı kadrların zamanla sayının artması, beynəlxalq səviyyəli təlim proqramlarının təşkilinin məntiqi nəticəsi olaraq firmaların, ələlxüsus, dövlətin bu sahəyə qayğısı ilə yeni hal almaqla aktual məsələyə çevrilir. İstər dövlət, istərsə də özəl sektora daxil olan təşkilatlarda işçi kollektivin effektiv çalışmaları rəhbərlik tərəfindən stimullaşdırılır, motivə edilir. XXI əsrin idarəçilik standartlarına cavab verən təşkilati idarəetmənin yaradılması istənilən şirkətin başlıca məqsədi olaraq qalmaqdadır. Məqsədə nail olmaq isə şirkətin resurslardan, xüsusən İR-dən tam və səmərəli istifadəsiylə mümkündür. Ölkəmizdəki aparıcı təşkilatlarda və firmalarda tətbiq edilən strateji planlaşdırmaya yönəlmiş idarəçilik uzun müddətli dövrü əhatə etməklə bərabər firmaların çalışma sahələrinin gələcəyini də təyin etməkdə müstəsna rola malikdir. İnsan resurslarının idarə edilməsində başlıca məqsəd onların potensialından, yaradıcı imkanlarından maksimum istifadə edilməsidir. Lakin sözün geniş mənasında insan resurslarının idarə edilməsi aşağıdakı kompleks məsələləri əhatə edir:

- müəssisə, firma və şirkətlərin konkret strategiyasına uyğun gələn işçi heyətinə (ümumi və kateqoriyalar üzrə) tələbatın müəyyən edilməsi;

- əmək bazarının qiymətləndirilməsi və məşğulluq amilinin təhlili;

- əməkdaşların karyerasının planlaşdırılması, onların inkişaf irəliləyişi;

- fəaliyyətin motivləşdirilməsi sisteminin hazırlanması;

- əmək məhsuldarlığının idarə edilməsi;

- əmək gəlirlərinin, müəssisə daxili əmək və istehlak ölçüsünün tənzimlənməsi;- müəssisə daxili fəal sosial siyasətin aparılması;

- yaradıcı işin, o cümlədən texniki yaradıcılığın stimullaşdırılması;

- qabaqcıl əmək üsullarının tətbiqi;

- heyətin peşə - ixtisas hazırlığı;

- münaqişələrin yumşaldılması, idarə edilməsi;

- normal sosial- psixoloji mühitin yaradılması. Məhz qeyd edilənlərə görə inkişaf etmiş sənaye ölkələrində, xüsusilə də ABŞ –da və Yaponiyada menecerlərin hazırlanması zamanı onların tədris planlarında yuxarıda qeyd edilənlərə xüsusi diqqət yetirilir. Məsələn, bu ölkələrdə sosial qrupların psixologiyası, təşkiletmə nəzəriyyəsi, insan davranışı, şəxsiyyətin psixologiyası, heyətin motivləşdirilməsi, rəhbərlik üslubu, situasiyaların araşdırılması, peşə fəaliyyətinin motivləşdirilməsi və s. məsələlər ayrıca fənn kimi öyrənilir.




Yüklə 397,91 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə